1. Stansiyanın təyinatı. Veber 01 karotaj stansiyası aşağıda göstərilən vəzifələri yerinə yetirmək üçün nəzərdə tulmuşdur




Yüklə 172.7 Kb.
tarix22.04.2016
ölçüsü172.7 Kb.
AzərGeoMaş

Elmi İstehsalat Müəssisəsi

AVADANLIĞIN İSTİSMARI ÜZRƏ TƏLİMAT

VEBER-01
KAROTAJ STANSİYASI

1.Stansiyanın təyinatı.
VEBER 01 karotaj stansiyası aşağıda göstərilən vəzifələri yerinə yetirmək üçün nəzərdə tulmuşdur.
■Quyu cihazlarından gələn rəqəmsal məlumatı reqistrasiya etmək
■Dərinlik gostəricilərindən məlumat almaq,
■Karotaj zamanı kabelin hərəkətinin sürətini təyin etmək
■Geofiziki kabelin maqnit nişanlarının və gərilməsinin hesablanması
■Cərəyan mənbələrinin ölçülməsini və quyu cihazının istifadə etdiyi cərəyanın ölçüsünü təyin etmək
■Alınmış məlumatları rəqəmsal formada yaddaşda saxlamaq

■Qəza şəraitində proqramm qəflətən işini dəyandırdıqda reqistrasiyanın nəticələrini yaddaşda saxlamaq

■Quyuların geofiziki tədqiqatı(QGT) zamanı alınan rəqəmsal məlumatın operativ emalı və bu məlumatların vizualizasiyası
■Qeydə alınmış materialların termoplotter vasitəsilə çap olunması və ya rəqəmsal formatda sifarişçiyə təqdim olunması
■Quyuların geofiziki tədqiqatı QGT (ГИС) məlumatlarının qəbul olunmuş standartlara uyğun olaraq rəqəmsal formada təqdim olunması
■Avadanlığın mövcud funksional blok və modullarının özünü test etmə qabiliyyəti
2.Avadanlığın tərkibi.
Stansiyanın tərkibində aşağıda göstərilən fuksional qurğular və bloklar mövcuddur.
-Dayanıqlı modulda quyu cihazlarından gələn siqnal emal ediciləri
-Personal kompyuterlə əlaqə üçün interfeys
-Çevik analoq-rəqəmsal çeviricisi
-Ləng analoq-rəqəmsal çeviricisi
-Quyu cihazlarının komutasiyası və idarəetmə bloku
-Quyu cihazlarının qidalandırma mənbəsi
-Kabel gərilməsinin reqistrasiya bloku
-Dərinlik ölçmə bloku

-Avadanlığa quraşdırılmış termoplotter

Köməkçi avadanlıq.


  • Personal kompyuter




  • Stansiyanın proqramını və personal kompyuterin əməliyyat sistemini özündə birləşdirən proqramm təminatı



  • Geofiziki kabelin gərilməsinin, hərəkət sürətinin və dərinliyinin indikasiyası bloku




  • Birləşdirici kabellər bloku

Şəkildə mobil VEBER-01 stansiyası göstərilmişdir





3.Texniki xarakteristika.


Cihazın texniki xarakteristikası.


Çəkisi

25 kq

Ölçüləri

550x320x320

Qidalanma mənbəyinin gərginliyi

180-250volt,50Hz

Sərf edilən güc

500Vt,(çox olmayaraq)

Ətraf mühitin temperaturu

+10-dan-+40C-dək

Nisbi rütubət

90%,30°C olduqda


Quyu cihazının qidalanma bloku.


Quyu cihazının maksimal gücü

300Vatt

Sabit cərəyanın çıxışındakı gərginlik

...-300...+300V.

Dəyişən cərəyanın çıxışındakı gərginlik

...0...220 V

Sabit cərəyan

...-3...+3 A

Dəyişən cərəyan

...0... 1 A

Çıxışdakı cərəyanın tezliyi

40-450 Hz

Gərginlik çıxışında addımın quraşdırılması

0,1 V

Cərəyan çıxışında addımın quraşdırılması

1 mA

Gərginlik quraşdırılarkən xəta

3%

Cərərəyan quraşdırılarkən xəta

3%


Termoplotter.


Mümkünlük

8 nöqtə/mm

Çapın sürəti

20mm/san.

Kağızın eni

210 və ya 216 mm

Rulonun maksimal diametri

60 mm



Çıxarıla bilən indikasiya bloku.


Çəkisi

0,8 kq

Ölçüləri

115x97x56

Dərinliyin indikasiya diapozonu

...-1000...9999 m

Sürətin indikasiya diapozonu

...0...32000 m/san.

Dərinlik ölçmə diskretliyi

1sm

Sürət ölçmə diskretliyi

5 m/saat

Diyircəyin korreksiya əmsalının diskretliyi

1 sm/km

Ətraf mühitin temperaturu

...-40 ...+65°C

Siqnalların emalı bloku.


Qəbul olunan siqnalların növü

Analoji, kodla, tezliklə

Qəbul olunan siqnalların amplitudası

...0,012 ...10 V

Qəbul olunan tezlik siqnallarının diapozonu

... 3 ... 250000 Hz

Kod siqnalının aparıcı tezliyi

80 kHz-ə qədər

Çevik ARÇ yüksüzləşməsi

16 bit

Siqnalın rəqəmləşdirilməsinin maksimal tezliyi

1MHz

Ləng ARÇ-nin yüksüzləşməsi

16 bit

Ləng ARÇ-nin girişinin sayı

4

Siqnal prosessorunun emal gücü

600 mln əməliyyat/saat

Siqnal prosessorunun yüksüzləşməsi

48 bit


4.Təhlükəsizlik qaydaları

İstismar məydudiyyətləri və təhlükəsizlik tədbirləri.
Cihazın istismarı və montajına, istismar təcrübəsinə malik, konstruksiyanı bilən, istismar üzrə təlimatla tanış olan və bu cihazın quraşdırılması hüququ üzrə imtahan vermiş şəxslər buraxılır.
QADAĞAN OLUNUR! Cihazlın yerlə birləşmə qurğuları olmadan işləməsi. Cihazın yerlə birləşdirilməsi yerüstü panelin klemmaları ilə həyata keçirilir. Naqilin klemma ilə birləşdirilən yerini təmizləyin.
Stansiyanın korpusu üçüncü şəbəkə ştekkeri vasitəsilə yerə birləşdirilir.
Mənbənin qoşulması zamanı təmir işlərinin aparılması. QADAĞAN OLUNUR!
Stansiyanın blokları ilə açiq havada, tufan, duman və atmosfer yağıntıları zamanı işləmək məsləhət görülmür.
Cihazın istismarı və quraşdırılması, neft və qaz sənayəsi müəssələrində istifadə olunan mövcud «Neft və qaz sənayesində təhlükəsizlik qaydaları» təlimatına uyğun yerinə yetirilmişdir.


5.İndikasiya, komutasiya və idarəetmə bloklarının düzülüşü.
Stansiyanın funksional bloklarının düzülüşü aşağıdakı şəkillərdə göstərilmişdir

1.Cərəyan mənbəyi – 1. 6.Modul – 2.

2.Cərəyan mənbəyi – 2. 7.Modul – 3.

3.Stansiyanın qida mənbəyi. 8.Genişləndirmə modulu.

4.Modul – 4. 9.Prosessor modulu.

5.Modul – 1.


İdarəetmə panelləri, indikasiya və qoşulma kommutasiyaları aşağıdakı şəkildə göstərilmişdir.

1.Qida Mənbəyinin(QM1) qoşulma indikatoru.

2.QM1-in cərəyanın indikator rejiminin stabilizasiyası.

3.QM1-in müqavimətinin indikator rejiminin stabilizasiyası.

4.QM1-in mühafizə indikatoru.

5.Şəbəkə kabelinin qidalanması.

6.Şəbəkə müqavimətinin indikatoru – 220V.

7.Qidalanmanın səhvliyi indikatoru.

8.Qidalanma indikatoru 12V.

9.Qidalanmanın qoşulması/söndürülməsi.

10.Kabelin 1-ci damarının qoşma klemması.

11.Kabelin 2-ci damarının qoşma klemması.

12. Kabelin 3-cü damarının qoşma.

13.Kabelin zirehli örtüyü.

14.Kompyuterin qoşulma yuvası.

15.Kompyuterlə əlaqə indikatoru.

16.Kabeldəki maqnit nişanlarının indikatoru.

17.Xarici cihaz və indikatorların qoşulma yuvası

18.Kompyuterə ötürülən məlumatların indikatoru.

19.Kompyuterdən alınan məlumatların indikatoru.


6.İşə hazırlıq.
İşə başlamazdan əvvəl stansiyanın üzərindəki 3-cü kontaktın torpağa birləşməsinə əmin olun.

Stansiya ilə işə başlamaq üçün VEBER 01 proqramm təminatının istismarı üzrə təlimatla, tanış olun

Siz bunu proqramda elektron formatda tanış ola bilərsiniz.
Stansiyanı qoşarkən ardıcıllıq


  • Şəbəkə ştekkerini cərəyan mənbəsinə qoşun

  • Dərinlik və, kabel gərilməsini ölçmə indikasiya blokunun çıxışını prosessor blokunun girişinə daxil edin.

  • Patç-kod tipli kabel çıxışını kompyuterin uyğun girişinə qoşun.

  • 7-ci blokun klemmalarına karotaj kabelinə qoşun.

  • Kompyuteri qoşun və əməliyyat sisteminin yüklənməsini gözləyin.

  • Stansiyanın “mənbə” blokundakı düyməni qoşun.

  • Əmin olun ki stansiya qoşulmuşdur(mənbə blokunun üzərində 2 indikator yanmalıdır:«220V»və «12V» )

  • Şəbəkə birləşməsinin yüklənməsini gözləyin(kompyuterdə bu məlumat çıxmalıdır«şəbəkə birləşməsi yüklənmişdir»)

  • VEBER 01 proqramını işə salın

  • Proqramm işə düşdükdən sonra monitorun sağ küncündə «stansiya şəbəkədədir» məlumatı çıxacaq.


Stansiyanın işləmə qabiliyyətinin yoxlanılması.
Stansiyanın işləməsini yoxlamaq üçün (əsasən uzun fasilədən sonra) test proqramını işə salın. Bunun üçün ekranın sol üst küncündəki «Qoşmaq» düyməsini basın.


Ekrana cıxan siyahadan «Qlobal»test redaktorunu seçin.

Test yükləndikdən sonra (prosses bir-iki dəqiqə vaxt aparır)«Cihazın idarə olunması» panelindəki «Qoşulma»düyməsini basın.


Bu zaman reqistratorun testləşdirmə proqramı işə düşəcək. Testin cavabları haqqda məlumata «Hadisələr» panelində baxa bilərsiniz. Tam test vaxtı 20 dəqiqə çəkə bilər. Stansiya yalnız bütün testlər normal keçdikdən sonra işə başlamağa hazir olur
11:34:55.9 -"М2 Formalaşdırma": Fərəqlər, % (Maksimal icazə 5%) Addım1: 5,05009746551514; Addım 2: 3,07863330841064; Addım 3: 2,56720924377441; Addım 4: 2,42818093299866; Addım 5: 2,38063287734985;

Addım 6: 2,16806244850159; Addım 7: 1,66882967948914; Addım 8:

3,01887917518616; Addım 9: 1,7129225730896; Addım 10: 2,37998509407043;

Addım 11: 1,58780312538147; Addım 12: 1,85411334037781;
Hazırkı halda test əməliyyatı xətalıdır, lakin reqistrator işləyə bilər. Karotajı davam etmək mümkündür, yalnız bazaya qayıdarkən reqistratoru təmirə və ya sazlamaya vermək məsləhətdir.

7.Stansiyadan istifadə.

İşləmək istədiyiniz quyu cihazının kabel ucluğuna, geofiziki kabeli qoşun. Cihazın konkret ekzemplyarının uyğun kalibrədə olmasına əmin olun. Bunun üçün qoşulma düyməsini basın, verilmiş cihazın növünü təyin edin və nömrələlənmiş kalibrə fayllarının mövcudluğuna əmin olun. Kalibrə tarixinin yoxlanılması məsləhət görülür. Kalibrə tarixlərinin arasındakı fasilənin müddəti, cihazın istehsalçısı tərəfindən müəyyən olunur.

Cihazı və uyğun kalibrəni seçin. «Seçmək» düyməsini basın. Cihazın qoşulması müəyyən vaxt çəkə bilər. Cihazın idarəetmə panelindəki «Yoxlama» düyməsinə nişan qoyma məsləhət görülür. Bu cihazın kabel vasitəsilə stansiyaya birləşməsini yoxlamağa imkan verir və səhvən digər cihazın qoşulmasını istisna edir.
Cihazın idarəetmə panelində lazımı iş rejimini seçin.
«Cihazın idarə olunması» panelində «Qoşulma» düyməsini basın.
Cihaz qoşulduğu zaman, «Kanallar» panelində qəbul olunmuş kanalların sayı çoxalır, bu zaman cihazın qida mənbəyinin gərginliyi, cərəyanı və tezliyi verilmiş cihaz növünə uyğun gəlməlidir.
Zərurət olarsa cihazın düz işləməsi üçün cərəyanı,müqaviməti və analoq rəqəmsal çeviricisini gücləndirmə əmsalını sazlamaq mümkündür.
Cihazı quyuya elə buraxın ki, cihazın başlığıı rotor stolu ilə bir səviyyədə olsun. «Dərinlik bloku» panelindəki «Dərinlik» sahəsinə 0 (sıfır) rəqəmini yazın və «Tətbiq et» düyməsini basın.


Yazı indeksinin(dərinlik və ya zaman) və kvantlama addımının aparılan tədqiqatlara uyğun olmasını yoxlayın. Cihazı quyuya buraxmağa başlayın. Diyircəyin dövrünü ölçən cihaz işləkdirsə, dərinlik artmağa başlayır. Əgər dərinlik azalırsa «Dərinlik» bloku panelindəki «Revers» sözünü nişanlayın.

Maqnit nişanları göstəricisini kabelə yaxın yerləşdirin(MNG).MNG(ДМГ)-nın işləməsini yoxlamaq üçün «Dərinlik bloku» panelindəki «Avto» düyməsini basın. MNG-nın siqnal səviyyəsinin sazlanması 5 saniyəyə qədər çəkə bilər. MNG düzgün sazlanarsa səviyyə nizamlayıcısının mühərriki, təqribən orta vəziyyətdə dəyanmalıdır.

Cihaz quyuya buraxılarkın MNG-nın işinə nəzarət edin. Nişanlar kabeldə quraşdırılmaış nişanlarla uyğun olmalıdır. İkiqat maqnit nişanın əmələ gəlməsini gözləyin(məsələn 100m). Dərinlik bloku panelindəki «Dərinlik»sahəsinə növbəti maqnit nişanının qiymətini daxil edin (məsələn 110m) və «Nişanla» düyməsini basın. Növbəti maqnit nişanı gəldikdə, dərinlik avtomatik olaraq 110m-yə bərabər olacaq. Bu prosesə nəzarət edin!

Cihazı quyuda lazımı dərinliyə buraxarkən cihazın düzgün işləməsinə nəzarət edin. Bu prosessi «Planşet» pəncərəsində əyrilərə baxmaqla və ya «Kanallar» panelində cihazın pəncərəsində (rəqəmlərlə məlumatlar)görmək olar.

Yazıya başlamazdan əvvəl planşetin üzərindəki «Silmək» düyməsini basın. Bu zaman proqramm tərəfindən edilən bütün yazılar və məlumatlar pozulur. Cihazı quyudan çıxardarkən onu yazı üçün müvafiq sürətlə çıxarın. Planşetdə görüntüyə gələn əyrilər vasitəsi ilə cihazın düzgün işləməsinə nəzarət edin.

Yazı prossesi sona çatdıqdan sonra, planşetdə «Yazmaq» düyməsini basın.

Bu halda cihazdan alınmış bütün məlumatlər faylda yaddaşa verilir. Faylın adını dəyişmək mümkündür. Görüntüyə gəlmiş pəncərəyə faylın adını və növünü daxil etmək olar.



8.Stansiya ilə işi dayandırmaq.

İşi bitirdikdən sonra «Cihazın idarə olunması» panelindəki «Söndür» düyməsini basın və cihazı məmbədən ayırın.

«Fayl» menyusunda «Çıxış» düyməsini basaraq VEBER 01 proqramını bağlayın.Bu halda proqramm cari məlumatların, cihaz kalibrələrinin və s. məlumatların yaddaşda saxlanılmasını soruşacaq.Kalibrələri yaddaşda saxlamaq məsləhət görülür.Proqramın tam bağlanmasını gözləyin.

Ethernet kabelini kompyuterdən ayırın.Karotaj kabelini klemmalardan ayırın.VEBER 01 stansiyasının üzərindəki «Söndür» düyməsini basın.



9. Komplektasiya.


Təyinatı

Adı

Miqdarı

Qeyd




Şəbəkə kabeli

1




W92.20

KAB TESTİ-i yoxlama kabeli

1







Paç kord kabeli

1







Termoplotter

1







Quyu cihazlarının siqnal emalı bloku

1







Korpus

1







VEBER 01 indikasiya bloku

1







VEBER 01 maqnit nişanları göstəricisi

1







VEBER 01 diyircəyinin dövriyyə göstəricisi

1







Qablaşdırma qutusu

1







Sənədləşmə:

Pasport


Istismar təlimatı







10.İstehsalçının qarantiyası.
1.İstehsalçı cihazın texniki şərtlərə uyğunluğuna qarant verir və bu qarant istehlakçı tərəfindən istismar,nəqliyyat və saxlanılma şərtlərinə əməl edildiyi zamanı qüvvədədir.
2.İstismar müddətinin qarantı cihaz istismara verildiyi vaxtdan 18( on səkkiz) aydır.
3.Qarant dəyişdirilən detallara və digər vaxtaşırı əvəz olunması tələb olunan və xidmət müddəti istismar şərtlərindən asılı olan tez köhnələn detallara aid deyil.

Stansiyanın tərkibi

Stansiya prossesor platasından, qidalandırma mənbəsindən 1(bundan sonra QM1), qidalandırma mənbəsindən 2(bundan sonra QM2), 1,2,3,4,5 №-li modullardan və qidalandırma platalarından ibarətdir.

Bundan əlavə stansiyaya indikasiya bloku qoşulur(bundan sonra İB)

.

Prosessoor platasına iki prosessor quraşdırılmışdır.



Birincisi arxitektura blokudur ARM. Onun üzərinə düşən vəzifələr- kompüterlə əlaqə yaratmaq, cari dərinliyin hesablanması, modullardakı releləri idarə etmək və qidalandırma mənbəsindən komandaların alınması və ötürülməsidir. Bu prosessor həmçinin siqnal prosessoruna (SHARC) proqramın yüklənməsini və SHARC-dan gələn informasiyanın kompüterə ötürülməsini təmin edir.

İkincisi siqnal prosessorudur(SHARC). Prosessor quyu cihazlarından gələn siqnalın ilkin emalını təmin edir və cihazin idarə olunması siqnallarını formalaşdırır (məs. Mançester kodlu siqnalların qəbulu və ötürülməsi).

Qidalandırma mənbəsi1(QM1) quyu cihazının əsas qidalandırma mənbəsidir. Modul müqaviməti, dəyişən və ya sabit cərəyanı ötürür, maksimal qüvvəsi 300 V-dur.

Qidalandırma mənbəsi1(QM2) quyu cihazının köməkçi qidalandırma mənbəsi rolunu daşıyır. Modul sabit müqaviməti və ya cərəyanı ötürə bilir. Maksimal qüvvəsi 50 Vt-dur. QM2 quyu cihazının əsas qidalandırma mənbəsi ola bilər.


Qidalandırma mənbəsi1(QM3) həmşinin quyu cihazının köməkçi qidalandırma mənbəsidir. Modul QM3 platasında yerləşdirilmişdir. Modul müsbət və ya mənfi polyarizasiyalarda 30 və ya 110 Vt stabil cərəyan ötürə bilər.

Maksimal qüvvəsi 8 Vt-a qədərdir. Məs. MK-AQAT cihazının iş rejiminin dəyişdirilməsi vaxt istifadə olunur.

Modullarda siqnalların formalaşdırılması elementləri, qidalandırmanın və siqnalların kommutasiyası releləri və digər sxemlər mövcuddur. Hər bir modul identik nömrəyə və versiyaya malikdir.

İndikasiya bloku, dərinliyin ölçülməsini, quyu cihazının hərəkətinin sürətini və kabel gərilməsini təyin edir. Blok həmçinin maqnit nişanlarını və dərinliyin korreksiya rejimini görüntüyə gətirir. Bir neçə indikasiya bloku ardıcıl birləşdirilə bilər.



Struktur sxemi

İnterfeyslərin təsviri
Prosessor platasının kompüterlə əlaqəsi üçün Ethernet 100 Mb/s-lik interfeys sistemindən istifadə olunur. Stansiyanın 192.168.3.200 İP ünvanına malikdir.

Modullarda relelərin quraşdırılması üçün, SPİ tipli ardıcıl interfeysdən istifadə olunur və kənar səslərdən müdafiə olunmaq üçün siqnal müqaviməti 12Vt-a qədər yüksəldilmişdir. Hər bir modul 4 bayt qəbul edə və ötürə bilir, bunlardan birir nımrə və versiyadır, digər üçü isə relelərin vəziyyətidir. Əgər modul quraşdırılmayıbsa, ana platadakı xüsusi sxem həmən slot üçün siqnalları təkrarlayır.

Qidalandırma mənbəələrinə və indikasiya bloklarına komandaların ötürülməsi üçün CAN interfeysindən istifadə olunur. CAN sistemi ilə siqnalların 100 metrə qədər məsafədə ötürülməsi mümkündür və bu da stansiya ilə geofiziki kran arasindakı mməsafə üçün kifayətdir.

1№-li Modul

Funksional tərkibi.

1№li modulun sxemində aşağida göstərilən elementlər quraşdırılmışdır.



Bir damarlı cihazların qidalandıdrılması.

Siqnalların seçilmısi (drossel və ya rezistor)

Asinxronik mühərriklərin qidalandırılması üçün fazadəyişdirici kondensator.

Sabit cərəyan qidalandırıcısınıə ayıran kondensator(elektrometriya üçün).

Kabel damarlarının siqnal girişlərinin kommutasiyası.

Modulun nömrəsini və versiyasını təyin etmək üçün idarəetmə sxemi.

1№-li Modulun sxem versiyasına baxın.


Sxemin təsviri.

sxem

Sazlama və təmir.

1№-li Modulun təsviri.

Sxemin təsviri.

Birdamarlı cihazların qidalandırılması.

Birdamarlı quyu cihazlarının qidalandırılması üçün RL-19(sxemdə RL-1) siqnalının köməyi ilə QM1 və ya QM2 modulundan istifadə etmək mümkündür. RL20 siqnalı ilə qidalandırma mənbəələrini ardıcıl qoşmaq olar, məs. ДСИ1 quyu cihazını qoşarkən.



Siqnalların ayrılması.

Qidalandırmanı L1 tipli induktivlik sarğısından və ya birbaşa ötürmək olar.

Ardıcıllıqla L1 sarğısı vasitəsilə, R9-R13 rezistorlarını qoşmaq mümkündür.
Bəzi quyu cihazlarının telemetriyasındakı titrəyişli konturlar , L1 induktivliyi və ya kabel sahəsinin təsiri nəticəsində, bərk titrəmələrə məruz qalır və siqnalın qəbulunda xətalar baş verir. Bu zaman, şuntlaşdırmada C14-C15 kondensatorları və R14-R15 rezistorlarından istifadə olunur. Dəyişən cərəyanla qidalandırılma zamanı, C9 kondensatorundan istifadə etmək olar.

Asinxron mühərriklərin qidalandırılması üçün fazadəyişdirici kondensator.

Asinxron mühərriklərin qidalandırılması üçün fazadəyişdirici C10-C13 kondensatorları paralel qoşulmuşdur. Bir qayda olaraq mühərrikləri qidalandırmaq üçün, bir damarla dəyişən cərəyan ötürülür, digəri ilə isə, həmən cərəyan kondensator vasitəsilə ötürülür. Məs. CKPD quyu cihazı.


Sabit cərəyanda qidalandırmanı ayırmaq üçün kondensator.(elektrometriya üçün)
C6-C7 kondensatorlarından, sabit cərəyanda qidalandırmanı ayırmaq üçün istifadə olunur.

Kondensatorlardan , qidalandırılması PS siqnalları ilə ölçülən, elektrometriya cihazlarını dəyişən cərəyanla qidalandırmaq üçün, isifadə olunur.


Kabel damarlarının siqnal girişlərindəki kommutasiyası.
Modulda, kabel damarındakı və ya qidalandırma mənbəəsinin çıxışındakı, siqnal girişinin kommutasiya relesi quraşdırılmışdır.
Modulun nömrəsini və versiyasını təyin etmək üçün idarəetmə sxemi.
Modul SPİ tipli ardıcıl interfeys vasitəsilə idarə olunur.

İnterfeys siqnalları:


SPİ-DİN - giriş məlumatları

SPİ-CLK -takt məlumatlar

SPİ-STR -registrlərdə məlumatın qeydi.

SPİ-DOUT –çıxış məlumatları


Eyni dövrəyə qoşulmuş kondensator və rezistorlar, impuls maneələrindən qorunmaq üçün nəzərdə tutlmuşdur. Modulu qoşarkən, ana plata olmadıqda köməkçi rezistorlar qoşulur. Məlumatlar ardıcıllıqla DD1-DD4 mikrosxemlərinə yerləşdirilir və eyni vaxta əvvəlki məlumatlar mikrosxemdən çıxarılır. Bağlantı məlumatları bir qayda olaraq istifadə olunmur, lakin DD3 registorunun məlumatları, modulun nömrəsini(4...7 bit və ya çıxış P5..P8) və versiyasını(bit 0..3 və ya giriş P1..P4) təyin etmək üçün zəruridir. Bu məlumatlar əsasında proqramm stansiyada hansı modulların, hansı ardıcıllıqla düzülməsi müəyyən edirlir. 4021 mikrosxeminin zəifcərəyanlı çıxışını buferləşdirmək üçün, VT1 tranzistorundakı, emmitor təkrarlayıcılardan istifadə olunur.

DD1-DD3 mikrosxemləri, releləri idarə etmək üçün, xüsusi nəzərdə tutulmuş güclü çıxışa malikdir. Bu çıxışlar relenin sarğısına birləşdirilmişdir.

Prosessor, registorlara doğru simvolları yazana qədər, relenin qoşulmasına imkan verməmək üçün , mikrosxemin OE çıxışına PWR_GOOD siqnalları ötürülür.
1 №-li sxemə baxın.


2№-li Modul
Funksional tərkib
2№-li modulda aşağıda göstərilən sxem elementləri mövcuddur.
Mançester-2 siqnallarının qəbulu və ötürülməsi.

Dalğalı şəkillər və kodlaşdırılmış siqnalların fantom transformatorları.

Mançester ötürücüsü həmçinin, cihaz qoşularkən impulsun formalaşdırması rolunu daşıyır.
1 №-li sxemə baxın.
2№-li Modulun təsviri.
Sxemin təsviri.
Mançester-2 siqnallarının qəbuledicisi və ötürücüsü.
Mançester-2 kodlu siqnalların ötürücüsü VT2 və VT3 tranzistorlarında quraşdırılmışdır. Kod, T1 transformatorlarının sarğısında formalaşır. Siqnalın amplitudası DA1 mikrosxemi üzərində yığılmış, idarə olunan mənbə vasitəsilə nizamlanır.

Mənbə, siqnaldan asılı olaraq çıxış gərginliyinin dörd səviyyəsinə malikdir.

RL18, RL19:

RL19 RL18 Gərginlik

0 0 +12 V

0 1 +9 V


1 0 +6 V

1 1 +3 V
Transformator, kabelin istənilən iki damarı arasinda qoşula bilər, (KZÖ) kabelin zirehli örtüyü və istənilən damar arasında. Bu halda, sabit cərəyandakı siqnalı ayırmaq üçün, ardıcıl olaraq sarğı ilə C7, C8 (RL siqnalı) kondensatorlarını qoşmaq lazımdır. Əgər , quyu cihazı dəyişən cərəyanla qidalanırsa, daha az həcmli C9 və ya C10 kondensatorlarından istifadə olunur.

Transfrmatorun cixişdakı sarqilar, qoşulma naqillərinə malikdir. Adadətən transfrmatorun butun cixiş sarqilarından tam istifadə olunmur (RL4 relesi RL3 signalı ilə sondürülür), Çox böyuk amplitudali signallrarı (90V yuxarı) formalaşdirmaq ucun, cixişdakı sarğı tam qoşulur.
Parazit titrəyişlər zamanı, sarğılar R9, R10 rezistorları ilə şuntlandırıla bilər.

Zərurət olduqda, sıx frontlu və müntəzəm enən siqnallar da formalaşdırıla bilər. Bu halda formalaşdırıcı kaskad, C6 kondensatorundan qidalandırılır.




Dalğalı şəkillər və kod siqnalları üçün fantom transfarmatorları.
T1 transfarmatoru yalnız kod siqnallarının ötürücüsü rolunu daşımır, o həmçinin akustik cihazlardan gələn, dalğalı şəkillərin qəbulu üçün, fantom transfarmatoru rolunu daşıyır.
Ötürücü impulsların, orta nöqtədə formalaşmasını tələb edən quyu cihazlarında(məs. AKV-1), T1 transfarmatoru zəruri impulsları formalaşdırır, fantom rolunu isə T2 transfarmatoru yerinə yetirir.
Modulun nömrəsini və versiyasını təyin etmək üçün idarəetmə sxemi.
Modul SPİ tipli ardıcıl interfeys vasitəsilə idarə olunur.

İnterfeys siqnalları:


SPİ-DİN - giriş məlumatları

SPİ-CLK -takt məlumatlar

SPİ-STR -registrlərdə məlumatın qeydi.

SPİ-DOUT –çıxış məlumatları


Eyni dövrəyə qoşulmuş kondensator və rezistorlar, impuls maneələrindən qorunmaq üçün nəzərdə tutlmuşdur. Modulu qoşarkən, ana plata olmadıqda köməkçi rezistorlar qoşulur. Məlumatlar ardıcıllıqla DD1-DD4 mikrosxemlərinə yerləşdirilir və eyni vaxta əvvəlki məlumatlar mikrosxemdən çıxarılır. Bağlantı məlumatları bir qayda olaraq istifadə olunmur, lakin DD3 registorunun məlumatları, modulun nömrəsini(4...7 bit və ya çıxış P5..P8) və versiyasını(bit 0..3 və ya giriş P1..P4) təyin etmək üçün zəruridir. Bu məlumatlar əsasında proqramm stansiyada hansı modulların, hansı ardıcıllıqla düzülməsi müəyyən edirlir. 4021 mikrosxeminin zəifcərəyanlı çıxışını buferləşdirmək üçün, VT1 tranzistorundakı, emmitor təkrarlayıcılardan istifadə olunur.

DD1-DD3 mikrosxemləri, releləri idarə etmək üçün, xüsusi nəzərdə tutulmuş güclü çıxışa malikdir. Bu çıxışlar relenin sarğısına birləşdirilmişdir.

Prosessor, registorlara doğru simvolları yazana qədər, relenin qoşulmasına imkan verməmək üçün , mikrosxemin OE çıxışına PWR_GOOD siqnalları ötürülür.
1 №-li sxemə baxın.


3№-li Modul.

Finksional tərkibi.
3№-li modul aəşağıda göstərilən element sxemləri quraşdırılmışdır.
Qoşulmadan əvvəl quyu cihazı ilə əlaqənin yoxlanılması(прозвонка)

Kabel itkisinin təyini.

PS-siqnalının dövrəsi.

Analoq kavernamerləri üçün

AK1-841 quyu cihazları üçün.

AİK-5 və AQDK quyu cihazları üçün, cərəyankəsici.

CAT-1 quyu cihazı üçün transformator.

Modulun nömrəsini və versiyasını təyin etmək üçün idarəetmə sxemi.

3№-li Modulun təsviri.
Sxemin təsviri.
Qoşulmadan əvvəl quyu cihazı ilə əlaqənin yoxlanılması(прозвонка)
Quyu cihazlarının yoxlanılması zamanı, nümunəvi cərəyan mənbələrindən istifadə olunur.

Müsbət qütblü cərəyan mənbəyi, DA3B tipli mikrosxemdə və VT1 tranzisorunda toplanmışdır.

Çıxış cərəyanı, təqribən 3%(0.9959 mA-1.026mA) dəqiqliyi ilə, 1mA-ə bərabərdir. 1.235 V-luq nümunəvi cərəyan, DA1 mikrosxemində stabilitronu təmin edir. Çıxış cərəyanı R10 rezistorunda ölçülür. Cərəyan mənbəyinin, maksimum çıxış gərginliyi 8V-a qədərdir.

Mənfi qütblü cərəyan mənbəyi, DA3A mikrosxemində və VT2 tranzistorunda toplanmışdır

Çıxış cərəyanı, təqribən 3%(0.9959 mA-1.026mA) dəqiqliyi ilə, 1mA-ə bərabərdir. 1.235 V-luq nümunəvi cərəyan, DA2 mikrosxemində stabilitronu təmin edir. Çıxış cərəyanı R11 rezistorunda ölçülür. Cərəyan mənbəyinin, maksimum çıxış gərginliyi 8V-a qədərdir.

Quyu cihazı ilə əlaqəni yoxlamaq üçün, karotaj kabelinin damarlarına növbə ilə müsbət və mənfi cərəyan mənbəəsi qoşulur və gərginliyin düşməsi ləng ARÇ( SADC1kanalı) vasitəsilə ölçulur. ARÇ-nin göstəriciləri omlara və voltlara çevrilir, etalonlarla müqayisə edilir və uyğunsuzluq olduqda xəbərdarlıq verilir.

Sxemin zədə almaması üçün, quyu cihazını yoxlamazdan əvvəl, kabel damarlarını 1№-li modulun relesi vasitəsilə, növbə ilə klemmalara toxundurmaq lazımdır.

Kabel itkisinin təyini(meqaommetr)
Meqaommetr, 300V gərginliyə sazlanmış QM1 qidalandırma mənbəsinin, kabeldəki itkisini təyin emək üçündür. Meqaommetr, öz həllini R12-R14, R16-R25 rezistorlarında tapmışdır.

Rezistiv ayırıcının çıxış gərginliyi, ləng ARÇ-nin girişinə ötürülür. Kabelin damarları, R23 və R24 rezistorlarının birləşdiyi nöqtəyə qoşulur. Sxemin zədə almaması üçün, quyu cihazını yoxlamazdan əvvəl, kabel damarlarını 1№-li modulun relesi vasitəsilə(KZÖ), növbə ilə klemmalara toxundurmaq lazımdır.




PS-siqnalının dövrəsi.
PS siqnalı, quyu cihazinin dəyişən cərəyanla qidalandırıması fonunda(təqr. 200 V), zəruri olan sabit cərəyanı (təq. 0,5 V), özündə əks etdirir. Bu məqsəd üçün böyük induktivli(4 Qn) L1 drossellərdən istifadə olunur.

Əlavə filtrasiya, R26, C6, C7 elementləri ilə təmin olunur.

PS gərginliyi, ləng ARÇ-nin SADC1 girişinə ötürülür.
Analoq kavernamerləri üçün
Analoq kavernamerlərinin (SKPD-3 v’ ya KM-2 tipli), çıxış siqnalları , kabelin müxtəlif damarlarında olan sabit cərəyan gərginliyinə malikdirlər. Bu gərginliklərin moduldan çıxarılması üçün, kommutasiya dövrələri və gərginlik bölüşdürücüləri quraşdırılmışdır.
R31,R34,R56 rezistorlarında - SADC1 siqnalı üçün

R32,R35,R57 rezistorlarında - SADC2 siqnalı üçün

R33,R36,R58 rezistorlarında - SADC3 siqnalı üçün

AK1-841 quyu cihazları üçün.
AK1-841 quyu cihazında, siqnalın ayrılma sxemi T1, L2, C19, C20 elementləri üzərində yığılmışdır. Sxem, quyu cihazının 50Hz tezlikli qidalandırma gərginliyi fonunda dalğalı şəkillərin siqnalını ayırır. Ayrılmış siqnal, T1 transfarmatorunun 1-2 sarğısından alınır.

AİK-5 və AQDK quyu cihazları üçün, cərəyankəsici.
AİK-5 və AQDK quyu cihazlarında, kanalları çevirmək üçün, qidalandırma gərginliyindəki qısa impulslardan istifadə olunur.. İmpuls zamanı VT9 tranzistoru, qidalandırma mənbəsinin mənfisini, kabelin zirehli örtüyündən (KZÖ) ayırır, VT8 tranzistoru isə ЦЖК1 –i R30 rezistorunun vasitəsilə KZÖ-yə qoşulur. Qidalanma gərginliyinin, az müddətə alınması üçün, VT8, VT9 tranzistorlarından istifadə olunur

AİK-5 üçün “kadr” adlandırılan sinxroimpulsları, VT7 trazistoru formalaşdırır.

Sxem bu qaydada işləyir: quyu cihazı işləyərkən, R28,R29 rezistorları ilə ötürülən cərəyan, C9 kondensatorunu müəyyən olunmuş gərginliyə qədər yükləyir. “Kadr” sinxroimpulsları formalaşarkən VT9 tranzistoru bağlanır, VT7 tranzistoru isə açılır.

Bu zaman yüklənmiş C9 kondensatorunun gərginliyi , R30 rezistorundan gələn mənfi qütbləşməyə tətbiq olunur. Cərəyanın, VT8 tranzistorunun parazit diodundan itməsinin qarşısını almaq üçün , axın dövrəsinə VD5 diodu qoşulmuşdur. VT5-VT6, VT10 tranzistorları, prosessorun 3.3В SIG_INT3 - SIG_INT5 siqnalları ilə, əsas mövqeli tranzistorları idarə etmək üçün, impulsları formalaşdırır.


CAT-1 quyu cihazı üçün transformator.
CAT-1 quyu cihazının qidalandırıması üçün, kabelin 1 və 2 damarlarından gələn, 220 V, 50 Hz gərginlikdən istifadə olunur. Kabelin 1 və 2 damarı arasında birləşdirilmiş transfarmatorun ortalanmış nöqtəsinə, şüalandırmanı qıcıqlandıran cərəyan ötürülür. Hazırkı sxemdə, qıcıqlandırıcı cərəyanın ötürülməsi üçün, T3 transfarmatorundan istifadə olunub.
Modulun nömrəsini və versiyasını təyin etmək üçün idarəetmə sxemi.
Modul SPİ tipli ardıcıl interfeys vasitəsilə idarə olunur.

İnterfeys siqnalları:


SPİ-DİN - giriş məlumatları

SPİ-CLK -takt məlumatlar

SPİ-STR -registrlərdə məlumatın qeydi.

SPİ-DOUT –çıxış məlumatları


Eyni dövrəyə qoşulmuş kondensator və rezistorlar, impuls maneələrindən qorunmaq üçün nəzərdə tutlmuşdur. Modulu qoşarkən, ana plata olmadıqda köməkçi rezistorlar qoşulur. Məlumatlar ardıcıllıqla DD1-DD4 mikrosxemlərinə yerləşdirilir və eyni vaxta əvvəlki məlumatlar mikrosxemdən çıxarılır. Bağlantı məlumatları bir qayda olaraq istifadə olunmur, lakin DD3 registorunun məlumatları, modulun nömrəsini(4...7 bit və ya çıxış P5..P8) və versiyasını(bit 0..3 və ya giriş P1..P4) təyin etmək üçün zəruridir. Bu məlumatlar əsasında proqramm stansiyada hansı modulların, hansı ardıcıllıqla düzülməsi müəyyən edirlir. 4021 mikrosxeminin zəifcərəyanlı çıxışını buferləşdirmək üçün, VT1 tranzistorundakı, emmitor təkrarlayıcılardan istifadə olunur.

DD1-DD3 mikrosxemləri, releləri idarə etmək üçün, xüsusi nəzərdə tutulmuş güclü çıxışa malikdir. Bu çıxışlar relenin sarğısına birləşdirilmişdir.

Prosessor, registorlara doğru simvolları yazana qədər, relenin qoşulmasına imkan verməmək üçün , mikrosxemin OE çıxışına PWR_GOOD siqnalları ötürülür.
1 №-li sxemə baxın.

4№-li Modul.
Funksional tərkibi.

Функциональный состав
4№-modulda aşağıdakı element sxemləri quraşdırılmışdır.
Qidalandırıcı cərəyanın çevik qütbləşmə kommutatoru.

Transformator və qütbləşmə cərəyanının açarı.

Cihazın qidalandırılma dövrəsi. SМ8-16

АИПД-К quyu cihazının təzyiq siqnalınıln gücləndiricisi.

QM2-nin mənfi çıxış kommutatoru.

Modulun nömrəsini və versiyasını təyin etmək üçün idarəetmə sxemi.
На модуле №4 установлены следующие элементы схемы:

Sxemin təsviri.
Qidalandırıcı cərəyanın çevik qütbləşmə kommutatoru.
Bəzi quyu cihazları, (YAK-2,YAK-4) 250 V cərəyan gərginliyi zamanı, gərginliyin qidalanmasındakı qütbləşmənin, çevik dəyişdirilməsini tələb edir. Bu məqsədlə relelərdən istifadə, cihazı tez sıradan çıxarır. Modulda VT7-VT10 tranzistor açarları tətbiq olunmuşdur. İdarəetmə siqnallarını ötürmək üçün, DA1-DA4 optronlarından istifadə olunmuşdur.

Bağlı dövrənin gərginliyini (DC-DC) DA6-DA8 çeviriciləri formalaşdırır. VT2-VT5 tranzistorları, SIG_INT3, SIG_INT4 siqnallarına uyğun olaraq işıqlı diodların optronlarını idarə edir. SHARC prosessoru bu siqnalları emal edir.

Transformator və qütbləşmə cərəyanının açarı.
YAK-2,YAK-4 quyu cihazlarında 2 və 3 damar arasında 3A-lik qütbləşmiş cərəyan axır. Bu cərəyan, cihaza T1 fantom transformatorunun və VT11 tranzistorunun açarının köməyi ilə ötürülür. Açarla idarə etmək üçün, DA5 optronundan istifadə olunur. İdarərtmə gərginliyini, (DC-DC) DA9 çeviricisi emal edir.

Quyu cihazının siqnalı, T1 transformatorunun 1-4 sarğısından götürülür.
Cihazın qidalandırılma dövrəsi. SМ8-16
SМ8-16 quyu cihazı uç sərbəst cihazdan ibarətdir və onların hər biri ayrı-ayrı damarlara qoşulur. Cihaza gərginlik vermək üçün, əlavə L1 və L2 sarğılarından istifadə olunur.
АИПД-К quyu cihazının təzyiq siqnalınıln gücləndiricisi.
АИПД-К quyu cihazının təzyiq siqnalı, KZÖ-yə nisbətən, kifayət qədər gərginlik zamanı, kabelin 2 və 3 damarları arasındakı, kiçik gərginlik fərqini özündə əks edtirir. Bu cür siqnalı qəbul etmək üçün, DA10 tipli (AD629) xüsusi gücləndiricidən istifadə olunur.

MR22,R23 bölüşdürücüsündən sonra, ləng ARÇ-nin SADC4 girişinə ötürülür.

DA10 gücləndiricisini qidalandırmaq üçün, DA11-dən alınan +15V və -15V gərginlikdən istifadə olunur.

QM2-nin mənfi çıxış kommutatoru.
QM2 mənfi çıxışı RL11, RL12 relelərinin köməyi ilə kabelə qoşulur.
Modulun nömrəsini və versiyasını təyin etmək üçün idarəetmə sxemi.
Modul SPİ tipli ardıcıl interfeys vasitəsilə idarə olunur.

İnterfeys siqnalları:


SPİ-DİN - giriş məlumatları

SPİ-CLK -takt məlumatlar

SPİ-STR -registrlərdə məlumatın qeydi.

SPİ-DOUT –çıxış məlumatları


Eyni dövrəyə qoşulmuş kondensator və rezistorlar, impuls maneələrindən qorunmaq üçün nəzərdə tutlmuşdur. Modulu qoşarkən, ana plata olmadıqda köməkçi rezistorlar qoşulur. Məlumatlar ardıcıllıqla DD1-DD4 mikrosxemlərinə yerləşdirilir və eyni vaxta əvvəlki məlumatlar mikrosxemdən çıxarılır. Bağlantı məlumatları bir qayda olaraq istifadə olunmur, lakin DD3 registorunun məlumatları, modulun nömrəsini(4...7 bit və ya çıxış P5..P8) və versiyasını(bit 0..3 və ya giriş P1..P4) təyin etmək üçün zəruridir. Bu məlumatlar əsasında proqramm stansiyada hansı modulların, hansı ardıcıllıqla düzülməsi müəyyən edirlir. 4021 mikrosxeminin zəifcərəyanlı çıxışını buferləşdirmək üçün, VT1 tranzistorundakı, emmitor təkrarlayıcılardan istifadə olunur.

DD1-DD3 mikrosxemləri, releləri idarə etmək üçün, xüsusi nəzərdə tutulmuş güclü çıxışa malikdir. Bu çıxışlar relenin sarğısına birləşdirilmişdir.

Prosessor, registorlara doğru simvolları yazana qədər, relenin qoşulmasına imkan verməmək üçün , mikrosxemin OE çıxışına PWR_GOOD siqnalları ötürülür.
1 №-li sxemə baxın.

PROQRAMIN ISTƏNILƏN QAYDADA SAZLANMASI



  • Quyu cihazlarının kalibrə növlərinin sazlanmasında, öz hesablama qaydasından istifadə etmək üçün geniş imkanlar.

  • Cihazla işləyərkən istifadəçinin sazlanma parametrlərinin yaddaşda qalması.(məs. ossiloqraf)

  • Cihazın fayllarının redaktə olunaraq, internet vasitəsi ilə sərbəst göndərilməsi.

  • Cihazın işi haqda hesabatların (ossiloqram şəkilləri və digər materialları) yaddaşa verilmə mümkünlüyü.

  • Cihaz işləyərkən kalibrə prosesinin aparılması.

  • Kalibrənin rahatlığını və keyfiyyətini təmin edən geniş interaktiv imkanlar.

  • Cihazlar dəsti ilə işləyərkən,operatorun istəyi ilə hər bir cihazın ayrı-ayrılıqda proqramın interaktiv menyusunda göüntüyə gəlməsi.

  • Telemetriya səhvlərinə nəzarət (qəbul olunmuş məlumatların səhvliyi)

  • İnteraktiv ossiloqramların, panellərin və müxtəlif səviyyələrin monitorda sürüşdürülə bilməsi imkanları.

  • Stansiya şəbəkələrinin özünü yoxlama imkanı, səsə görə girişə nəzarət və s. Nizamsızlıqların aradan qaldırılması üçün hər bir modulun ayrı-ayrılıqda və yaxud bütün modulları eyni vaxtda testləşdirilməsi üçün işlənilmiş metodika. Testləşdirmənin nəticəsindən asılı olaraq bu və ya digər modulun, hətta hansısa elementlərin iş qabiliyyətləri haqqında qərar qəbul olunur.

  • Müxtəlif kvant addımları ilə sazlanan kanalların yazılması.(məs.lokator kanalı daha dəqiq (kiçik) addımlarla yazıla bilir və bu da yazının daha dəqiq olmasını təmin edir). Digər kanallar proqramm parametrlərində göstərildiyi kimi yazılır.

  • Eyni zamanda, məlumatların 19 növ formatda dəstəklənməsi.

  • Eyni proqramla cihazların və stansiyanın testləşdirilməsi və sazlanması. Lazım olduqda operatorun proqramdan istifadəsini məhdudlaşdırmaq və s.

  • Cihazla işləmək üçün açıq interfeys. Proqrammın xüsusi rejimdə istifadəsi zamanı, mütəxəssis cihazın işləmə məntiqinə dəyişiklik verə bilər.

  • Hər bir cihazın qoşulma parametrlərinin təsviri.

  • Kabel itkisini yoxlanılması.Kabeldə itkini və ya zədələnməni müəyyən etmək üçün Meqometr cihazına ehtiyac qalmır

  • Qoşulmadan öncə cihazın yoxlanılması: naqillər səhv birləşdirildikdə cihaz işə düşmür və ya cihazın işləməməsi haqda monitora görüntü gəlir. Testerlə yoxlamaya(prozvonka) ehtiyac qalmır

  • Planşet görüntülərinin redaktəsi yazıya təsir etmir. məs. ossiloqramm

  • Stansiyanın təhlükəsizliyinə böyük önəm verilmişdir. Ünvana çatdırıla bilməyən komanda, təhlükəli kimi qeydə alınır, personalın və cihazın təhlükəsizliyini nəzərə alır, istifadəçiyə xəbərdarlıq edir və əgər tələb olunarsa cihazları mənbədən ayırır.

  • Proqramın avtomatlaşdırılmış rejimdə işi.İstifadəçi proqramla işləyən zaman verilə bilən bir çox suallar və dialoq pəncərələri operator onlara cavab vermədiyi zaman, avtomatik olaraq proqramm özü doğru cavabı tapır və iş avtonom rejimdə davam etdirilir. Daha sadə desək, sual operatorun cavabını gözləyərək açıq vəziyyətdə qalmır.

  • Dalğalı şəkillərin yazılması üçün svoppinq texnoloqiyası istifadə olunur, kompyuterdə quraşdırılmış operativ yaddaşdan asılı olmayaraq istənilən həcmdə məlumatların yazılmasına imkan yaranır.

  • 3D planşetinin, ossiloqramın printerinə verilməsi imkanı.

  • Dərinlik indikasiyası, xüsusi seçilmiş kanal və ya qidalanma mənbəsi üst paneldə mövcuddur və hər zaman görüntüdədir.

  • Paket konvertoru: faylların bir formatdan digərinə çevrilməsi, əyrilərin seçilməsi və istənilən dəyişikliklərin olunması imkanı, məs. kvantlama addımı.




  • Proqram, cihazlarının yeni versiyalarının yaranması haqda, operatora məlumat verir.

  • Yazılardakı səhvlərin ,əsas momentlərin və proqramın işinin statistikasının aparılması.

  • Kompyuterin sistem resurslarına nəzarət. Reqistrasiya prosesinə mane ola bilən mümkün təhlükəli proqramlar haqqında xəbərdarlıq.

  • 3D planşet(kavernomer, inklinometr, akustik televizor)

  • Operator tərəfindən təyin olunmuş, astana (poroq) ölçüsü diapozonunun pozulması zamanı, proqramın xəbərdarlıq siqnalı işə düşür. Məsələn, çəkinin, sürətin artırılması zamanı, quyu cihazının müəyyənləşdirilmiş dərinliyə çatdığı zaman və s.

  • Fayl yaddaşa verilərkən, əyrilərlə karotaja aid digər informasiyalar da yaddaşda saxlanılır. Məsələn, eyni görüntülü planşetlər, əyrilərin tam təsviri və s.

  • Hər bir əyri, hansı quyu cihazı ilə ölçülməsi, hansı quyuya aid olması, hansı kalibrələrlə sazlanması və s. informasiyaları özündə daşıyır.Bu cəhət, əyrilərin bir fayldan digərinə keçirilməsi zaman mənbədən gələn informasiyanın itirilməməsini, əyrinin yaranması haqqında məlumatın olmasını və s. prosesləri təmin edir. Proqramm hətta standartdan kənar LAST formatlı faylların oxunmasını təmin edir.

  • İstənilən əyrilərin ayrı-ayrılıqda idxal və ixrac olunma imkanı. Məsələn,GPRS-lə göndərilən zaman faylın ölçüsünü maksimum azaltmaq üçün.

  • Karotaj yazılan zaman, kabeldəki maqnit nişanlarının, emal edilmiş və edilməmiş miqdarının sayı.

  • Yüksək stabillilik, proqramm-cihaz kompleksinin davamlı inkişafı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə