10 iyul 2006-cı il tarixli Azerweb saytında və 12 iyul 2006




Yüklə 7.71 Kb.
tarix16.04.2016
ölçüsü7.71 Kb.

Norveç Qaçqınlar Şurasının 10 iyul 2006-cı il tarixli Azerweb saytında və 12 iyul 2006-cı il tarixli “Zerkalo” və “Ayna” qəzetlərində dərc edilmiş tender elanı verilmiş şərtlər qüvvədə qalmaqla, 31 iyul 2006-cı il müddətinədək uzadılır.



TENDER TƏKLİFİ ÜÇÜN DƏVƏT
Norveç Qaçqınlar Şurasının (NQŞ) Azərbaycan nümayəndəliyi “Qaçqınlara Humanitar Yardım” layihəsi çərçivəsində 6-8 ay ərzində ayda bir dəfə 2500 yaxın qaçqına ərzaq mallarının təchizatı üzrə istənilən şirkət və müəssisələri açıq tenderə dəvət edir.
Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:


  • Tender təklifi (ən azı 30 Sentyabr 2006-cı il tarixinə kimi qüvvədə olmalıdır)

  • Tender təklifi qiymətinin 1%-i həcmində bank zəmanəti

  • İştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

  • Əməkdaşlıq etdiyi təşkilatlardan tövsiyə məktubları (əgər varsa)


Bütün tələb olunan sənədlərin tarixi tender prosedurası müddətinə uyğun olmalı və əsilləri təqdim olunmalıdır. Tender iştirakçıları üçün təlimat və tender təklifi formasının çap olunmuş və ya elektron versiyasını NQŞ-nin Bakı ofisindən əldə etmək olar. İddiaçılar Tender təklif formasını NQŞ ofisində əldə etməmişdən qabaq müəssisənin hüquqi sənədlərinin surətini və bank rekvizitlərini təqdim etməlidirlər. Tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlər və doldurulmuş Tender təklifi forması 31 iyul 2006-cı il, saat 12.00 qədər möhürlənmiş zərfdə təqdim olunmalıdır.
Gecikdirilmiş təkliflər açılmadan geri qaytarılacaqdır.

İşin görülmə yeri: Bakı şəhəri
Çatdırılma ünvanı: Norveç Qaçqınlar Şurası

Bakı şəhəri, M.İbrahimov, 14

Tel: 492-67-76

492-68-64
Əlaqələndirici şəxs: Emil İsmayılov

Tel: (050) 225 -03-45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə