1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?




Yüklə 2.04 Mb.
səhifə1/20
tarix10.04.2016
ölçüsü2.04 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   20
Qastroenterologiya ixtisası üzrə test suallarının nümunələri


Qida borusu, mədə və 12-barmaq bağırsağın klinik anatomiya, morfologiya və fiziologiyası

1) Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?

A) 20-25 sm

B) 10-20 sm

C) 15-25 sm

D) 20-35 sm

E) 20-40 sm


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.14
2) Aşağıdakılardan hansı qida borusunun boyun hissəsinin qanla təchizatında iştirak edir?

A) Aşağı diafraqmal arteriya

B) Yuxarı qalxanabənzər arteriya

C) Döş aortasının qida borusu şaxəsi

D) Aşağı qalxanabənzər arteriya

E) Sol mədə arteriyası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.15
3) Qida borusunun divarında hansı qişa yoxdur?

A) Əzələ qişası

B) Seroz qişa

C) Selikaltı qat

D) Adventisial qişa

E) Selikli qişa


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.15
4) Sağlam insanlarda sakit vəziyyətdə aşağı qida borusu sfinkterinin toniki təzyiqi nə qədərdir?

A) 30-50 mm c. st

B) 5-10 mm c. st

C) 0-10 mm c. st

D) 10-30 mm c. st

E) 30-40 mm c. st


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.17
5) Qida borusunun klirensi dedikdə nə başa düşülür?

A) Udma aktının pozulması

B) Qida borusunun diffuz spazmı

C) Qida borusunun özünü qidadan təmizləməsi

D) Yuxarı qida borusu sfinkterinin tonusunun azalması

E) Qida borusunun peristaltikası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.17
6) Mədənin giriş dəliyi necə adlanır?

A) Antrum

B) Kardial

C) Subkardial

D) His küncü

E) Z- xətti


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.19
7) Aşağıdakılardan hansı mədənin anatomik təsnifatına daxil deyil?

A) Mədənin tağı

B) Pilorik hissə

C) Kardial hissə

D) Mədənin cismi

E) Mədənin dibi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.19
8) Mədənin çox hissəsi qarın boşluğunun hansı hissəsində yerləşir?

A) Epiqastral nahiyyədə

B) Göbək nahiyyəsində

C) Qarının sağ yarısında

D) Sol qabırğaaltı nahiyyədə

E) Sağ qabırğaaltı nahiyyədə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.21
9) 12-barmaq bağırsaq anatomik olaraq neçə hissədən ibarətdir?

A) Iki


B) Bir

C) Dörd


D) Beş

E) Üç
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.22


10) Nazik bağırsaq haradan başlayır?

A) Qalça bağırsaqdan

B) Mədədən

C) 12-barmaq bağırsaqdan

D) Köndələn çənbər bağırsaqdan

E) Kor bağırsaqdan


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.22
11) Mədə və 12-barmaq bağırsağın divarında aşağıdakı hansı qişa yoxdur?

A) Adventisial qişa

B) Selikaltı qat

C) Seroz qişa

D) Əzələ qişası

E) Selikli qişa


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.24
12) Mədə vəziləri mədə divarının hansı qatında aşkarlanır?

A) Seroz qişada

B) Selikaltı qatda

C) Selikli qişanın səthində

D) Əzələ qatında

E) Selikli qişanın xüsusi lövhəsində


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.25
13) Mədə selikli qişasının 1 mm2-də (minimum və maksimum) nə qədər vəzi vardır?

A) 100-200

B) 240-300

C) 250-360

D) 200-280

E) 150-230


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.25
14) Mədə selikli qişasının stroması hansı funksiyanı yerinə yetirir?

A) Sekretor

B) Müdafiə

C) Regenerator

D) Hərəki

E) Dayaq
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.25


15) Bağırsaq borusunun daxili inervasiyası aşağıdakılardan hansının vasitəsilə baş verir?

A) Avtonom fəaliyyət göstərən xüsusi sinir kələfi

B) Günəş kələfi

C) Periferik sinir ucları

D) Simpatik sinir sistemi

E) Parasimpatik sinir sistemi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.25
16) Pepsinin təsiri altında mədənin yerinə yetirdiyi əsas funksiya aşağıdakılardan hansıdır?

A) Motor-evakuator

B) Zülalları parçalamaq

C) Yağları parçalamaq

D) Karbohidratları parçalamaq

E) Anbar
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.26


17) Mədə sekresiyasının tənzimlənməsində aşağıdakılardan hansı mühüm rol oynayır?

A) Mərkəzi sinir sistemi

B) Parasimpatik sinir sistemi

C) Avtonom sinir kələfi

D) Periferik sinir ucları

E) Simpatik sinir sistemi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.26
18) Aşağıdakılardan hansı mədənin endokrin hüceyrələrinə aid deyil?

A) Enteroxromaffinə bənzər

B) Parietal

C) Enteroxromaffin

D) G- hüceyrələr

E) D- hüceyrələr


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.30
19) Aşağıdakılardan hansı G- hüceyrələrinə tormozlayıcı təsir göstərir?

A) Mədənin antral hissəsinin mənfəzində pH yüksəlməsi

B) Mədənin antral hissəsində pH-ın 3-dən aşağı düşməsi

C) Mədənin mənfəzində aromatik aminturşular

D) Qastrin- relizing peptid

E) Asetilxolin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.33
20) G- hüceyrələrinin sayı mədənin hansı hissəsinin selikli qişasında daha çoxdur?

A) Subkardial

B) Mədə cismi

C) Antral

D) Dibi

E) Kardial


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.33
21) D- hüceyrələrə aşağıdakılardan hansı blokadaedici təsir göstərir?

A) Antral şöbədə pH-3 olması

B) Asetilxolin

C) Xolesistokinin

D) Qastrin

E) Peptidlər


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.34
22) Parietal hüceyrələr göstərilənlərdən hansını sekresiya edir?

A) Daxili faktoru

B) Prostaqlandinləri

C) Qastrin

D) Pepsinı

E) Seliyi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.31
23) Xolesistokinin əsasən hansı orqanın hormonudur?

A) Qalxanabənzər vəzin

B) Mədəaltı vəzin

C) Böyrəküstü vəzin

D) Hipofizin

E) 12-barmaq bağırsağın


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.29
24) Xolesistokininin ifrazını aşağıdakılardan hansı artırır?

A) Mineral sular

B) Yağlar

C) Zülallar

D) Karbohidratlar

E) Vitaminlər


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.29
25) Mədə selikli qişasında prostaqlandinləri əsasən hansı hüceyrələr ifraz edir?

A) Baş hüceyrələr

B) Enteroxromaffin

C) Enteroxromaffinə bənzər

D) Mukositlər

E) Bürüyücülər


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.28
26) Prostaqlandinlər aşağıdakılardan hansının sekresiyasını blokada edir?

A) Somatostatin

B) Duz turşusu

C) Selik sekresiyası

D) Bikarbonat

E) Katexolamin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.28
27) Normada qan zərdabında qastrinin normal səviyyəsi nə qədərdir?

A) 0-50 pq/ml

B) 25-50 pq/ml

C) 110-160 pq/ml

D) 50-100 pq/ml

E) 100-150 pq/ml


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.33
28) Normal vəziyyətdə bir sutka ərzində neçə litr mədə şirəsi ifraz olunur?

A) 2-3 l


B) 3-4 l

C) 1-2 l


D) 0,5-1 l

E) 4-5 l
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.35


29) Parietal hüceyrələrin daxili kanalcıqlarında pH nə qədər olduqda duz turşusu ifraz olunur?

A) pH - 1,3

B) pH - 1,2

C) pH - 1,4

D) pH - 1

E) pH - 2


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.35
30) Pepsinin əsas təsir xüsusiyyəti hansıdır?

A) Zülalları parçalamaq

B) Yağları parçalamaq

C) Karbohidratları parçalamaq

D) Bakterial yoluxmanın qarşısını almaq

E) Mədənin hərəki funksiyasını tənzimləmək


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.38
31) Mədə şirəsində daxili faktorun çatmazlığı aşağıdakılardan hansının sorulmasının pozulmasına səbəb olur?

A) Yağlar

B) Vitamin B6

C) Mikroelementlər

D) Zülallar

E) Vitamin B12


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.39
32) Bikarbonatların sekresiyasını aşağıdakılardan hansı azaldır?

A) Qastrin

B) Duz turşusu

C) Öd turşusu duzları

D) Prostaqlandin E2

E) Somatostatin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.39
33) Hal-hazırda mədənin turşuəmələgətirmə funksiyasının öyrənilməsinin ən adekvat və effektiv metodu hansıdır?

A) Duodenal zondlama

B) Sutkalıq mədədaxili pH-metriya

C) Fraksion metod

D) Zondsuz metod

E) Qısa müddətli mədədaxili pH-metriya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.45
34) Reflyuks ezofagit diaqnozunun dəqiqləşdirilməsində aşağıda verilənlərdən hansından istifadə edilməz?

A) Qida borusu daxili pH-metriya

B) Bariumla müayinə

C) Turşu perfüzon testi

D) Pentaqastrin testi

E) Radioizotop testi


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s. 158
35) Mədənin motor-evakuator funksiyasının tənzimlənməsində verilənlərdən hansı iştirak etmir?

A) Azan sinir

B) Vazoaktiv intestinal polipeptid

C) Mədə şirəsinin daxili faktoru

D) İntramural sinir kələfləri

E) Neyrotenzin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с. 39, 47-48
36) Klinik təcrübədə mədənin motor-evakuator funksiyasının öyrənilməsinin ən dəqiq metodu hansıdır?

A) Balonlu kimoqrafiya

B) Rentgenoloji

C) Endoskopiya

D) Mədədaxili pH-metriya

E) Kompyuter qamma ssintiqrafiyası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.50

Qida borusunun xəstəlikləri

37) 18 yaşında gənc qadında emosional stresdən sonra duru qidalara qarşı disfagiya əmələ gəlmiş, bərk qidalar isə yaxşı keçmişdir. Fizikal müayinədə patologiya aşkar olunmamışdır. Disfagiyanın daha çox ehtimal olunan səbəbi nədir?

A) Qida borusunun diafraqmal dəliyinin sürüşən yırtığı

B) Qida borusunun peptik xorası

C) Qida borusunun xərçəngi

D) Qida borusunun aşağı sfinkterinin hipokineziyası

E) Qida borusunun funksional pozğunluğu


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с. 90
38) Ezofaqusun aşağıda göstərilən pozulmalarından hansında xarakterik olaraq həm bərk, həm də duru qidalara qarşı disfagiya mövcuddur?

A) Qida borusunun psevdodivertikulu

B) Diafraqmanın qida borusu dəliyinin yırtığı

C) Şatski həlqəsi

D) Qida borusunun infiltrativ xərçəngi

E) Barret qida borusu


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., c. 108
39) Aşağıdakılardan hansılar qida borusu karsinoması üçün fakultativ xərçəngönü xəstəlik hesab olunur?

A) E vitamin çatmazlığı

B) Barret qida borusu

C) Vitamin C çatmazlığı

D) Ovuciçi və ayaqaltının ailəvi hiperkeratozu (tylosishiperkeratosys)

E) Karbonlaşmış meyvə şirələri


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., c. 107-108
40) Udma aktının pozulması, döş sümüyü arxasında ağrı, bariumla müayinə zamanı qida borusunun burğuyabənzər şəklində görülməsi aşağıdakılardan hansının əlamətidir?

A) Axalaziya

B) Qida borusunun divertikulu

C) Qida borusunun diffuz spazmı

D) Plummer-Vinson sindromu

E) Qida borusunun kanseri


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.158
41) Qastroezofageal reflyuks xəstəliyinin atipik əlamətlərinə nə daxildir?

A) Hıçqırma, disfoniya, gecə öskürəyi

B) Qıcqırma, ürəkbulanması

C) Requrqitasiya

D) Disfagiya, odinofagiya

E) Gəyirmə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.90
42) Qida borusunun aşağı hissəsinin strikturasını adətən aşağıdakılardan hansı əmələ gətirir?

A) Xronik aktiv panqastrit

B) Xronik pnevmoniya

C) Sklerodermiya

D) Mədənin xora xəstəliyi

E) Eroziv-xoralı reflyuks-ezofagit


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.95
43) 58 yaşında bir kişidə çoxlu miqdarda alkohol qəbulundan sonra güclü qusma və onu müşayiət edən hematomezis baş vermişdir. Bunlar aşağıdakı xəstəliklərdən hansına daha çox uyğun ola bilər?

A) Diafraqmanın qida borusu dəliyinin yırtığı

B) Qida borusunun xorası

C) Eroziv ezofagit

D) Ezofaqus divertikulu

E) Mallory-Weiss sindromu


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s. 159
44) Qastroezofageal reflyuks xəstəliyi zamanı aşağıdakılardan hansının terapevtik qaydalara daxil edilməsi vacibdir?

A) Qida borusunun endoskopik dilatasiyası

B) Spazmolitiklər

C) Yatağın baş hissəsini qaldırmaq

D) M-xolinoblokatorlar

E) 15 saylı pəhriz


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.114
45) Endoskopik olaraq kataral ezofagit üçün aşağıdakılardan hansı xarakterikdir?

A) Selikli qişanın səthində 2-3 mm diametrində darıyabənzər şişkinliklərin olması

B) Selikli qişanın nazilməsi, hamarlaşması

C) Qida borusunun selikli qişasının diffuz ödemi, hiperemiya

D) Selikli qişada xətti çapığın olması

E) Selikli qişanın hipertrofiyalaşması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.94-95
46) Aşağıdakı hormonlardan hansı alt qida borusu sfinkterinin (AQS) tonusunu artırır?

A) Sekretin

B) Qastrin

C) Prostoqlandin E

D) Qlükaqon

E) Xolesistokinin


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.157
47) Barretin qida borusunun əsas morfoloji əlaməti hansıdır?

A) Məməciklərin uzanması və onlardakı damarların genişlənməsi

B) Selikli qişanın eroziv-xoralı zədələnməsi

C) Qida borusunun selikli qişasinın iltihabi hüceyrələrlə infiltrasiyası

D) Qida borusunun distal hissəsinin selikli qişasında mədə və ya nazik bağırsaq tipli metaplaziyanın olması

E) Epitelinin bazal hüceyrələrinin hiperplaziyası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000, с.86-87
48) Peptiki xoranın çox rast gələn ağırlaşması hansıdır?

A) Qanaxma

B) Penetrasiya

C) Stenoz

D) Maliqnizasiya

E) Perforasiya


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» м.; 2001 г., с.186
49) Qida borusunun ekzofit formalı xərçənginin endoskopik əlaməti verilənlərdən hansıdır?

A) Qida borusu mənfəzinin sirkulyator daralması

B) Selikli qişanın rənginin sianotik olması

C) Qida borusu divarının rigid olması

D) Şiş nahiyyəsində səthi nahamar, qanayan şiş düyünlərinin, nekrotik kütlənin və fibrinoz çöküntülərin olması, qida borusu mənfəzinin daralması

E) Qırışların hamarlanması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.110
50) Senker divertikullarının lokalizasiya yeri haradadır?

A) Qida borusunun abdominal hissəsində

B) Udlağın və qida borusunun ön divarında

C) Udlağın və qida borusunun arxa divarında

D) Qida borusunun aşağı üçdə birində

E) Qida borusunun orta üçdə birində


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» 2001г., с.122
51) Aşağıdakı rentgenoloji əlamətlərdən hansı axalaziya üçün xarakterik deyil?

A) Skopiyada peristaltikanın yox olması

B) Orta divar aralığında mayeli hava səviyyəsi

C) Mədə dibində havanın görülməsi

D) Qastroezofageal reflyuksun olması

E) Ezofaqusda siqmoid dilatasiya


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s. 158
52) Ezofaqospazm üçün aşağıdakılardan hansı xarakterik deyil?

A) Ağrı zamanı ölüm qorxusu hissi

B) Qidanı udarkən döş sümüyü arxasında ağrı

C) Duru qidalara daima olmayan disfagiya

D) Spontan ağrılar

E) Həyəcanlanma vaxtı döş sümüyü arxasında ağrı


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.104
53) Stenozla ağırlaşmamış ezofagit aşağıdakı verilmişlərdən hansının əmələ gəlməsinə səbəb ola bilməz?

A) Udma çətinliyi

B) Gecələr baş verən öskürək tutmaları

C) Mədə-bağırsaq traktının üst qanamaları

D) Sinusit

E) Anemiya


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.160
54) Sadalananlardan hansı peritondaxili təzyiqin yüksəlməsinə gətirib çıxarır?

A) Həzm fermentlərindən istifadə

B) Aktiv fiziki hərəkət

C) Defekasiya aktının tezləşməsi

D) Meteorizm

E) Prokinetik


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.79
55) Aşağıda sadalananlardan qastroezofageal reflyuks xəstəliyinin inkişafına nə kömək edir?

A) Qələvi tərkibli mineral suların qəbulu

B) Qıcıqlandırıcı olmayan pəhriz

C) Proton nasosun blokatorları

D) Yağlı qida

E) Prokinetiklər


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.113
56) Barretin qida borusu aşağıdakılardan hansının qida borusuna atılması hesabına inkişaf etmir?

A) Öd


B) Tüpürcək

C) Duz turşusu

D) Pepsin

E) Pankreatik şirə


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. с.35
57) Kəskin kataral ezofagit aşağıdakılardan hansının təsirindən əmələ gələ bilər?

A) Antasidlər

B) Karbonlaşdırılmış meyvə şirələri

C) Kofe


D) Tünd alkohollu içkilər

E) Qələvi tərkibli mineral sular


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.113
58) Aşağıda verilənlərdən hansı qida borusu xərçənginin ilkin və yaxud ən önəmli əlamətlərindən biridir?

A) Lokal yayılma ilə bağlı döş qəfəsində ağrı

B) Udma zamanı ağrının olması

C) Udmanın proqressivləşən tipdə çətinləşməsi

D) Qastrointestinal qanama

E) Aspirasion pnevmoniya


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.159
59) Reflyuks ezofagit üçün nə səciyyəvidir?

A) Ağrı zamanı təngənəfəsliyin əmələ gəlməsi

B) Döş sümüyünün arxasında ağrı

C) Udma aktının ağrıya təsir etməməsi

D) Nitratların qəbulunun effektiv olması

E) Ölüm qorxusu


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.90
60) Qastroezofageal reflyuks xəstəliyi ilə stenokardiyanın differensial diaqnostikası üçün hansı dərmanın qəbulunun əhəmiyyəti var?

A) Spazmolitiklər

B) Antidepressantlar

C) Yuxugətiricilər

D) Duru antasidlər

E) Aldesteronun antoqonistləri


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.99
61) QERX zamanı qida borusunun distal hissəsinin zədələnməsinin genezində aşağıdakılardan hansı aparıcı rol oynayır?

A) Regenerasiyanın pozulması

B) İsti və soyuq qidaların qəbulu

C) Qida borusunun hərəki funksiyasının pozulması

D) Mikrosirkulyasiyanın pozulması

E) Mədə möhtəviyyatının qida borusuna reflyuksu


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.79-80
62) Aşağıda verilənlərdən hansı qida borusu divertikulitinin klinik əlamətlərinə aid deyil?

A) Qıcqırma, ishal

B) Disfoniya, ağızdan pis qoxunun gəlməsi

C) Requrqitasiya

D) Döş sümüyü arxasında ağrı

E) Disfagiya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.102-103
63) Kardiyanın axalaziyasının klinik əlaməti aşağıdakı hansı bənddə öz əksini tapmışdır?

A) Boyun nahiyyəsində dərialtı emfizema

B) Qida borusu möhtəviyyatının ağız boşluğuna requrqitasiyası

C) Meteorizm

D) Qıcqırma

E) Hava ilə gəyirmə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.106
64) Kardiyanın axalaziyası zamanı sadalananlardan çox rast gələn ağırlaşma hansıdır?

A) Xronik bronxit

B) Qida borusunun divertikulu

C) Laringit

D) Xronik pnevmoniya

E) Durğunluq ezofagiti


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.107
65) Bronxial astma xəstəliyi olan şəxslərin neçə faizində QERX simptomları müşahidə olunur?

A) 65-72%

B) 37-46%

C) 20-36%

D) 47-60%

E) 10-15%


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г., с.18
66) Sadalananlardan hansı Menetrie xəstəliyinə aiddir?

A) Eozinofil qastrit

B) Qiqant hipertrofik qastrit

C) Kimyəvi (reaktiv) qastrit

D) Qranulematoz qastrit

E) Radiasion qastrit


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. с.103
67) GİÇS olan xəstələrdə qida borusunda infeksion xoraların əmələ gəlməsinin potensial səbəbi aşağıdakılardan hansıdır?

A) Vərəm mikobakteriyaları

B) Qram mənfi çöplər

C) Kandida tipindən olan göbələklər, sadə herpes virus və sitomeqalovirus

D) Qram müsbət kokklar

E) Helicobacter pylori


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. с.558
68) Aşağıdakılardan hansı praktik olaraq bədxassəli potensiala malik deyil?

A) Mədə limfoması

B) Atrofik qastrit

C) Hiperplastik poliplər

D) Mədə dibinin vəzili polipi və hamartom poliplər

E) Adenomatoz poliplər


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. с.97-99
69) Qida borusunun endogen yolla kandidomikoza yoluxması necə baş verir?

A) Su vasitəsilə

B) Prosesin yayılması zamanı

C) Saprofit göbələklərin aktivləşməsi

D) Qida məhsulları vasitəsilə

E) Daşıyıcı ilə birbaşa əlaqə


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. с.54-55
  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə