1. Verilmiş sözlərdən birində k-y əvəzlənməsi baş verir




Yüklə 0.75 Mb.
səhifə2/7
tarix22.02.2016
ölçüsü0.75 Mb.
1   2   3   4   5   6   7

57. Frazeoloji birləşmələrdən biri omonim olmaqla yanaşı, həm də əks mənalıdır:

A) üz vermək B) söz vermək

C) ürəyi yanmaq D) başa vurmaq

E) can vermək


58. Frazeoloji birləşmələrin bir sözlə ifadə edilən sinonimlərindən biri düzdür:

A) gözünün suyunu axıtmaq-darıxmaq

B) qəm dəryasına batmaq-yatmaq

C) ürəyi düşmək-kədərlənmək

D) gözü yolda qalmaq-incimək

E) gözünün acısını almaq-mürgüləmək


59. Biri məntiqi cəhətdən fərqlənir:

A) boynundan atmaq

B) boynuna gotürməmək

C) yiyə durmamaq

D) yaxasını kənara çəkmək

E) özünə sığmamaq


60. “Nadinc” sözü “ nalayiq” sözündən hansı cəhətinə görə fərqlənir?

A) yazılışı ilə deyilişində fərqin olub-olmamasına görə

B) qrammatik mənasına görə

C) mənşəyinə görə

D) qruluşca növünə görə

E) sintaktik funksiyasına görə



61. Ön şəkilçili sözlərdən biri mənşəyinə görə digərlərindən fərqlənir:

A) narazı B) bisavad C) baməzə

D) anormal E) laməkan

62. Alınma sözlər olan sıra hansıdır?

A) ürək, mən, söz

B) diş, üz, gəl

C) Murad, Bibi, xala

D) gilas, Əhməd, fikir

E) gəlin, kəpənək, fırlanacaq


63. Hansı sırada sözün başlanğıc forması səhv verilib?

A) xalamgildəyik B) xatiladılmamışdır

C) soyuqlatdı D) maraqlandılar

E) düşüncəli


64. Hansı söz ┌───┐/\ /\ /\ /\∩∩∩ sxeminə uyğundur:

A) soyuqladılmamışdır

B) gorüşdürüləsidir

C) ədəbiyyatçılarımızdandır

D) əkinçiliyimizdəndir

E) sevinməmişəmsə


65. Bir cür yazılan şəkilçili sözlər hansı sıradadır?

A) qızılı, sürməyi B) qardaş, yoldaş

C) dülgər, hiyləgər D) əzgil, xalamgil

E) biçənək, solaxay, döngə



66. Aşağıdakı sözlərdən birini işlənmə yerinə görə həm sadə, həm də düzəltmə söz hesab etmək olar:

A) əsir B) düşmən C) quru

D) yanacaq E) aldı
67. Aşağıdakı sözlərdən hansının yaranma yolu səhv göstərilmişdir?

A) dəmirçi-sintaktik yolla

B) bağban-morfoloji yolla

C) böyürtkəndəki-morfoloji yolla

D) xoşbəxt-sintaktik yolla

E) ucaboy-sintaktik yolla


68. Aşağıdakı şəkilçilərdən hansı həm leksik, həm qrammatik şəkilçi ola bilməz?

A) –lıq4 B) –acaq2 C) –ın4 D) –ı4 E) –ım4


69. –dır4 şəkilçisini sözlərdən hansında həm leksik, həm də qrammatik şəkilçi kimi başa düşmək olar?

1. yazdır 2. vaxtdır 3.kitabdır

4. güldür 5.qazdır

A) 1,3,5 B) 2,3,4 C) 1,3,4

D) 2,4,5 E) 1,4,5
70. Kök və şəkilçiyə düzgün ayrılmamış sözü seçin:

A) mehriban-lıq B) qızar-tı

C) qaz-ıntı D) oxu-cu-da-kı

E) diri-l-mək


71. Sözlərdən biri şəkilçilərin qoşulma ardıcıllığına görə digərlərindən fərqlənır:

A) yazdırmışıq B) bağımızdakı

C) oturanların D) kitabdakılar

E) dünyamıza


72. Aşağıdakı sözlərdən hansının tərkibində qrammatik şəkilçi yoxdur?

A) kitabdakılar B) namərddən C) yolçunun

D) maraqlı E) nənəyə
73. Hansı sözlər kök və şəkilçiyə düzgün ayrılmamışdır?

1. oxu-yur-lar 2 .qısqan-c-lı-ğın-dan

3. ruh-la-n-dı 4. salam-la-ş 5. düş-mən-dir

A) 2,3,5 B) 1,3,5 C) 2,3,4

D) 1,3, 4 E) 2,4
74. Düzəltmə söz hansıdır?

A) güzgü B) ağlamaq C) güləş

D) hörgü E) qarğı
75. Başlanğıc forması düzgün göstərilmiş söz hansıdır?

A) heyvandarlıq B) könüllülər

C) döyüşçülər D) qarşılamaq

E) yazdırmaq


76. Eyniköklü sözlər cərgəsini müəyyənləşdirin:

A) gülüş, güclü B) əlcək, əlvan

C) bağla, bağban D) yazmaq, yazıda

E) çəmənlik, çəmənlikdəki


77. Hansı sözün başlanğıc forması düz göstərilib?

A) barışdırılmışdır B) gəlişinizdən

C) çoxaltdırmışdır D) həyətlərdə

E) gözəlliklər


78. Mürəkkəb söz hansıdır?

A) kitabça B) dəftərxana C) sirdaş

D) tarixşünas E) əlüstü
79. Hansı şəkilçi omonimlik xüsusiyyətinə malikdir?

A) –iniz4 B) –lar2 C) –siz4

D) –çi4 E) –ma2
80.Hansı söz birləşməsinin asılı tərəfi ⌐¬ sxeminə uyğundur?

A) müəllimlik sənəti B) bəstəkarlıq məharəti

C) dənizçi cəsarəti D) balıqçı sözü

E) əkinçilik peşəsi


81. Hansı cərgədəki söz birləşməsinin asılı tərəfindəki sözün quruluşu ⌐¬ sxeminə uyğundur?

A) məktəbli uşaq B) istəkli insan

C) gözəllik işığı D) oxumaq arzusu

E) seçki dairəsi


82. Leksik şəkilçilər cərgəsini göstərin:

A) –dı4, -lıq4 B) –imiz4, -da2

C) –lar2, sınız4 D) –ı4, -miş4

E) –çı4, -lıq4


83. Başlanğıc formada verilən sözü göstərin:

A) çiçəklər B) yazıların C) yazıçılıq

D) əkindən E) istirahətini
84. Ön şəkilçili sözü göstərin:

A) namus B) məzəli C) laməkan

D) qeyri-adi E) vəfasız
85.Qrammatik şəkilçilər hansı cərgədədir?

A) –sız4, -li4 B) –lar2, -ımız4 C) –li4, -ın4

D) –ca2, -li4 E) -casına2, -la2
86.Kök və şəkilçiyə düzgün ayrılmış söz hansıdır?

A) ağac-lar-ın B) məktəb-li-lə-rin

C) çə-mən-lik D) ölkələr-in

E) silahdaş-lar-ı-mız


87. “Narazılığını bildirmək“ söz birləşməsinin asılı tərəfi hansı sxemə uyğundur?

A) ⌐¬ B) ⌐¬ C) ⌐¬

D) ⌐¬ E) ⌐¬
88. Verilmiş şəkilçilərdən bir cür yazılanlar hansılardır?

A) –ca,-dan, -la B) -daş, -kar, -saz

C)-lı, -cı, -ı D)-maq, -ımtıl, -ın

E) -dıqca, -ın, -çı


89. “Gəldik” sözü tərkibinə görə hansı sxemə uyğundur?

A) ┌─┐^^ B) ─┐ C) ┌─┐

D) ─┐^ E) ┌─┐^^
90. -gi, -inc, -dır, -il, -in şəkilçilərinin hamısını aşağıdakılardan hansına artırmaq olar?

A) böl B) sər C) ver D) sev E) bil


91. Aşağıdakı şəkilçilərdən hansı omonim şəkilçidir?

A) -daş B) -ça2 C) -ban D) ıq4 E) -gər


92. İxtisarlara əlavə edilən şəkilçilərdən hansı səhvdir?

A) AMEA-dan B) MDB-ni C) ATS-in

D) BMT-də E) BDU-ni
93. “Boyaqçı” sözünün təhlilinə uyğun sxem hansıdır?

A) ─┐ B) ┌─┐ C) ┌─┐^^

D) ┌─┐^^ E) ┌─┐^
94. Quruluşca sadə sözlərdən ibarət cərgə hansıdır?

A) güləş, gülüş, dəllək B) yarış, barış, çalış

C) qaçan, qaçağan, yatardı D) əkinçi, vurma, bölmə

E) yeriş, itirir, dedi


95. Hansı sözlər eyniköklüdür?

1. vurğu 2. vuruş 3. qovurma

4. vuran 5. vurma

A) 1,2,3 B) 1,2,4,5 C) 1,3,4

D) 2,3,4,5 E) 1,2,5
96. Aşağıdakı hansı iki sözü birləşdirməklə bir məna ifadə edən söz düzəltmək olar?

A) barama, qurd B) qələm, insan

C) quzu, daş D) telefon, it

E) kitab, bel


97. Yalnız köklərdən ibarət sözlərin sayını müəyyənləşdirin:

İdmançı, kəpənək, quşlar, dağlıq, saatsaz, yaşıl, gavalı, ürkək, sevinc.

A) 4 B) 3 C) 2 D) 5 E) 6
98. Söz birləşmələrinin birində sinonim variantların seçilməsi zamanı düzgünlük gözlənilməmişdir:

A) qalın meşə-sıx meşə

B) zərif qız-incə qız

C) mehriban dost-səmimi dost

D) nəm paltar-yaş paltar

E) hündür ağac-yüksək ağac


99. Şəkilçilər haqqında verilənlərdən biri düzdür:

A) Leksik şəkilçilər sözün ancaq formasını dəyişdirir.

B) Qrammatik şəkilçilər sözün mənasını və formasını dəyişdirir.

C) Dilimizdə yalnız iki və dörd cür yazılan şəkilçilər işlənir.

D) Azərbaycan dilində şəkilçilər yalnız sözün sonunda işlənir.

E) Şəkilçi sözün ayrılıqda məna bildirməyən hissəsidir.



100. Aşağıdakı sözlərin hansında şəkilçilərin sayı daha çoxdur?

A) əkinçiliyin B) şəkilçilərdən

C) duyulurdu D) döyüşkənlik

E) asılmış


101. Omonim sözlər yaradan omonim şəkilçili sözləri seçin:

1 2 3 4 5

əkin, duyum, oynaq, gəlir, buruq

A) 1,2,4 B) 1,2,3 C) 3,5

D) 3,4,5 E) 2,5
102. Açıq saitlərdən hansılar iki cür yazılan şəkilçilərin yaranmasında iştirak edir?

A) a,o B) ə,e,ö C) a,o,ö

D) ə,e E) a,ə
103. s bitişdirici samiti, əsasən hansı şəkilçidən əvvəl işlənir?

A) yönlük hal

B) yiyəlik hal

C) I şəxsin təkinin mənsubiyyət şəkilçisindən əvvəl

D) III şəxsin təkinin mənsubiyyət şəkilçisindən əvvəl

E) indiki zaman şəkilçisindən əvvəl


104. Sonu saitlə bitən sözlərdən biri yönlük halda –ya deyil, -na şəklində işlənir:

A) qapı B) torba C) kitabça

D) atası E) satıcı
105. Əmək, sirr, qayğı, sənət, saat sözlərinə ardıcıllığı gözləməklə uyğun şəkilçiləri artırın:

A) –daş, -daş,- dar,- keş,- saz

B0 –dar,- daş,- keş,- xana,- kar

C) –xana,- keş,- pərvər,- kar,- ban

D) –dar,- daş,- keş,- kar,- saz

E) –daş,- xana,- kar,- şünas,-pərəst.


106. Kökünə görə sözün müəyyən edilən cəhətlərindən biri düzgündür:

A) quruluşca növü

B) hansı nitq hissəsinə aid olması

C) mənşəyi

D) leksik mənası

E) omonimlik bildirməsi


107. Başlanğıc forması düz verilmiş sözü göstərin:

A) xalamgil B) döyüşdəkilər

C) yarışdayıq D) dünənki

D) igidcəsinə


108. Eyniköklü sözlərin tərifi hansı bənddə düzgün verilmişdir?

  1. Eyni köklə bağlı əlavə mənalar bildirir.

  2. Eyni kökdən əmələ gələn düzəltmə sözlərdir.

  3. Kökü eyni cür yazılıb, eyni tələffüz olunan bütün sözlərdir.

  4. Eyni kökdən ibarət olan sinonim sözlər nəzərdə tutulur.

  5. Başlanğıc forması eyni olan sözlər qrupudur.


109. Eyniköklü sözlər sırasını göstərin:

  1. ələk, əlcək, əlvan

  2. ovçu, ovuc, ovlaq

  3. yağ, yağış, yağıntı

  4. bağban, bağça, bağlıq

  5. yayır, yaydı, yaysa


110. Eyniköklü sözlər haqqında verilmiş fikirlərdən biri səhvdir:

  1. Eyni kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır.

  2. Kökü omonim olan sözlər bu qrup sözlərə aid olmur.

  3. Eyniköklü sözlər həmişə eyni nitq hissəsinə aid olur.

  4. Eyniköklü sözlərin başlanğıc forması düzəltmə sözlərdən ibarətdir.

  5. Qrammatik şəkilçilərin iştrakı bu sözlər qrupu üçün vacibdir.


111. Dünyada qafil olmaq ağıllılıqdan deyil,

Qafiillikdir həyatda dəliliyə bir dəlil.

Nümunədə neçə düzəltmə söz işlənmişdi?:

A) 3 B) 2 C) 1 D) işlənməyib E) 4


112. Bitişik yazılan mürəkkəb sözü seçin:

A) qab qacaq B) oğul uşaq

C) gec tez D) kino teatr

E) qeyri təbii


113. Yaxın mənalı sözlərin birləşməsindən ibarət mürəkkəb sözlərin uyğun tərəflərini seçin:

Oğul-..., qohum-..., dost-..., adlı-... .



  1. qız, tanış, yoldaş, şöhrətli

  2. uşaq, əqrəba, tanış, sanlı

  3. uşaq, tanış, yoldaş, nüfuzlu

  4. igid, yad, tanış, adsız

  5. qız, əqrəba, düşmən, sanlı


114. Sadə adların dırnaq içərisində yazılan cərgəsini seçin:

  1. şəxs adları, təxəllüs və soyadlar

  2. coğrafi adlar

  3. astronomik adlar

  4. qəzet, jurnal, əsər, kafe və s. adlar

  5. heyvanlara verilən xüsusi adlar


115. Tərkibində olan bütün sözlərin baş hərfi böyük yazılan mürəkkəb adı göstərin:

  1. milli dirçəliş günü

  2. müəllimlər evi

  3. “şöhrət” ordeni

  4. əməkdar incəsənət xadimi

  5. mədəniyyət nazirliyi


116.Verilmiş mürəkkəb ixtisarlardan biri hərflərin adı ilə deyil, ifadə etdiyi səslərə görə oxunur:

A) BMT B) ATS C) MDB

D) ABŞ E) ÇXR
117. “Milli Dirçəliş günü axşamtərəfi Milli parkda böyük bir atəşfəşanlıq keçirildi” cümləsindəki mürəkkəb adların sayını müəyyənləşdirin:

A) 1 B) 2 C) 3 D) 4

E) işlənməyib
MORFOLOGİYA
1. Asılı tərəfi mürəkkəb söz olan mürəkkəb adı göstərin:

A) Şəhidlər xiyabanı B) Dağüstü park

C) Qara dəniz D)Usta Məhəmmədəli

E) Novruz bayramı


2. Yalnız “nə?” sualına cavab verən isimlər hansı sıradadır?

A) adam, kitab B) Bakı, Naxçıvan

C) sevimli, dadlı D) baş, qələm

E) Qəhrəman, Cavanşir


3. Mənsubiyyət şəkilçisi qəbul edərkən ikinci hecasın­dakı şaitini itirməyən isim hansıdır?

A) oğul B) şəkil C) alın

D) çiyin E) alim
4. “Əcəl bəla qalxanıdır” (İmam Əli) cümləsindəki sözlər haqqında deyilənlərdən biri düzdür:

A) Cümlədəki bütün sözlər isimdir.

B) “Bəla” adlıq haldadır.

C) “Qalxanıdır” təsirlik haldadır.

D) “Əcəl” düzəltmə isimdir.

E) “Bəla” isimləşmiş sifətdir.


5. “Heç zaman görməzsən namərddən xeyir” cümləsində işarələnmiş söz ismin hansı halındadır?

A) çıxışlıq B) yiyəlik C) yönlük

D) təsirlik E) adlıq
6. Hansı nümunədə isim mənsubiyyətə görə dəyişmişdir?

A) şagirdəm B) kitabdır C) evdədir

D) fikrimdir E) vərəqdən
7. İsmin hansı hallarında k səsi y səsi, q səsi ğ səsilə əvəzlənir?

A) adlıq, yiyəlik, təsirlik

B) yiyəlik, yönlük, adlıq

C) təsirlik, yerlik, çıxışlıq

D) yönlük, adlıq, çıxışlıq

E) təsirlik, yiyəlik, yönlük


8. Yalnız isimlərdən ibarət olan cərgəni göstərin:

A) şirin, uzun, dadlı B) adam, meşə, dağ

C) beş, səma, sən D) oxumaq, hərə, gedir

E) kimsə, pişik, səhər


9. Düzəltmə isimlər cərgəsini göstərin :

A) sevgi, dost B) həyət, adam

C) bağban, güldan D) gül, palıd

E) çiçək, dənizçi


10. Hansı cərgədə mürəkkəb ad verilib?

A) kitabın vərəqi B) dərə-təpə C) dost-tanış

D) Qız qalası E) ayaqqabı
11. Altından xətt çəkilmiş sözlərdən hansı adlıq halda olan isimdir?

A) Köynəyin köhnəlib.

B) Köynəyin düyməsi qırılıb.

C) Köynək sahibi burada idi.

D) Sən təzə köynək almısan.

E) Sənin köynəyindən xoşum gəldi.


12. Mürəkkəb ad hansıdır?

A) dinşünas B) kəklikotu C) boşboğaz

D) Şəhidlər xiyabanı E) stolüstü
13. Hansı nümunədə isim mənsubiyyətə görə dəyişmişdir?

A) həkiməm B) taleyim C) məktəblisən

D) kitabdır E) işdən
14. “Qaraquşa xeyir öz dimdiyindən toxunar“ atalar sözündəki isimlər hansı haldadır?

A) adlıq, yiyəlik, çıxışlıq

B) yönlük, yerlik, çıxışlıq

C) yerlik, adlıq, çıxışlıq

D) yönlük, adlıq, çıxışlıq

E) yönlük, yiyəlik, yerlik


15. Mürəkkəb adı göstərin:

A) Qara dəniz B) Vətəni sevmək C) Qırat

D) Novruzəli E) Marsı öyrənmək
16. Verilmiş şəkilçilərdən hansı “fikir“ sözünə artırıldıqda kökdə dəyişiklik baş verir?

A) -imiz B) -də C) -lər D) -dən E) –li


17. Uyğunsuzluğu seçin:

A) Vətənimdə-yönlük hal

B) Vətənimi-təsirlik hal

C) Vətənim-adlıq hal

D) Vətənimdən-çıxışlıq hal

E) Vətənimin-yiyəlik hal


18. Şəkilçilərdən hansı qoşulduğu sözə kiçiltmə məzmunu verir?

A) -lar2 B) -daş C) -çı4

D) -cığaz4 E) -ban
19. «Gül» sözü hansı cümlədə təsirlik haldadır?

A) Mən dedim ki, gülü çox gözəl idi.

B) Dərdim bağçadan gül mən, çiçək mən.

C) Gül, mənim xoşuma gəlir.

D) Zanbaq gülü xoşuma gəlir.

E) Bu, bacımın gülüdür.


20. «Çiçək» sözü hallanan zaman neçə halda {k} səsi {y} səsinə keçir?

A) 1 B) 2 C) 3 D) 5 E) 4


21.“Tək” sözü hansı cümlədə qoşmadır?

    1. Sənintək gözəl hanı?

    2. Tək Ənvər yox idi.

    3. Sən tək gəlmisən?

    4. Tək olsa, aslan da məğlub olacaq.

    5. Məni tək görmüsən?


22.MDC LXVI rəqəmi necə oxunmalıdır?

A) 15166-cı B) 9566-cı C) 9616-cı

D) 1666-cı E) 1466-cı
23.“Mənim xəyalımda keçmiş günlərin şirin xatirələri yaşayır” cümləsində mənsubiyyət şəkilçili neçə söz var?

A) 1 B) 3 C) 5 D) 4 E) 2


24.Əvəzlik hansı cümlədədir?

A)Heç bilmədim ki, qapı açıqdır.

B)Bizi götür, çəkməni yama.

C)Necə kef çəkməli əyyam idi.

D)Ana öz-özünə deyinməyə başladı.

E)Kitabı niyə götürmədin?


25. Hansı söz mənsubiyyət şəkilçisi qəbul etdikdə digərlərindən fərqlənəcək?

A) gül B) kitab C) ailə

D) maşın E) mülk

26.Təsirlik halda olan isim işlənmiş cümləni göstərin:

A) Kitab rəfi mənimdir.

B) Şagirdlər rəfə kitab yığdılar.

C) Söz götürənin, yer oturanındır.

D) Mən həyatda xöşbəxt yaşamaq istəyirəm.

E) Balıqdan xoşum gəlir.


27. Mənsubiyyət şəkilçili hansı sözün əvvəlinə əvəzliyin artırılması vacibdir?

A) sözümə B) sözümüzə

C) elimə D) fikirlərimizdən

E) sözünə


28. “Mən və böyük qardaşım cəld aşağı endik” cümləsindəki əsas nitq hissələrinin düzgün ardıcıllığı verilmiş cərgəni seçin:

A) isim, sifət, isim, zərf, zərf, fel

B) isim, sifət, isim, zərf, isim,fel

C) əvəzlik, sifət, isim, zərf, zərf, fel

D) əvəzlik, isim, isim,sifət, isim, fel

E) əvəzlik, sifət,isim, sifət,isim, fel


29. Əsasən ismə aid olub onu izah edən əsas nitq hissələri hansılardır?

A) fel, zərf B) zərf, sifət C) zərf, sifət, say

D) sifət,fel E)sifət, say
30. Zamana və şəxsə görə dəyişən nitq hissəsi hansıdır?

A) isim B) qoşma C) sifət

D) zərf E) fel

31. Hal və mənsubiyyətə görə dəyişə bilməyən əsas nitq hissəsi hansıdır?

A) isim B) fel C) sifət

D) say E) əvəzlik

32. Yalnız qrammatik mənası olan nitq hissəsini göstərin:

A) fel B) zərf C) modal sözlər

D) sifət E) əvəzlik
33. Əşya bildirən sözlərin sayını müəyyənləşdirin:

çörək, qapı, Xəyalə, sız, bütün, tarix, gözəl, indi, gəl, uğur

A) 5 B) 4 C) 3 D) 2 E) 6
34. Adlandırma xüsusiyyətlərinə görə biri ismə aid deyil:

A) nəqliyyat vasitələri B) zahiri görkəm

C) təbiət hadisələri D) mücərrəd varlıqlar

E) çalğı alətləri



35. Mücərrəd varlıqların adlarını bildirən isimləri seçin:

məqsəd, məna, elm, qaya, qartal,

xasiyyət, çiçək, ümid

A) 7 B) 6 C) 5 D) 4 E) 3



36. Məkan mənalı söz yaradan leksik şəkilçi ilə düzələn ismi göstərin:

A) məktəbli B) otlaq C) vətəndaş

D) meydança E) şəhər
37. İsimdən əmələ gələn düzəltmə ismi seçin:

A) qırıntı B) gəzinti C) qızartı

D) hənirti E) isti
38. –q şəkilçisi ilə düzələn düzəltmə ismi göstərin:

A) qapaq B) yataq C) qaçaq

D) sancaq E) parlaq

39. Verilmiş fellərdən hansı a bitişdirici ilə mürəkkəb isim yaradır?

A) gəl B) vur C) get

D) çal E) qaç

40. Oğul, bu dünyada şan-şöhrət,ad-san

Hünərlər göstərən qəhrəmanındır.

Bəli, üzüağlıq, alnıaçıqlıq

Zəhmətdən doymayan mərd insanındır. ( S, Rüstəm)

Nümunədə neçə mürəkkəb isim işlənmişdir?

A) 4 B) 5 C) 6 D) 2 E)3


41.“Dağlar, bağlar qoynunda yerləşən bu şəhər gözəllər gözəlidir” cümləsində cəm şəkilçisi qəbul etmiş isimlərin hansı qeyri-müəyyən yiyəlik haldadır?

A) dağlar, bağlar, gözəllər B) dağlar, bağlar

C) gözəllər D) dağlar

E) bağlar


42.Toplu ismin səhv işləndiyi ifadəni seçin:

A) meydandakı kütlə B) Azərbaycan milləti

C) respublikanın camaatı D) şəhərin əhalisi

E) dünya xalqları


43. Həm mənsubiyyət, həm hal şəkilçisi qəbul etmiş ismin işləndiyi cümləni göstərin:

A) Adamın başına iş gələr.

B) Sürünün yaraşığı təkədir.

C) Qəhrəmanına qiymət verməyən millətin qiyməti olmaz.

D) Acın gözü çörəkdə, toxun gözü hənəkdə olar.

E) Öz əlim, öz başım.


44. Şəxslə bağlı olan şəkilçilərin tam verildiyi cərgəni seçin:

A) xəbərlik şəkilçisi

B) hal şəkilçiləri

C) mənsubiyyət və xəbərlik şəkilçiləri

D) zaman şəkilçiləri

E) mənsubiyyət şəkilçiləri


45. Sözlərdən hansına saitlə başlanan mənsubiyyət və ya hal şəkilçisi artırıldıqda söz kökündəki son sait düşür?

A) çiyin B) beyin C) şəkil

D) alın E) oğul
46. Arzum, diləyim mənim,

Əzəl gündən səndədir.

Coşan ürəyim mənim ,

Sənin gur sinəndədir (N. Xəzri).

Nümunədə mənsubiyyət şəkilçili neçə isim işlənmişdir?

A) 4 B) 5 C) 6 D) 7 E) 3


47. Verilmiş sözlərdən biri mənsubiyyətə görə fərqli dəyişir:

A) ana B) dayı C) su

D) bala E) işçi
48. Hansı halda olan isim cümlədə təyin ola bilər?

A) adlıq B) yiyəlik C) yönlük

D) yerlik E) çıxışlıq
49. Araz axar çöllərə,

Səsi düşər ellərə.

Dərdimi gizli dedim,

Hardan düşdü dillərə?



Qeyd olunan sözlərin hansı halda olduqlarını ardıcıllığı gözləməklə göstərin:

A) adlıq, adlıq, təsirlik

B) adlıq, təsirlik, təsirlik

C) təsirlik, adlıq, adlıq

D) yiyəlik, təsirlik, təsirlik

E) təsirlik, adlıq, təsirlik


50.“Qonşunun toyuğu qonşunun gözünə qaz görünər” cümləsində adlıq halda olan neçə isim var?

A) 5 B) 4 C) 3 D) 2 E) 1


51. Mənsubiyyət şəkilçili sözlərin aid olduğu şəxs əvəzlikləri ismin hansı halında olur?

A) adlıq B) yiyəlik C) yönlük

D) yerlik E) çıxışlıq
52. Yönlük halda olan sadə ismin işləndiyi cümləni seçin:

A) Qılıncı atıb başladı divlə güləşməyə.

B) Dilşad gül dəstəsini bizə təqdim etdi.

C) Pişik qorxub pilləkəndən aşağı tullandı.

D) Biz dayanacağa çatanda yağış başladı.

E) Aytən tələsik eyvana çıxdı.



53. Səhv yazılmış isim hansı sıradadır?

    1. Sənin çiyinin dümdüzdür.

    2. İtgisiz ötüşmək mümkün oldu.

    3. Dört kitab aldım.

    4. Sehirri bir aləmə düşmüşdük.

    5. Sinfin pəncərələri taybatay açıldı

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə