1. Torpağı dağ süxurlarından fərqləndirən əsas xassə nədir?




Yüklə 399.84 Kb.
səhifə2/4
tarix24.04.2016
ölçüsü399.84 Kb.
1   2   3   4

68. Qranulometrik (mexaniki) elementlər hansı xassələri ilə bir-birindən fərqlənirlər?

A) Su-fiziki xassələri, kimyəvi tərkibi

B) Fiziki xassələri, istilik xassələri,

C) Su-fiziki xassələri, mineral tərkibi

D) Su-fiziki xassələri, üzvi-mineral tərkibi

E) fiziki-mexaniki xassələri, kimyəvi tərkibi



69. Torpaqda qranulometrik elementlərin fraksiyalarının nisbi miqdarı nə adlanır?

A) Torpağın mexaniki tərkibi

B) Torpağın mineral tərkibi

C) Torpağın üzvi tərkibi

D) Torpağın struktur tərkibi

E) Torpağın kimyəvi tərkibi



70. Torpağın qranulometrik (mexaniki) tərkibinin təsnifat şkalası nəyə əsasən müəyyən edilir?

A) Fiziki qum və fiziki gilin nisbətinə görə

B) Fiziki qum və fiziki tozun nisbətinə görə

C) Fiziki qum və fiziki lilin nisbətinə görə

D) Fiziki lil və fiziki gilin nisbətinə görə

E) Fiziki gil ilə gil fraksıyalarının nisbətinə görə



71. Qranulometrik tərkibinə görə torpaqlar neçə qrupa bölünür?

A) Ağır, orta, yüngül

B) Çox ağır, ağır, orta ağır

C) Ağır, orta ağır, yüngül

D) Ağır, orta, çox yüngül

E) Ağır, orta, yüngül, çox yüngül



72. Yüngül mexaniki tərkibli torpaqlara aiddir:

A) Qum, qumsal

B) Qum, yüngül gil

C) Orta gil, yüngül gil

D) Qumsal, yüngül gil

E) Yüngül gillcəli, qumsal-gillicəli



73. Orta mexaniki tərkibli torpaqlara aiddir:

A) Yüngül gillicəli, orta gillicəli

B) Orta gillicəli, ağır gillicəli

C) Qum, qumsal

D) Orta gil, ağır gil

E) Qumsal, yüngül gillicəli



74. Ağır mexaniki tərkibli torpaqlara aiddir:

A) Ağır gillicələr, gil torpaqlar

B) Yüngül gil, orta gil, ağır gil

C) Yüngül gillicəli, orta gillicəli, ağır gillicəli

D) Ağır gillicələr, qum, qumsal

E) Qum, qumsal, yüngül gillicəli



75. Torpağın effektiv diametri necə hesablanır?

A)

B)

C)

D)

E)



76. Effektiv diametrdən asılı olaraq süzülmə əmsalı necə hesablanır?

A)

B)

C)

D)

E)



77. Effektiv diametrdən asılı olaraq kapillyar qalxma hündürlüyü (Hk) necə hesablanır?

A)

B)

C)

D)

E)



78. Torpağın tərkibində fiziki- gil-80%, fiziki qum- 20%, təşkil edərsə qranulometrik tərkibcə torpaq necə adlanır?

A) Ağır gil

B) Orta gil

C) Qumsal

D) Yüngül gil

E) Orta gillicə



79. Humus və onun hərfi mənası nədir?

A) Torpağın üzvi maddəsinin əsas hissəsidir; torpaq

B) Torpağın mineral maddəsinin əsas hissəsidir; mineral maddə

C) Torpağın kolloid birləşməsidir; kolloid maddə

D) Torpağın mürəkkəb kompleks üzvi-mineral birləşmələri; üzvi maddə

E) Torpağın su-hava, su-duz, istilik recimlərinin tənzimləyicisi: münbütlik



80. Humus tərkib etibarı ilə hansı qruplara bölünür?

A) Qeyri-spesifik üzvi birləşmələr, spesifik humus birləşmələr

B) Qeyri-üzvi birləşmələr, spesfik humus birləşmələri

C) Fulvoturşular, gil minerallar

D) Kolloid birləşmələri, silikat turşusu

E) Spesifik humus birləşmələri, himatomelon turşusu



81. Humus maddələri həllolma və ekstraksiya qabiliyyətinə görə hansı qruplara bölünür?

A) Fulvoturşular, humin turşular, humin, himatomelon turşusu

B) Humin turşuları, humin, gil mineralları, qeyri-spesifik üzvi birləşmələr

C) Yağ turşuları, fulvoturşular, prohumin maddəsi, zol və gel kolloidlər

D) Fulvoturşular,silikat turşusu, humin, himatomelon turşusu

E) Fulvoturşular, humin turşuları, getrit-humin, silisium turşuları



82. Yüksək mütəhərrikliyə, aşağı molekulyar çəkiyə malik, yaxşı həll olan, karbonun miqdarı az, açıq rəngdə, yüksək turşuluq xassəsinə malik humus maddəsi hansıdır?

A) Fulvoturşular

B) Humin turşuları

C) Humin

D) Himatomelon turşuları

E) Spesifik humus maddəsi



83. Qaratorpaq, şabalıdı, boz-meşə torpaqlarında hansı humus maddəsi üstünlük təşkil edir?

A) Humin turşuları

B) Fulvoturşular

C) Humin

D) Himatomelon turşusu

E) Prohumin maddəsi



84. Fulvoturşular hansı torpaqlarda üstünlük təşkil edir?

A) Podzol, qırmızı

B) Qaratorpaq, şabalıdı

C) Şabalıdı, qəhvəyi

D) Qəhvəyi, qaratorpaq,

E) Boz-meşə, boz-qonur



85. Humusun ekstraksiya olunmayan hissəsi necə adlanır və hansı növləri var?

A) Humin, gilli-humuslu,detrit-humin

B) Fulvoturşular, humin, detrit-humin

C) Himatomelon, gilli-humuslu, detrit-humin

D) Prohumin, fulvoturşusu, humin

E) Fulvoturşusu, humin, himatomelon



86. Fulvoturşularla humin turşuları arasında aralıq xassəyə malik humus maddəsi necə adlanır?

A) Himatomelon turşusu

B) Humus turşusu

C) Huminlər

D) Prohumin

E) Detrit-humin



87. Humusun torpaqda əsas funksiyaları hansılardır?

A) Torpağın genezisi və morfoloci əlamətlərinin təyinedicisi, bitkilərin qidalanması, sanitar-qoruyucu funksiya

B) Torpağın strukturunu təyin edir, mexaniki tərkibi dəyişdirir, torpaq profilini formalaşdırı

C) Torpağın su-fiziki, su-hava, su-duz recimlərini tənzimləyir

D) Torpağın hava recimini tənzimləyir, bitkilərin qidalanmasını, torpağın münbitliyini formalaşdırır

E) Torpağın hava recimini tənzimləyir, torpağın morfoloci əlamətlərini müəyyənləşdirir, torpağın sanitar-qoruyucu funksiyasını yerinə yetirir



88. Humuslaşma əmsalı nədir?

A) Humuslaşmanın kəmiyyət göstəricisidir

B) Humuslaşmanın keyfiyyət göstəricisidir

C) Humusun əmələgəlmə intensivliyidir

D) Humusun əmələgəlmə sürətidir

E) Üzvi qalıqların humusa çevirlmə intensivliyidir



89. Torpağın rəngi nədən asılıdır?

A) torpaqəmələgətirən süxurların tərkibindən

B) torpaqəmələgəlmənin tipindən

C) torpağın kimyəvi və mineraloci tərkibindən

D) birləşmələrin kombinasiyasından

E) torpağın fiziki xassələrindən



90. Torpaq münbitliyinin əsas amilləri hansılardır?

A) Azot və kül elementləri, su, hava, istilik

B) Azot, dəmir elementləri, su, hava, istilik

C) Torpaqdakı qida elementləri, kolloid maddələri, su, hava, istilik

D) Azot və kül elementləri, su, hava, məsaməlik

E) Su, hava, istilik, məsaməlik, azot



91. Münbitliyin hansı növləri vardır?

A) Təbii, süni, effektiv və ya iqtisadi, potensial

B) Təbii, süni, potensial, qeyri-effektiv və ya iqtisadi

C) Təbii, effektiv və ya iqtisadi, süni, akkumuliyativ

D) Təbii, süni, effektiv və ya iqtisadi, ekoloci

E) Təbii, süni, ekoloci, akkumlyativ



92. Torpağın sabit göstəricisi olub zəif dəyişən, yalnız intensiv meliorativ və əkinçilik tədbirləri nəticəsində yaranan münbitlik necə adlanır?

A) Potensial

B) Təbii

C) Süni

D) Iqtisadi

E) Effektiv



93. Torpaq kolloidlərinin diametrinin ölüçüləri nə qədərdir?

A) 0.0001-0.02 nm

B) 0.0001-0.2 nm

C) 0.001-0.2 mm

D) 0.001-0.02 nm

E) 0.01-0.02 nm



94. Müxtəlif torpaqlarda kolloid hissəciklərinin miqdarı nə qədərdir?

A) 1-2% , 30-40% arasında dəyişir

B) 1-2%, 70-80% arasında dəyişir

C) 10-20%, 50-60% arasında dəyişir

D) 1-2% , 40-50% arasında dəyişir

E) 1-2%, 20-30% arasında dəyişir



95. Kolloid hissəciklər torpağın hansı xassəsinin əsas daşıyıcısıdır?

A) Sorbsion

B) Akkumliyativ

C) Assimiliyativ

D) Üzvi xassələri

E) Fiziki-mexaniki xassələri



96. Torpaq kolloidlərinin tərkibində hansı birləşmələr var?

A) Mineral, üzvi, üzvi-mineral

B) Qeyri-üzvi, üzvi, kolloid

C) Mineral, üzvi, kolloid

D) Mineral, qeyri-üzvi, üzvi

E) Gil-mineral, silisium oksidləri, humus maddələri



97. Mineral kolloidlərə hansı birləşmələr aiddir?

A) Gilli minerallar, silisiumun kolloid formaları, biryarım oksidlər

B) Gilli minerallar, alüminium və dəmir oksidləri

C) Alüminium və dəmir oksidləri, silisium turşuları

D) Gilli minerallar, gillicəli və qumlu minerallar

E) Gilli-humuslu kompleks birləşmələr, ilkin və törəmə minerallar



98. Yalnız mənfi yük daşıyan kolloidlər necə adlanaır?

A) Asidoidlər

B) Bazoidlər

C) Amfolitoidlər

D) Kationolitoidlər

E) Anionolitoidlər



99. Yalnız nisbət yük daşıyan kolloidlər necə adlanır?

A) Bazoidlər

B) Asidoidlər

C) Amfolitoidlər

D) Kationolitoidlər

E) Anionolitoidlər



100. Mühit reaksiyasından asılı olaraq yükünü dəyişdirən kollid hissəciiklər necə adlanır?

A) Amfolitoidlər

B) Bazoidlər

C) Asidoidlər

D) Kationolitoidlər

E) Anionolitoidlər



101. Üzvi kolloidlər hansı maddələrlə təmsil olunur?

A) Humus və zülal təbiətli üzvi maddələrlə

B) Humus və qeyri-üzvi maddələrlə

C) Humus və yağ turşuları mənşəli üzvi maddələrlə

D) Humus və karbohidrat mənşəli üzvi maddələrlə

E) Humus və zülal, yağ, karbohidrat mənşəli üzvi maddələrlə



102. Torpaq kolloidlərinin əmələgəlmə mexanizmləri və ya prosesləri necə adlanır?

A) Dispersləşmə, kondensləşmə

B) Kodensasiya, buxarlanma

C) Akkumulyasiya, dispersləşmə

D) Dispersləşmə, koaqulyasiya

E) Peptidləşmə, dispersləşmə



103. Kolloidlərin zol halından gel halına keçməsi və əks proses uyğun olaraq necə adlanır?

A) Koaqulyasiya; peptizasiya

B) Peptizasiya; koaqulyasiya

C) Koaqulasiya; disperləşmə

D) Peptizasiya; kondensləşmə

E) Koaqulasiya; kondesləşmə



104. Torpağın uducu kompleksi nədir?

A) Torpağın udma prosesində iştirak edən komponentlərinin cəmi

B) Torpağın udma prosesində iştirak edən kolloid tərkibi

C) Torpağın udma prosesində iştirak edən üzvi-mineral hissəciklərin cəmi

D) Torpağın udma prosesində iştirak edən mineral hissəciklərin cəmi

E) Torpağın udma prosesində iştirak edən su və qaz qarışıqlarının məcmusu



105. Torpağın uduculuq qabiliyyətinin hansı növləri vardır?

A) Mexaniki, fiziki, fiziki-kimyəvi, kimyəvi, bioloci

B) Mexaniki, fiziki, fiziki-kimyəvi, bioloci, ekoloci

C) Mexaniki, fiziki, biofiziki, biokimyəvi, bioloci

D) Mexaniki, kimyəvi, bioloci, mikrobioloci, mübadiləvi

E) Mexaniki, fiziki, mübadiləvi, bioloci, fizioloci



106. Torpaq profili boyu bərk hissəciklərin məsamələr vasitəsi ilə tutulub saxlanması necə adlanır?

A) Mexaniki udma

B) Fiziki udma

C) Kimyəvi udma

D) Fiziki-kimyəvi udma

E) Bioloci udma



107. Torpağın bərk fazasındakı kationların bir hissəsinin torpaq məhlulundakı ekvivalent miqdarda kationlarla dəyişməsi necə adlanır?

A) Fiziki-kimyəvi udma

B) Bioloci udma

C) Kimyəvi udma

D) Fiziki udma

E) Bioloci udma



108. Torpaq məhlulundakı komponentlərin qarışıqlı təsiri nəticəsində çətin həll olan çöküntülərin yaranması ilə ğedən udma necə adlanır?

A) Kimyəvi udma

B) Fiziki udma

C) Fiziki-kimyəvi udma

D) Bioloci udma

E) Mexaniki udma



109. kimyəvi reaksiyası torpaqda hansı prosesin həyata keçdiyini göstərir?

A) Turş torpaqların əhənglə neytrallaşdırılması

B) Qələvi torpaqların əhənglə neytrallaşdırılması

C) Şorakət torpaqların əhənglə neytrallaşdırılması

D) Qələvi torpaqların karbonatlarla kimyəvi meliorasiyası

E) Turş torpaqların kimyəvi meliorasiyası



110. kimyəvi reaksiyası torpaqda hansı prosesi həyata keçirir?

A) Şorakət torpaqların gipslə kimyəvi meliorasiyası

B) Şoran torpaqların kimyəvi meliorasiyası

C) Turş torpaqların gipsləşdirilməsi

D) Qələvi torpaqların netrallaşdırılması

E) Turş torpaqların gipslə neytrallaşdırılması



111. Litosferin və torpağın kimyəvi hansı alimlər tərəfindəndən öyrənilmişdir?

A) F.U.Klark, A.Y.Fersman, V.İ.Vernadski

B) F.U.Klark, V.Dokuçayev, V.İ.Vernadiski

C) F.U.Klark, V.R.Volobuyev, V.İ.Vernadiski

D) A.Y.Fersman, V.R.Dokuçayev, N.M.Sibirtsev

E) F.U.Klark, V.R.Vilyams, V.İ.Vernadski



112. Litosferdə oksigenin və silisiumun miqdarı nə qədərdlir?

A) 47.2%-O2; 27.6%-Si

B) 27.6%- -O2; 47.2% -Si

C) 20.8% -O2; 41.1%- Si

D) 41.1% -O2; 20.8%- Si

E) 47.3% -O2; 41.1%- Si



113. Litosfer və torpaqda kimyəvi elementlərin miqdarına görə düzülüş ardıcıllığı necədir?

A) O, Si, Al, Fe, Ca, Na, K, Mg, və s.

B) O, Mg, Al, Fe, Si, Ca, Na, K, və s.

C) Si, O, Al, Fe, Ca, Na, K, Mg və s.

D) O, Al, Fe, Si, Ca, Na, K, Mg, və s.

E) Si, Al, O, Fe, Na, Ca, K, Mg. O, və s.



114. Torpağın kimyəvi tərkibi hansınin tərkibi ilə oxşardır?

A) Dağ süxurlarının

B) Qruntun

C) Humusun

D) Kolloidlərin

E) Litosferin



115. İlkin və törəmə mineralların tərkibində daha çox təsadüf olunan və üzvi maddələrin əsas tərkib elementlərindən biri hesab olunan hansıdır?

A) Oksigen

B) Silisium

C) Karbon

D) Dəmir

E) Hidrogen



116. Bütün zülal maddələrinin, xlorofilin, nuklein turşularının tərkibində rast gəlinən, lakin torpaqəmələgətirən süxurlarda olduqca az olan element hansıdır?

A) Azot

B) Oksigen

C) Karbon

D) Fosfor

E) Kalisium



117. Torpaq məhlulu torpaqda hansı proseslərdə iştirak edir?

A) Torpağın genzisinin və münbitliyinin formalaşmasında, maddələrin torpaq profili boyu hərəkətində, bitkilərin qidalanmasında

B) Torpağın genezisinin və münbitliyinin formalaşmasında, maddənin torpaq profili boyu hərəkətində, hava reciminin tənzimlənməsində

C) Torpağın morfoloci əlamətlərinin və mexaniki tərkibinin formalaşmasında, bitkilərin qidalanmasında, su-hava tənzimlənməsində

D) Torpağın genzisinin və münbitliyinin formalaşmasında, maddələrin torpaq profili üzrə hərəkətində, su xassələrinin tənzimlənməsində

E) Torpağın genzisinin və münbitliyinin formalaşmasında, torpağin istilik reciminin tənzimlənməsində, torpağın münbitliyinin formalaşmasında



118. Torpaq məhlulunun ayrılması üsulları hansılardır?

A) Presləmə, sentrifuqa və digər mayelər vasitəsi ilə sıxışdırılıb çıxarma

B) Presləmə, sentrifuqa və duz birləşmələri vasitəsi ilə sıxışdırılıb çıxarma

C) Presləmə, sentrifuqa və qazlar vasitəsi ilə sıxışdırılıb çıxarılma

D) Presləmə, çökdürülmə, neytrallaşdırılma və qazlar vasitəsi ilə sıxışdırılıb çıxarılma

E) Presləmə, buxarlandırma, çökdürmə və digər mayelər vasitəsi ilə sıxışdırılıb çıxarma



119. Torpaq məhlulunun tərkibi və qatılığı hansı proseslər nəticəsində formalaşır?

A) Fiziki, fiziki-kimyəvi, bioloci

B) Fiziki, fiziki-mexaniki, bioloci

C) Fiziki, fiziki-kimyəvi, biokimyəvi

D) Fiziki, fiziki-mexaniki, kimyəvi

E) Fiziki-kimyəvi, kimyəvi, bioloci



120. Torpaq məhlulunun tərkibi dəyişilmə baxımından necədir və nədən aslıdır?

A) Dinamikdir; mövsümi dəyişikliklərdən

B) Dinamikdir; havanın və torpağın temperaturundan

C) Sabitdir; mövsümi dəyişiklərdən

D) Dinamikidir; torpağın qranulometrik tərkibindən

E) Sabitdir; havanın və torpağın temperaturundan



121. Torpaq məhlunun qatılığı normal halda və şorlaşmış torpaqlarda nə qədər olur?

A) 1 l-də bir neçə qram olur; 1 l-də 10-100 qram

B) 1 l-də 1 qram olur ; 1 l-də 0.1 qram

C) 1 l-də bir neçə qram olur; 1 l-də 0.5 qram

D) 1 l-də 10 qram olur; 1 l-də 100 qram

E) 1 l-də bir neçə qram olur; 1 l-də bir neçə qram olur



122. Çox turş və bataqlı torpaqların torpaq məhlulunda hansı kationlar üstünlük təşkil edir?

A) Al3+, Fe3+ - turş torpaqlarda; Fe2+ -bataqlı torpaqlarda

B) Al3+, Fe3+- turş torpaqlarda ; Fe3+ - bataqlı torpaqlarda

C) Al3+, Si4+ - turş torpaqlarda; Fe3+ -bataqlı torpaqlarda

D) Fe2+, Al3+- turş torpaqlarda; Al3+ -bataqlı torpaqlarda

E) Al3+, Mn2+-turş torpaqlarda; Fe2+- bataqlı torpaqlarda



123. Torpaq məhlulunun üzvi və mineral hissələrinin nisbəti qaratorpaqlarda, bataqlı torpaqlarda və şorlaşmış torpaqlarda necədir?

A) Təxminən bərabərdir; üzvi maddələr üstünlük təşkil edir; mineral maddələr üstünlük təşkil edir;

B) Üzvi maddələr üstünlük təşkil edir; təxminən bərabərdir; mineral maddələr üstünlük təşkil edir;

C) Üzvi maddələr üstünlük təşkil edir; mineral maddələr üstünlük təşkil edir; təxminən bərabərdir;

D) Mineral maddələr üstünlük təşkil edir; təxminən bərabərdir; üzvi maddələr üstünlük təşkil edir;

E) Təxminən bərabərdir; mineral maddələr üstünlük təşkil edir; üzvi maddələr üstünlük təşkil edir;



124. Şorakət torpaqların torpaq məhlulunun səciyyəvi xüsusiyyəti nədir?

A) Üzvi maddələrin miqdarı çoxdur, həllolmuş kolloid birləşmələrin miqdarı yüksəkdir

B) Üzvi maddələrin miqdarı çoxdur, həllolmuş kolloid birləşmələrin miqdarı azdır

C) Mineral maddələrin miqdarı çoxdur, kolloid birləşmələrin miqdarı çoxdur

D) Mineral maddələrin miqdarı azdır, kolloid birləşmələrin miqdarı azdır

E) Üzvi maddələrin miqdarı azdır, kolloid birləşmələrin miqdarı çoxdur



125. Hansı hallarda bitkiyə suyun daxil olması kəsilir və bitki məhv olur:

torpaq məhlulunun osmotik təzyiqi bitki şirəsinin osmotik təzyiqinə -

A) Bərabər və ya ondan böyük olarsa

B) Bərabər və ya ondan kiçik olarsa

C) Nisbətən kiçik olarsa

D) Nisbətən böyük olarsa

E) Bərabər olmazsa



126. Torpaq məhlunun osmotik təzyiqi hansı parametrlərdən asılıdır?

A) Torpaq məhlunun qatılığından, həllolmuş maddələrin dissosasiya dərəcəsindən

B) Torpaqdakı duzların miqdarından, həllolmuş maddələrin dissosasiya dərəcəsi

C) Torpaq məhlunun qatılğından, torpaqdakı duzların miqdarından

D) Torpağın temperaturundan və nəmliyindən

E) Torpağın kimyəvi tərkibindən, torpaqdakı duzların miqdarından



127. Torpaq məhlunun ən yüksək osmotik təzyiqi hansı torpaqlarda müşahidə olunur?

A) Şorlaşmış, ağır qranulometrik tərkibli, yüksək uduculuq qabiliyyətli

B) Şoran, yüngül qranulometrik təkibli, aşağı uduculuq qabiliyyətli

C) Şorakət, ağır qranulometrik tərkibli, aşağı uduculuq qabiliyyətli

D) Şorlaşmamış, ağır qranulometrik tərkibli, yüksək uduculuq qabiliyyətli

E) Bataqlaşmış, yüngül mexaniki tərkibli, aşağı uduculuq qabiliyyətli



128. 4o C-də torpağın bərk fazasının həmin həcmdə suyun kütləsinə olan nisbətinə torpağın

A) Bərk fazanın sıxlığı ( xüsusi çəkisi)

B) Sıxlığı (həcm çəkisi)

C) Məsaməliyi (boşluqların cəmi)

D) Plastikliyi (elastikliyi)

E) Kipliyi (sıxlığı)

deyilir.

129. Əksər torpaqların mineral horizontlarında bərk fazanın sıxlığı (xüsusi çəkisi) nə qədər olur?

A) 2.4-2.65 q /sm3

B) 1.4-1.8 q/sm3

C) 0.5-1.2 q/sm3

D) 2.7-3.0 q/sm3

E) 1.5-2.0 q/sm3



130. Torflu horizontlarda torpağın bərk fazasının sıxlığı (xüsusi çəkisi) hansı hədlər daxilində dəyişir?

A) 1.4-1.8 q/sm3

B) 2.4-2.65 q/sm3

C) 2.1-5.18 q/sm3

D) 0.2-1.4 q/sm3

E) 05-1.0 q/sm3



131. Təbii halda götürülmüş mütləq quru torpaq həcminin kütlə vahidi necə adlanır?

A) Torpağın sıxlığı

B) Torpağın bərk fazasının sıxlığı

C) Torpağın məsaməliyi

D) Torpağın xüsusi çəkisi

E) Torpağın kipliyi



132. Torpağın sıxlığı (həcm çəkisi) nədən asılıdır?

A) Mineraloci, üzvi, qranulometrik tərkibdən, strukturluqdan

B) Kimyəvi, üzvi, qranulometrik tərkibdən, strukturluqdan

C) Mineraloci, üzvi, bioloci tərkibdən, strukturluqdan

D) Mineraloci, üzvi, qranulometrik, kimyəvi, kolloid tərkibindən

E) Qranulometrik tərkibdən, morfoloci əlamətlərindən, udma qabiliyyətindən



133. Əksər mədəni bitkilər üçün əkin qatının optimal sıxlığı (həcm çəkisi) nə qədərdir?

A) 1.0-1.2q /sm3

B) 0.5-1.0 q /sm3

C) 2.4-2.65 q/sm3

D) 0.2-0.8 q/sm3

E) 1.4-1.8 q/sm3



134. Torpağın məsaməliyi nəyə deyilir?

A) Torpağın bərk fazasının hissəcikləri arasındakı bütün boşluqların cəminə

B) Təbii halda mütləq quru torpaq həcminin kütlə vahidinə

C) Torpağın bərk fazasının həmin həcmdəki suyun çəkisinə olan nisbətinə

D) Torpağın maye fazasının tutduğu boşluqların cəminə

E) Torpağın qaz fazasının tutduğu boşluqların cəminə


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə