14 MƏsumdan möCÜZƏLƏr kitabın adı: Məsumdan möcüzələr




Yüklə 1.18 Mb.
səhifə14/20
tarix22.04.2016
ölçüsü1.18 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

ÖLÜNÜ DİRİLTMƏK


Müfid ibni Cuneyd deyir: İmam Rzanın(ə) yanına getdim və dedim: Sizin m.cüzələriniz çoxdur. Onun birini mənim üçün göstər ki, başqaları üçün nəql edim.

İmam(ə): Nə istəyirsən?

İstəyirəm ata və anamı dirildəsən.

İmam(ə): Get evinə mən onların hər ikisini diriltdim.

Evə getdim, and olsun Allaha hər ikisi diri idilər. On gün yaşadılar sonra Allah-təala onların canını aldı.125

ƏHMƏD BƏZƏNTİNİN ÜRƏYİNDƏN AGAHLIQ


Bəzənti deyir: Mən yeddi İmama (ki onların axırıncısı musa ibni Cəfər (ə) idi.) əqidəsi olan kəslərdən idim və buna görə İmam Rzanın(ə) imamətində şəkk etdiyimə görə ona məktub yazıb, suallar soruşdum. Amma öz mühüm mətləbimi soruşmaq yaddan çıxdı.

Bir neçə müddətdən sonra suallarımın cavabı yetişdi və İmam(ə) buyurdu: Sən mühüm suallarını yaddan çıxartmışdın. Mən də ərz etdim: Yəbnə Rəsulillah, istəyirəm düşmənlərin zərəri yetişmədiyi bir zaman, məni evinə dəvət edəsən.

İmam(ə) mənim üçün bir minik göndərdi və onun hüzuruna yetişdim. Şam və xiftən namazını onunla qıldım. O zaman İmam(ə) mənə bir çox elmlər öyrətdi. Mən də ondan sual edirdim. Cavab verirdi, ta ki gecənin yarısı keçdi. Sonra öz xidmətçisinə buyurdu: Mən yatdığım yatağı gətir, Əhməd Bəzənti onda yatsın, öz-özümə dedim: Dünyada məndən xoşbəxt adam yoxdur. İmam (ə) mənim üçün minik göndərdi və yanıma gəlib oturdu, sonra öz yatağını mənə verdi. Telə bu fikirdə idim ki, İmam(ə) buyurdu: Ey Əhməd! Sənə etdiyim bu şeylərə görə iftixar etmə. Səsəət ibni Suhan xəstələndi, Əmirəl möminin(ə) ona baş çəkib ehtiram etdi. Əlini alnına qoydu, başını tumarladı. Amma onun yanından qayıtmaq istədiyi zaman buyurdu: Ey Səsəə sənə nisbət gördüyüm işlərə xatir din qardaşlarına iftixar etmə. Çünki, gördüyüm bu işlər mənim borcum idi.126

BİR QEYBİ XƏBƏR


Abdullah ibni Muğeyrə deyir: Mən vaqifiyyə məzhəbinə və yeddinci İmamdan sonra İmamın olmamağına mötəqid idim və bu əqidə ilə həcc əməllərini yerinə yetirmək üçün Allahın evinə yola düşdüm. Məkkəyə getdiyim zaman öz əqidələrim haqqında şəkk etdim. Kəbənin yanına gedib özümü Kəbə evinin qarşısındakı divara yapışdırıb dedim: Ey Mənim Allahım! Sən mənim istəyimdən agahsan! Məni ən gözəl və ən düzgün məzhəbə hidayət et!

Elə o yerdə ürəyimə düşdü ki, İmam Rzanın(ə) hüzuruna gedəm. Mədinəyə gedib. Mədinəyə gedib onun evinə yola düşdüm. O həzrətin evinə çatandan sonra onun qulamına ərz etdim: Mövlana de ki, İraq əhlindən bir kişi evin qapısında durub. Birdən o həzrətin səsini eşitdim ki, buyurdu:

İçəri daxil ol! Ey Abdullah ibni Muğeyrə. Daxil oldum. İmam(ə) mənə baxdıqda buyurdu: Allah sənin duanı müstəcab edib öz dininə hidayət etdi.

Dedim: Şəhadət verirəm ki, sən xəlqə Allahın höccət və əminisən.127


SUALDAN QABAQ CAVAB


İsmail ibni Mehran deyir: Bir gün mən Əhməd Bəzənti ilə İmam Rzanın(ə) yanına gedirdik ki, onun yaşını soruşmağı yadıma sal.

Mən hey istəyirdim onun yadına salam, amma yadımdan çıxarırdım.

İmamın(ə) yanına gedib, salam verib oturduqdan sonra, İmam(ə) üzünü ona çevirib buyurdu: Ey Əhməd, neçə il sənin ömründən keçib?

Əhməd: Otuz doqquz il.

İmam buyurdu: Amma mənim otuz dörd il ömrümdən keçib.128

ON BİRİNCİ FƏSİL

İmam Cavadın(ə) möcüzələri

İMAM CAVADIN(Ə) ÇƏLİYİ


«Mühəmməd ibni Əbi Əla» deyir: Öz zamanında böyük alimlərdən olan. Samirranın qazisi Yəhya ibni Əksəmdən xəbər tutdum. Onun yanına gedib onunla münazirə etməyə başladım. Onunla münazirə etdikdən sonra dedi: Bir gün Məscüdün-nəbiyə gedib ziyarət edirdim, elə bu zaman Peyğəmbərin(s) məzarını ziyarət edən Mühəmməd ibni Əlini(ə) (İmam Cavad) gördüm. Ona bir neçə sual verdim, o da cavabları verdi. Sonra ona dedim: And olsun Allaha bir sual etmək istəyirəm ancaq çox utanıram.

İmam: Sual etməmişdən qabaq sənin cavabını verirəm. Sənin sualın budur ki, zəmanənin İmamı kimdir?

Dedim: And olsun Allaha! Elə mənim sualımda bu idi.

İmam buyurdu: Zəmanənin İmamı mənəm.

Mən dedim: İmamlıq əlamətin nədir?

İmamın əlində bir çəlik var idi. Allahın izni ilə dilə gəlib dedi: ***

Həqiqətən, o mənim mövlam, bu zamanın İmamı və Allahın höccətidir.129

QURUMUŞ AĞACI BARA GƏTİRMƏK


İmam Cavad(ə) Kufə şəhərinin küçələrindən birində olan musibin evinə (məscidə) daxil oldu. O evin həyətində qurumuş və bar verməyən bir (sidr) ağacı var idi. İmam bir kuzə su istədi. O su ilə ağacın dibində dəstəmaz alıb, məğrib və işa namazını qıldı. Sonra isə iki dənə şükr səcdəsi etdi. Bundan sonra o ağac yarpaqlanıb meyvə gətirdi.

Camaat təəccüblənib, onun meyvəsindən meyl etdikdə onun şirin olduğunu anladılar.130


TEYYÜL-ƏRZ


Əli ibni Xalid deyir: Zeydi məzhəbindən olan Mühəmməd deyir: Mən Samirrada idim. Bu zaman əli bağlı bir kişinin ora gətirildiyindən xəbər tutdum. Onu gətirənlər deyirdilər: Bu kişi Peyğəmbərlik iddiası etdiyi üçün tutmuşuq(Ancaq belə bir iddia etməmişdi.).

Əli ibni Xalid deyir: Mən zindana gedib, oranın qoruyucuları ilə mehriban rəftar edib özümü o kişinin yanına yetirdim. Ona yaxınlaşdıqda, onun ağıllı bir insan olduğunu anladım. Ona dedim: Ey kişi! Səni nə üçün tutublar?

Dedi: Mən Şamda Rəsul-Hüseyn(ə) adlanan yerdə ibadət edirdim. İbadət halında ikən bir kişi (İmam Cavad(ə)) mənə yaxınlaşıb dedi:

Qalx gedək. Onunla yola düşdükdə bir anda özümü Kufə məscidində

Gördüm. Mənə dedi: Bu məscidi tanıyırsan? Bəli, deyə ona cavab verdim. Bu Kufə məscididir. O namaz qılmağa başladı. Mən də ona qoşuldum, birdən özümü Mədinədə Peyğəmbərin (s) məscidində gördüm. O, peyğəmbərə salam verdi, mən də təkrar etdim, namaz qıldı, mən də qıldım. Salavat göndərdi. Elə bu zaman özümü Məkkədə gördüm. O dayanmadan Həcc mərasimlərini yerinə yetirirdi. Mən də onunla bərabər əməl edirdim. Elə bu zaman özümü əvvəlki yerimdə (Şamda) gördüm.

Gələn il gəlib yenə həmin işləri gördüm. Şama qayıtdıqda məndən ayrılmaq istədikdə ona dedim:

Sənə and verirəm, o kəsə ki, bütün bu qüdrəti sənə veribdir. Kim olduğunu mənə de! O buyurdu: Mən Mühəmməd ibni Əli ibni Musayam.

Bu xəbər şəhərdə yayıldı. Muhəmməd ibni Əbdül-Məlik Ziyad bu xəbəri eşitdikdə məni tutub İraqa göndərdi.

Əli ibni Xalid deyir: Mən ona dedim: Başına gələnləri Əbdül Məlikə çatdır. O da Əbdül Məlikə çatdırdı.

Əbdul Məlik onun cavabında belə yazdı: Sənin Şamdan Kufəyə, Kufədən Mədinəyə oradanda Məkkəyə aparan şəxsə denən səni azad etsin.

Əli ibni xalid: Mən onu bu halda gördükdə narahat oldum, ona təskinlik verib, səbrli olmağa dəvət etdim. Səhər onu görməyə getdikdə zindan işçilərinin və camaatın ora yığışdıqlarını gördüm.

Dedim: Nə olubdur?

Cavab verdilər: Peyğəmbərlik illiası edən kişi dünən axşam zindandan yox olubdur. Məlum deyil yer aralanıb yerə girib, yoxsa bir quş olub uçubdur.131(Onu İmam azad etmişdi.)

1   ...   10   11   12   13   14   15   16   17   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə