[1] “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2[2]




Yüklə 1.02 Mb.
səhifə1/9
tarix11.03.2016
ölçüsü1.02 Mb.
  1   2   3   4   5   6   7   8   9
1[1] “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2[2]
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 3[3]

4[4]1. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 5[5]

2. Müəyyən edilsin ki, bu Əsasnamənin tətbiqi ilə bağlı izahatlar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir.

3. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

3.1. II bölmənin 6-cı bəndinin üçüncü abzasında birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.”;

3.2. təlimatın mətnində “həkim-əmək ekspert komissiyası” sözləri “tibbi-sosial ekspert komissiyası” sözləri ilə əvəz edilsin.

4. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 3 nömrəli əlavələr, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 3 iyul tarixli 158 nömrəli qərarının II bölməsi qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 15 sentyabr 1998-ci il

№ 189

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


Məcburi dövlət sosial 6[6]sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında 7[7]

Əsasnamə 8[8]

Ümumİ qaydalar

9[9]1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 10[10]

1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Müavinətin məbləği və hesablanması bu Əsasnamənin II hissəsində, təyin edilməsi və ödənilməsi isə VII hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.11[11]

2. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir:



12[12]Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); 13[13]

hamiləliyə və doğuma görə müavinət;

uşağın anadan olmasına görə birdəfəlik müavinət;

qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;

dəfn üçün müavinət;

sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə sosial sığorta üzrə təminatın başqa növləri.14[14]

3. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. 15[15]

Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur.16[16]

Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən, sosial sığorta stajı kimi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır. 17[17]

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.18[18]

Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.

4. Hər bir vətəndaş onu işə götürəndən19[19] Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar.

Xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Əsasnamə ilə müəyyən edilən müavinətlərin hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin işçilərinə hesablanması, təyin edilməsi və verilməsi qaydası həmin şəxslərin xidmət etdiyi (və ya işlədiyi) müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilir. 20[20]



I. Əmək pensİyaları21[21]

5. Əmək pensiyaları müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilir.22[22]



II. Əmək qabİlİyyətİnİn müvəqqətİ İtİrİlməsİnə görə müavİnət

6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.

Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 23[23]

7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.

Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər.

8. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.24[24]

9. Əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir.

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği sığortaedənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 25[25]

Misal. İşdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə gedən işçi xəstəlik vərəqəsinə əsasən 2005-ci il yanvarın 20-dən fevralın 10-dək əmək qabiliyyətini müvəqqəti itirmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə işçi məhkəmənin müvafiq qətnaməsi ilə 2005-ci ilin 7 fevral tarixində işə bərpa olunmuşdur. Bu halda müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin birinci günündən işçinin işə bərpa olunduğu günədək (ilk 14 təqvim günü + 4 təqvim günü) sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. İşçi məhkəmənin müvafiq qətnaməsinə əsasən 2005-ci ilin 25 yanvar tarixində işə bərpa olunduğu halda müavinət bu Əsasnamənin 9-cu bəndinin birinci abzasına uyğun olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsinin birinci günündən işçinin işə bərpa olunduğu günədək (5 təqvim günü) və ilk 14 təqvim gününün qalan 9 təqvim günü sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.26[26]



10. Əmək qabiliyyətini müvəqqəti itirmə iş yerinə gedən zaman yolda baş verdikdə, müavinət bu şərtlə verilə bilər ki, işçi əmək haqqı, gündəlik və ya yol xərcinin dəyərini almaq hüququna malik olsun (ezamiyyət, müdiriyyətin tapşırığını yerinə yetirməsi və i.a.).

11. Məişət zədələnməsi zamanı müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin ilk günündən əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə verilir.27[27]

12. Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir. 28[28]

13. Əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.



14. Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə düşən iş günlərinə görə verilir. 29[29]

30[30]15. Sanatoriya-kurort (ambulatoriya-kurort) müalicəsi zamanı müavinət, növbəti və əlavə məzuniyyət müddəti işçiyə müalicə olunmağa və sanatoriyaya gedib qayıtmağına azlıq etdikdə verilir.

Vərəm sanatoriyasında müalicə olunmaq üçün istifadə olunmuş növbəti və əlavə məzuniyyət vaxtı əmək qabiliyyətinin itirilmə müddətində nəzərə alınır.Belə hallarda sanatoriya-kurort müalicəsi zamanı müavinət, sanatoriyaya bilavasitə göndərilmədən əvvəl stasionarda və ya ambulator müalicəsi zamanı müavinət məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınan qazancdan hesablanmalıdır.

Əgər işçi 2 il üçün cəmləşdirilmiş məzuniyyət almaq hüququna malikdirsə, onda sanatoriya-kurort müalicəsi xəstəlik vərəqəsinin verilməsi və müavinətin ödənilməsi zamanı işçiyə çatası məzuniyyətin bütün müddəti hesaba alınır.

Müalicə idarələrinin bilavasitə stasionarlarından tam müalicə olunmaq üçün sanatoriyaya göndərilmiş ağır formalı miokard infarktı, aortanın tac damarlarının və ürəyin anevrizmi üzrə cərrahi əməliyyat aparılmış, mədənin və 12 barmaq bağırsağın xora xəstəliyi və öd kisəsinin xaric edilməsindən sonra işçiyə sanatoriyada qaldığı bütün müddət üçün müavinət verilir.

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı tərbiyə edən işləyən valideynlərdən birinə (qəyyuma və ya himayəçiyə) müavinət sağlamlıq imkanları məhdud uşağın sanatoriya müalicəsinin bütün müddətinə (sanatoriyaya gediş vaxtı nəzərə alınmaqla) verilir. Bu zaman sağlamlıq imkanları məhduduşağın fərdi qulluğa ehtiyacı olması barədə tibbi rəyin olması vacibdir.31[31]

Bu bənddə göstərilən hallarda müavinət, sanatoriya-kurort (ambulatoriya-kurort) müalicəsinin bütün müddətinə (yollayışın, kursovkanın müddəti), sanatoriyaya gedib qayıtmaq müddəti əlavə edilməklə və yalnız işçinin növbəti məzuniyyət müddətini çıxmaqla verilir.

Məzuniyyət sanatoriyaya gedənədək istifadə olunduğu halda, növbəti və ya əlavə məzuniyyət vaxtı çıxılmaqla müavinət verilir. Bu halda müdiriyyət çatışmayan vaxt üçün əmək haqqı saxlanılmadan məzuniyyət təqdim edir.

16. Xəstələnmiş ailə üzvünə qulluq etmək üçün verilən məzuniyyət zamanı müavinət, bu şərtlə verilir ki, xəstəyə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya qoymaq imkanı olmasın.

14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət istər ambulator, istərsə də stasionar müalicəsi zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək verilir. Xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət anaya (ataya) və ya uşağa qulluq edən digər şəxsə verilir.

İnsanın immunçatışmazlığı virusu ilə yoluxmuş (İİV) və ya QİÇS xəstəliyinə tutulmuş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın müalicəsində valideynlərdən birinə, yaxud digər qulluq edən şəxsə uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün verilir.32[32]

İşləməyən ana xəstələndiyi hallarda uşağa qulluq edə bilmədikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 3 yaşadək uşaqlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir.33[33]

14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilərkən 7 təqvim günündən artıq olmayan müddətdə müavinət verilir. Xəstəyə qulluq edilərkən 7 təqvim günündən artıq vaxt üçün ailə üzvünün ağır xəstə olmasından və məişət şəraitindən asılı olaraq müstəsna hallarda müavinət verilməsinə icazə verilir.

Bu halda müavinət ümumilikdə 10 təqvim günündən artıq verilməməlidir.

Növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.



17. İşçi onu əhatə edən şəxslər arasında yoluxucu xəstəliklər olması nəticəsində sanitariya-epidemioloji xəstəliklərə qarşı mübarizə xidməti orqanları tərəfindən işdən kənar edildiyi zaman karantin üzrə müavinət verilir.

18. İşçi vərəm xəstəliyi və ya peşə xəstəliyi nəticəsində, öz işində əmək qabiliyyətini müvəqqəti itirmişsə, lakin işə zərər vermədən və müalicənin normal gedişini pozmadan başqa işi görə bilərsə, bu zaman o, həkim məsləhət komissiyasının (HMK) qərarı ilə və ya belə komissiya olmadıqda müalicə edən həkimin müalicə idarəsinin baş həkimi tərəfindən təsdiq edilmiş qərarı ilə müvəqqəti olaraq başqa işə keçirilməsi tövsiyə edilir.

Bu keçirilmə müdiriyyət tərəfindən, həmkarlar ittifaqı komitəsinin razılığı ilə həyata keçirilir.

İşçinin müvəqqəti olaraq keçirildiyi yeni işdəki əmək haqqı, onun əvvəlki işində aldığı əmək haqqından az olduqda, onda başqa işdə çalışdığı bütün vaxt üçün, ancaq 2 aydan artıq olmayaraq, xəstəlik vərəqəsi üzrə müavinət verilir. Müavinət ümumi əsaslar üzrə hesablanır, lakin elə miqdarda verilir ki, onun yeni işdəki qazancı ilə birlikdə məbləği əvvəlki işdəki tam faktiki qazancından artıq olmasın. Peşə xəstəliyi ilə əlaqədar olaraq başqa işə keçirilən işçiyə müavinət qüvvədə olan qanunvericiliyə əsasən əvvəlki və təzə işlərdə qazancların arasındakı fərqi müəssisədən almağa onun hüququ olmadıqda verilir.

19. Protez-ortopedik müəssisənin stasionarına qoyulduqda, stasionarda olan və stasionara gedib qayıtmaq müddəti də daxil olmaqla bütün vaxt üçün müavinət verilir.

20. Mövsümi və müvəqqəti işlərdə çatışan işçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ümumi əsaslar üzrə mövsüm müddətində verilir.

21. İşləyən əlillərə (müharibə əlillərindən başqa və sağlamlıq imkanları məhdud uşaqlara) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək şikəstliyi və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir.

Əgər işləyən əlilin və sağlamlıq imkanları məhdud uşağın əmək qabiliyyətinin müvəqqəti itirməsi əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da əmək şikəstliyi və ya peşə xəstəliyi ilə bağlı əlillik dərəcəsi və ya sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilənədək verilir.

İşləyən əlillərə (vərəm xəstəliyi olan əlillərdən başqa və sağlamlıq imkanları məhdud uşaqlara) vərəm xəstəliyi ilə xəstələndikdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət sağalanadək və ya vərəmlə xəstələnmə nəticəsində əlillik dərəcəsi və ya sağlamlıq imkanlarının məhdudluğu 34[34]yenidən baxılanadək, lakin 12 aydan artıq olmamaq şərtilə verilir.35[35]

22. İşçinin qanunla müəyyən edilmiş hallarda vaxtaşırı tibbi müayinədən keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün müavinət verilmir.

İşçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə müavinət verilmir.

23. Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra işə başlamalı olduğu gündən verilir.

24. Əmək qabiliyyətini müvəqqəti itirməsi işçiyə qanuna əsasən əmək haqqının dayandırılması ilə işdən (vəzifədən) kənar edildiyi dövrdə baş vermişsə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə başlamağa icazə verildikdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən verilir.

25. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;

- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;

- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;

- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).



"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir. 36[36]

26. Əmək qabiliyyətini müvəqqəti itirmə ərəfəsində üzrsüz səbəblərdən işə çıxmayan, həkimin təyin etdiyi rejimi pozan, yaxud da müəyyən olunmuş vaxtda həkim müayinəsinə və ya tibbi sosial ekspert komissiyasının yoxlamasına üzrsüz olaraq gəlməyən işçilərə qaydanı pozduğu gündən müdiriyyətin müavinət təyin edilməsi üzrə komissiyası tərəfindən müəyyən olunmuş müddətədək müavinətdən məhrum olunurlar.37[37]

27. Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.38[38]

28. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.39[39]

Əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir.

Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;

- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;

- məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3-cü hissəsinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz.

Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik işçinin əməkhaqqına uyğun olaraq müəyyən edilir.

Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir.



40[40]29. Müavinət hesablanarkən həqiqi qazanca, qüvvədə olan qaydalara əsasən, məcburi dövlət sosial sığorta haqlarının tutulduğu bütün növ əmək haqqı, müəyyən peşələri (vəzifələri) əvəz etmək üçün, o cümlədən qanunvericilikdə müəyyən olunmuş iş günü (iş növbəsi) ərzində müvəqqəti olaraq işdə olmayan işçinin vəzifəsinin yerinə yetirilməsi üçün, xidmət edilən sahənin genişləndirilməsi üçün və ya işin həcminin artırıldığına görə, həmçinin briqadaya və ya istehsalatda şagirdlərin öyrədilməsi üçün istehsalat praktikasına başçılıq edilməsi üçün verilən əlavə ödənişlər daxil edilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.41[41]

30. Müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir.

Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar.

Mükafatların ümumi məbləği bölünən aylarda işçinin əmək qabiliyyətinin müvəqqəti itirdiyinə görə tam işləmədiyi aylar, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət, hərbi təlim toplanışlarında olan, yaxud başqa müəssisəyə işə göndərilən müddət nəzərə alınmır. Əgər hesablama üçün 3 aydan az müddət götürülürsə, onda hər ayda rüblük mükafatın üçdə bir hissəsindən çox olmayan məbləğ hesaba alınır.

Müəssisənin illik fəaliyyətinin yekununa görə əməyin ödənilməsi fondundan mükafatlar və uzun müddət işləməyə görə verilən birdəfəlik mükafatların bütün hallarda on ikidə bir hissəsi aylıq əmək haqqına əlavə olunur.

Əgər işçi əvvəlki təqvim ilinin çox hissəsini və ya bütün ili Əsasnamənin bu bəndinin üçüncü abzasında göstərilmiş səbəblərdən işləməmişdirsə, onda həmin işçi üçün mükafatın orta aylıq məbləği keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilər üçün nəzərdə tutulmuş qaydada müəyyən edilir.


  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə