1. Torpağı dağ süxurlarından fərqləndirən əsas xassə nədir?




Yüklə 399.84 Kb.
səhifə3/4
tarix24.04.2016
ölçüsü399.84 Kb.
1   2   3   4

135. Məsaməliyi hansı formaları vardır?

A) Ümumi, kapilyar, qeyri-kapilyar

B) Xüsusi, kapilyar, qeyri-kapillyar

C) Izafi, qənaətbəxş, qeyri-qənaətbəxş

D) Ümumi, izafi, kapilyar

E) Ümumi, xüsusi , kapillyar



136. Torpağın ümumi məsaməliyi necə hesablanır?

A)

B)

C)

D)

E)



137. Torpağın fiziki-mexaniki xassələrinə aiddir?

A) Plastiklik, yapışqanlıq, şişmə, sıxlaşma, əlaqəlik, xüsusi müqavimət

B) Elastiklik, plastiklik, yapışqanlıq, şişmə, sıxlaşma, strukturluq

C) Plastiklik, yapışqanlıq, şişmə, sıxlaşma, kiplik, məsaməlik

D) Plastilik, yapışqanlıq, şişmə, yeni törəmələr, xüsusi müqavimət

E) Plastiklik, yapışqanlıq, şişmə, sıxlaşma, strukturluk, kiplik, sıxlıq



138. Xarici qüvvənin təsiri kənarlaşdıqdan sonra əldə etdiyi yeni formanı saxlamaq qabiliyyətinə torpağın

A) Plastikliyi

B) Yapışqanlığı

C) Elastikliyi

D) Xüsusi müqaviməti

E) Rabitəliliyi

deyilir.

139. Torpağın plastikliyini hansı amil şərtləndirir?

A) Nəmlik, lil fraksiyası

B) Temperatur, nəmlik

C) Nəmlik, sıxlıq

D) Xüsusi çəki, nəmlik

E) Məsaməlik, lil fraksiyası



140. Plastiklik ədədi nədir və neçəyə bərabərdir?

A) Plastikliyin yuxarı və aşağı hədlərinin göstəriciləri arasındakı fərq 0-17

B) Plastikliyin ən yuxarı həddidir; 17-35

C) Plastikliyin ən aşağı həddidir; 0-3

D) Plastikliyin orta həddidir; 7-17

E) Plastiliyin axarlıq və yayılma həddidir; 7-17



141. Torpağın yapışqanlığı hansı hədlər daxilində dəyişə bilir?

A) 2-15 q/sm3

B) 7-17 q/sm3

C) 5-15 q/sm3

D) 2-17 q/sm3

E) 0-17 q/sm3



142. Torpağın şişməsinə səbəb nədir?

A) Nəmliyin sorbsiyası, mübadilə olunan kationların hidratasiyası

B) Nəmliyin artması, mübadilə olunan kationların dehidratasiyası

C) Nəmliyin buxarlanması, mübadilə olunmayan kationların hidratasiyası

D) Temperaturun azalması, mübadilə olunan kationların hidratasiyası

E) Torpağın quruması, mübadilə olunan kationların udulması



143. Yüksək şişmə qabiliyyəti hansı torpaqlara məxsusdr?

A) Şorakət

B) Şoran

C) Solod

D) Qumsal

E) Qumluca



144. Torpaqda nəmliyin göstəricisi hansı vahidlərlə ölçülür?

A) Faizlə; m3/ ha; mm;

B) Faizlə; m2ha; mm;

C) Faizlə; m/san; mm;

D) Faizlə; m3/ san; kq

E) Ədədi qiymətli; m3/ha; kq;



145. Torpaqdakı maye və buxarşəkilli su hansı təbii qüvvələrin təsirinə məruz qalır?

A) Sorbsion, kapillyar, osmotik, qravitasion

B) Sorbsion, potensial, kapillyar, osmotik

C) Sorbsion, diffuziya, poltensial, kapilyar

D) Kapilyar, sorbsion, osmotik, adsorbsion

E) Kapillyar, diffuziya, osmotik, qravitasiya



146. Torpağın bərk fazasının maye ilə örtülü səthinə hansı qüvvələr təsir göstərir?

A) Sorbsion, kapillyar

B) Sorbsion, osmotik

C) Sorbsion, potensial

D) Kapillyar, qravitasion

E) Osmotik, qravitasion



147. Sorbsion və kapillyar qüvvələrin təsiri nəyə əsaslanır?

A) Torpaq hissəciklərinin və suyun səth enercisinə

B) Torpaq hissəciklərin səthinin ümumi sahəsinə

C) Suyun sıxlıq və temperaturuna

D) Torpağın bərk hissəciklərinin səthinin ümumi sahəsinə və kütləsinə

E) Suyun sıxlığına, temperaturuna, diffuziya dərəcəsinə



148. Sorbsion və kapillyar su saxlayıcı qüvvələr torpaqda hansı qüvvələrə qarşı durur?

A) Qravitasiya

B) Osmotik

C) Diffuziya

D) Potensial

E) Sorbsiya



149. Kapillyar qüvvələr torpaqda harada yaranır?

A) Bərk faza ilə suyun sərhəddində, kapillyar məsamələrdə

B) Bərk hissəciklərin səthi tərəfindən udulur, pərdə şəkilli təbəqə yaranır

C) Bərk faza ilə suyun sərhəddində, qeyri-kapillyar məsamələrdə

D) Kapillyar, qeyri-kapillyar və ümumi məsaməlikdə

E) Torpaq məhlulu ilə bərk hissəciklərin arasında, kapillyar boşluqlarda



150. Suyun kapillyarlarda hərəkəti nəyin nəticəsində yaranır?

A) Kapillyar təzyiq fərqləri

B) Torpaq məhlunun osmotik təzyiqi

C) Nəmlik potensialının artıb azalması

D) Sorbsiya və kapillyar qüvvələrin təzyiq fərqləri

E) Kapillyar və qravitasiya qüvvələrinin təzyiq fərqləri



151. Osmotik qüvvələr nəyin nəticəsində yaranır?

A) Həllolmuş maddələrin ionları ilə su molekullarının qarşılıqlı təsiri

B) Bərk hissəciklərin ionlarının su molekulları ilə qarşılıqlı təsiri

C) Qaz molekullarının su molekulları ilə qarşılıqlı təsiri

D) Torpaq məhlunun torpaq profili boyu hərəkəti

E) Maye halda maddələrin suda həll olması və absorbsiyası



152. Torpaq nəmliyinin potensialı nə ilə səciyyələnir?

A) Suyun saxlanma enercisi ilə

B) Suyun səthi çəkmə enercisi ilə

C) Suyun temperaturu ilə

D) Suyun sıxlığı ilə

E) Suyun kimyəvi tərkibi ilə



153. Torpaq suyunun bərk faza ilə əlaqə möhkəmliyinə və mütəhərriklik dərəcəsinə görə hansı kateqoriyaları vardır?

A) Əlaqəli, sərbəst

B) Əlaqəli, əlaqəsiz

C) Əlaqəli, qeyri-sərbəst

D) Əlaqəsiz, sərbəst

E) Kapillyar, qravitasion



154. Əlaqəli su hansı qüvvə əsasında yaranır və neçə yerə ayrılır?

A) Sorbsiya; hiqroskopik su, pərdəvari su

B) Kapillyar; hiqroskopik su, kapillyar su

C) Qravitasiya; pərdavari su, qrunt suyu

D) Osmotik; pərdavari su, qravitasiya suyu

E) Sorbsiya; hiqroskopik su, qravitasiya suyu



155. Hiqroskopik su hansı proses nəticəsində yaranır və bitkilər üçün əlverişlidirmi?

A) Bərk hissəciklərin səthi tərəfindən su buxarının adsorbsiyası; xeyr

B) Torpaq hissəciklərinin səthindən suyun buxarlanması; bəli

C) Torpaq profili boyu qravitasiya qüvvələrinin təsiri ilə hərəkəti; bəli

D) Kapillyar məsamələrin su ilə dolması və kapillyar qüvvələrin təsiri altında hərəkəti; xeyr

E) Qeyri-kapillyar məsamələrdə toplanması və qravitasiya nəticəsində hərəkəti; xeyr



156. Pərdəvari su hiqroskopik suya nisbətən torpaq hissəcikləri tərəfindən necə tutulub saxlanır və bitkilər üçün əlverişlidirmi?

A) Zəif; qismən əlverişlidir

B) Zəif; əlverişlidir

C) Zəif; əlverişsizdir

D) Möhkəm; əlverişlidir

E) Möhkəm; qismən əlverişlidir



157. Torpaqda sərbəst suyun hansı formaları vardır?

A) Kapillyar su; qravitasiya suyu

B) Pərdəvari su; qravitasiya suyu

C) Hiqroskopik su; kapillyar su

D) Qravitasiya suyu; kapillyar su

E) Qravitasiya suyu; hiqroskopik su



158. Sərbəst su torpaq hissəciklərinin cazibə qüvvəsi ilə əlaqədardırmı və bitkilər üçün əlverişlidirmi?

A) Yox; hə

B) Hə; hə

C) Yox; yox

D) Hə; yox

E) Yox, qismən



159. Kapillyar su torpaqda necə qərarlaşır?

A) Kapillyar məsamələri doldurur və orada kapillyar qüvvələrin təsiri altında hərəkət edir;

B) Qeyri-kapillyar məsamələri doldurur və orada kapillyar qüvvələrin təsiri altında hərəkət edir;

C) Kapillyar məsamələri doldurur və orada sorbsion qüvvələrin təsiri altında hərəkət edir;

D) Suyadavamlı qat üzərində toplanır və qravitasiya qüvvələrinin təsiri altında hərəkət edir;

E) Torpaq hissəciklərin səthi tərəfindən su buxarları udulur, qravitasiya qüvvələrinin təsiri altında hərəkət edir



160. Nəmlənmənin xarakterindən asılı olaraq kapillyar su hansı formalarda olur?

A) Kapillyar asılı su; kapillyar dayaqlı su

B) Kapillyar pərdəli su; kapillyar dayaqlı su

C) Kapillyar asılı su; kapillyar aqreqatdaxili qravitasiya suyu

D) Kapilyar dayaqlı su; kapilyar aqreqatdaxili su

E) Kapillyar əlaqəli su; kapillyar sərbəst su



161. Kapillyar asılı suyun hansı növləri vardır?

A) Pərdəcikli, aqreqat daxili, qovuşuq

B) Dayadlı, pərdəcikli, aqreqatdaxili

C) Pərdəcikli, kapillyar, əlaqəli

D) Qovuşuq, aqreqatdaxili, dayaqlı

E) Aqreqatdaxili, qovuşuq, hiqroskopik



162. Kapillyar-dayaqlı su nə zaman əmələ gəlir?

A) Torpaq aşağıdan, qrunt suyundan nəmlənərkən

B) Torpaq yuxarıdan, atmosfer yağıntları ilə nəmlənərkən

C) Torpaq yuxarıdan, suvarma suyu ilə nəmlənərkən

D) Torpaq yanlardan, kapillyar su ilə nəmlənərkən

E) Torpaq profil boyu, qravitasiya suyu ilə nəmlənərkən



163. Qravitasiya suyu torpaqda necə yerləşir və hərəkət edir?

A) Qeyri-kapillyar məsamələrdə; torpaq profili boyu qravitasiya qüvvələrinin təsiri altında hərəkət edir;

B) Kapillyar məsamələrdə; torpaq profili boyu qravitasiya qüvvələrinin təsiri altında hərəkət

edir;


C) Ümumi məsamələrdə; torpaq profili boyu sorbsion qüvvələrin təsiri altında hərəkət edir;

D) Qeyri-kapillyar məsamələrdə; osmotik qüvvələrin təsiri ilə torpaq profili boyu hərəkət edir;

E) Kapillyar məsamələrdə; yanlara doğru kapillyar qüvvələrin təsirilə profil boyu hərəkət edir;

164. Qravitasiya suyunun neçə növü var?

A) Süzülüb axan su və su saxlayan horizontların suyu

B) Buxarlanan su və su saxlayan horizontların suyu

C) Kapillyar qalxan su və su saxlayan horizonların suyu

D) Süzülüb axan su və kapillyarla qalxan su

E) Süzülüb axan su və buxarlanan su



165. Qrunt suyu torpağın hansı qatında və hansı torpaq suyu hesabına yaranır?

A) Sonuncu suyadavamlı qat üzərində; qravitasiya suyu

B) Torpaq profilinin müxtəlif qatları üzərində; kapilyar suyu

C) Torpağın üst genetik qatında; qravitasiya suyu

D) Torpağın ana süxura dayanan qatında, qravitasiya suyu

E) Sonuncu suyadavamlı torpaq qatı üzərində; kapillyar su



166. Torpağın əsas su xassələrinə aiddir:

A) Su saxlama, sukeçirmə, suqaldırma qabiliyyəti

B) Su saxlama, su buraxma, su keçirmə

C) Su buxarlandırma, su qaldırma, su keçirmə

D) Su saxlama, su tutma, su keçirmə

E) Su qaldırma, su keçirmə, su sızdırma



167. Torpağın susaxlama qabiliyyəti nədir?

A) Torpağın sorbsion və kapillyar qüvvələrin təsiri altında suyu özündə saxlama qabiliyyətidir

B) Torpağın sorbsion və qravitasion qüvvələrin təsiri altında suyu özündə saxlama qabiliiyəti

C) Torpağın kapillyar və qravitasion qüvvələrin təsiri altında suyu özündə saxlama qabiliyyətidir

D) Torpağın sorbsion və osmotik qüvvələrin təsiri altında suyu özündə saxlama qabiliyyətidir

E) Torpağın sorbsion və hiqroskopik qüvvələrin təsiri altında suyu özündə saxlama qabiliyyətidir



168. Sorbsion və molekulyar cazibə qüvvələri vasitəsi ilə tutulub saxlanılan yumşaq əlaqəli suyun ən çox mümkün miqdarı necə adlanır?

A) Maksimal molekulyar sututumu

B) Tam sututumu

C) Ən az sututumu

D) Kapillyar sututumu

E) Maksimal hiqroskopik sututumu



169. Bütün məsamələr su ilə tam dolduqdan sonra torpağın özündə saxlaya bildiyi ən çox miqdar suya uyğun sututumu necə adlanır?

A) Tam sututumu

B) Maksimal molekulyar sututumu

C) Ən az sututumu

D) Kapillyar sututumu

E) Maksimal adsobsiya sututumu



170. Torpağın toplaya və uzun müddət özündə saxlaya bildiyi suyun ən çox miqdarı

A) Ən az sututumu

B) Tam sututumu

C) Maksimal molekulyar su tutumu

D) Kapillyar su tutumu

E) Maksimal adsorbsiya sututumu



171. Torpaqda qrunt suyunun səviyyəsindən yuxarıda yığılmış kapillyar dayaqlı nəmliyin maksimal miqdarına nə deyilir?

A) Kapillyar sututumu

B) Ən az sututumu

C) Maksimal asdorbsiya sututumu

D) Tam su tutumu

E) Maksimal molekulyar sututumu



172. Torpağın suya hopdurmaq və özündən buraxmaq qabiliyyəti necə adlanır?

A) Torpağın su keçiriciliyi

B) Torpağın sututumu

C) Torpağın susaxlaması

D) Torpağın tam sututumu

E) Torpağın kapillyar su tutumu



173. Filtrasiya nədir?

A) Suyun ağırlıq qüvvəsinin və təzyiq qradientinin təsiri altında torpaqda hərəkəti

B) Suyun kapillyar qüvvələrin və təzyiq qradientinin təsiti altında torpaqda hərəkəti

C) Suyun ağırlıq qüvvəsinin və diffuziya prosesinin təsiri altında torpaqda hərəkəti

D) Suyun ağırlıq qüvvəsinin və adsorbsiya prosesinin təsiri altında torpada hərəkət

E) Suyun kapillyar və sorbion qüvvələrin təsiri altında torpaq profili boyu aşağı doğru hərəkəti



174. Laboratoriya şəraitində torpağın filtrasiya əmsalı hansı üsulla ölçülür?

A) Kamenski borusunda

B) Astapov borusunda

C) Savvinov borusunda

D) Termostat çəki üsulu

E) Pipet üsulu



175. Torpağın su recimini kəmiyyətcə ifadə edən nədir və o nəyi göstərir?

A) Su balansı tənliyi; suyun torpağa daxil olması və sərfi

B) Su recimi tənliyi; suyun recmini ifadə edən elementlərin nisbəti

C) Sututumu tənliyi; suyun torpağa daxil olması və buxarlanması

D) Mədaxil tənliyi; mədaxil və məxaric elementlərini

E) Suyun sərf düsturu; suyun vahid zamanda torpağın canlı en kəsiyindən keçməsi



176. ifadəsi nəyi göstərir?

A) Torpaqda su balansı tənliyini

B) Torpağin istilik balansı tənliyini

C) Qrunt suyunun balans tənliyini

D) Su dövranın balans tənliyini

E) Torpaqda hava balansı tənliyini



177. Torpağın ayrı-ayrı genetik horizontlarında suyun ehtiyatı hansı düsturla hesablanır?

A)

B)

C)

D)

E)



178. Rütubətlənmə əmsalı nədir və hansı hədlər daxilində dəyişir?

A) Illik yağıntının illik buxarlanmaya olan nisbəti; 0.1-3;

B) Illik buxarlanmanın illik yağıntıya olan nibəti; 0.3-3.1;

C) Illik yağıntı ilə illik buxarlanmanın fərqi; 1-3;

D) Illik buxarlanma ilə illik yağıntının fərqi; 1-3;

E) Illik yağıntı ilə illik buxarlanmanın fərq nisbəti; 0.1-3;



179. A.A.Rodeyə görə su reciminin hansı tipləri vardır?

A) Donuşluq, yuyucu, vaxtaşırı yuyucu, yuyucu olmayan, buxarlanma, irriqasiya

B) Donuşluq, yuyucu, yuyucu olmayan, şiddətli yuyucu, buxarlanma, irriqasiya

C) Donuşluq, yuyucu, vaxtaşırı yuyucu, yuyucu olmayan, transpirasiya, buxarlanma

D) Donuşluq, kondensiya, buxarlanma, irriqasiya, yuyucu, daimi yuyucu, şiddətli yuyucu

E) Donuşluq, yuyucu, vaxtaşırı yuyucu, yuyucu olmayan, kondensasiya, buxarlanma



180. Su reciminin tənzimlənməsi hansı amillər nəzərə alınmaqla aparılır?

A) Iqlim şəraiti, torpaq şəraiti, bitkilərin suya təlabatı

B) Relyef şəraiti, torpaq şəraiti, bitkilərin suya təlabatı

C) Iqlim şəraiti, bitkilərin suya təlabatı

D) Relyef şəraiti, torpaq şəraiti, hava və istilik recimi

E) Iqlim şəraiti, torpaq şəraiti, torpaqəmələgətirən süxurlar



181. Torpaqda torpaq havası hansı formalarda olur?

A) Sərbəst, adsorbsiya olunmuş və həll olmuş

B) Sərbəst, adsorbsiya olunmuş və həll olmamış

C) Sərbəst, diffuziya olunmuş və həll olmuş

D) Torpaq hissəcikləri tərəfindən udulmuş, sərbəst, qaz halında

E) Sərbəst, udulmuş, həll olmamış



182. Torpaq havasında ən dinamik komponentləri hansılardır?

A) O2, CO2

B) O2, N2

C) CO2, NH3

D) O2, H2S

E) N2, CO2



183. Torpağın hava xassələrinə aiddir:

A) Torpağın hava keçiriciliyi, torpağın hava tutumu

B) Torpağın hava keçiriciliyi, qazların diffuziyası

C) Torpağın hava tutumu, torpağın hava saxlama qabiliyyəti

D) Torpağın tənəffüsü, torpağın hava tutumu

E) Torpağın hava keçiriciliyi, torpağın qazları adsorbsiyası



184. Torpağın hava keçiriciliyi nəyə deyilir?

A) Vahid zamanda təzyiq altında qalınlığı 1 sm, sahəsi 1 sm2 torpaq kəsiyindən keçən havanın miqdarına

B) Vahid zamanda 1 sm2 torpaq kəsiyindən keçən havanın həcminə

C) Vahid zamanda torpağın müəyyən genetik qatından 1 san. ərzində keçən havanın həcminə

D) Vahid zamanda təzyiq altında torpaq profilinin 1 sm2 torpaq kəsiyindən keçən havanın miqdarına

E) Vahid zamanda təzyiq altında qalınlığı 1 m, sahəsi 1 m2 torpaq kəsiyindən keçən havanın miqdarına



185. Torpağın hava tutumu nədən asılıdır?

A) Torpağın nəmliyindən və məsaməlikdən

B) Torpağın nəmliyindən və kipliyindən

C) Torpağın strukturundan və kimyəvi tərkibindən

D) Torpağın humusundan və kimyəvi tərkibindən

E) Torpağın fiziki xassələrindən və istilik xassələrindən



186. Torpağın hava reciminin tənzimlənməsi hansı tədbirlərlə aparılır?

A) Aqrotexniki, meliorativ

B) Aqrokimyəvi, meliorativ

C) Meliorativ, meşə-meliorasiya

D) Kimyəvi meliorasiya, elektromeliorasiya

E) Növbəti əkin sistemi, düzgün suvarma



187. Torpağın hava keçiriciliyi nədən asılıdır?

A) Torpağın mexaniki tərkibi və strukturundan

B) Torpağın mineral və üzvi tərkibindən

C) Torpağın mexaniki və fiziki-mexaniki xassələrindən

D) Torpağın nəmliyindən və məsaməliyindən

E) Torpağın məsaməliyindən və mexaniki tərkibindən



188. Torpağın istilik xassələrinə aiddir:

A) Torpağın istilik udma qabiliyyəti, istilik tutumu, istilik keçiriciliyi

B) Torpağın istilik əmələgətirmə, istilik ötürmə, istilik udma qabiliyyəti

C) Torpağın istilik udma qabiliyyəti, istilik əksetdirmə qabiliyyəti, istilik keçiriciliyi

D) Istilik tutumu, istilik əksetdirmə, istilik vermə qabiliyyəti

E) Istilik yaratma, istilik ötürmə, istilik udma qabiliyyəti



189. Albedo nədir?

A) Torpaq səthindən əks olunan qısa dalğalı günəş radiasiyasının miqdarıdır və ümumi günəş radiasiyasından faizlə ifadə olunur

B) Torpaq səthi tərəfindən udulan Günəş şüasının ümumi miqdarıdır və ümumi günəş radiasiyasından faizlə ifadə olunur

C) Torpaq səthi tərəfindən udulan cəm Günəş enercisinin dağılan şüaların miqdarına nisbətidir

D) Torpaq səthinə düşən Günəş şüalarının ümumi miqdarının əks olunan şüalara nisbətinin faizlə miqdarı

E) Torpaq tərəfindən əks olunan şüa enercisinin miqdarıdır və ümumi günəş radiasiyasından kalorilərlə ifadə olunur



190. Hansı torpaqlar günəş radiasiyasını daha çox udur?

A) Tünd rəngli, humusla zəngin, nəm torpaqlar

B) Açıq rəngli, humusu az, quru torpaqlar

C) Tünd rəngli, humusla zəngin, quru torpaqlar

D) Açıq rəngli, humusla zəngin, quru torpaqlar

E) Açıq rəngli, humusu az, yaş torpaqla



191. İstilik tutumu nədir?

A) 1 qram və ya 1 sm3 torpağı 10 C qızdırmaq üçün zəruri olan istiliyin kalori ilə miqdarı

B) 1 qram torpağı 10o C qızdırmaq üçün zəruri olan istiliyin kalori ilə miqdarı

C) 1 kq torpağı 1o C qızdırmaq üçün zəruri olan istiliyin kkal ilə miqdarı

D) 1 ton torpağı 10o C qızdırmaq üçün zəruri olan istiliyin kalori ilə miqdarı

E) 1 qram torpağı 10o C qızdırmaq üçün zəruri olan istiliyin kkal ilə miqdarı



192. Istilik keçiriciliyi nəyə deyilir?

A) 1 saniyədə qalınlığı 1 sm olan 1 sm3 torpaqdan keçən istiliyin kalorilərlə miqdarı

B) 1 saniyədə qalınlığı 1 sm olan 1 sm3 torpaqda udulan istiliyin kalorilərlə miqdarı

C) 1 sutkada qalınlığı 1 sm olan 1 sm3 torpaqdan keçən istiliyin kalorilərlə miqdarı

D) 1 saniyədə qalınlığı 1 sm olan 1 sm2 torpaqdan keçən istiliyin kalorilərlə miqdarı

E) 1 sutkada qalınlığı 1 m olan 1 m3 torpaqdan keçən istiliyin kalorilərlə miqdarı



193. Torpağın mineral hissəsinin istilik keçiriciliyi havanın və suyun istilik keçiriciliyindən neçə dəfə çoxdur və ya azdır?

A) Havadan 100 dəfə çoxdur; sudan 28 dəfə çoxdur

B) Havadan 28 dəfə çoxdur; sudan 100 dəfə çoxdur

C) Havadan 100 dəfə azdır; sudan 28 dəfə çoxdur

D) Havadan 100 dəfə azdır; sudan 18 dəfə çoxdur

E) Havadan 100 dəfə azdır; sudan 28 dəfə azdır



194. Torpağın istilik reciminin əsas göstəricisi nədir?

A) Torpağın temperaturu

B) Torpağın istilik keçiriciliyi

C) Torpağın istilik tutumu

D) Torpağın fiziki xassələri

E) Torpağın mexaniki tərkibi



195. V.N.Dimo tərəfindən torpağın istilik və ya temperatur reciminin hansı tiplərini

ayrılmışdır:

A) Donuşlu, uzun müddətli mösümi donan, mövsümi donan, donmayan

B) Donuşlu, qısa müddətli mövsümü donan, mövsümü donan, donmayan

C) Donuşlu, donan, donmayan, mövsümü donmayan

D) Mövsümü donuşlu, müvvəqəti donmayan, mövsümü donmayan

E) Donuşlu, mövsümü donan, mövsümü donmayan, donmayan



196. Torpaqların müasir təsnifat sistemi hansı taksonomik vahidlərdən ibarətdir?

A) Tip, yarımtip, cins, növ, növ müxtəlifliyi, torpaq dərəcəsi

B) Tip, fəsil, yarımtip, cins, növ, növmüxtəlifliyi

C) Tip, yarımtip, ailə, növ, növmüxtəlifliyi, torpaq dərəcəsi

D) Tip, yarımtip, cins, ailə növ, növmüxtəlifliyi, torpaq dərəcəsi

E) Tip, yarımtip, cins, növ, fərd, növmüxtəlifliyi



197. Torpaqların təsnifatı hansı amillərə görə torpaqların qruplarda birləşdirilməsidir?

A) Torpağın əsas xassələri, mənşəyi, münbitliyinə görə

B) Torpağın mexaniki tərkibinə, fiziki xassələrinə, mənşəyinə görə

C) Torpağın humus tərkibinə, kolloid tərkibinə, münbitliyinə görə

D) Torpağın su xassələri, su-fiziki xassələrinə, mənşəyinə görə

E) Torpağın hava xassələrinə, istilik reciminə, münbitliyinə görə


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə