1. QƏDİm babiLİstan və MİSİRDƏ FƏLSƏFƏNİn meydana gəLMƏSİ




Yüklə 0.85 Mb.
səhifə3/12
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Anaksimandr (b. er. əv. 545– ci ildə ölmüşdür) ilk başlanğıcı apeyron– qeyri– müəyyən bir şey hesab etmişdir. Anaksimandra görə, günəşin dairəsi yerdən 28 dəfə, ayın dairəsi isə Yerdən 19 dəfə böyükdür. Onun fikrincə, bütün canlılar günəşin buxarlandırdığı rütubətdən yaranır. İnsan heyvandan deyil (məs.: meymundan), balıqdan əmələ gəlmişdir.

Anaksimen (b. er. əv. 525– ci ildə ölmüşdür) ilk başlanğıc kimi havanı götürmüşdür. Anaksimenə görə, havanı Allah deyil, hava ilahələri yaratmışdır. Kainat hava və onun formalarından ibarətdir.

Bizim er. əvvəl 494– cü ildə Miletdə böyük bir üsyan baş verdi. Bu üsyan şəhərin dağıdılmasına, onun siyasi müstəqilliyinin itirilməsinə, fəlsəfənin inkişafının dayanmasına gətirib çıxardı. Lakin Yunanıstanın digər şəhərlərində Milet məktəbinin ardıcılları fəlsəfəni inkişaf etdirməkdə davam edirdilər.


j) Eleya məktəbi.

Heraklit (b. er. əv. Vəsr)


Haqqında söhbət açdığımız dövrdə Qədim İtaliyada Eleya şəhərinin adı ilə bağlı olan Eleya fəlsəfi məktəbi fəaliyyət göstərmişdir. Həmin məktəbin ən böyük nümayəndələri Parmenid, Ksenofan və Zenon olmuşdur.

Parmenid (b. er. əv. 530– 470) fəlsəfi dünyagörüşünü «Təbiət haqqında poema»sında əks etdirmişdir. Poema «Həqiqətin yolu» və «Mülahizənin yolu» adlı iki hissədən ibarətdir. Onun fikrincə, iki fəlsəfə vardır. Biri həqiqətə müvafiqdir, ikincisi isə rəylərə uyğun gəlir. Parmenidə görə, yer kürə şəklindədir. Kainat od və torpaqdan ibarətdir. Birincisi yaradıcı, ikincisi cisim və əşyadır. Allah şar şəklindədir. Kainat əbədi və tərpənməzdir. Əgər fövqəl varlıqda bir şey varsa, o varlıq deyil, kainatda qeyri– varlıq yoxdur. Parmenidin təlimi Eleya məktəbinin əsas məzmununu təşkil etsə də, məktəbin banisi Parmenidin müəllimi Ksenofan olmuşdur.

Ksenofan 25 yaşından 92 yaşına qədər sərgərdan həyat tərzi keçirmişdir. Poetik formada əsərlər yazmış, kəskin tənqidi ağıla malik olmuşdur. Fəlsəfə tarixində ilk dəfə olaraq o, belə bir fikir söyləmişdir ki, bütün allahlar insan təxəyyülünün məhsuludur. İnsanlar allahları özlərinə bənzər yaradaraq özlərinin fiziki cizgilərini və əxlaqi qüsurlarını da onlara aid etmişlər. Antik dövrlərin allahlarına qarşı o, təbiətlə vəhdətdə olan allahı qoymuşdur. Onun dünya anlamı belədir: «Hər şey, daha dəqiq desək, kainat vəhdətdir (vahiddir)». «Yeganə– allahdır», «Allah hər şeyi görür, hər şeyi eşidir, lakin nəfəs almır. O, ağıldır, təfəkkürdür, əbədiyyətdir».

Ksenofana görə, insanlar allahlar tərəfindən yaradılmamışdır, torpaqdan və sudan doğulmuşdur. Ksenofanın dünya anlamını panteizm kimi təqdim etmək olar. Çünki «hər şey, kainat– allahdır»– fikri ona məxsusdur.

Ksenofanın təlimi Parmenidin təliminə oxşar olsa da, fərqli cəhətləri də var. Ksenofan Eleya məktəbinin nəzəriyyəsini ilahiyyatçı formada ifadə etmişdir.

Sxematik olaraq onu aşağıdakı kimi vermək olar:




Parmenid

Ksenofan

Varlıq var

Vahid


Əbədi

Hərəkətsiz

Maddə, şey

Fikir


Allah var

vahiddir

əbədidir

hərəkətsizdir

məddələrdən, şeylərdən təşkil olunmuş kainat

hər şey fikirləşir


Göründüyü kimi, Parmenid Eleya məktəbinin fikirlərini tam fəlsəfi formada ifadə etmişdir.

Parmeniddən sonra, görünür, varlığın vəhdəti və hərəkətsizliyi sübut edilməli idi. Bu cür apoqonik1 sübutu Parmenidin sevimli şagirdi Zenon etmişdir. O, dialektikanın yaradıcılarından biridir. O, paradoksları ilə məhşur olmuşdur. Kainatda heç bir boşluq yoxdur. Təbiət isti və soyuqdan, quru və yaşdan, onların müxtəlif birləşmə və çevrilmələrindən əmələ gəlmişdir. İnsanlar torpaqdan yarandığı kimi ruh da dörd ünsürün birləşməsindən yaranmışdır. Əgər çoxlu şeylər mövcuddursa, onda onlar həqiqətdə nə qədər varsa, düz o qədər də olmalıdırlar, qətiyyən özlərindən nə az, nə də çox ola bilərlər. Əgər çoxlu şeylər mövcuddursa, onda varlıq sayca sonsuzdur. Çünki ayrılıqda olan şeylərin aralarında başqa şeylər də olmalıdır, onların da aralarında yenə başqaları və bu minvalla varlıq sayca sonsuzdur. Aristotel Zenona yüksək qiymət vermiş, onun paradokslarını xüsusi qeyd etmişdir.

Birinci paradoks: Hərəkət edən cisim, nə olduğu yerdə hərəkət edir, nə də olmadığı yerdə. Çünki yerdəyişən cisim məsafəni axıra kimi getməzdən əvvəl yarısını getməlidir.

İkinci paradoks: Axill tısbağaya çata bilməz, çünki təqib edən əvvəlcə təqib edilənin durduğu yerə çatmalıdır, o çatana qədər qaçan daim müəyyən məsafə qət edəcək.

Üçüncü paradoks: Uçan ox tərpənməzdir, çünki zaman ayrı– ayrı «indi»lərdən əmələ gəlir.

Dördüncü paradoks: İki eyni kütlə yarış meydanında, ancaq biri meydanın axırından, o biri isə ortasından əks istiqamətlərdə eyni sürətlə hərəkət edərsə, nəticədə zamanın yarısı onun iki dəfə çoxuna bərabər olacaq.

Eleya məktəbi ilə təxminən eyni vaxtda Efesli Heraklit (544– 483) fəaliyyət göstərmişdir. Dialektikanın banisi olan Heraklit doğma şəhərinin hakimi olmaqdan imtina etmiş, hakimiyyəti qardaşına vermişdir. Artemida məbədinə çəkilib gününü uşuqlarla keçirən Heraklit «Təbiət haqqında» əsər yazmışdır. Heraklitə görə, hər şey oddan əmələ gəlir, mütəmadi olaraq dəyişir, suya, havaya, torpağa dönüb sonra yenidən oda çevrilir. O, tale ilə zərurəti birləşdirirdi. «Axan suya iki dəfə girmək olmaz»– kəlamı Heraklitindir.


ç) Atomizm.

Pifaqor məktəbi.

Sofizm (b. er. əv. V əsr)
Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm2; 2) skeptisizm və sofizm3 üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir.

Empedokl (b. er. əv. 490– 430) özündən əvvəlki nəzəriyyələrin sintezini yaratmağa çalışmışdır. Elə bil ki, Falesi, Anaksimeni, Herakliti və Ksenofonu barışdıraraq 4 ünsürü (torpaq, su, hava və odu) dünyanın əsası hesab etmişdir. O, dörd ünsürü «bütün şeylərin kökü» sayırdı. Hər şeyin dəyişkənliyini, keçiciliyini izah edərək dəyişikliyin– əksliklərin mübarizəsini məhəbbət və düşmənçiliyin münasibəti ilə əlaqələndirmişdir. Onun «Təmizlənmə» poemasında elə fikirlər vardır ki, burada ruhun bədəndən bədənə keçməsindən söhbət açılır.

Mexanisizmin ikinci nümayəndəsi Anaksaqor (b. er. əv. 500– 428) dahi sərkərdə və dövlət xadimi Periklin dostu olmuşdur. Anaksaqora görə, kainat sonsuz dərəcədə kiçik və əbədi hissəciklərdən təşkil olunmuşdur. O, bu hissəcikləri şeylərin toxumu hesab edib «homeomerlər» adlandırmışdır. Anaksaqora görə, ağıl («nur») ən incə və yüngül materiya kimi kimi zərrəcikləri birləşdirir, ayırır və hərəkətə gətirir. Bu fikrinə görə onun özünə «nus» ləqəbini vermişlər. O, Afinadan qaçmağa məcbur olmuş, Kiçik Asiyanın Lampsak şəhərində fəlsəfi məktəbini yaratmışdı. «Təbiət haqqında» əsərində səma hadisələrinin (ayın tutulması) təbii– elmi izahını vermişdir. Bu isə onu allahsızlıqda təqsirləndirmək üçün kifayət etmişdir.

Ümumiyyətlə, antik fəlsəfədə atomizm əsas etibarilə Demokrit (b. er. əv. 460– 370) tərəfindən təmsil olunmuşdur. Bu böyük qədim yunan materialisti atomist fəlsəfəni işləyib hazırlamışdır. Demokrit mağların və eləcə də xaldeylərin tələbəsi olmuşdur. Misirdə, İranda və Hindistanda biliyini artırmışdır. Demokrit varlıq, qeyri– varlıq və boşluq anlayışlarını ayırmışdır. Varlıq boşluq vasitəsilə hissəciklərə bölünmüşdür. Onlar bütövdür, yəni atomdur (bölünməzdir), öz aralarında onlar forma, hərəkət, böyüklük, çəki və s. ilə fərqlənirlər. Hisslə qavranılan keyfiyyətləri (rəngi, qoxusu və s.) subyektiv məhiyyətdədir. Dünya atomlar və onların hərəkətindən ibarətdir. Hərəkət atomların təbiətidir. Hərəkətin xarakteri təkanın sayəsində dəyişir.

Demokritə görə, ruh özü də atomlardan ibarətdir. Onlar dəyirmi, hamar, xırda və hərəkətdə olan oddan ibarətdir. Onlar cisimdə yerləşirlər. İlk dəfə Demokrit ruhu materialist kimi şərh etmişdir.

Dünya haqqında iki versiya Demokritə məxsusdur. Birincisi, atomlar xaotik olaraq mümkün olan bütün istiqamətlərdə hərəkət edirlər, toqquşaraq qasırğalar yaradır. Onlardan torpaq, günəş, ay torpağın qasırğasına cəlb olunmuşlar; ikincisi, atomlar əvvəlcə yuxarıdan aşağıya düşürdülər, ağırları tez düşür, yüngülləri də aşağı salırdılar. Zərbələrdən qasırğalar yaranırdı. Həm birinci, həm də ikinci versiyada qaçılmaz zərurət fəaliyyət göstərmişdir.

Atomizm bir növ varlıq və qeyri– varlığın sintezi baxımından mexanisizmin tamamlanmasıdır.


d) Pifaqorçular məktəbi
Bu məktəb Samoslu Pifaqor (b. er. əv. 580– 512) tərəfindən yaradılmışdır. O, qədim dünyanın, demək olar ki, bütün ölkələrində olmuşdur. Məsələn, Misirdə 22 il, Babilistanda 12 il yaşamışdır. Onun məktəbində poetika, tibb, musiqi, elm (xüsusilə riyaziyyat) bir– birini əvəz etmişdir. Fəlsəfə sözünü ilk dəfə işlədən Pifaqor özünü də filosof adlandırmışdır. «Hər şey harmoniya və rəqəmlərdən ibarətdir»– Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur. F.Engels bu barədə yazırdı: «Rəqəm müəyyən qanunlara tabe olduğu kimi, bütün kainat da onlara tabedir; bununla da ilk dəfə kainatın qanunauyğunluğu haqqında fikir söyləyir».1

Pifaqorçuluqda rəqəmlərin mistikası və musiqidə kəmiyyət münasibətlərinin konstruksiyalaşdırılması, astroloji– musiqi quruluşları dəqiq astronomik hesablamalarla özünəməxsus şəkildə uzlaşır.

Pifaqor öz qarşısına həqiqətən ilahi bir məsələ– kainatın quruluşunun əsas prinsipini (arxe) üzə çıxarmaq məsələsini qoymuşdur ki, bu da ibtidai, formasız xaosu nizamlanmış, məqsədəuyğun kosmosa çevirir. Belə bir prinsiplə bir– birinə zidd element və tendensiyaların rəqəm harmoniyasını qəbul etmişdir. Pifaqorçular harmoniyanı «müxtəlif qarışıqların birləşməsi və müxtəlif fikirliyin razılığı» kimi başa düşürdülər.

Səciyyəvi haldır ki, Pifaqor özünü yer üzərində «ilkin və təbiətin kökündən» kosmik səsləri başa düşən yeganə adam hesab edirdi.

Pifaqor fəlsəfə tarixində əsasən riyaziyyat və rəqəmlər haqqında yarımelmi və mistik simvollar müəllifi kimi və bəzi etik normaların və ən çox isə metempsixoz nəzəriyyəsinin (ruhun bir canlıdan digər canlıya keçməsi) yaradıcısı kimi tanınır.

Pifaqorçuların səma cisimləri haqqında fərziyyələri maraq doğurur. Bizim er əv. III əsrdə fəlsəfi istiqamət kimi pifaqorçuluq aradan çıxsa da, 2 əsrdən sonra Planotizm və digər dini– fəlsəfi istiqamətli məktəblərlə birləşərək yenidən fəaliyyət göstərməyə başlamışdır.


e) Sofizm
Yuxarıda qeyd etdiyimiz fəlsəfi istiqamətlərlə bərabər sofistlər məktəbinə mənsub olan skeptik istiqamətlər də yaranıb inkişaf etmişdir.

Sofistlərin kim olduğunu başa düşməkdən ötrü onun müasir anlamını (sofist– intellektual fokusçu, fırıldaqçı, dələduz) bir kənara atmaq lazımdır. Qədim yunanlar «sofist» və «sofizm» sözünü başqa cür başa düşürdülər. «Sofist» «müdrik» sözünü ifadə edirdi. Yüksək intellektual səviyyəli adamları o zaman belə adlandırırdılar. Məsələn, qədim dünyanın ən qüdrətli tarixçisi, daha doğrusu «tarixin atası» Herodot Falesi, Pifaqoru və başqalarını sofist adlandırırdı.

Lakin eyni zamanda (b. er. əv. V əsrin 2– ci yarısında) xüsusi peşə sahiblərini sofistlər adlandırmağa başlamışdılar. Daha dəqiq desək, əmək haqqına görə pul alan (yəni ilk dəfə tədrisə görə pul alan) müəllimlər sofist adlanırdı. Sofizmin nümayəndələri bu adı fəxrlə daşıyırdılar. İlk dəfə özünü könüllü olaraq sofist adlandıran Protaqor (b. er. əv. 490– 420) olmuşdur. Ondan sonra Gorgiy, Prodik və Gippiy özlərini sofist hesab edirdilər. Onlar bütün Yunanıstanı gəzərək pulla «müdriklik» dərsi verirdilər. Platon özünün «Protaqor» və «Gorgiy» adlı dialoqlarında nəql edir ki, müasirləri sofistlərə onların dərslərinə görə yaxşı pul versinlər. Məsələn, Fidi heykəllərinə görə daha az pul alırdı, nəinki müdriklik dərsindən Protaqor!

İlk sofistlər özlərini nəinki müdriklik müəllimləri, həmçinin xeyirxah adamlar kimi təqdim edirdilər. Xeyirxah adamlar anlayışı isə qədim Yunanıstanda təkcə mənəvi mükəmməllik timsalı kimi deyil, həm də praktiklik– ictimai və dövlət işlərini aparmaq bacarığını da ifadə edirdi. «Müdriklik» sözü isə həmin dövrdə elmin sinonimi idi. Çünki sofistlər pul almaqla o zamankı elmi tədris edirdilər. Fəlsəfə bütün elmləri əhatə edir və həmin elmlər də «müdriklik» adı altında tanınırdı. Həmin elmin də müəllimləri sofistlər idi. O dövrdə hər bir tamhüquqlu vətəndaş xalq iclaslarında iştirak edə bilər və dövlət işlərində də fəal ola bilərdi. Xalq iclaslarında qələbə o adama nəsib olurdu ki, o, həmvətənlilərinin ağlına hakim kəsilə bilirdi. Yaxşı nitq söyləmək bu qəbildən idi. Təsadüfi deyildir ki, sofistlər ritorikaya– natiqlik məharətinə üstünlük verirdilər. Tədricən «sofist» sözü «natiqlik» məharəti öyrədən müəllimi ifadə etməyə başladı. Sofistlər Qədim Yunanıstanda uzun müddət mövcud olmuşlar. Məsələn, Mark Avreliy zamanında natiqlik sənətində mahir olan iki müəllim– sofist var idi. Onlardan biri şəhər xəzinəsindən, digəri isə imperator xəzinəsindən təmin olunurdu.

Protaqor insan probleminin qnoseologiyasını dərindən işləyib araşdıran ilk yunan filosofudur. Hissi qavrayışa mühüm yer verən Protaqora görə, qavranılan şeylər və qavrayan hiss üzvləri fasiləsiz olaraq dəyişirlər. Onun fikrincə, hər şey başqaları ilə əlaqədə əmələ gəlir. Faydalı olan şey həqiqətdir. «İnsan hər şeyin ölçüsüdür»– onun fikridir. Hər şeyin dəyişməsi haqqında Heraklitin fikirlərini Protaqor inkişaf etdirmişdir. Onun çoxlu əsəri olsa da, bizə gəlib çatmamışdır. Fəlsəfənin inkişafında sofistlər mühüm rol oynamışlar. Onlar biliyə marağı artırmışlar. Nəticədə fəlsəfədə yeni dövr başlanmışdır. Bu dövrdə fəlsəfə biliyə əsaslanır. Bu dövr Sokratla başlayır, Aristotellə qurtarır.
ə) Sokrat və Qədim Yunanıstanda

etik məktəblər


Əslinə qalanda fəlsəfə sözü bu dövrdən başlayaraq işlənmişdir. Sokrat kinayə ilə deyirdi ki, sofistlər elmi və yaxud müdrikliyi öyrətməyə çalışsalar da, özləri hər cür bilik və hər cür müdriklik imkanlarını inkar edirlər. Onlardan fərqli olaraq Sokrat özünü müdrik yox, «müdrikliyə məhəbbət bəsləyən», onu sevən adlandırmışdır. Onları «sofist»– müdrik, özünü isə filosof– müdrikliyi sevən hesab edirdi. «Fəlsəfə» sözünü bu mənada onun tələbələri də ifadə edirdilər. Elə həmin zamandan başlayaraq fəlsəfə intellektual fəaliyyətin xüsusi sahəsini ifadə etməyə başladı. «Fəlsəfə» sözü «müdriklik» (Sokrata qədər fəlsəfə belə adlanırdı) sözünü əvəz etdi. Həm də b. er. əv. V əsrin sonuna qədər fəlsəfə bütün elmi bilikləri əhatə edən yeganə elm sahəsi idi. Elmlərin xüsusi sahələrə bölünməsi b. er. əv. V əsrin sonundan başlanmışdır.

Sokrata qədərki dövr naturfəlsəfə dövrü adlanır. Deməli, Sokrat antik fəlsəfəsinin ikinci dövrünün banisi hesab olunur. Sokrat (b. er. əv. 469– 399) özü heç bir əsər yazmasa da, onun görüşlərini tələbələri və ardıcıllarının, xüsusilə Platonun və Aristotelin əsərlərindən öyrənmək mümkündür. Bir şəxsiyyət kimi də Sokrat maraqlı insan olmuşdur. Atası Sofroniks kimi, o da gəncliyində heykəltaraşlıqla məşğul olmuşdur. Zahirən yöndəmsiz olan Sokrat küçə və meydançalarda öz ağıllı və məntiqli çıxışları ilə onu dinləyənləri mat qoyarmış. Dəfələrlə Afina vətənpərvəri kimi Spartaya qarşı döyüşlərdə iştirak etmişdir. Çoxlu şagirdlər yetirmişdir. Onların içərisində məşhurları Antisfen, Aristipp, Evklid, Ksenofon, Alkiviad və Platon idi.

Qoca yaşlarında dinsizlik və əxlaqsızlıqda təqsirləndirilib ölü­mə məhkum olunmuşdur. Zəhər içib intihar etmişdir. Ölümündən sonra onu məhkəmə edənlərin hamısı cəzalandırılmışdır. Sokrat insan, onun təhsili və tərbiyəsi məsələsini fəlsəfəyə gətirən ilk filosofdur. O, dialektik metodun banisidir. «Öz– özünü dərk et» və «mən bir şeyi bilirəm ki, heç nə bilmirəm» prinsiplərinə əsaslanan Sokrat öz təlimini şifahi şəkildə təbliğ etmişdir. Əsasən etik xüsusiyyət daşıyan dünyagörüşündə Sokrat insanda dörd keyfiyyəti yüksək qiymətləndirirdi. Bunlar: müdriklik, cəsurluq, xeyirxaqlıq və ədalətlilikdir. Böyük filosof biliklə xeyirxaqlığı eyniləşdirirdi. İnduktiv metodu ilk dəfə elmə gətirən Sokrat ayrı– ayrı hadisələrdən ümumi nəticə çıxararaq deduktiv üsulla (sillogizmlə) əvvəllər qəbul edilməyən ayrıca mühakiməni əsaslandırmağa çalışırdı. İnduksiya və deduksiya məntiqi asılılıq münasibətlərinə əsaslanır. Sokrat öz metodunu maevtika– mamalıq sənəti adlandırmışdır. Bunu o özü belə izah etmişdir. Mama doğan qadının yanına gələrək yanlız uşağın dünyaya gəlməsinə kömək etdiyi kimi, Sokrat da öz şagirdlərinə heç bir bilikdən məlumat vermir. O, adamlara onların başının «hamilə» olduğu fikirinin aydın dərk olmasına kömək etmişdir. Fikirləri isə Sokrat deyil, şagirdləri yaradırdılar. Əlbəttə bu təvazökarlıq düşündüyündən artıq kömək edirdi. Qeyd etmək lazımdır ki, Sokratın fəaliyyəti nəticəsində Qədim Yunanıstanda etik məktəblər yaranıb inkişaf etməyə başladı. Bunlar gedonik kinik, yaxud sinik etik məktəbləri idi. Gedonik1 (yaxud Kiren2 məktəbi) Sokratın şagirdi Aristipp tərəfindən əsası qoyulan məktəbdir Aristipp həzzi həyatın yeganə mənası hesab etmişdir. Aristipp haqqında tarixçi– filosof Layertli Diogen çox yazmışdır. O, şən, qayğısız, parlaq nitqlər deyə bilən, iti ağıllı, əylənməyi sevən, öz arzularını idarə edə bilən, dalaşmağı xoşlamayan, sülhə birinci can atan adam olmuşdur. Aristipp Sirakuz tiranı Dionisinin sevimlisi olmuşdur. Bir dəfə o, Dionisidən pul istəmişdir. Dionisi ona pul vermək istəmir və onun öz sözü ilə xatırladır ki, müdrik adamlar heç vaxt pula ehtiyac hiss etmirlər. «Sən əvvəlcə pul ver, sonra biz bu məsələni aydınlaşdırarıq»– deyə Aristipp cavab verir. Məsələdən hali olmaq marağı ilə Dionisi onun istədiyi məbləği verir. «Bax, görürsənmi? Pulu götürdükdən sonra artıq mənim heç bir ehtiyacım yoxdur»,– deyə Aristipp fikrinin doğruluğuna Dionisi inandırır. Aristipp Kirendəki məktəbini qızı Aretə verir. Çünki Aretin oğlu Kiçik Aristipp öz babasının yolunu davam etdirməyi qərarlaşdırmışdı.

Gedonik məktəb təxminən yüz il mövcud olmuşdur. Sonra Epikurçuların məktəbi ilə birləşmişdir. Epikur məktəbinin əsası b. er. əv. 305– ci ildə Afinada Epikur tərəfindən qoyulmuşdur. Bu məktəb birinci növbədə zövqlərə keyfiyyət qiyməti verməyi öhdəsinə götürmüşdü. Onun nümayəndələri öyrədirdilər ki, mənəvi zövq cismani zövqdən üstündür və mənəvi zövqlərin içərisində də (dostluq, uğurlu ailə həyatı, düzgün dövlət quruluşu və s.) daha çox hörmətlidir. Gedonik məktəbin filosofu Gegeziy «ölüm təlqin edən» adını almışdı və pessimizmi təbliğ edirdi. O, insan üçün yeganə çıxış yolunu intiharda görürdü. Onun hər mühazirəsindən sonra bir neçə adam özünü öldürdüyündən, hətta Gegeziyə İsgəndəriyyədə mühazirə oxumağı qadağan etmişdilər.İlk baxışda həmin məktəbin bu cür ardıcıllığı qəribə görünür. Lakin bunu da başa düşmək olar.Çünki həyatın yeganə məqsədi– zövq deyil, başqa məsələlər də ola bilər.

Sokratın ardıcılları olan ikinci məktəb Kinik etik məktəbdir. Bu məktəb Antisfen tərəfindən Afinada yaradılmışdır. Bir versiyaya görə, bu məktəbin xarakterində daim narazılıq və həmişə kimisə qapmağa, dişləməyə (kinos– it deməkdir) hazır olmaq xas olduğuna görə onları sinik, yaxud kinik adlandırırdılar.Digər versiyaya görə sadə, təbii həyat tərzinə görə onlara kinik deyirdilər. Kiniklər xeyiri hər şeydən əvvəl, maddi rifahdan tam şəkildə asılı olmamaq kimi, öz təlabatını məhdudlaşdırmaq qabiliyyəti kimi başa düşürdülər. Onların fikrincə, müdrik elə adamdır ki, xeyir nə olduğunu bilir və təbii təlabatından kənara çıxmır. Qüsura gəldikdə isə o axmaq adamın öz xoşbəxtliyini başqa şeydə axtarması ilə ələqadardır. Kiniklər bilə– bilə nimdaş paltarla kifayətlənir, yataq üçün quru yerdən istifadə edir, əllərinə nə düşdü onu yeyir, avara həyat tərzi keçirirdilər.Onlar abırsızlığı nimdaş paltarda gəzməkdə yox, hər hansı asılılıqda görürdülər.

Qeyd etmək lazımdır ki, sinizm Afinada geniş yayılmış zahiri təmtəraq və gözəllik kultuna təbii əks reaksiya idi. Çoxları bu cür idealların boşluğunu hiss edirdilər.

Siniklər (Kiniklər) məktəbi Sokratın ölümündən sonra 150 il mövcud olmuşdur. Sonra isə o, Stoiklər məktəbində ərimişdir. Siniklərdən biri də sinoplu Diogen (b. er. əv. 404– 323) olmuşdur. Onun var yoxu bir plaş, bir torba və böyük bir ağacdan ibarət idi. Əvvəllər onun dilənmək və su içmək üçün bir qabı varmış. Ancaq bir gün bir uşağın ovcu ilə su içdiyini görüb qabı da tullayır. Bir dəfə o, dəniz quldurları tərəfindən tutulub bazarda satılır. Bir varlı ona yaxınlaşaraq soruşur ki, «nəyi bacarırsan?» «Adamları idarə etməyi»,– deyə Diogen cavab verir. Varlı onu alır və uşaqların tərbiyəsini Diogenə tapşırır. Ömrünün çox hissəsini çəlləkdə keçirən Diogenin yanına məşhur İsgəndər gəlib soruşur ki, nə arzun var, de yerinə yetirim. cavabında Diogen deyir ki, günəşin qabağını tutmasın. Bu cavabdan sonra İsgəndər demişdir ki, əgər mən İsgəndər olmasaydım, Diogen olmaq istərdim.

Diogen sinizmə xor baxan adamlara nifrət etmişdir. Bir dəfə Diogeni günün günorta çağı əlində fənər görürlər. Soruşanda– bu nədir? o, belə cavab verir: adam axtarıram.


f) Platon və Aristotel:

Yunan fəlsəfəsinin yüksək inkişaf mərhələsi

(b. er. əv. IV əsr)
Sokratın ən güclü tələbələrindən biri Platon olmuşdur. Platonu (b . er . əv. 427– 347) Avrona fəlsəfəsinin banisi hesab edirdilər. Zədəgan ailəsində anadan olan Platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi yaratmışdır. Filosof dialoq formasında əsərlər yazmış (əsərdə baş obraz Sokrat olmuşdur), elə sağlığında da məşhurlaşmışdır. İki ən böyük əsərini dövlət haqqında təlimə həsr etmişdir. «Qanunlar» əsərini tamamlamamış ölmüşdür. Afinada fəlsəfə müəllimi kimi məşhur olan Platon tədrisindən yığılan pullara torpaq sahəsi almış, orada da özünün məktəbini təsis etmişdir. Aldığı torpağın sahibinin adı Akadem olduğundan, məktəb də Akademiya adlanmışdır. Fəlsəfədən başqa məktəbdə riyaziyyat da tədris edilirdi. Aristotel burada natiqlik sənətindən dərs deyirdi. Akademiya bir növ zəmanəsinin univeristeti idi. Orada tələbələr, professorlar vardı. Platon öldükdən sonra onu rektor (yunanca: sxolart) seçmişdilər. Rektor filosof olmalıydı və ömürlük seçilirdi.

Platon öz fəlsəfəsini üç hissəyə: dialektika, fizika etikaya bölmüşdü. Dialektika varlıq haqqında, fizika təbiət haqqında, etika isə mənəviyyat haqqında təlim sayılırdı.

Qeyd etmək lazımdır ki, qədim yunanların təsəvvürlərinə görə fizika təkcə təbiət haqqında bilikləri deyil, eyni zamanda insanın təbiəti haqqında– daha dəqiq desək, psixologiya haqqında olan bilikləri də əhatə edirdi.

Platonun əsərlərində «dialektika» sözü iki mənada işlədilirdi. Birincisi, təlimin hissələrindən biri kimi və ikincisi, anlayışların təhlilinin üsulu kimi başa düşülürdü. Dialektike– danışmaq, hərfi mənada isə danışığa aid olan deməkdir. Öz fəlsəfəsini Platon niyə belə adlandırırdı? Görünür, Platona görə, təfəkkür ruhun, qəlbin özü– özü ilə söhbətidir. Bundan başqa, burada yəqin ki, Sokratın da böyük təsiri olmuşdur. Çünki Sokrat tələbələrini söhbətlərlə, danışıqla, dialoqla öyrədirdi. Ona görə də Platon bütün əsərlərini dialoq formasında yazmışdır.

Ümumiyyətlə, Platonun «dialektika» təlimi eyni zamanda ide­yalar nəzəriyyəsi adlanır. Platona görə, hər bir anlayışa varlıq uy­ğun gəlir. Nəinki ayrı– ayrı insan fərdləri– Sokrat, Diogen, həmçi­nin xüsusi varlıqlar, xüsusi mahiyyətlər– insanın ümumi anlayışına müvafiq olan mahiyyətlər də mövcuddur. Yaxud: ayrı– ayrı stollar deyil, xüsusi varlıq– stol anlayışına müvafiq gələn varlıqlar da möv­cuddur. Həmin mahiyyətləri Platon ideyalar (yaxud növlər) adlan­dırmışdır. Platon eyni zamanda predmetlərin ümumi xassəsini işlə­mişdir. Məsələn, stol– «stolluq», at– «atlıq» və s. Platona görə bilik hissi obrazların ümumiləşdirilməsidir. Beləliklə, Platon fəlsəfəsinin mərkəzində qnoseologiya–idrak nəzəriyyəsi durur. Platona görə, ide­yalar həqiqi varlıqdır, ideyaların heç biri yaranmır və məhv ol­mur, ideya öz– özü ilə eynidir. İdeya– hissi qavranılan predmetlərin ma­hiyyəti və səbəbidir. İdeya yoxdursa, haqqında olan şey də yox­dur. Daha dəqiq desək, gözəllik yoxdursa, gözəl şeylər də yoxdur; insan ideyası yoxdursa, konkret adamlar (Platon, Sokrat) da yoxdur.

Beləliklə, ideya müəyyən predmetlər sinfinin formasıdır. Pred­metlər ideyaların olmasına şahidlik edirlər. Özü də ayrı– ayrı pred­metlər yaranır və məhv olurlar (insanlar doğulur və ölürlər), sinif, nəsil isə saxlanılır. Platon bu ideyaların saxlanılmasına bütün şey­lərin saxlanılması səbəbləri kimi baxmışdır. Hər bir ideya hər bir şey üçün bir növ ilk obrazdır (paradiqmadır). Hər bir şey isə bu ide­ya­ların bənzəridir. Məsələn, «ədalət özü», yaxud ədalət ideyası bütün ədalətli əməllərin ilk obrazıdır (paradiqmadır), hər bir ayrıca gö­türülmüş ədalətli hərəkət «ədalətin özünün» bənzəri kimi çıxış edir.

Platona görə, hər bir ideya özlüyündə ayrı– ayrı predmetlərin mükəmməlliyidir. Məsələn, gözəllik ideyası, yaxud «gözəlliyin özü» mükəmməl gözəllikdir. (bu barədə «Pir» dialoqunda ətraflı danışılır). Ayrı– ayrı predmetlər isə nisbi mənada gözəldir, onlar heç vaxt öz gözəlliklərində mükəmməl ola bilməzlər. Platon ideyalar ierarxiyasını tərtib edir. Burada ən yüksək pillədə Ali ideya– xeyrin özü, gözəlliyin özü, mükəmməlliyin özü oturur. Özü bu barədə bir söz deməsə də ola bilər ki, Platon ali ideya dedikdə Allahı nəzərdə tutmuşdur.

Nəticə necədir? Platonun dialektikası bizə nə verir? Konkret cavab versək deməliyik ki, bu dialektika bir– birindən ayrılmış iki dünyanın etiraf edilməsidir. Bu varlıq dünyası ilə əbədi və dəyişməz ideyalar (ideallar) dünyasıdır.

İndi isə Platonun fəlsəfəsinin ikinci– fizika hissəsini nəzərdən keçirək. Yuxarıda qeyd etdik ki, fizika təlimi özünə insan haqqında təlimi də daxil etmişdir. Çünki insan və onun mənəvi dünyası təbiətin bir hissəsi kimi başa düşülürdü.Fizika (yunanca: təbiət) hərfi mənada «təbiətə aid olan» kimi başa düşülürdü. Ona görə də təbiət haqqında bütün fəlsəfi təlimlər fizika adlanırdı.

Platonda «Timey» dialoqu fizikaya həsr olunmuşdur. Platonun qnoseologiyasına görə, təbiət ancaq varlıqdır. Ona görə də bilik predmeti ola bilməz. Onun başa düşülməsi üçün elmi forma, dialektika yox, mif lazımdır. Platonda dialektika elmi təfəkkürün üsullarıdır. Onun üçün bilik riyaziyyatdır, həmçinin metafizikadır. Metafizika– ideyalar, ruhlar haqqında təlimdir. Təbiət haqqında təlim (daha dəqiq desək, bütün təbii elmlər) rəylərə, mülahizələrə (yaxud etiqada) aiddir. İndiyə qədər Platonun bu nöqteyi– nəzəri daha çox tənqid edilir. Həqiqi biliyə ruh haqqında təlim aiddir (bax: «Timey», «Fedon» dialoqları). Ruh özünün təcəssüm olunduğunu cismani təbiətindən əvvəl mövcud olur. O, çox vaxt ideyalarla eyni cinslidir. O da bədənsiz mahiyyətdir, bölünməzdir, görünməzdir, hissedilməzdir, ölməzdir. Ruh haqqında təlimi ilə Platon ruhun ölməzliyi haqqında Sokratın fikirlərini inkişaf etdirir. Məlum olduğu kimi, Sokrat zəhərlə dolu camı ağzına yaxınlaşdırarkən allahlara yalvarırdı ki, onun o dünyaya yaxşı keçməsinə kömək etsinlər. Hətta xahiş edirdi ki, onun sağalması üçün şagirdləri allahlara qurban versin. Platon «Timey» dialoqunda Demiurq (yaradıcı) anlayışını işlədir. Doğrudur, bu anlayış yunanlarda bir çox mənalarda işlədilirdi (sənətkar, heykəltaraş, həkim, gələcəkdən xəbər verən kahin və s.) Lakin dünyanı yaradan memar da həmin mənalar içərisində var idi. Nəhayətsiz dərəcədə xeyirxah olan Demiurq dünyanı ona görə yaradır ki, xeyir ideyalar aləmindən hissi– qavranılan dünyaya keçsin. Bunun üçün o dünya ruhunu yaradır. Onun da köməyi ilə 4 stixiyanı (torpaq, hava, su və od) formalaşdırır.Həmin ünsürlərin qarışmasından cismani təbiət yaranır. İdeyalar haqqında bilik o dünyada, yaxud da transendental dünyada gördükləri xatirələr kimi ruhlarda yaşayır. Yerdə bu xatirələr əvvəlcə unudulur (çünki ruh hissi obrazlar tərəfindən udulur), sonra isə təzədən canlanır.

Əvvəlcə ruh özünün hərəkətsiz ulduzunda yerləşir, sonra isə yerə enir və təcəssüm olunur. Birinci təcəssüm insan bədənində olur. Ruhun sonrakı taleyi onun həmin bədəndəki davranışından asılıdır. Özünün həqiqi vətənini və vəzifəsini (bilirdilər ki, onlar xeyrin özüdür və xeyir yaratmalıdırlar) başa düşən ruhlar bədən öldükdən sonra yenidən öz ulduzlarına qayıdır və təzədən təcəssüm etmək növbəsini gözləyirlər. Əgər ruh bədənin təlabatı ilə yaşayırdısa, sonralar onlar heyvanların bədənində təcəssüm edirdilər (məsələn, sərxoşların və qarınquluların ruhu donuzlarda təcəssüm tapırdı, şair və musiqiçilərin ruhu isə oxuyan quşlarda, təsərrüfatçıların ruhu arılarda, qarışqalarda, tiranların ruhu isə yırtıcılarda və s. təcəssüm tapırdı) Özünün günahlarını yuyana qədər ruhlar cəzalandırılır, günahları yuyulduqdan sonra ruhlar insan bədənində təcəssüm tapırdılar.Deməli, ruhların taleyi onların öz əlində olmuşdur. Xatirələr kimi bilik haqqında Platon təlimi Platonun xatirələr nəzəriyyəsi, yaxud da anadangəlmə ümumi anlayışlar kimi təqdim olunur. Bu təlim Platonun «Fedon» əsərində öz əksini tapmışdır. Burada elmi formada ölümsüzlüyün sübutu verilmişdir: 1) ruh bədəndə təcəssüm olunana qədər yaşadığından onun mövcudluğu bədəndən asılı deyildir, bədənin ölümü ruhun ölməyi deyildir; 2) kosmoloji qanun öyrədir ki, heç nə məhv olmur, yalnız özünün əksinə çevrilir; 3) saf mahiyyətlər məhv olmur; ruh sadə mahiyyətdir. Ona görə də o, tərkib hissələrinə parçalana bilməz. Məhvolma isə tərkib hissələrə parçalanma vasitəsilə olur; 4) ruh həyat ideyasının təcəssümüdür, ona görə də ölümün ruha gücü çatmaz.

Platon ruhun bədəndən bədənə keçməsinə (metampsixoz) inanmışdır.Heyvanların mövcudluğu faktını da bununla əlaqələndirmişdir. Onun fikirincə, heyvanlar ruhun günahlarını yumaq üçün yaradılmışdır.


1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə