1. QƏDİm babiLİstan və MİSİRDƏ FƏLSƏFƏNİn meydana gəLMƏSİ




Yüklə 0.85 Mb.
səhifə12/12
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Birinci mərhələni şərti olaraq 1922– 1930– cu illərlə əlaqələndirmək mümkündür. Bu dövr diskusiya və mübahisələr dövrü hesab olunur. Bu dövr mübahisəsinə V.İ.Leninin 1922– ci ildə çapdan çıxan «Mübariz materializmin əhəmiyyəti haqqında» əsəri daha çox səbəb olmuşdur. Sonralar Leninin fəlsəfi vəsiyyəti hesab olunan bu əsərdə əsas ideya mübariz materializm anlayışında ifadə edilmiş fəlsəfənin marksist partiyalılığı ideyasıdır. Filosofların qarşısına vəzifələr qoyulurdu. Bu, kütlələr içərisində dialektik materialist dünyagörüşünü, xüsusən ateizm təbliğatını gücləndirməkdən, müasir ictimai inkişafın və elmi tərəqqinin irəli sürdüyü problemlər baxımından fəlsəfənin, xüsusilə materialist dialektikanın daha da inkişaf etdirilməsindən, Qərb (V.İ.Lenində burjua) fəlsəfəsinin müxtəlif cərəyanları ilə fəal mübarizədən ibarətdir. O, bütün idealistləri– «dinin diplomlu nökərlərini» ifşa etməyi tələb edirdi.

Həmin vaxtdan başlayaraq sovet fəlsəfəsi dialektik materialist xəttini müdafiə etməyə başladı. Doğrudur, həmin fəlsəfədə də bu və ya digər problemlə əlaqədar mübahisələr gedirdi.

Bir sözlə, 20– 30– cu illər fəlsəfəsi həyatda çox qızğın diskusiyalar dövrüdür. Onlardan biri cəmiyyət və insanın həyatında bioloji və sosial amillərin münasibətinə həsr olunmuşdur.

Bir sıra alimlər psixik həyata sırf bioloji səviyyənin təzahürü kimi baxırdı. V.M.Bexterov «Kollektiv refleksologiya»nı yaratmışdı ki, digər filosoflar onu sosiologiyanın yeni bir elmi metodu kimi qələmə verirdilər. Həmin dövrdə zoososiologiya və fitososiologiya yaranır və bütün canlıların vahid «sosial mexanizmləri» axtarışı aparılır. Biolojiləşdiricilər içərisindən təbiətşünaslığı sinfi yanaşma ilə birləşdirməyə çalışan «fəlsəfi nihilistlər» yaranmışdı. Onlar istismarçı siniflərin xidmətçisi olan fəlsəfədən xilas olmağa çağırırdılar. Bu üzdən iraq «alimlər» psixika və dünyagörüşü anlayışlarını istismarçıların uydurması hesab edib, fiziologiyanın psixologiyanın yerini almasını tələb edirdilər. Nihilistlər filsofluq edən tarixçilər tərəfindən rədd edildilər.



Digər diskusiya marksist bazis anlayışı ətrafında, üçüncü diskusiya isə Asiya istehsal üsulu təsəvvürləri ətrafında gedirdi. Asiya istehsal üsulunda torpaq üzərində xüsusi mülkiyyətin olmaması, kənd icmasının mühüm əhəmiyyətə malik olması ilə əlaqələndirilirdi. Əslində bu prinsiplər bir sıra istehsal üsulunun tam əlamətləri hesab oluna bilməzdi.

Ümumiyyətlə, həmin dövrdəki nəzəri döyüşlərdə hamıdan çox– həkim, yazıçı, filosof– pozitivist, V.İ.Leninin çoxdankı opponenti Aleksandr Boqdanovun adı daha çox hallanırdı. A.Boqdanov N.İ.Buxarinlə birlikdə «mexanist» adını almışdı. Çünki onlar öz əsərlərində inkişafın dialektik ziddiyyətləri ideyasına əsaslanmır, cəmiyyətdə tarazlığı saxlayan təşkiletmə ideyasına arxalanırdılar. A.Boqdanov «Tektologiya» adlı təşkil elmi yaratdı ki, o da müasir sistem nəzəriyyəsinin əsas ideyalarını qabaqcadan bildirmişdir. O, tektologiyanı proletar mədəniyyətinin fundamenti hesab edirdi və belə düşünürdü ki, proletariat həmin elmə yiyələnmədən cəmiyyətdə heç bir dəyişiklik etməyə çalışmamalıdır. A.Boqdanov proletkulçuluğun əsasını qoyanlardan və nəzəriyyəçilərindən biridir. Onun fikrincə, incəsənətin cəmiyyətdə başlıca rolu proletar kütlələrin mübarizəyə və əməyə hazırlamaqdan ibarətdir. Rusiyada 20– ci illərdə üzə çıxan alimlərdən biri də Mixail Baxtin olmuşdur. 1921– ci ildə «Hərəkət fəlsəfəsinə dair» əsərini yazmışdır. A.F.Losev (1927– ci ildən 1930– cu ilə qədər 8 cildlik əsərlər yazmışdır), Q.Q.Şpet, L.S.Vıqotski və b.-nın mühüm tədqiqatları olmuşdur. 1930– cu ildən başlayaraq rejim ideoloji təqibi gücləndirərək hər cür müstəqil təfəkkürə qarşı repressiyalara başladı. 1929– cu ilə qədər ölkənin fəlsəfi həyatında A.M.Deborinin rəhbərlik etdiyi tədqiqatçılar, eləcə də «Pod znamenem Marksizma» jurnalının ətrafında olanlar aparıcı rol oynayırdılar. Bunlar inqilaba qədər və inqilabdan sonra fəaliyyət göstərən alimlər və partiya xadimləri idi. A.M.Deborin Leninin vəsiyyətlərinə əməl edərək «Mübariz materialist– dialektiklər» cəmiyyətini yaratdı. «Materializm kitabxanası» əsərlərinin nəşrində iştirak edərək Boqdanov və Buxarin kimi mexanistlərlə mübarizə aparmışdır. Lakin 1929– cu ildə Deborin akademik seçiləndən sonra (həmin vaxt Buxarin də seçilmişdi), ona və onun qrupuna Stalinin qəzəbi tutdu. Stalin elan etdi ki, Deborin və onun qrupunun yazdığı nə varsa təzədən nəzərdən keçirilməlidir. Eyni zamanda onların qrupuna «menşeviklik» edən idealizm» damğasını vururdu. Deborindən tələb olundu ki, açıq şəkildə bütün tələbələrini Qırmızı professorlar institutunun yığıncağında tənqid etsin və onları xalq düşməni adlandırsın. Lakin Deborin bu təklifi rədd etdi. Tezliklə jurnalın redaktoru Deborinin yerinə M.B.Mitin təyin olunur. M.B.Mitin 1936– cı ildə əsərlərinin birində deborinçiləri «banda» və «trotskizmin bilavasitə xəfiyyələri» adlandırdı. Nəticədə Deborinin bütün tələbələri və tərəfdarları həbs olunaraq məhv edildilər. Bu andan başlayaraq uzun müddət sovet fəlsəfəsində bir avtoritet təsdiq olundu. Bu da xalqların atası– İ.V.Stalin idi. 1938– ci ildə Stalin yazdığı «ÜİK(b)P qısa tarixi kursu» adlı əsəri çapdan çıxdı. Orada xüsusi fəlsəfə bölməsi var idi ki, həmin bölmə də uzun müddət fəlsəfə sahəsində çalışanlar üçün qanuna çevrildi. İldən– ilə fəlsəfədə bu və ya digər prinsip daha da ehkamlaşdırılır, fikrin hər cür tərəqqisi yerindəcə boğulurdu. Lakin bütün bunlara baxmayaraq elə həmin dövrdə M.Baxtinin, K.Meqrelidzenin əsərləri çapdan çıxmışdır. V.İ.Vernadski gərgin şəkildə noosfera ideyası üzərində işləmişdir. Həmin ideyalar 1975– ci ildə çapdan çıxsa da, elə 30– cu illərin ikin­ci yarısında yazılmışdı. 40– cı illərdə S.L.Rubinşteyn və A.N.Leon­tyevin və digər böyük psixoloqlarının fəlsəfi ideyaları for­malaş­mışdı. Onların sırasına D.N.Uznadzeni də daxil edə bilərik.

Sovet fəlsəfəsinin tarixinin ikinci mərhələsi 1930– 1953– cu illəri əhatə edir. Bu dövr kədərli və şərəfsiz dövr hesab olunur. Doğrudur, bu dövrdə bir sıra formal fəlsəfə strukturları yaranır. Moskva Dövlət Universitetində və Leninqrad Dövlət Universitetində fəlsəfə fakultələri yaranır. 1947– ci ildən «Fəlsəfə Məsələləri» jurnalı çap olunmağa başlamışdır. Bütün bunlara baxmayaraq bu dövr nəzəri tənəzzül dövrü, bu və ya digər müəllifə qarşı çıxmağa məcbur olmaq dövrüdür. Məsələn, «Fəlsəfə tarixi»nin III cildi öldürücü tənqidə məruz qaldı. Müəllifləri sinfi yanaşmaya kifayət qədər fikir verməməkdə təqsirləndirirdilər. Həmin dövrdə bir əsər də olsun zamanın imtahanından çıxa bilməmişdir.

SSRİ– də fəlsəfənin inkişafının üçüncü mərhələsi Stalinin ölümündən başlayaraq SSRİ– nin dağılmasına qədər davam etmişdir. 60– cı illərdən başlayaraq fəlsəfi fikirdə böyük bir canlanma hiss olundu. Hələ 1956– cı ildən fəlsəfəni müstəqil predmet kimi nəinki humanitar ali məktəblərdə, həmçinin digər universitetlərdə də keçməyə başladılar. 1958– ci ildə «Fəlsəfə elmləri» jurnalı da çap olunmağa başladı.

50– ci illərdən başlayaraq Sovet filosofları beynəlxalq fəlsəfi konqreslərdə iştirak etməyə başladılar.

Həmin dövrdə filosoflar bu həqiqəti dərk etdilər ki, mark­sizm– leninizmdən əlavə həm də «Marksın özü var və onu oxumaq lazımdır». Bu dövr filosoflarından M.M.Rozental, E.V.İlyenkov, L.A.Mankovski, B.M.Kedrov, N.İ.Lapin, V.A.Vazyulin və b. Mar­k­sın düzgün qiymətini verməyə çalışırdılar. Bu dövrdə dialektik məntiq mə­k­­təbi (E.V.İlyenkov, Q.S.Batişev, B.P.Bibler (Moskva), J.M.Abdildin (Qazağıstan), Z.M.Orucov (Azərbaycan), V.A.Bosen­ko (Ukrayna) və b.), elmlərin metodologiyası sa­hələri, eləcə də şüur problemləri (A.Q.Spirkin, V.P.Tuqarinov). qnoseologiya pro­b­­­lem­ləri (P.V.Kopnin), dəyərlər (M.S.Kaqan) və s. sahələr inkişaf et­mə­yə başladı.

Bu dövrdə Sovet filosofları rəsmi marsizmin amansız çərçivəsindən xilas olaraq yeni– yeni problemlər axtarışını davam etdirməyə çalışmışlar.



1 Apoqonik sübut (yunanca: aradode– nəticə)– dolayı, vasitəli sübut. Burada həqiqilik ona zidd gələn vəziyyətin təkzibi yolu ilə əldə edilir.

2 Eklektizm– bir– birinə zidd olan fikir və nəzəriyyələrin mexaniki olaraq birləşdirilməsi.

3 Sofizm– formal olaraq düzgün görünən, bilə– bilə yanlış çıxarılmış əqli nəticə. Sofizm anlayışların iki mənalılığına əsaslanır. Hadisələrin ayrı– ayrı tərəflərinə üstünlük verilir.

1 Маркс К. Энгельс Ф. Соч. т.20, с. 503.

1 Gedonizm– yunanca: həzz, ləzzət sözündəndir.

2 Kiren– Afrikanın şimalında şəhərdir.

1 Ellin fəlsəfəsi İskəndərin yürüşündən sonra Asiyada yunan dilində yaranmış fəlsəfə idi. Ellin mədəniyyətinin, elm və fəlsəfəsinin yaranmasında təkcə yunanlar deyil, Kiçik və Ön Asiyanın bir çox xalqlarının nümayəndələri iştirak etmişlər. Makedoniyalı İskəndərin Şərqə yürüşündən sonra Ellada ilə Asiya xalqları arasında bütün sahələrdə olduğu kimi, elm və mədəniyyət sahələrində də əlaqələr güclənməyə başlamışdır. Elə həmin dövrlərdən başlayaraq bəşəriyyətə ən böyük simaların yaratdığı əsərlər miras qalmışdır

1 Sensualizm– idrakın yeganə mənbəyi duyğular olduğunu iddia edən fəlsəfi cərəyan.

2 Gedonizm– həyatın zövq və səfa üçün yarandığını iddia edən qədim yunan əxlaq nəzəriyyəsi.

3 Ataraksiya– ruhun tam sakitliyi deməkdir.

1 Zakir Məmmədov. Azərbaycan fəlsəfi tarixi. Bakı, 1994, s.126.

2 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, s.160.

1 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, s. 213.

2 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, s. 244.

1 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, s.65.

1 Cxolastika– latınca scholasticus sözündən olub, alim deməkdir. Sxolastika– çox vaxt doğmatika ilə formal– məntiqi problematikaya üstünlük verərək rasional əsaslandırılmanın birləşməsi ilə ifadə olunan dini fəlsəfə tipini göstərir.

2 Kreatsionizm– latınca xəlq olunmuş, yaradılmış deməkdir. Yaranma ideyası dünyanın allah tərəfindən heç nədən yaradılması haqqında xristian ehkamına əsaslanır.

1 Transendent– təcrübədə olan, axirətə aid edilən, fövqəltəbii, fövqəlhissi məna kəsb edir.

1 F.Engels. Təbiətin dialektikası. Bakı, Azərnəşr, 1966, s.4– 5– 6.

2 F.Engels. Təbiətin dialektikası. Bakı, Azərnəşr, 1966, s. 6.

1 İnduksiya– xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu.

2 Deduksiya– ümumidən xüsusiyə, yaxud ümumi mülahizələrdən xüsusi nəticə çıxarmaq üsulu.

3 F.Engels. Təbiət dialektikası, s. 32.

1 Kartezian şübhələr– karteziançılıq sözündəndir. Bu da fransız filosofunun adı ilə bağlıdır. R.Dekart latınca– kartezius deməkdir.

1 Skeptisizm– obyektiv varlığın insan tərəfindən dərk edilə bilməsini inkar edən fəlsəfi cərəyan.

2 Solipsizm– ancaq şəxsi şüuru yeganə gerçəklik hesab edən və obyektiv varlığı danan ifrat subyektivist cərəyan.

1 K.Marks və F.Engels. Seçilmiş əsərləri, 3 cilddə, 3-cild. Bakı, 1983, s.388-389.

1 Sensualizm– idrakın yeganə mənbəyi duyğular olduğunu iddia edən fəlsəfi cərəyandır.

1 Kvietizm– həyata mistik baxış (XVII əsrin dini– fəlsəfi mistik nəzəriyyəsi).

2 Esxatologiya– dünyanın sonu haqqında təlim (yunanca: esxotos– axırıncı, son və loqos– elm, təlim).

1 Sekulyar (lat. Sekulyaris– dünyəvi)– dünyəvi, kilsənin təsirindən azad olan.

2 Sakral (lat. sakri)– müqəddəs, dini kult, mərasimlə müşayiət edilən.

1 Bax: Əlisa Nicat. Dünya filosofları. Bakı, 1995, s. 248– 249.

1 Bax: Psixoanaliz (yunanca: ruh və dağılma, hissələrə ayrılma) psixoterapiya və psixoloji təlim metodudur. Burada diqqət mərkəzində təhtəlşüur (şüuraltı) psixi proseslər və onların motivasiyası durur.

1 Əlisa Nicat. Göstərilən əsəri, s. 299– 300

2 Dixotomiya (yunanca: iki hissəyə bölmə)– bütövün ardıcıl olaraq iki hissəyə bölünməsi, sonra hər bir hissənin də öz növbəsində ikiyə bölünməsi və s.

1 Paradiqma– (nümunə, misal) elmi biliklər üçün səciyyəvi olan əqidə, dəyər və texniki vasitələrin məcmuunu ifadə edən termindir. O elmi ənənələrin mövcudluğunu təmin edir.



1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə