1. Yeyilmə nəyin nəticəsində baş verir?




Yüklə 267.21 Kb.
səhifə3/3
tarix22.02.2016
ölçüsü267.21 Kb.
1   2   3

193. Dirsəkli valın yeyilməyə qarşı davamlılığını artırmaq üçün hansı bərpa metodundan istifadə edərsiniz?

A) elektrolizli xromlama

B) təmir ölçüləri metodu

C) qaynaqla üstəritmə

D) elektroflizli dəmirləmə

E) metallaşma



194. Dirsəkli valın yorulmaya qarşı davamlılığını artırmaq üçün hansı təmir texnologiyasından istifadə edilir?

A) səthi pərçimləmədən

B) flüs altında üstəritmədən

C) vibroqövslü üsul ilə qaynaqdan

D) qalvaniki örtüklərdən

E) mexaniki emaldan



195. Dirsəkli valın təmiri zamanı davamlılıq həddinin (yorulmanın) aşağı düşməsinə səbəb nə ola bilər?

A) sərt keçidlərin yaranması

B) termiki emalın səthdə tələb olan qiymətdə olmaması

C) ölçülərin düzgün alınmaması

D) lazımi təmizliyin əlavə edilməsi

E) valın texnoloji bazalarının pozulması



196. Oymağın maksimum ovallaşması necə təyin olunur?

A)

B)

C) F

D)

E)



197. Təmirin əmək tutumunun qiyməti hansı göstəriciyə aid edilə bilər?

A) etibarlılığın kompleks göstəricisinə

B) etibarlılığın fərdi göstəricisinə

C) texniki göstəriciyə

D) texnoloji göstəriciyə

E) iqtisadi göstəriciyə



198. Qaz metallaşmasında hissə ilə metalizator arasındakı məsafə nə qədər olmalıdır?

A) 75÷80 mm

B) 80÷85 mm

C) 70÷75 mm

D) 75÷90 mm

E) 65÷75 mm



199. Hidravliki sistem nasoslarının gövdəsinin daxili səthlərində qopmalar nəyin nətiçəsində baş verə bilər?

A) kavitasiyalı yeyilmənin

B) abraziv-mexaniki yeyilmənin

C) yorulmanın

D) korroziyalı dağılmanın

E) oksidləşdirici yeyilmənin



200. Ekskavatorun işçi orqanının sıradan çıxmasına əsas səbəb:

A) abraziv yeyilmə

B) əzilmələr

C) deformasiyalar

D) yorulma

E) metalın keyfiyyətinin pozulması



201. Elektroqığılcımlı emalla hissədə profil hazırlayanda:

A) Metal anoddan katoda qığılcım boşalması nəticəsində keçir

B) Metal anoddan katoda elektroliz yolu ilə keçir

C) Metal katoddan anoda elektroliz yolu ilə keçir

D) Metal katoddan anoda qığılcım boşalması nəticəsində keçir

E) Metal əriyib axıb gedir



202. Genişləndirmədə daxili səthlərdən metalın ötürülmə prosesinə tələb olunan qüvvə necə hesablanır?

A)

B)

C)

D)

E)



203. Bir neçə elektrodlu flus altında qaynaqla alınan üstəritmənin qalınlığı neçə mm olur?

A) 10 ÷ 20 mm

B) 10 ÷ 30 mm

C) 20 ÷ 30 mm

D) 10 ÷ 40 mm

E) 20 ÷ 40 mm



204. Qaynaqdan sonra çüqunun tez soyudulması zamanı hansı hadisə baş verir?

A) Çat yaranır

B) Çüqun ağarır

C) Qrafit yaranır

D) Martensit yaranır

E) Məsamələr bozarır



205. Əriyən flüslər hansı xassəyə malik olurlar?

A) Qoruyucu

B) Qabıq əmələ gətirmə

C) Soyuducu

D) Dekorativ

E) Termokimyəvi



206. Elektroqığılcımlı emalla hissədə profil hazırlayanda:

A) metal dielektrik mayeli vannada qalır

B) metal anoda yapışır

C) metal katoda yapışır

D) metal anodda diffuziya edir

E) metal katodda diffuziya edir



207. Elektroqığılcımlı emalla hissənin səthini bərpa etdikdə:

A) metal hissənin üzərinə anoddan qığılcım boşalması vasitəsilə ötürülür

B) metal hissənin üzərinə katoddan qığılcım boşalması vasitəsilə ötürülür

C) metal hissənin üzərinə anoddan elektroliz vasitəsilə ötürülür

D) metal hissənin üzərinə katoddan elektroliz vasitəsilə ötürülür

E) metal hissənin üzərinə katoddan diffuziya edir



208. Elektroqığılcımlı emalla bərk silindrik hissələri cilaladıqda fırlanan olur?

A) hissə və elektrod

B) hissə

C) vibrator

D) elektrod

E) katod


209. Elektroqığılcımlı emalla bərk hissəni kəsdikdə mütləq fırlanmalıdır?

A) Katod


B) Anod

C) Kontakt halqası

D) Hissə

E) Kondensator



210. Elektroqığılcımlı emalla hissə üzərində bərk xəlitədən örtük yaratdıqda, titrəmə hərəkəti etməlidir:

A) Anod


B) Hissə

C) Katod


D) Vibrator

E) Kondensator



211. Anod-mexaniki emalla hissəni kəsdikdə mütləq fırlanmaya məruz qalmalıdır:

A) Alət


B) Maye verici

C) Hissə


D) Hissə saxlayıcı

E) Vibrator



212. Anod-mexaniki emalla silindrik detal səthini emal etdikdə fırlanan hissə olmalıdır?

A) Alət və detal

B) Alət

C) Detal


D) Maye verici

E) Vibrator



213. Anod-mexaniki emalla detalın üzərində işgil və ya şlis pazları kəsdikdə:

A) Alət detalın oxu boyu həm fırlanma, həm də yerdəyişmə hərəkəti etməlidir

B) Alət yalnız oxboyu hərəkət etməlidir

C) Alət yalnız fırlanma hərəkəti etməlidir

D) Hissə fırlanmalıdır

E) Maye verici oxboyu hərəkət etməlidir



214. Anod-mexaniki emalı zamanı detalın səthində aparılan proseslər aşağıdakılardan hansıdır?

A) Elektrokimyəvi ərimə ilə elektroerroziyalı emal

B) Kəsmə

C) Elektrokimyəvi ərimə

D) Elektrokimyəvi dağılma

E) Erroziyalı dağılma



215. Yeyilməyə qarşı davamlı örtük almaq üçün hansı emal metoduna üstünlük verərsiniz?

A) Plazmalı üstəritmə

B) Flüs altında üstəritmə

C) Metallaşma

D) Plastik kütlələrlə örtük əmələ gətirmə

E) Elektroqığılcımlı emal



216. Elektrokontakt qaynağında hissənin üzərinə sarınan məftilin diametri hansı həddə olmalıdır?

A) 0,5÷2,0 mm

B) 0,5÷2,5 mm

C) 0,5÷1,5 mm

D) 0,5÷1,8 mm

E) 0,5÷2,7 mm



217. Elektromexaniki emalla fırlanan silindrik hissələrin bərpası yeyilmə zamanı araboşluq ölçüləri aşağıdakı qiymətlər alana qədər aparılır:

A) 0,12 mm

B) 0,25 mm

C) 0,20 mm

D) 0,18 mm

E) 0,15 mm



218. Elektromexaniki emalla silindrik hissələrin cilalanması zamanı sərbəst fırlanan diyircək bərkidilir?

A) Supportdakı xüsusi saxlayıcıya

B) Dəzgahın patronunda

C) Dəzgahın dal aşığında

D) Supportda

E) Hissənin üzərində



219. Elektrolitik sinkləmə təmirdə nə üçün istifadə edilir?

A) Hissələrin atmosfer korroziyasından qorunması üçün

B) Hissələrin ölçülərini bərpa etmək üçün

C) Hissələrin səthinin keyfiyyətini yaxşılaşdırmaq üçün

D) Hissələrin aqressiv şəraitdən qorunması üçün

E) Hissələrin antifriksion xassələrini yaxşılaşdırmaq üçün



220. Təmirdə aşağıdakı hissələrin hansında elektrolitik sinkləmə apararsınız?

A) Bolt


B) Dirsəkli val

C) Qazpaylayıcı val

D) İçlik

E) Klapan



221. Fosforlamanı təmirdə nə üçün tətbiq edirlər?

A) Yuvarlanmanı yaxşılaşdırmaq üçün

B) Korroziyadan qorumaq üçün

C) Yeyilməyə qarşı müqaviməti yüksəltmək üçün

D) Estetik gorünüş vermək üçün

E) Korroziyaya qarşı müqaviməti artırmaq üçün



222. Mühərrikin klapan yuvaları arasındakı arakəsmədə çatın yaranmasının səbəbi nədir?

A) Sorma kanalı ilə ixrac kanalı arasında temperatur fərqi

B) İxrac kanalı ilə yanma kamerası arasında temperatur fərqi

C) Aşağı temperatur

D) Yanma kamerası ilə sorma kanalı arasında temperatur fərqi

E) Mühərrikin buzlanması



223. Yağ nasosunun daxili gövdəsində hansı növ yeyilmə baş verir?

A) Kavitasiyalı yeyilmə

B) Abraziv-mexaniki

C) Pyezoabraziv

D) Korroziyalı abraziv

E) Molekulyar-mexaniki



224. Porşen üzüklərinin yeyilməsi necə olur?

A) Korroziyalı-mexaniki

B) Kavitasiyalı

C) Hidroabraziv

D) Oksidləşmə-mexaniki

E) Molekulyar-mexaniki



225. Süni bazalar metodu ilə yeyilmə necə təyin olunur?

A) Yeyilmə səthlərində süni bazalar yaratmaqla

B) Hissənin texnoloji bazasından istifadə etməklə yeyilmənin qiymətinin təyini

C) Hissənin konstruktiv bazasından istifadə etməklə yeyilmənin qiymətinin təyini

D) Hissənin nəzarət bazasından istifadə etməklə yeyilmənin qiymətinin təyini

E) Bərkitmə bazalarından istifadə etməklə yeyilmənin qiymətinin təyini



226. Sorma sistemi hansı yeyilməyə məruz qalır?

A) Pyezoabraziv

B) Abraziv-mexaniki

C) Hidroabraziv

D) Korroziyalı-abraziv

E) Oksidləşdirici



227. Yanacaq nasoslarının plunjer cütü hansı yeyilməyə məruz qalır?

A) Hidroabraziv

B) Abraziv-mexaniki

C) Molekulyar-mexaniki

D) Kavitasiyalı

E) Pyezoabraziv



228. Hidrosilindrlər hansı yeyilməyə məruz qalır?

A) Hidroabraziv

B) Korroziyalı-mexaniki

C) Abraziv-mexaniki

D) Molekulyar-mexaniki

E) Pyezoabraziv



229. Mühərrikin əsas hissələri ən çox hansı halda yeyilir?

A) İşə salma vaxtı

B) Maksimum güc rejimində

C) Maksimum fırlanma rejimində

D) Boş işləmə zamanı

E) Minimum yüklənmə rejimində



230. Maşın planlı şəkildə ən yüksək hansı təmirə məruz qala bilər?

A) Cari


B) Əsaslı

C) Orta


D) Qəzalı

E) Bərpaedici



231. Mühərrik planlı şəkildə ən yüksək hansı təmirə məruz qala bilər?

A) Əsaslı

B) Cari

C) Orta


D) Qəzalı

E) Bərpaedici



232. Uçurumdan düşən maşın hansı təmirə məruz qala bilər?

A) Qəzalı

B) Əsaslı

C) Orta


D) Cari

E) Bərpaedici



233. Modernizasiya olunan maşın hansı təmirə məruz qala bilər?

A) Bərpaedici

B) Əsaslı

C) Orta


D) Qəzalı

E) Cari


234. Çoxelektrodlu avtomatik üstəritmə ilə hansı qalınlıqda üstəritmə almaq olar?

A) 10÷20 mm

B) 10÷25 mm

C) 10÷18 mm

D) 10÷30 mm

E) 10÷14 mm



235. Yığım vahidi təmir zamanı hansı əməliyyatı keçir?

A) Yığılır və yuvarlanır

B) Mexaniki emal olunur

C) Termiki emal olunur

D) Qaslvaniki emal olunur

E) Qaynaq olunur



236. Düyün təmir zamanı nə olunur?

A) Yığılıb, yuvarlanıb sınaq olunur

B) Bərpa olunur

C) Yuyulur və defektləşir

D) Mexaniki emal olunur

E) Rənglənilir



237. Aqreqatın sınağı harada aparılır?

A) Yığma sexində

B) Sökmə sexində

C) Bərpa sexində

D) Gözləmə yerində

E) Poliqonda



238. Defektləşmə şöbəsində nə müəyyən edilir?

A) Detalın vəziyyəti

B) Maşının vəziyyəti

C) Detalın səthinin kələ-kötürlülüyü

D) Termiki emal səthinin qalınlığı

E) Detalın forması



239. Yük avtomobillərinin ən çox yeyilən hissəsi hansıdır?

A) Ressor barmağı

B) Porşen barmağı

C) Silindr gilzi

D) Qazpaylama valı

E) Klapanlar



240. Torpaqqazan maşınların ən az resurslu elementi hansıdır?

A) İşçi orqan

B) Mühərrik

C) İdarə mexanizmi

D) Transmissiya

E) Elektrik avadanlığı



241. Flüs altında üstəritmədə elektrod mərkəzə görə hansı məsafədə yerləş-məlidir?

A) a=5÷8 mm

B) a=5÷10 mm

C) a=5÷12 mm

D) a=5÷18 mm

E) a=5÷20 mm



242. Buldozerin ən az resurslu elementi hansıdır?

A) Laydır

B) Mühərrik

C) Tırtıl mexanizmi

D) Hidrosilindrlər

E) İtələyici bruslar



243. Çüqunun əriməsi zamanı hansı hadisə baş verir?

A) Qrafit sementitə keçir

B) Qrafit martensitə keçir

C) Qrafit austenitə keçir

D) Qrafit dendrit şəkli alır

E) Qrafit vəziyyətini dəyişmir



244. Buldozerin laydırının kəsici lövhəsini nə ilə bərpa edərsiniz?

A) Flüs altında örtük əmələ gətirməklə

B) Qalvaniki örtüklə

C) Metallaşma ilə

D) Plastiki deformasiya ilə

E) Əlavə hissə qaynaq etməklə



245. Kardan valının təmir zamanı hansı əməliyyata ehtiyacı var?

A) Dinamiki balanslaşmaya

B) Plastiki deformasiyaya

C) Statiki balanslaşmaya

D) Mexaniki emala

E) Qaynaq əməliyyatına



246. Nazim çarxın təmir zamanı hansı əməliyyata ehtiyacı var?

A) Statiki balanslaşmaya

B) Qaynaqlamaya

C) Mexaniki emala

D) Plastiki deformasiyaya

E) Metallaşmaya



247. Nazim çarx dirsəkli valla birgə hansı əməliyyatı keçir?

A) Dinamiki balanslaşma

B) Torna emalı

C) Frezləmə

D) Termiki emal

E) Statiki balanslaşma



248. Qasnaqlar yığmadan əvvəl hansı əməliyyata məruz qalır?

A) Statiki balanslaşmalıdır

B) Frezlənməlidir

C) Val yuvası emal edilməlidir

D) Dinamiki balanslaşmalıdır

E) Qayış yuvası təmizlənməlidir



249. Defektləşmə şöbəsində hissələr neçə qrupa bölünür?

A) 3


B) 5

C) 6


D) 7

E) 2


250. Dəmirçi şöbəsinin əsas avadanlığı hansıdır?

A) Pnevmatik çəkic

B) Konveyer

C) Torna dəzgahı

D) Yuma maşını

E) Sınaq stendi



251. Yükqaldırıcı maşınlar neçə növ sınağa məruz qalırlar?

A) 2


B) 3

C) 5


D) 6

E) 7


252. Dişli çarxın texnoloji bazası nə olacaq?

A) Val üçün yuva

B) Topunun yan səthi

C) Dişlərin profili

D) Dişlərin yan səthi

E) Dişlərin qalınlığı



253. Dirsəkli valın sürgüqolu boyuncuqlarının cilalanması hansı dəzgahlarda aparılır?

A) Dairəvi-cilalayıcı dəzgahlarda mərkəz dəyişdiricilərini tətbiq etməklə

B) Mərkəzsiz cilalayıcı dəzgahlarda mərkəz dəyişdiricilərini tətbiq etməklə

C) Daxili cilalayıcı dəzgahlarda mərkəz dəyişdiricilərini tətbiq etməklə

D) Xoninqləmə dəzgahlarında mərkəz dəyişdiricilərini tətbiq etməklə

E) Müstəvi-cilalayıcı dəzgahlarda mərkəz dəyişdiricilərini tətbiq etməklə



254. Silindr gilzlərinin cilalanması hansı dəzgahlarda aparılır?

A) Xoninqləmə dəzgahlarında

B) Mərkəzsiz-cilalama dəzgahlarında

C) Daxili cilalanma dəzgahlarında

D) Torna avtomatlarında

E) Revorver dəzgahlarında



255. Yuvarlanmanın tamamlanması necə təyin olunur?

A) Yuvarlanmanı aparmaq üçün sərf olunan gücün və yağın temperaturasının aşağı düşməsi ilə

B) Soyutma suyunun temperaturunun aşağı düşməsi ilə

C) Soyutma suyunun qaynaması ilə

D) Əvvəlcədən təyin olunmuş vaxt müddəti ilə

E) Yağın tüstüləməsi ilə



256. Klapanların yeyilmiş çubuqları hansı üsulla bərpa edilir?

A) Xromlama ilə

B) Plastiki deformasiya ilə

C) Flüs altında üstəritmə ilə

D) Metallaşma ilə

E) Təmir ölçüləri metodu ilə



257. Klapan nimçəsinin haşiyəsi hansı üsulla bərpa edilir?

A) Plastiki deformasiya ilə

B) Əlavə hissə qoymaqla

C) Plazmalı üstəritmə ilə

D) Kimyəvi nikelləmə ilə

E) Xromlama ilə



258. Şlisli valların yeyilmiş işçi səthlərini hansı üsulla bərpa etmək olar?

A) Plastiki deformasiya ilə

B) Qaynaqlama ilə

C) Metallaşma ilə

D) Elektrofiziki metodla

E) Təmir ölçülərinə yenidən yonmaqla



259. Oymağın yeyilmiş daxili səthi hansı üsulla bərpa edilir?

A) Plastiki deformasiya ilə

B) Metallaşma ilə

C) Növbəti təmir ölçüsünə yonmaqla

D) Flüs altında örtük əmələ gətirməklə

E) Səthi pərçimləməklə



260. Xromlanmış porşen barmaqları tələb olunan ölçüyə hansı dəzgahda cilalanır?

A) Mərkəzsiz-cilalayıcı dəzgahda

B) Mərkəzli cilalayıcı dəzgahda

C) Torna dəzgahında

D) Xoninqləmə dəzgahında

E) Koordinat yonucu dəzgahda



261. Klapan itələyicisinin yeyilmiş səthi nə ilə bərpa edilir?

A) Xromlama ilə

B) Dəmirlənmə ilə

C) Nikelləmə ilə

D) Plastiki deformasiya ilə

E) Metallaşma ilə



262. Hissənin eyni vaxtda yeyilməyə və yorulmaya qarşı müqavimətini artırmaq üçün hansı əməliyyatdan istifadə edilir?

A) Səthi pərçimləmədən

B) Elektrolitik xromlamadan

C) Elektrokontakt üstəritmədən

D) Vibroqövslü üstəritmədən

E) Metallaşmadan



263. Uzadılmış elektrodla üstəritmə hansı bərpa növünə aiddir?

A) Flüs altında

B) Elektrokontakt qaynağa

C) Vibroqövslü qaynağa

D) Qoruyucu qaz mühitində qaynağa

E) Metallaşmaya



264. Aşağıdakı qalvaniki proseslərdən ən bərk örtük hansı prosesdə alınır?

A) Xromlamada

B) Elektrolitik dəmirləmədə

C) Nikelləmədə

D) Sinkləmədə

E) Misləmədə



265. Ən yüksək yeyilməyə qarşı davamlı örtüklər hansı qalvaniki prosesdə alınır?

A) Xromlamada

B) Elektrolitik dəmirləmədə

C) Nikelləmədə

D) Sinkləmədə

E) Misləmədə



266. Sürəti 3m/san.-dən az olan dişli-çarxlarda dişlərin qalınlıq üzrə yeyilməsi hansı həddə (% hesabı ilə) dəyişir?

A) 10÷25

B) 10÷15

C) 10÷35

D) 10÷18

E) 10÷12



267. Yuvarlanma zamanı uyğunlaşdırmanı yaxşılaşdırmaq üçün hissələrin üzərində hansı təbəqə əmələ gətirilir?

A) Fosfor

B) Xrom

C) Elektrolitik dəmir



D) Oksid

E) Nikel


268. Yuvarlanma zamanı uyğunlaşdırmanı yaxşılaşdırmaq üçün hansı elektroliz prosesindən istifadə edilir?

A) Qalaylamadan

B) Xromlamadan

C) Nikelləmədən

D) Misləmədən

E) Sinkləmədən



269. Tamamilə məsaməsiz örtüklər alınır?

A) Kimyəvi nikelləmədən

B) Xromlamadan

C) Elektrolitik nikelləmədən

D) Elektrolitik dəmirlənmədən

E) Sinkləmədən



270. Vibroqövslü üstəritmənin üstünlüyü aşağıdakılardan hansıdır?

A) Səthin cüzi qızması

B) Yeyilməyə davamlılığın yüksəlməsi

C) Yorulmaya qarşı davamlılığın yüksəlməsi

D) Korroziyaya qarşı davamlılığın yüksəlməsi

E) Texnologiyanın sadəliyi



271. Elektrokontakt üstəritmənin üstünlüyü hansıdır?

A) Məhsuldarlığın yüksək olması

B) Texnologiyanın sadəliyi

C) Yorulmaya qarşı davamlılığının yüksəlməsi

D) Korroziyaya qarşı davamlılığının yüksəlməsi

E) Səthin təmiz alınması



272. Uzadılmış elektrodla üstəritmənin üstünlüyü hansıdır?

A) Eyni vaxtda böyük sahələrdə örtüyün alınması

B) Alınan səthin təmizliyi

C) Alınan səthin bərkliyi

D) Prosesin ucuzluğu

E) Prosesin sadəliyi



273. Proses zamanı ən yüksək temperatura hansı texnologiyada olur?

A) Plazmalı metallaşmada

B) Xromlamada

C) Plastiki deformasiyada

D) Flüs altında qaynaqda

E) Elektromexaniki emalda



274. Plazmayaradıcı qaz kimi aşağıdakılardan hansının istifadə edilməsi məsləhətdir?

A) Arqon

B) Oksigen

C) Hidrogen

D) Hava

E) Quru su buxarı



275. Plazmayaradici qaz olaraq, aşağıdakılardan hansı məsləhət olunur?

A) Azot


B) Oksigen

C) Helium

D) Hava

E) Freon


276. Xromlamada istifadə olunan anod hansıdır?

A) Əriməyən qurğuşun

B) Metalliki xrom

C) Əriyən qurğuşun

D) Əriməyən polad

E) Əriməyən gümüş



277. Elektrolitik poladlamada istifadə olunan anod hansıdır?

A) Əriyən aşağı karbonlu polad ovuntusu

B) Metaldan xrom

C) Əriməyən polad lövhələri

D) Əriyən legirləşmiş polad lövhələri

E) Əriyən mis lövhələri



278. Tetraxromat elektrolitlərdən örtüklərin əsas üstünlüyü hansıdır?

A) Plastiklik

B) Yüksək bərklik

C) Yeyilməyə qarşı yüksək davamlılıq

D) Parıldayan örtüklər

E) Yüksək temperaturalara davamlılıq



279. Tetraxromat elektrolitlərin üstün cəhəti hansıdır?

A) Prosesin otaq temperaturasında getməsi

B) Əriyən elektrodların istifadə edilməsi

C) Örtüklərin yeyilməyə qarşı davamlılığı

D) Bərk örtüklərin alınması

E) Məsaməsiz örtüklərin alınması



280. Dirsəkli valın yeyilmiş boyuncuqları aşağıdakılardan hansı ilə ölçülür?

A) Mikrometrlə

B) Ştangenpərgarla

C) Ruletka ilə

D) Xətkeşlə

E) Ştıxmustla



281. Silindr gilzinin yeyilmiş səthini nə ilə ölçürlər?

A) Daxili ölçücü ilə

B) Xətkeşlə

C) Ştangenpərgarla

D) Sirkulla

E) Ştıxmustla



282. Dişli çarxın yeyilmiş dişlərinin ölçülməsi nə ilə aparılır?

A) Dişölçənlə

B) Xətkeşlə

C) Ştangenpərgarla

D) Ruletka ilə

E) Mikrometrlə



283. Dirsəkli valın boyuncuqlarının növbəti təmirə qədər yeyilməsinin qiyməti nə qədər ola bilər?

A) 0.01 mm

B) 0.02 mm

C) 0,7 mm

D) 0,3 mm

E) 0,1 mm



284. Silindr gilzlərinin növbəti təmirə qədər yeyilməsinin qiyməti nə qədər ola bilər?

A) 0,020 mm

B) 0,08 mm

C) 0,12 mm

D) 0,20 mm

E) 0,050 mm



285. Porşen barmağının yeyilməsi hansı forma üzrə olur?

A) En kəsiyi üzrə birtərəfli

B) Uzunluq boyu üzrə eyni

C) Uzunluq boyu üzrə boçkavarı

D) Uzunluq üzrə konusvarı

E) En kəsiyi üzrə ellipsvari



286. Böyük xüsusi təzyiqlərdə və yağlama şəraiti pozulduqda dirsəkli valın yeyilməsi aşağıdakılardan hansı olacaq?

A) Molekulyar-mexaniki

B) Abraziv-mezaniki

C) Kavitasiyalı

D) Korroziyalı-mexaniki

E) Oksidləşmə-mexaniki



287. V-şəkilli mühərriklərdə silindr gilzinin yeyilməsi hansı forma üzrə olur?

A) Diametr üzrə birtərəfli

B) Uzunluq boyu eyni

C) En kəsik üzrə eyni

D) Diametr üzrə eyni

E) Uzunluq boyu konusvarı



288. Dirsəkli valın boyuncuqlarının intensiv yeyilməsinə səbəb:

A) Yağ kanalının tutulması

B) Yağın aşağı keyfiyyətli olması

C) Mühərrikin həddən artıq yeyilməsi

D) Mühərrikə texniki xidmətin aşağı olması

E) Yağın çirklənməsi



289. Yorulma hadisəsi nəyin nəticəsində baş verir?

A) Hissədə çat yaranması nəticəsində

B) Hissənin əyilməsi nəticəsində

C) Hissənin burulması nəticəsində

D) Hissənin sürtünməsi nəticəsində

E) Hissənin yeyilməsi nəticəsində



290. Maqnitli nəzarətdə istifadə olunan suspenziyanın tərkibi?

A) Ağ neft-transformator yağı

B) Benzin-transformator yağı

C) Dizel yanacağı-transformator yağı

D) Benzin-motor yağı

E) Dizel yanacağı-motor yağı



291. Maqnitli nəzarətdə istifadə edilən suspenziyaya əlavə edilən ovuntu hansıdır?

A) Dəmir oksidi

B) Nikel oksidi

C) Mis oksidi

D) Sink oksidi

E) Molibden oksidi



292. Maqnitli nəzarətdə istifadə olunan suspenziyanın tərkibinə əlavə edilən ovuntunun miqdarı nə qədər olmalıdır?

A) 30-50 q

B) 5-10 q

C) 10-25 q

D) 55-70 q

E) 70-100 q



293. Lüminiset nəzarət metodunda istifadə olunan flurisent mayesi nədən ibarətdir?

A) Transformator yağı-ağ neft-benzin

B) Motor yağı-ağ neft-dizel yanacağı

C) Motor yağı-ağ neft-benzin

D) Transformator yağı-ağ neft-dizel yanacağı

E) Transmissiya yağı-dizel yanacağı-benzin



294. Maqnitli nəzarət metodunda istifadə olunan suspenziyanın tərkibi hansı nisbətdə ola bilər?

A) Yanacağın yağa nisbəti 2:1

B) Yanacağın yağa nisbəti 1:1

C) Yağın yanacağa nisbəti 1:2

D) Yağın yanacağa nisbəti 1:3

E) Yanacağın yağa nisbəti 3:2



295. Lüminsent nəzarət metodunda hopdurucu kimi aşağıdakıların hansından istifadə edilir?

A) Silikagel

B) Yumşaq əski

C) Kükürd

D) Təbaşir

E) Dəmir oksidi



296. Ən sadə yolla çatı aşkar etmə metodunda istifadə edilən mayenin tərkibi aşağıdakılardan hansıdır?

A) Ağ neft-transformator yağı-skipidar

B) Ağ neft-transformator yağı-benzin

C) Benzin-transmissiya yağı-skipidar

D) Dizel yanacağı-motor yağı-spirt

E) Dizel yanacağı-motor yağı-skipidar



297. Hansı nomenklaturada fərdi istehsal tətbiq oluna bilər?

A) 2-3 dən çox olmayaraq

B) bir qədər az

C) 30-40 ədəd

D) 10-15 ədəd

E) Geniş


298. İşlənmiş hissələrdə həndəsi formanın dəyişməsi hansı düsturla təyin edilir?

A)

B)

C)

D)

E)



299. Sürəti 3 m/san.-dən artıq olan dişli çarxlarda dişlərin qalınlıq üzrə yeyilməsi hansı həddə (% hesabı ilə) dəyişir?

A) 3÷10

B) 3÷15

C) 3÷20


D) 3÷18

E) 3÷30


300. Eyni zamanda yeyilməyə və korroziyaya qarşı davamlı örtüklər hansı proseslə alınır?

A) Kimyəvi nikelləmə ilə

B) Xromlama ilə

C) Elektrolitik nikelləmə ilə

D) Misləmə ilə

E) Sinkləmə ilə



301. Ən intensiv xromlama prosesi hansı üsullarla aparılır?

A) Anod-şırnaqlı xromlama ilə

B) Axınlı xromlama ilə

C) Reversli xromlama ilə

D) Öz-özünü tənzimləyən xromlama elektrolitində

E) Tetroxromat elektrolitində



302. Xromlanan hissənin tələb olunan dəqiq ölçüsü hansı üsullarla alına bilər?

A) Reversli xromlamada

B) Axınlı xromlamada

C) Anod-şırnaqlı xromlamada

D) Tetroxromat elektrolitlərində

E) Öz-özünü tənzimləyən xromlama elektrolitlərində



303. Sürgüqolu başlığının oymaq ilə birlikdə bərpası hansı üsulla aparılmalıdır?

A) Plastiki deformasiyalı oturtma ilə

B) Mexaniki emal vasitəsilə

C) Elektrofiziki emal vasitəsilə



D) Qaynaq metodlarından istifadə etməklə

E) Elektromexaniki emal vasitəsilə
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə