1. Torpağı dağ süxurlarından fərqləndirən əsas xassə nədir?




Yüklə 399.84 Kb.
səhifə1/4
tarix24.04.2016
ölçüsü399.84 Kb.
  1   2   3   4
1. Torpağı dağ süxurlarından fərqləndirən əsas xassə nədir?

A) Münbitlik

B) Minerallıq

C) Humusun miqdarı

D) Su xassələri

E) Hava xassələri



2. Torpaqşünaslıq elminin əsas sahələri hansılardır?

A) Aqronomik, meşə, melorasiya

B) Ekoloci, aqronomik, meşə

C) Bioloci, meşə, meliorasiya

D) Mikrobioloci, aqronomik, meşə

E) Aqrokimyəvi, aqronomik, melorasiya



3. Bitkilərin inkişafı üçün zəruri torpaq amilləri necə adlanır?

A) Edafik amillər

B) Abiotik amillər

C) Biotik amillər

D) Fitogen amillər

E) Antropogen amillər



4. Torpağı necə adlandırırlar?

A) Biokos sistem

B) Biogen sistem

C) Biofil sistem

D) Biotik sistem

E) Biotop sistem



5. Torpaqşünaslıq elmi təlim kimi nə vaxt, harada və hansı alimlər tərəfindən yaradılmışdır?

A) XIX əsrin sonunda; Rusiyada; Dokuçayev, Kostıçev, Sibirtsev

B) XIX əsrin əvvələrində; Rusiyada; Dokuçayev, Kostıçev, Sibirtsev

C) XX əsrdən əvvəllərində; Rusiyada; Dokuçayev, Kostıçev, Vernadiski

D) XX əsərin ortalarında; Rusiyada; Dokuçayev, Kostıçev, Sibirtsev

E) XIX əsrin əvvələrində; Rusiyada; Dokuçayev, Kostıçev, Vernadiski



6. Azərbaycan torpaqşünaslıq elminin inkişafında hansı alimlərin əməyi olmuşdur?

A) H.Əliyev, V.Volobuyev, M.Salayev və b.

B) H.Əliyev, B.Budaqov, M.Salayev və b.

C) H.Əliyev, V.Volobuyev, A.Əlizadə və b.

D) H.Əliyev, Y.Məmmədəliyev, V.Volobuyev

E) H.Əliyev, M.Salayev, Q.Mustafayev



7. Torpaqda humusun mövcudluğu və fotosintez prosesi, o cümlədən torpağın profilində basdırılmış (gömülmüş) horizont torpağın hansı ekoloci funksiyalarını müəyyən edir?

A) Energetik; informasiya

B) Bioloci; geoloci

C) Qaz-atmosfer; informasiya

D) Biokimyəvi, geoloci

E) Energetik, hidrogeoloci



8. Krupennikova görə torpağın əsas funksiyaları hansılarıdır?

A) Energetik, hidroloci, geoloci, qaz-atmosfer, bioloci, biokimyəvi, informasiya

B) Fizioloci, mikrobioloci, geoloci, informasiya, qaz-atmosfer, energetik, biokimyəvi

C) Biokimyəvi, fiziki, kimyəvi, üzvi, qaz-atmosfer, geoloci, informasiya

D) Energetik, biofiziki, genetik, üzvi, hidroloci, geoloci, informasiya

E) Energetik, hidroloci, fiziki, qaz-atmosfer, kimyəvi, bioloci, informasiya



9. Torpağın informasiya funksiyası hansı amillərlə müəyyən edilir?

A) Qədim, müasir dəlillər

B) Çox qədim, qədim, müasir dəlillər

C) Təkamül və genetik dəlillər

D) Sübüt edilən və edilməyən dəlillər

E) Qədim, çox qədim və təkamül dəlilləri



10. Torpaqşünaslığın tədqiqat metodlarından olan bonitirovka metodunun məqsədi nədir?

A) Torpaqların müqayisəli surətdə ballarla qiymətləndirilməsi

B) Torpaqların kadastrının həyata keçirilməsi

C) Torpaqların əsas xassələrinin müəyyənləşdirilməsi

D) Torpaqların əsas recimlərinin müəyyənləşdirilməsi

E) Torpaqların mühafizəsi məsələlərinin öyrənilməsi



11. Torpağın və torpaq əmələgətirən süxurların tərkibində hansı minerallar vardır?

A) Ilkin minerallar, təkrar (törəmə) minerallar

B) Sadə minerallar, mürəkkəb (törəmə) minerallar

C) Ilkin minerallar, gil (törəmə) minerallar

D) Törəmə minerallar, gil minerallar

E) Metamorfik minerallar, ilkin minerallar,



12. Mənşəyinə görə minerallar və süxurlar hansı qruplara bölünür?

A) Maqmatik, metamorfik, çöküntü

B) Maqmatik, metamorfik, effuziv

C) Maqmatik, intruziv, çöküntü

D) Metamorfik, çöküntü, effuziv

E) Maqmatik, təkrar, metamorfik



13. Süxular bir-birindən hansı xüsusiyyətinə görə fərqlənir?

A) Fiziki, kimyəvi, mineraloci

B) Fiziki, kimyəvi, bioloci

C) Fiziki, kimyəvi, mexaniki

D) Fiziki, mineraloci, mexaniki

E) Fiziki, kimyəvi, üzvü



14. Maqmatik süxurlar hansı növlərə bölünür?

A) Intruziv, effuziv

B) Intruziv, metamorfik

C) Effuziv, çöküntü

D) Intruziv, törəmə

E) Intrazonal, effuziv



15. Genetik xüsusiyyətlərinə görə çöküntü süxurları hansı növlərə bölünür?

A) Ellüvial, delüval, prolüvial, allüvial, eol və s.

B) Ellüvial, maqmatik, prolüval, allüvial, eol və s.

C) Ellüvial, delüvial, maqmatik, allüvial, eol və s.

D) Illüvial, delüvial, prolüvial, metamorfik, ellüvial və s.

E) Allüvial, prolüvial, delüvial, ellüvial, gil, qum və s.



16. Çay sularının gətirdiyi kiçik hissəciklərin toplanması hansı çöküntülərin əmələ gəlməsinə səbəb olur və hansı torpaqlar əmələ gəlir?

A) Allüvial; subasar

B) Prolüvial; çaybasar

C) Ellüvial; subasar

D) Eol; subasar

E) Delüvial; çaybasar



17. Dağ süxurlarının aşınma məhsullarının həmin yerdə toplanması nəticəsində əmələ gələn çöküntülər necə adlanır?

A) Ellüvial

B) Prolüvial

C) Eol


D) Delüvial

E) Allüvial



18. Hansı aşınma tipləri vardır?

A) Fiziki, kimyəvi, bioloci

B) Fiziki, mexaniki, kimyəvi

C) Kimyəvi, fiziki, biokimyəvi

D) Fiziki, mexaniki, bioloci

E) Fiziki-mexaniki, kimyəvi, biokimyəvi



19. Kimyəvi aşınma zamanı minerallar hansı kimyəvi reaksiyalara uğrayır?

A) Hidroliz, hidratasiya, oksidləşmə və s.

B) Neytrallaşma, elektroliz, hidrataziya və s.

C) Hidroliz, oksidləşmə, çökmə və s.

D) Hidroliz, hidratasiya, reduksiya və s.

E) Oksidləşmə, aerasiya, hidratasiya və s.



20. Kimyəvi aşınma intensivliyinə görə neçə qrupa bölünür?

A) Sialit, allit

B) Sidernit, kaolinit

C) Allit, dualit

D) Sialit, karnalit

E) Sinalit, anallit



21. Dağ süxurlarının aşınmasının intensivliyi əsasən hansı amillərdən asılıdır?

A) Temperatur, atmosfer çöküntüləri

B) Temperatur, atmosfer təzyiqi

C) Atmosfer təzyiqi, havanın rütubəti

D) Küləyin sürəti və istiqaməti, atmosfer yağıntıları

E) Atmosfer yağıntıları və buxarlanma



22. İlk dəfə H.Zərdabi hansı torpaqəmələgətirən amilləri irəli sürmüşdür?

A) Ana süxur, iqlim, canlı orqanizmlər, insanın təsərrüfat fəaliyyəti

B) Ana süxur, relyef, iqlim, canlı orqanizmlər

C) Ana süxur, relyef, canlı orqanizmlər, torpağın yaşı

D) Ana süxur, relyef, iqlim, insanın təsərrüfat fəaliyyəti

E) Ana süxur, iqlim, canlı orqanizmlər, torpağın yaşı



23. Müasir torpaqşünaslar hansı torpaq əmələgətirən amili əlavə edirlər?

A) Qrunt suyu

B) Hidrogeoloci amillər

C) Hidroloci amillər

D) Geoloci amillər

E) Şorlaşma və bataqlaşma amilləri



24. V.V.Dokuçayev hansı torpaq əmələgətirən amilləri qeyd etmişdir?

A) Dağ süxurları, relyef, iqlim, canlı orqanizmlər, torpağın yaşı

B) Dağ süxurları, relyef, canlı orqanizmlər, antropogen amillər

C) Relyef, iqlim, canlı orqanizmlər, torpağın yaşı, antropogen amillər

D) Dağ süxurları, relyef, iqlim, canlı orqanizmlər, qrunt suyu

E) Dağ süxurları, aşınma, torpağın yaşı, iqlim, relyef



25. İqlim amillərindən hansı əsas komponentlər torpaqəmələgəlmədə iştirak edir?

A) Atmosfer yağıntıları, hava və torpağın temperaturu, külək

B) Hava və torpağın temperaturu, atmosfer təzyiqi, külək

C) Atmosfer yağıntıları və buxarlanma, atmosfer təzyiqi

D) Atmosfer yağıntıları, buxarlanma, külək

E) Külək, Günəş şüalarının enercisi, atmosfer təzyiqi



26. Torpaq əmələgəlmə prosesinə hansı relyef formaları təsir göstərir?

A) Makrorelyef, mikrorelyef, nannorelyef

B) Makrorelyef, nannorelyef, mezorelyef

C) Mezorelyef, mikrorelyef, nannorelyef

D) Makrorelyef, mezorelyef, mikrorelyef

E) Gətirmə konusları, su ayrıcılar, talveqlər



27. Qrunt suyunun hansı parametrləri torpaq əmələgəlmə prosesinə təsir edir?

A) Kimyəvi tərkibi, minerallıq dərəcəsi, dərinliyi

B) Mineral tərkibi, üzvi tərkibi, dərinliyi

C) Kolloid tərkibi, üzvi tərkibi, dərinliyi

D) Tempratur, minerallıq dərəcəsi, dərinliyi

E) Suyun sıxlığı, minerallıq dərəcəsi, dərinliyi



28. Qrunt suyunun hansı xassələri torpaqların şorlaşmasına səbəb olur?

A) Yüksək minerallığı və torpaq səthinə yaxın yerləşməsi

B) Aşağı minerallağı və torpaq səthinə yaxın yerləşməsi

C) Yüksək təzyiqli və dərində yerləşməsi

D) Aşağı minerallığı və dərində yerləşməsi

E) Yüksək sıxlığı və torpaq səthinə yaxın yerləşməsi



29. Qrunt suyunun hansı dərinliyində avtomorf torpaqlar formalaşır?

A) 6 m-dən dərin

B) 6 m-dən dayaz

C) 3-6 m dərinlikdə

D) 3 m-dən dayaz

E) 9 m-dən dərin



30. Hidromorf torpaqlar qrunt suyunun hansı dərinliyndə formalaşır?

A) 3 m-dən dayaz

B) 3 m-dən dərin

C) 3-6 m dərində

D) 6-dən dərin

E) 0.5-1 m dərinlikdə



31. Torpağın yaşı baxımından cavan torpaqlar hansılardır?

A) Tundra, çaybasar

B) Podzol, şabalıdı

C) Tundra, şabalıdı

D) Çaybasar, podzol

E) Şabalıdı, çaybasar



32. Yetişmiş yaşlı torpaqlar hansılardır?

A) Qaratorpaq, şabalıdı

B) Qaratorpaq, boz-qonur

C) Podzol, qaratorpaq

D) Şabalıdı, boz-qəhvəyı

E) Qaratorpaq, qəvvəyi



33. Orta yaşlı torpaqlara aiddir?

A) Podzol

B) Şabalıdı

C) Subasar

D) Tundra

E) Qaratorpaq



34. Torpaq əmələgəlmə prosesində ən fəal iştirak edən canlıları aktivlik dərəcəsinə görə necə sıralamaq olar?

A) Bakteriyalar, aktinomisetlər, göbələklər

B) Bakteriyalar, ali bitkilər, torpaq heyvanları

C) Bakteriyalar, aktinomisetlər, yosunlar

D) Bakteriyalar, ali bitkilər, mikroorqanizmlər

E) Bakteriyalar, ali bitkilər, göbələklər



35. V.R.Vilyamsa görə torpaq əmələgəlmədə hansı canlı formasiyası iştirak edir?

A) Ağac, ot-çəmən, ot-çöl formasiyaları

B) Ağac, ot-kol, ot-çöl formasiyaları

C) Ağac, ot, şibyələr formasiyaları

D) Ağac, ot-çəmən, yosunlar formasiyaları

E) Ağac, kol, bakteriyalar formasiyaları



36. Antropogen fəaliyyət biosferdə və torpaqəmələgəlmə prosesində hansı amil funksiyasını yerinə yetirir?

A) Bioloci, geoloci amil

B) Bioloci, hidroloci amil

C) Geoloci, antropoloci amil

D) Hidroğeoloci , bioloci amil

E) Geoloci, hidroğeoloci amil



37. Torpaq əmələgəlmə prosesində insanın təsərrüfat fəaliyyətinə dair misallar?

A) Suvarma, şoran torpaqların meliorasiyası, bataqlıqların qurudulması

B) Gübrələrdən istifadə, gəmiricilərə qarşı mübarizə, şoran torpaqların meliorasiyası

C) Meşələrin qırılması, şoran torpaqların yuyulması, texnoğen çirklənmə

D) Torpaqların çirklənməsi, tarlaların və bağların salınması, su anbarlarının tikintisi

E) Su anbarlarının tikintisi, kanalların tikintisi, şoran torpaqların meliorasiyası



38. Uzun müddətli suvarma nətcəsində torpaq profilində nə yaranır?

A) Aqroirriqasiya qatı

B) Aqroallivüal qat

C) Aqroillivüal qat

D) Aqromeliorasiya qatı

E) Aqroakkumulyativ qat



39. Dağ süxurları və mineralların çoxsaylı amillərin təsiri ilə kəmiyyət və keyfiyyətcə dəyişməsində mürəkkəb və müxtəlif proseslərin məcmusu nə adlanır?

A) Aşınma

B) Eroziya

C) Deqradasiya

D) Deflyasiya

E) Yuyulma



40. Torpağın əsas morfoloci əlamətləri hansılardır?

A) Torpaq profilinin quruluşu, torpağın və genetik qatların qalınlığı, rəngi, qranulometrik tərkibi, strukturu, kipliyi, yeni törəmələri, əlavələr

B) Torpaq profilinin quruluşu, torpağin üzvi və mineral tərkibi, torpağın və genetik qatların qalınlığı, plastikliyi, rəngi. qranulometrik tərkibi, yeni törəmələr, əlavələr

C) Torpaq profilinin qurluşu, humusu, plastikliyi, müqaviməti, rəngi, strukturu, kipliyi, yeni

törəmələr, əlavələr

D) Torpaq profilinin quruluşu, yapışqanlığı, plastikliyi, rəngi, kipliyi, strukturu, yeni törəmələr, əlavələr

E) Torpağın qranulometrik tərkibi, şişməsi və sıxılması, plastikliyi, rəngi, strukturu, yeni törəmələr, əlavələr

41. Torpaq profilində hansı genetik horizontlar ayrılır?

A) Orqanogen (A0), orqanogen-torflu horizont (T), humuslu-akkumliyativ (A), ellüvial (A2), illüvial (B), qıeyli (G) horizont, ana süxur (C), döşəmə süxurlar (D), əkin qatı (Aək )

B) Orqanogen (A0), humuslu-akkumulyativ (A), allivial (Al), eol (E), qleyli (G), ana süxur (C), döşəmə süxurlar (D), əkin qatı (Aək )

C) Orqanogen (A0) orqanogen-torflu horizont (T), humuslu-akkumlyativ (A), basdırılmış horizont (Agg), elüvial (A2), illüvial (B), qleyli (G) horizont, ana süxur (C), döşəmə süxurlar (D)

D) Orqanogen (A0), orqonogen torflu horizant (T), illivüal (B), qleyli (G) horizont, ana süxur (C), döşəmə süxurları (D), əkin qatı(Aək), qleyli (G) qat, meşə döşənəyi (D), aqroirriqasiya qatı (A2 )

E) Orqanogen (A0), orqanogen-torflu horizont (T), humuslu-akkumulyativ(A), ellüvial (A2), illüvial (B), qleyli (G) horizont, meşə döşənəyi (D), basdırılmış horizont (Agg),, qleyli qat (G)



42. Torpağın rənginin formalaşmasında əsasən hansı maddələrin əhəmiyyəti vardır?

A) Humus, dəmir birləşmələri, silisium turşuları, əhəng

B) Humus, aliminium birləşmələri, silisium turşuları, gips

C) Üzvi maddlər, kalsium və maqnezium duzları, əhəng

D) Humus, dəmir, manqan, alüminium birləşmələri, fosfor birləşləri

E) Humus, dəmir birləşmələri, silisium turşuları, kükürd birləşmələri



43. Torpağa qara, tünd-boz, və boz rəng verən hansı maddələrdir?

A) Humus maddələri, manqan birləşmələri

B) Silisium turşuları, əhəng

C) Humus, silisium turşuları

D) Manqan birləşmələri, dəmir birləşmələri

E) Humus, dəmir birləşmələri



44. Torpağa qırmızı, narıncı, sarı rəngləri verən hansı maddələrdir?

A) Dəmir oksidləri

B) Manqan oksidləri

C) Silisium turşuları

D) Əhəng, gips

E) Kükürd oksidləri



45. Torpağa ağ və ağımtıl rəngləri verən hansı birləşmələrdir?

A) Silisium oksidi (SiO2), kalsium karbonat (CaCO3), kaolinit mineralı

B) Silisium oksidi (SiO2), humin, kalsium karbonat (CaCO3)

C) Kvars, kaolinit mineralı, alüminium oksidləri

D) Kvars, humin, kalsium korbanat

E) Kalsium korbonat (CaCO3), mirabilit, kaolinit mineralı



46. Torpağın rəngi nədən aslıdır?

A) Torpağın nəmliyindən, süxurların rəngindən, çürüntülərin, duzların, yeni törəmələrin mövcudluğundan

B) Torpağın fiziki xassələrindən, torpağın nəmliyindən, süxurların rəngindən, çürüntülərin, duzların miqdarından

C) Torpağın mexaniki tərkibindən, nəmliyindən, strukturundan, çürüntülərin, duzların mövcudluğundan

D) Torpağın nəmliyindən, məsaməliyindən, süxurların rəngindən, kipliyindən, humusun

miqdarından

E) Torpağın nəmliyindən, həcm çəkisindən, süxurların rəngindən, plastikliyindən, humusun

miqdarından



47. Torpağın müxtəlif ölçü və şəkildə aqreqatlar əmələgətirmə qabiliyyətinə və yaxud aqreqatlara parçalanmasına

A) Torpağın strukturluğu deyilir

B) Torpağın profilinin quruluşu deyilir

C) Torpağın mexaniki tərkibi deyilir

D) Torpağın qranulometrik tərkibi deyilir

E) Torpağın kipliyi deyilir



48. Torpağın morfoloci strukturunun hansı tipləri var?

A) Kubşəkilli, prizmaşəkilli, löhvəvari

B) Kubşəkilli, kvadratşəkilli, löhvəvari

C) Kubşəkilli, prizmaşəkilli, sütunvari

D) Kubşəkilli, kvadrat şəkilli, prizmaşəkilli

E) Löhvəvari, sütunvari, kəltənvari



49. Aqreqatların ölçülərindən asılı olaraq strukturluq hansı qruplara bölünür?

A) Kəltənvari, makrostruktur, kobud mikrostruktur, narın mikrostruktur

B) Kəltənvari, kubşəkilli, düzbucaqlı, dairəvi struktur

C) Kubşəkilli, prizmaşəkilli, lövhəvari, yastışəkilli struktur

D) Kəltənvari, makrostruktur, kobud makrostruktur, kobud mikrostruktur

E) Makrostruktur, mezostruktur, mikrostruktur, nannostruktur



50. Hansı halda torpaq aqronomik baxımdan strukturlu hesab oluna bilər:

A) Aqreqatların ölçüsü 10-0.25 mm, suyadavamlı topavari-dənəvər-55% olsa

B) Aqreqatların ölçüsü 10-3 mm, suyadavamlı topavari-dənəvər-30% olsa

C) Aqreqatların ölçüsü 10-0.5 mm, suya davamlı topavari-dənəvər-20% olsa

D) Aqreqatların ölçüsü 10-0.005 mm, suyadavamlı topavari-dənəvər-80% olsa

E) Aqreqatların ölçüsü 10-0.0001 mm, suyadavamlı topavari-dənəvər-90% olsa



51. Torpağın hansı struktur formaları vardır?

A) Morfoloci, aqronomik

B) Morfoloci, bioloci

C) Morfoloci, ğenetik

D) Morfoloci, aqrokimyəvi

E) Aqronomik, ğenetik



52. Sıxlığına görə torpaqlar aşağıdakı qruplara bölünür?

A) Çox sıx, sıx, yumşaq, səpələnən

B) Sıx, yumşaq, səpələnən, məsaməli

C) Çox sıx, orta sıxlıqlı, zəif sıx

D) Çox sıx, sıx, bərk, yumşaq

E) Yumşaq, boş, səpələnən, dağılan



53. Məsaməliyinə görə hansı struktur formaları vardır?

A) Narın məsaməli, məsaməli, iri məsaməli, xırda dəlikli, dəlikli, boruyaoxşar

B) Məsaməlli, kip, çox kip, səpələnən, çox sıx, boruyaoxşar

C) Narın məsaməli, dəlikli, boruşəkilli, prizmaşəkilli, kəltənvari, məsaməli, makrostruktur

D) Məsaməli, yumşaq, çox sıx, sıx, bərk, boruyaoxşar, kubşəkilli

E) Kubşəkilli, prizmaşəkilli, löhəvari, yastışəkilli, məsaməli, dəlikli, boruyaoxşar



54. Torpağın kipliyi nəyin xarici ifadəsidir?

A) Sıxlıq və məsaməliyin

B) Sıxlıq və strukturun

C) Strukturun və mexaniki tərkibin

D) Torpaq profilinin quruluşu və genezisinin

E) Sıxlıq və kolloidlərin



55. Torpaq horizontlarında yaranan və toplanan müxtəlif formalı və kimyəvi tərkibli maddələr necə adlanır?

A) Yeni törəmələr

B) Əlavələr

C) Kolloidlər

D) Çürüntülər

E) Humus



56. Torpaqdakı yeni törəmələrin neçə növü vardır?

A) Kimyəvi mənşəli, bioloci mənşəli

B) Biokimyəvi mənşəli, bioloci mənşəli

C) Kimyəvi mənşəli, üzvi mənşəli

D) Bioloci mənşəli, üzvi mənşəli

E) Üzvi mənşəli, mineral mənşəli



57. Kimyəvi mənşəli yeni törəmələrə aiddir:

A) Duzlar, gips, əhəng, dəmir, alüminium, manqan oksidləri

B) Duzlar, gips, heyvan sümükləri, kərpic, şüşə qırıntıları, humus maddələri

C) Duzlar, gips, əhəng, saxsı qırıqları, kömür, manqan oksidləri

D) Duzlar, gips, əhəng, heyvan sümükləri, saxsı qırıları, humus maddələri

E) Duzlar, minerallar, humus, yağış qurdu yolları, heyvan sümükləri, humus maddələri



58. Bioloci mənşəli yeni törəmələrə aiddir:

A) Yağış qurdu yolları və ifrazatı, bitki kökləri, çürümüş ağac, yarpaq və s.

B) Yağış qurdu yolları və ifrazatı, dağ süxuru və mineral qırıntıları, dəmir, mis əşyalar və s.

C) Yağış qurdu yolları və ifrazatı, torpaq heyvanlarının ifrazatı, bitki qalıqları, süxur qırıntıları

və s.

D) Çürüntülər, xloridlər, dəmir oksidləri, yağış qurdu yolları və ifrazatı və s.



E) Yağış qurdu yolları və ifrazatı, sulfatlar, əhəng, bitki kökləri, heyvan qalıqları və s.

59. Torpaq profilinə təsadüfən, mexaniki surətdə daxil olub, torpaq əmələgəlmə prosesinin gedişatında iştirak etməyən maddələr necə adlanır və ona misal göstər:

A) Əlavələr və ya möhtəviyyat; kömür, kərpic, heyvan sümükləri, dəmir, mis əşyalar və s.

B) Yeni törəmələr; bitki və heyvan qalıqları, heyvan sümükləri, dəmir, qələvilər və s.

C) Yeni törəmələr; mineral birləşmələr, duzlar, oksidlər, turşular, qələvilər, heyvan sümükləri və s.

D) Əlavələr və ya möhtəviyyat; bitki və heyvan qalıqları, heyvan sümükləri, dəmir, qələvilər və s.

E) Əlavələr və ya möhtəviyyat; üzvi qalıqlar, humus birləşmələri, bitki qalıqları, heyvan ekskrementləri və s.



60. Torpağın bərk fazasını təşkil edən müxtəlif ölçülü hissəciklərə nə deyilir?

A) Qranulometrik və ya mexaniki elementlər

B) Qranulometrik və ya struktur elementləri

C) Qranulometrik və ya qeyri-üzvi elementlər

D) Qranulometrik və ya kolloid elementləri

E) Qranulometrik və ya mineral elementlər



61. Mənşəyinə görə qranulometrik (mexaniki) elementlər hansı hissəciklərə bölünür?

A) Mineral, üzvi, üzvi-mineral

B) Mineral, qeyri-üzvi, üzvi

C) Mineral, üzvi, kolloid

D) Mineral, qeyri-üzvi,çürüntü

E) Mineral, mineral-üzvi, kolloid



62. Kaçinski təsnifatına görə qranulometrik elementlər hansı qruplara bölünür?

A) Daş, qum , toz, lil, kolloidlər

B) Daş, çınqıl, qum, toz, lil

C) Daş, çınqıl, toz, lil, kolloilər

D) Çınqıl, qum, toz, lil, kolloidlər

E) Daş, qum, toz, lil, gil



63. Hansı ölçülü qranulometrik elementlər mikroaqreqatlar hesab olunur?

A) 0.25 mm-dən kiçik

B) 0.25 mm-dən böyük

C) 0.025 mm-dən kiçik

D) 0.05 mm-dən kiçik

E) 0.5 mm-dən böyük



64. Fiziki qum və fiziki gil hissəciklərinin ölçüləri uyğun olaraq neçə mm-dir?

A) >0.01 mm; , < 0.01 mm

B) < 0.01 mm; > 0.01 mm;

C) >0.1 mm; < 0.1 mm;

D) > 0.001 mm; <0.001 mm

E) < 0,1 mm; > 0,1 mm;



65. İri ölçülü hissəciklərdə hansı birləşmələr üstünlük təşkil edir?

A) SiO2

B) Al2O3

C) Fe2O3

D) MnO

E) FeO


66. Diametrdən asılı olaraq hissəciklərin məhlulda çökmə sürəti Stoks qanuna görə necə ifadə olunur?

A) 

B)

C) 

D) 

E) 



67. Torpağın makroaqreqat tərkibi hansı üsulla təyin edilir və hansı ölçülü hissəciklər təyin edilir?

A) Savvinov; 10; 7; 5; 3; 2; 1; 0.5; 0.25 mm

B) Stoks; 10.7; 5; 3; 2; 1; 0.5; 0.25 mm

C) Savvinov; 0.25; 0.1; 0.05; 0.01; 0.005; 0.0001 mm

D) Stoks; 10; 7; 5; 3; 2; 1; 0.5; 0.25 mm

E) Savvinov; 10; 7; 5; 3; 2; 1; 0.5; 0.25; 0.01 mm


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə