1. Lirik növün şifahi xalq ədəbiyyatındakı janrları




Yüklə 223.09 Kb.
tarix22.02.2016
ölçüsü223.09 Kb.

Ədəbiyyat

Azərbaycan şifahi xalq ədəbiyyatı


1. Lirik növün şifahi xalq

ədəbiyyatındakı janrları:

1- layla; 2- ağı; 3- vəsfi-hal;

4- lətifə; 5- əfsanə; 6- oxşama;

7- mahnı
A) 1,2,4 B) 3,4,5 C) 5,6,7

D) 1,2,3,6,7 E) 1,2,3,4,7
2. Şeir şifahi xalq ədəbiyyatının hansı janrındadır?

Qızıl öküzüm, yeri,



Qoyma şum qala geri,

İti tərpən, maralım,

Düşmənlər baxır bəri..”
A) əmək nəğmələri B) mərasim nəğmələri

C) bayatı D) mahnı E) sayaçı sözlər
3. “Nənəm, a narış qoyun,

Yunu bir qarış qoyun

Çoban səndən küsübdür,

Südü ver, barış,qoyun.”

Şeir şifahi xalq ədəbiyyatının hansı janrındadır?
A) holavar B) mərasim nəğməsi

C) layla D) sayaçı söz E) ağı
4. “Qızıl üzüyümün qaşı,

Bişdi bağrımın başı.

Mən deyən yar olmasa,

Yandırram dağı, daşı”.

Şeir məzmununa görə necə adlanır ?
A) yas mərasim nəğməsi

B) toy nəğməsi

C) mövsüm nəğməsi

D) əmək nəğməsi

E) qəhrəmanlıq nəğməsi
5. “Laylay, beşiyim,laylay,

Evim, eşiyim, laylay,

Sən get şirin yuxuya,

Çəkim keşiyin, laylay.”

Şeirin janrını göstərin:
A) oxşama B) layla C) bayatı

D) holavar E) mahnı
6. “Bostanda tağım ağlar,

Basma, yarpağım ağlar,

Sağ durduqca mən özüm,

Ölsəm, torpağım ağlar.”

Şeirin janrını müəyyənləşdirin:

A) sayaçı sözü B) holavar

C) bayatı D) oxşama E) ağı
7. Hansılar xalq əfsanələridir?

1- “Maral”; 2-“Qu quşu”;

3- “Ayın əfsanəsi”; 4- “Pəri qala”;

5- “Ayla Günəş”
A) 1,2,4,5 B) 2,3,4,5

C) 1,2,3,4 D) 1,3,4,5 E) 3,4,5

8. Nağıllar mövzularına görə bir neçə yerə bölünürlər:

1.sehirli 2. sentimental

3. heyvanlar haqqında 4. əfsanəvi

5. tarixi 6. ailə-məişət
A) 2,3,4,6 B) 1,3,5,6

C) 2,3,4,5 D) 1,2,3,4 E) 1,3,4,6

9. «Yeddi qardaş , bir bacı»,

Usta Abdulla”, “Yetim İbrahim»,



Qazanılmış manat” məzmununa görə hansı nağıllara aiddir?
A) sehirli B) heyvanlar haqqında

C) məişət D) tarixi

E) sentimental
10. Biri nağıl nümunəsidir:
A) “Dədəgünəş” B) “Beşbarmaq dağı”

C) “Ağ atlı oğlan” D) “Oğuz”

E) “Bayat”
11. Lətifələr ən çox kimin adı ilə bağlıdır?

1- Bəhlul Danəndə. 2- Sərdar Mikayıloğlu.

3- Molla Nəsrəddin. 4- Abdal Qasım.

5- Səməd Vurğun. 6- Ayrım Qasım.

7- Mirzə Bağı.
A) 1,2,3,7,8 B) 1,3,4,6,7

C) 2,3,4,5,7 D) 3,4,5,6,7

E) 1,3,4,5,6
12. Biri məsəldir:
A) “Bu günün işini sabaha qoyma”

B) “Sən çaldın”

C) “İşləməyən dişləməz”

D) “Qalan işə qar yağar”

E) “Könüldən könülə yollar görünür

II. Qədim dövr Azərbaycan ədəbiyyatı
1. “... Bıldır-bıldır gözünün yaşı rəvan oldu...

Güz alması kibi al yanağın dartdı, yırtdı.

Qarğa kibi qara saçını yoldu. “Oğul! Oğul!”-

deyibən zarlıq qıldı, ağladı”. Bu sözlər “Dədə Qorqud”

eposunda kimin dilindən söylənmişdir?

A) Selcan xatunun B) Qazan xanın

C) Burla xatunun D) Beyrəyin anasının

E) Dəli Domrulun anasının
2.“Dədə Qorqud” dastanı haqqında elm aləminə ilk məlumat verən:

A) Azərbaycan alimi H.Araslı

B) alman alimi Fridrix fon Dits

C) türk alimi Məhərrəm Ergin

D) türk alimi Orxan Şaiq Gökyay

E) Azərbaycan alimi S.Əlizadə
3. “Dədə Qorqud”da verilmiş oğuzun düşmənləri:

A) Şöklü Məlik, Qara Məlik, Yeynək

B) Səgrək, Bəkil, Basat

C) Şöklü Məlik, Qara Məlik, Trabzon təkuru

D) Təpəgöz, Dəli Domrul, Şöklü Məlik
4. Döyüşə başlamamış Qazan xan düşməndən nəyi qaytarmağı tələb edir?

A) var-dövlətini

B) oğlu Uruzu

C) Burla Xatunu

D) qoca anasını

E) oğlu və Burla Xatunu
5.Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən nə söylənilib?

A) rəvayətlər B) məsəllər

C) nağıllar D) atalar sözləri

E) bayatılar
6. “Dədə Qorqud” dastanında müqəddəs sayılır:

A) ağac B)su C) qopuz

D) qurd E) at
7. “Xəmsə”nin yazılma ardıcıllığı:

1. “Xosrov və Şirin”

2. “Leyli və Məcnun”

3. “İskəndərnamə”

4. “Sirlər xəzinəsi”

5. “Yeddi gözəl”

A) 1,4,5,2,3

B) 4,1,2,5,3

C) 2,3,4,1,5

D) 3,5,2,1,4

E) 5,4,2,1,3
8.N.Gəncəvinin vahid süjet xətti və baş qəhrəmanı olmayan poeması:

A) “Sirlər xəzinəsi”

B) “Xosrov və Şirin”

C) “Leyli və Məcnun”

D) “Yeddi gözəl”

E) “İskəndərnamə”
9. Nizami hansı əsərində İran və türk əxlaqını qarşılaşdırır?

A) “Sirlər xəzinəsi”

B) “Xosrov və Şirin”

C) “Leyli və Məcnun”

D) “Yeddi gözəl”

E) “İskəndərnamə”
10.Nizami hansı poemasında qadınları ərəb geyimli türk adlandırır?

A) “Xosrov və Şirin”də - Məhinbanu və Şirini

B) “Yeddi gözəl”də Fitnəni

C) “Leyli və Məcnun”da Leylini

D) “Sirlər xəzinəsi”ndə Sultan Səncərə ibrət verən qarını

E) “İskəndərnamə”də Nüşabəni
11. “Erkəksiz yaşayan bu dişi ceyran

Gözəldi, göyçəkdi erkək tovuzdan.

Xoş söhbət, ürəyi saf, mətanətli,

Bir pəri əndamlı, xoş təbiətli”

Şeir N.Gəncəvinin hansı əsərindəndir?

A) “Sirlər xəzinəsi” B) “Xosrov və Şirin”

C) “Leyli və Məcnun” D) “Yeddi gözəl”

E) “İskəndərnamə”
12. “İskəndərnamə” poemasında Nüşabəni rusların

əsirliyindən kim xilas edir?

A) Dara B) İskəndər

C) Pələngər D) Çin xaqanı

E) Əflatun
13. “Dədə Qorqud” eposu ilə N. Gəncəvi “Xəmsə”si üçün ortaq cəhət hansıdır?

A) Eyni ədəbi dövrə aid olmaları

B) Eyni dildə yaranmaları

C) janr eyniliyi

D) ideya eyniliyi

E) eyni yolla yaranmaları
14. M. Fizulinin “Əql yar olsaydı...” qəzəlinin lirik qəhrəmanı nə üçün öz eşq dərdini

gizli saxlayır?

  1. Çünki onun dərdini anlayacaq bir həkim yoxdur.

  2. Öz yarını əğyarla bir yerdə gördüyü üçün.

  3. Laləni bağrıyanıq gördüyü üçün.

  4. Səbirsiz olduğu üçün.

  5. Ağlı ona yardımçı olmadığı üçün.

III. Orta dövr Azərbaycan ədəbiyyatı



1. “Səndən iraq, ey sənəm,

şamü səhər yanıram,

Vəslini arzularam, daxi betər yanıram” -

şeirin müəllifi:

A) N.Gəncəvi

B) Q.Bürhanəddin

C) İ.Nəsimi

D) Ş.İ.Xətayi

E) M.Füzuli
2.Aşağıdakı şeirlərdən hansı İ.Nəsiminin deyil?

A) “Nədir”

B) “Ağrımaz”

C) “Ayrılır”

D) “Yanıram”

E) “Mən mülki-cahan”
3.Panteizm fəlsəfəsinə əsərlərində tez-tez rast gəlinən şair:

A) Q.Bürhanəddin

B) Ş.İ.Xətayi

C) M.Füzuli

D) S.Təbrizi

E) İ.Nəsimi
4. “Eşqilə şövqün odu canıma kar eylədi…” -

misrası İ.Nəsiminin hansı əsərindəndir?

A) “Mən mülki-cahan…”

B) “Yanıram”

C) “Məndə sığar iki cahan…”

D) “Bulunmaz”

E) “Ağrımaz”
5. Şeirlərində “Tanrı öz mənasını insanın

surətində bəyan etmişdir” fikrini əks etdirən şair:

A) N.Gəncəvi B) Nəbati

C) Q.Bürhanəddin

D) Ş.İ.Xətayi E) İ.Nəsimi
6. “Mən ərşilə fərşü kafünunam,

Mən şərhü bəyan, bəyan mənəm, mən”,

beytinin müəllifi:



A) N.Gəncəvi B) Nəbati

C) Q.Bürhanəddin D) Ş.İ.Xətayi

E) İ.Nəsimi
7. Qızılbaşlıq ideyasının məxsus olduğu şair?

A) Q.Bürhanəddin

B)İ.Nəsimi

C) M.Füzuli

D) Ş.İ.Xətayi

E) M.P.Vaqif
8.Ana dilində ədəbi irsi divandan, didaktik mənzumələrdən,

Nəsihətnamə” və “Dəhnamə”dən ibarət olan şair:



A) Q.Bürhanəddin

B) İ.Nəsimi

C) Ş.İ.Xətayi

D) M.Füzuli

E) S.Təbrizi
9. “Ənəlhəq sirri uş könlümdə gizli

Ki həqqi-mütləqəm, həq söylərəm mən”,

beyti ilə Xətayi hansı görüşlərini əks etdirir?



A) sufilik

B) hürufilik

C) qızılbaşılıq

D) ələvilik

E) həllacilik
10. “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır”,

- beytilə başlayan qəzəlin müəllifi:

A) Q.Bürhanəddin B) İ.Nəsimi

C) Ş.İ.Xətayi D) M.Füzuli

E) S.Təbrizi
11. Ş.İ.Xətayinin “Ayrılır” qəzəlinin bəhri:

A) rəcəz B) həzəc C) xəfif D) səri

E) rəməl

12. Ş.İ.Xətayi hansı əsərində baharın füsunkarlığı

ilə insan gözəlliyini vəhdətdə təqdim edir?

A) “Dəhnamə”

B) “Ayrılır”

C) “Mövsimi-qış getdi...”

D) “Nəsihətnamə”

E) “Bahar oldu ki, aləm gülşən oldu”
13. Şeirin janrı və müəllifi:

...Ey müəllim, aləti-təzvirdir əşrarə elm,



Qılma əhli-məkrə təlimi-məarif, rinhar,

Hiylə üçün elm təlimin qılan müfsidlərə,

Qətli-anı üçün verir cəlladə tığı-abidar.”

A) tuyuq, Q.Bürhanəddin

B) rübai, İ.Nəsimi

C) qəzəl, Ş.İ.Xətayi

D) qitə, M.Füzuli

E) qoşma, Həbibi
14. “Bir yarə bu dərdi eylədim faş,

Olmadı mənə bu yolda yoldaş.

Səbr eyləmədi bu dərdü dağə,

Qatlanmadı, düşdü daşə, dağə.”

M.Füzulinin “Leyli və Məcnun” poemasında bu sözləri kim söyləyir?

A) Məcnun B) Leyli

C) İbn Salam D) Zeyd

E) Məcnunun anası
15. “Xosrov deyiləm ki, mənə dilbər,

Şirin ola gah, gah Şəkkər”.

Bu sözlər N.Gəncəvinin “Xosrov və Şirin” poemasında kimə məxsusudur?

A) Şapura B) Xosrova

C) Fərhada D) Məcnuna

E) İbn Salama
16. “Bir sınmışa mumiya dilərdim,

Bir xəstə üçün şəfa dilərdim.

Gördüm, görünür bu əmr müşkül,

Bimar deyil əlaca qabil.”

Füzulinin “Leyli və Məcnun”dan verilmiş bu

misralarda özünə bəraət qazandıran:

A) Məcnun B) İbn Salam

C) Zeyd D) Nofəl

E) Leylinin atası
17.M.Füzuli “Leyli və Məcnun” poemasında baş

qəhrəmanın faciəsinin əsas səbəbini nədə görür?

A) Nofəlin verdiyi sözü yerinə yetirməməsində

B) İbn Salamın Leyliyə elçi düşməsində

C) Zəmanənin adət-ənənələrində

D) Leylinin atasının mühəfizəkarlığında

E) Məcnunun atasının qətiyyətsizliyində
IV. Yeni dövr Azərbaycan ədəbiyyatı

I mərhələ. XVII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı



1. “Koroğlu” dastanı neçənci əsrlərdə yaranmışdır?

A) XV-XVI

B)XVI-XVII

C)XVII-XVIII

D)XIV-XV

E)XVIII-XIX
2. “Koroğlu” dastanı hansı tarixi hadisələrlə səsləşir?

A) məzdəkilərlə

B) cəlalilərlə

C) kəndli üsyanı ilə

D) xürrəmilərlə

E) babilərlə
3. Koroğlunu məğlubedilməz edən ən böyük qüvvə:

A) qırat B) misri qılınc

C) dəli nərəsi D) xalq məhəbbəti

E) Nigar xanım
4. “Utan, qoç Koroğlu, utan!

Dağların damənin tutan!

Sənin kimi başa çatan

Elin qədrini nə bilər?!”

Koroğlu kimin diliylə tənbeh edilir?

A) Nigar xanımın

B) Dəli Həsənin

C) Aşıq Cununun

D) Bəlli Əhmədin

E) Eyvazın
5. “Həmzənin Qıratı qaçırması” qolu ilə bağlı səhv fikri göstərin:

A) Dastanda Koroğlunun aldadılması və

öz səhvlərini təkbaşına düzəltməsi təsvir edilir.

B) Dastanda “İgidin arxası xalqdır”,

El məsləhətini dinləyən ziyan çəkməz” fikirləri təbliğ olunur.



C) Dastanda mərdliklə-hiyləgərlik üz-üzə gəlir.

D) Koroğlu Həmzənin diribaşlığını görüb, onun adını Kaloğlan qoyur.

E) Hasan paşaya rəğbət bəsləyən Keçəl Həmzə

Toqata gələn Koroğlunu ələ verir.
6. “Koroğlu” dastanında iştirak etməyənlər:

A) Dəmirçioğlu, Bəlli Əhməd

B) Dəli Həsən, Eyvaz

C) Yeynək, Dəli Domrul

D) Aşıq Cünun, Keçəl Həmzə

E) Ərəb Reyhan, Alı kişi
7. “Gah zaman başına tirmə şal bağlar,

Gah olur ki, zülf gizləyib xal bağlar,

Kalağayın qabağına al bağlar

Yaşılın altından, ağın üstündən.”-

Şeirin müəllifi və janrı:

A) Q. Zakir, gəraylı B) M. P. Vaqif, qoşma

C) M.V.Vidadi, qoşma D) B. Şakir, müxəmməs

E) X. Natəvan, qəzəl
8. M.P.Vaqifin “Bəri bax”şeirinin janrı:

A) qəzəl B) müxəmməs

C) gəraylı D) qoşma

E) rübai
9. M. P. Vaqifin müxəmməsləri:

A) “Zeynəb”, “Qurbanı olduğum”

B) “Bax”, “Hayıf ki, yoxdur “

C) “Var”, “Görmədim»

D) “Küsmüşəm”, “Bax”

E) “Zeynəb”, “Var”
10. “Koroğlu” eposunda Koroğlunun qayınatası kimdir?

A) Osmanlı sultanı

B) Mahmud paşa

C) Camal paşa

D) Bolu bəy

E) Aslan paşa
V. II mərhələ. XIX əsr Azərbaycan ədəbiyyatı

1. “Gümüş kəmər, incə belli,

Ağ biləkli, nazik əlli,

Ay qabaqlı, siyah telli,

Ürəyimi üzən gözəl”- şeirin müəllifi:

A) M.P.Vaqif

B) M.V.Vidadi

C) Q.Zakir

D) B.Şakir

E) Aşıq Alı
2. Zakirin aşağıdakı qoşmalarından biri ictimai motivli deyil:

A) “Üzünə”

B) “Dost yolunda cəfa çəkdim, can üzdüm”

C) “Gözün yolda qaldı, könül intizar”

D)”Dost yolu bağlandı, ümid kəsildi”

E) “Durnalar”
3. “Diyarı-qürbətdə müddətdi varam,

Gecə-gündüz canan deyib ağlaram.

Mən də sizin kimi qəribi zaram,

---------------------------------------”

Axırıncı misra hansı olmalıdır?

A) Təğafül etməyin, Allahı sevər

B) Var isə canandan sizdə bir xəbər

C) Eyləməyin məndən haşa, durnalar!

D) Dönməsin bağrınız daşa, durnalar!

E) Zakirəm, od tutub alışıb ciyər
4. Q. Zakirin ruhaniləri tənqid etdiyi şeir:

A) “Bax” B) “Eylər”

C)”Gəlsin” D) “Qarabağ qazisi”

E) “Durnalar”
5. M.F.Axundzadənin “Hekayəti- vəziri- xani Lənkəran”

komediyasında əsas gülüş hədəfləri:

A) Teymur ağa və Mirzə Həbib

B) Şölə xanım və Nisə xanım

C) Lənkəran xanı və onun vəziri

D) Teymur ağa və Nisə xanım

E) Mirzə Həbib və Teymur ağa
6. Hacı Kərim, Ağa Zaman,

Molla Salman, Məşədi Cabbar,

Səfər bəy M.F.Axundzadənin

hansı komediyasının tənqir hədəfləridir?

A) “Hekayəti-xırs quldurbasan”

B) “Hekayəti– vəziri – xani Lənkəran”

C) “Hekayəti- mərdi-xəsis”

D) “Mürafiə vəkillərinin hekayəti”

E)”Hekayəti molla İbrahimxəlil kimyagər”
7. M.F. Axundzadənin “Hekayəti – molla-İbrahimxəlil kimyagər”

komediyasında dövrünün açıq fikirli adamı:

A) Zərgər Hacıkərim B) Hacı Nuru

C) Ağa Zaman D) Səfər bəy

E) Məşədi Cabbar
8. Dialoq, monoloq, remarka kimi bədii nitq formalarını

ilk dəfə ədəbiyyatımıza gətirən ədib:

A) Ə. Haqverdiyev B) N. Vəzirov

C) Ə. Gorani D) C. Məmmədquluzadə

E) M.F. Axundzadə
9. M.F. Axundzadənin “Hacı Qara” komediyasında hansı obraza münasibətdə gizli, üstüörtülü satira hiss olunur?

A) Heydər bəyə B) Hacı Qaraya

C) Orxan yüzbaşıya D) naçalnikə

E) Tükəzə
10. M.F. Axundzadənin “Müsyö Jordan” komediyasında təsvir olunan məkan :

A) Fındıqlı dərəsi

B) Təklə Muğanlı obası

C) Şəki

D) Lənkəran şəhəri

E) Təbriz şəhəri
10. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Azərbaycan ədəbiyyatında maarifçiliyin yaranması

2. ana dilində divan yazılması

3. heca vəzninin yazılı ədəbiyyata gətirilməsi

4. Əhdi Bağdadinin “ Gülşəni-Şüəra” təzkirəsinin yazılması

A) 2,3,4,1

B) 1,2,3,4

C) 3,2,1,4

D) 4,1,3,2

E) 2,1,4,3
11. M.F. Axundzadənin hansı əsərinin süjeti ailə-məişət macəraları üzərində qurulmuşdur?

A) “Hekayəti-vəziri-xani Lənkəran”

B) “ Hekayəti-xırs quldurbasan”

C) “Hacı Qara”

D) “ Mürafiə vəkillərinin hekayəti”

E) “ Aldanmış kəvakib”

VI. Yeni dövr Azərbaycan ədəbiyyatı III mərhələ

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı

1. “Molla Nəsrəddin” jurnalının

ədəbiyyatımıza gətirdiyi janrlar:

A) hekayə, təmsil, povest, felyeton

B) məsnəvi, pyes, satirik hekayə, taziyanə

C) satirik hekayə, felyeton, satirik şeir, taziyanə

D) hekayə, povest, oçerk, roman

E) xatirə, qəsidə, fəxriyyə, məsnəvi
2.Kim C.Məmmədquluzadəni

Molla Nəsrəddin”çilərin “ağsaqqal yoldaşı”



adlandırmışdır?

A) Ö.F.Nemanzadə

B) Ə.Qəmküsar

C) M.Ə.Sabir

D) C.Məmmədquluzadə

E) Ə.Nəzmi
3. “Molla Nəsrəddin” jurnalı hansı ədəbi cərəyanı formalaşdırmışdır?

A) romantizm B) tənqidi realizm

C) realizm D) maarifçi realizm E) sentimentalizm
4.“Molla- Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri:

1. Ö.F. Nemanzadə 2.M.Hadi 3. M.Ə.Sabir

4. A.Şaiq 5.M.S.Ordubadi 6. Ə.Qəmküsar

7.H.Cavid 8. Ə.Haqverdiyev

A) 1,3,5,6,8

B) 2,3,5.8

C) 4,5,6,7,8

D) 1,4,5,7,8

E) 2,3,6,7
5. “Molla Nəsrəddin”in başlıca məramı:

A) nöqsanları tənqid etmək və açıb göstərmək

B) xalqın oyanışını və dirçəlişini təmin etmək

C) çar rejiminin rüşvətxorluğunu və ikiüzlülüyünü göstərmək

D) mollaları, qazıları düz yola dəvət etmək

E) xalqı silahlı üsyana hazırlamaq
6. Ə.Haqverdiyevin “Molla Nəsrəddin”

jurnalının ürəyi adlandırdığı şəxs:

A) Ə.Qəmküsar

B) M.M.Şəbüstəri

C) C.Məmmədquluzadə

D) Ö.F.Nemanzadə

E) Ə.Nəzmi
7. “Molla Nəsrəddin” jurnalının təsirilə

Cənubi Azərbaycanda satirik şeirlər yazmış şair:

A) M.Şəhriyar B) M.Möcüz C) Ə.Nəzmi

D) S.Behrəngi E) Ə.Qəmküsar
8. “Füyuzat” jurnalı hansı ideyaların təbliğatçısı idi?

A) ruslaşmaq, fransızlaşmaq, iranlılaşmaq

B) türkçülük, islamçılıq, müasirlik

C) millətçilik, beynəlmiləlçilik, xalqlar dostluğu

D) tərkidünyalıq, itaətkarlıq, dözümlülük

E) millilik, dünyəvilik, xristianlıq
9.”Füyuzat” jurnalı neçənci ildə

və harada çap olunmuşdur?

A)1906-1907-ci illərdə ,Tiflisdə

B)1909-1910-cu illərdə, Bakıda

C)1908-1909-cu illərdə, Təbrizdə

D)1915-1916-cı illərdə, Gəncədə

E)1906-1907-ci illərdə, Bakıda
10. “Ucundadır dilimin həqiqətin böyüyü,

Nə qoydular deyəyim, nə kəsdilər dilimi”,- şeirin müəllifi:

A) M.Hadi B) A.Səhhət C) H.Cavid

D) Ə.Hüseynzadə E) A.Şaiq
11.Romantizm ədəbi cərəyanına mənsub olan şairlər:

A) H.Cavid, M.Hadi, A.Şaiq

B) H.Cavid, M.Hadi, Ə.Nəzmi

C) A.Səhhət, A.Şaiq, M.Ə.Sabir

D) Ə.Hüseynzadə, Ə.Qəmküsar, A.Sur

E) M.Hadi, A.Şaiq, M.S.Ordubadi
12. C.Məmmədquluzadənin ilk qələm təcrübəsi:

A) “Çay dəstgahı” B) “Poçt qutusu”

C) “Usta Zeynal” D) “Ölülər”

E) “Anamın kitabı”
13. C.Məmmədquluzadənin hekayələri sırasında verilə bilməz:

A) “Poçt qutusu” B) “Qurbanəli bəy”

C) “Saqqallı uşaq” D) “Ölülər”

E) “Usta Zeynal”
14. C.Məmmədquluzadənin “Anamın kitabı” əsərinin mövzusu və əsas qayəsi:

A) avamlığın, geri qalmanın tənqidi

B) milli müstəqillik, birlik, soykökə bağlılıq

C) insanları dini xurafatdan qorumaq

D) erməni-müsəlman münaqişəsi

E) ictimai quruluşda olan süründürməçilik
15.“...Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib

gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar...”-

C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən verilmiş bu fikirlər kimə məxsusdur?

A)Rüstəm bəyə

B)Mirzə Məhəmmədəliyə

C)Səməd Vahidə

D)Gülbahara

E)Əbdüləzim kişiyə
16.C.Məmmədquluzadənin sovet

dövründə baş verən hadisələri əks

etdirən əsərləri:

1.”Bəlkə də qaytardılar”. 2.”Taxıl həkimi”.

3.”Dəllək”. 4.”Quzu”. 5.”Şeir bülbülləri”.

6.”Nigarançılıq”. 7.”Proletar şairi”.

8.”Konsulun arvadı”

A)1,2,5,7

B) 3,4,5,7

C)2,6,7,8

D)1,4,5,8

E)4,5,6,7
17. “Biz çobanıq, dağdı, daşdı yerimiz,

Yoldaşımız qoyun-quzu sürümüz,

Dərs almayıb, haqdı ki, heç birimiz,

Amma zövqü səfalıdı çobanlar,

Qardaşlıqda vəfalıdı çobanlar”-

Şeir C.Məmmədquluzadənin hansı əsərindəndir?

A) “Ölülər”

B) “Şeir bülbülü”

C) “Poçt qutusu”

D) “Anamın kitabı”

E) “Qurbanəli bəy”
18. M.Ə.Sabirin təxəllüsləri

A) “Hophop”, “Nizədar”, “Məşədi Sijimqulu”

B) “Kefsiz”, “Lağlağı”, “Hophop”

C) “Hophop”, “Nizədar”, “Çuvalduz”

D) “Səbuhi”, “Molla Nəsrəddin”, “Nizədar”

E) “Məşədi Sijimqulu”, “Kefsiz”, “Hophop”
19.M.Ə.Sabirin satirik şeirimizə gətirdiyi janrlar:

A)qəzəl, taziyanə, qırmanc, satirik marş, sual-cavab

B) taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab

C)qəsidə,qırmanc,məsnəvi,qitə, qəzəl

D)qoşma,rübai,tuyuq,qəzəl,məsnəvi

E)taziyanə, qəsidə,qəzəl, tuyuq, bəhri-təvil
20. Biri M.Ə.Sabirin uşaq şeiri deyil:

A) “Uşaq və buz” B) “Yaz günləri”

C) “Cütçü” D) “Bura say!”

E) “Ağacların bəhsi”
21.M.Ə.Sabirin satiralarının əsas mövzusu:

A)maarifçilik, inqilaba çağırış, varli sinfin tərifi,cəhalət, mövhumat

B)sosial-siyasi çətinlik, xalqın geriliyi,mövhumat, cəhalət,qadın azadlığı

C) xurafat,qadın hüquqsüzluğu,məhəbbət,silahlı üsyan

D)vətənpərvərlik, məhəbbət,maarifçilik, xalqlar dostluğu

E) təbiəti qorumaq, dözümlülük, ədalətlilik, saf əxlaq.

22. M.Ə.Sabirin “Səttərxana” şeiri hansı üslubdadır?

A) satirik B) ictimai C) romantik

D) maarifçi E) realist
23. “...Qafqazlılarız, yol kəsiriz, nam alırız biz”

-misrası M.Ə.Sabirin hansı əsərindəndir?

A) “Dindirir əsr bizi...”

B) “Millət şərqisi”

C) “Amalımız, əfkarımız ifnayi-vətəndir”

D) “Satıram”

E) “Səbəb boynu yoğun oldu”
24. M.Hadi yaradıcılığına xas olan aparıcı ideya:

A) vətən, millət, azadlıq, qurtuluş

B) vətən, millət, islama qayıdış

C) saf və təmiz məhəbbət, beynəlmiləlçilik

D) təbiəti qorumaq, insanlara hürriyət

E) olum, ölüm, hürriyət və istiqlal
25.M.Hadinin şeir kitabları:

A) “Əlvahi-intibah”, “Şükufeyi-hikmət”

B) “Dad istibdad”, “Təraneyi-əhraranə”

C) “Firdövsi-ilhamat”, “Şükufeyi-hikmət”

D) “Qürbət ellərdə yadi-vətən”, “Türkün nəğməsi”

E) “Bir əməlim”, “Nəğmeyi-əhraranə”


26. C. Məmmədquluzadənin hansı əsərinə dövlət quruculuğunun əsas prinsiplərini şərh edir?

A) “Cümuriyyət”

B) “ Anamın kitabı”

C) “Təzə partilər”

D) “ Millət”

E) “ Şəhər və kənd”
27. M. Ə Sabirin süjetli satiraları üçün aşağıdakılardan hansı əsasdır?

A) canlı mükalimə əsasında ifadə olunan əhvəlatlar və münasibətlər

B) bəhri-təvil

C) epik təsvir

D) nağılvarilik

E) yüksək nikbin ovqatın tərənnümü


VII. Ən yeni dövr Azərbaycan ədəbiyyatı. I mərhələ

XX əsrin 10-cu illərinin sonlarından 50-ci illərə qədər Azərbaycan ədəbiyyatı.

1. “Çırpınır Qara dəniz” şeirinin müəllifi:

A) M.Müşfiq B) Ə.Cavad

C) S.Rüstəm D) O.Sarıvəlli

E) S.Vurğun
2. “Partbiletim sol cibimdə, ürəyimin başındadır”,

- sözləri ilə Azərbaycan sovet şairinin poetik

şəxsiyyətini müəyyənləşdirən sənətkar:

A) R.Rza

B) S.Vurğun

C) O.Sarıvəlli

D) M.Rəfili

E) S.Rüstəm
3. “Ələmdən nəşəyə” kitabında yaradıcılıq manifestini elan edən şair:

A)S.Rüstəm

B)S.Vurğun

C)M.Rahim

D)M.Müşfiq

E)N.Rəfibəyli
4. “Oxu, tar...” şeirinin müəllifi:

A) A.İldırım B) M.Müşfiq C) M.Şəhriyar

D) S.Vurğun E) R.Rza
5. M.S.Ordubadinin əsərləri sırasında verilənlərdən biri səhvdir:

A) “Dumanlı Təbriz” B) “Gizli Bakı” C) “Döyüşən şəhər”

D) “Qılınc və qələm” E) “Söyüdlü arx”
6. Xalqımızın milli-mənəvi zənginlikləri keşiyində

dayanan M.Cəlal hansı romanında ciddi problemlər

qaldırmış və güclü xarakterlər yaratmışdır?

A) “Təzə toyun nəzakət qaydaları”

B) “İclas qurusu”

C) “Bir gəncin manifesti”

D) “Kəntərovlar ailəsi”

E) “İnsanlıq fəlsəfəsi”
7. Ədəbiyyatımızın milli romantik şeirin, mənzum dramın və faciənin müəllifi:

A) M.Hadi B) H.Cavid

C) A.Şaiq D)M. Müşviq

E) A. Səhhət

8. Yaradıcılığının ilk mərhələsində qəzəl, qoşma və gəraylı yazmış sənətkar:

A) İ.Nəsimi B) M. Fizuli

C) S.Ə.Şirvani D) H. Cavid

E) İ. Əfəndiyev
9. Sonet, türkü və marş janrlarını

ədəbiyyatımızda ilk dəfə işlədən sənətkar:

A) C.Cabbarlı

B)Ə.Cavad

C)Ə.Münzib

D) S.Mənsur

E) H.Cavid
10. H.Cavidin ailə-məişət mövzusunda pyesi:

A) “Maral”

B) “Şeyx Sənan”

C) “Səyavuş”

D) “Topal Teymur”

E) “İblis”
11. Aşağıdakı misralar H.Cavidin hansı şeirindəndir?

– “Quzum, yavrum! Adın nədir?

Gülbahar

Pəki, sənin anan, baban varmı?

Var...”

A) “Qız məktəbində” B) “Öksüz Ənvər”

C) “Çiçək sevgisi” D) “Rəqs” E) “Uyuyur”
12. H.Cavidin dialoqlardan ibarət süjetli şeirləri:

A) “Öksüz Ənvər”, “Çiçək sevgisi”, “Qız məktəbində”

B) “Rəqs”, “Uyuyur”, “Könlümü”

C) “Pəmbə”, “Çarşaf”, “Ah, yalnız sən”

D) “Get”, “Çəkilmə, gül”, “Mən istərəm ki”

E) “Öksüz Ənvər”, “Qız məktəbində”, “Çəkilmə, gül”
13. H.Cavid “İblis” faciəsində hansı obraz vasitəsilə müharibələri pisləyir?

A) İblis B) Rəna C) Arif D) Elxan E) İbn Yəmin
14.H.Cavidin monoloq şəklində yazılmış şeirləri:

A) “Get”, “Könlümü”, “Çəkinmə, gül”

B) “Uyuyur”, “Məzlumlar üçün”,“Neçin”

C) “Öksüz Ənvər”, “Çiçək sevgisi”, “Qiz məktəbində”

D) “Mən istərəm ki”, “Pəmbə çarşaf”, “Ah, yalnız sən”

E) “Get”, “Könlümü”, “Xuraman-xuraman”
15. H.Cavidin müharibə mövzusunda yazdığı əsər:

A) “Ana” B) “Maral” C) “Afət”

D) “İblis” E) “Şeyda”
16. “Rəna, İbn Yəmin, İxtiyar Şeyx, qaçaq zabit Elxan”

H.Cavidin hansı əsərinin qəhrəmanlarıdır?



A) “Şeyx Sənan” B) “Peyğəmbər” C) “Afət”

D) “Topal Teymur” E) “İblis”
17. “Xəyal!...Əvət, yaşadan yalnız əhli-halı odur,

Yaşarsa bir könül, az-çox xəyal içində yaşar”, - şeirin müəllifi:

A) M.Hadi B) A.Səhhət

C) H.Cavid D) A.Şaiq

E) Ə.Vahid
18. H.Cavidin “Azər” janr etibarı ilə:

A) lirik poemadır

B) epik poemadır

C) lirik-epik poemadır

D) faciədir

E) komediyadır
19. Bu göy boya Göy Moğaldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya İslamlığın sarsılmayan inamı,

Ürəklərə dolmalı.

Bu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı! –

Şeirin müəllifi kimdir?

A) M.B.Məmmədzadə B) Ə.Cavad

C) H.Cavid D) C.Cabbarlı E) M.Ə.Rəsulzadə

20.”Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan...”

Bu sözləri C.Cabbarlının hansı qəhrəmanı deyir?

A) Aydın B) Oqtay Eloğlu C) Bəhram D) Firəngiz E) Amalya

21. C.Cabbarlının hansı pyesinin konflikti iki cəbhənin:

bir tərəfdə azadlıq, milli və sosial tərəqqi tərəfdarları,

o biri tərəfdə despotizm, feodal dərəbəyliyinin

mübarizəsi üzərində qurulmuşdur?

A) “Trablis mübarizəsi”

B) “Ədirnə fəthi”

C) “Nəsrəddin şah”

D) “Aydın”

E) “Sevil”
22. C.Cabbarlının “Nəsrəddin şah” pyesində hadisələrin baş verdiyi məkan:

A) Azərbaycan B) İran

C) Əfqanıstan D) Hindistan

E) Gürcüstan
23. Aşağıdakı pyeslərdən biri C.Cabbarlının deyil:

A) “Nəsrəddin şah” B) “Trablis müharibəsi”

C) “Ədirnə fəthi” D) “Knyaz”

E) “Od gəlini”
24. C.Cabbarlının “Oqtay Eloğlu” faciəsi necə başlayır?

A) Oqtayın monoloqu ilə

B) Oqtayın tamaşaya hazırlıq görməsi ilə

C) Firəngizin teatra getməsi ilə

D) Aslan bəyin çıxışı ilə

E) Oqtayın qubernator tərəfindən sürgünə göndərilməsi ilə
25. C.Cabbarlının “Oqtay Eloğlu” pyesində yığıncaqlarda

teatrı tərifləyən, həqiqətdə isə aktyor peşəsini ləyaqətsizlik

sayan Avropa paltarlı cahil:

A) Firəngiz B) Oqtay C) Sevər

D) Aslan bəy E) Tamara
26. C.Cabbarlının “Oqtay Eloğlu” pyesindən olan bu sözləri Oktay kimə deyir?

Aldanırsan...Bunu bizimçin kim edəcəkmiş!..



Başqalarında səhnə,mədəniyyət, hər şey var, bizdə yox.

Yaşamaq istəyiriksə, yaratmalıyıq”.

A)Səməd bəyə

B)Aslan bəyə

C) Firəngizə

D) Sevərə

E) Tabasaranskiyə
27. C.Cabbarlının hansı əsərinə tamaşaya gələn

qadınlar səhnədəki hadisələrin təsiri ilə

çarşablarını teatr səhnəsində qoyub gedirlər?

A) “Almaz” B) “Oqtay Eloğlu” C) “Sevil”

D) “Dönüş” E) “Aydın”

28. C.Cabbarlının “Oqtay Eloğlu” əsəri ideya və xüsusiyyətinə görə oxşadığı pyes:

A) “Solğun çiçəklər”

B) “Vəfalı Səriyyə”

C) “Nəsrəddin şah”

D) “Aydın”

E) “Od gəlininə”
29. Biri C.Cabbarlı yaradıcılığına aid müsbət

surətlər sırasında verilə bilməz:

A) Aydın

B) Oqtay Eloğlu

C) Sevil

D) Balaş

E) Sara
30. “ Bu ellər gecəni qatıb gündüzə,

Faşist ordusuyla gəlib üz-üzə,

Dastanlar yazacaq öz hünəriylə,

Ordular basacaq öz zəfəriylə”

S. Vurğunun hansı əsərindəndir?

  1. Qızıl şahinlər”

B) “Vətən keşiyində”

C) “Qəhrəmanın hünəri”

D) “Partizan Babaş”

E)” Gözaydınlığı”
31. S.Vurğunun ailə və məhəbbət probleminə

həsr olunmuş mənzum romanı:

A) “Zamanın bayraqdarı”

B) “Dar ağacı”

C) “Aygün”

D) “Muğan”

E) “Komsomol poeması”
32. S.Vurğunun poeması:

A) “Şairin ölümü” B) “Vətən keşiyində”

C) “Şəfqət bacısı” D) “Macəra”

E) “Rəhbərin çağırışı”
33. “... Yanında balası, yağış gölündən

Əyilib su içir bir ana ceyran...”

Şeir S.Vurğunun hansı poemasındandır?

A) “Komsomol poeması” B) “Talıstan”

C) “Aslan qayası” D) “Muğan”

E) “Aygün”
34.S.Vurğunun tarixi mövzuda yazdığı poemalar:

1.”Dar ağacı” 2.”Aslan qayası”

3.”26-lar” 4.”Üsyan” 5.”Qız qayası”

6.”Macəra” 7.”Hörmüz və Əhriman”

8.”Zamanın bayraqdarı”

A)1,3,4,6,8

B)2,3,5,7,8

C)3,4,5,6,7

D)1,2,3,5,8

E)1,3,5,7,8
35. Obrazlardan biri S.Vurğunun “Vaqif” pyesində iştirak etmir:

A) İbrahim xan B) Vaqif

C) Xanlar D) Eldar

E) Xuraman
36. S.Vurğun hansı pyesində hökmdar və zəmanə, zəhmət, məhəbbət, ideal kimi

məsələlərə toxunmuşdur?

A) “Fərhad və Şirin” B) “Vaqif”

C) “Xanlar” D) “İnsan” E) “Muğan”
37.S.Vurğunun hansı əsərinin mövzusu Azərbaycan

xalqının XVIII əsrin sonlarında xarici qəsbkarlara

qarşı mübarizəsindən götürülmüşdür?

A) “Xanlar”

B) “İnsan”

C) “Vaqif”

D) “Ayın əfsanəsi”

E)”Qız qayası”
38. “... Sizin güldüyünüz çoban torpağı,

Nizamilər, Füzulilər yetirmiş!”

Bu sözlər S.Vurğunun hansı əsərindəndir?

A) “Komsomol poeması”

B) “Aygün”

C) “Vaqif”

D) “Xanlar”

E) “İnsan”
39. “Vaqif” pyesindəki vətənpərvər qüvvələr:

A) M.P.Vaqif, Eldar, Kürd Musa

B) Qacar, Eldar, M.P.Vaqif

C) M.V.Vidadi, M.P.Vaqif, Xuraman

D) İbrahim xan, M.P.Vaqif, Eldar

E) Xuraman, Əli bəy, M.P.Vaqif
40. “Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandır”

Vaqif” pyesində hansı obrazın həyat fəlsəfəsidir?



A) İbrahim xanın B) Vaqifin C) Ağa Məhəmməd Şah Qacarın

D) Xuramanın E) Eldarın
41. İkinci dünya müharibəsində qəhrəmanlıq göstərən

azərbaycanlı təyyarəçinin həyatını əks etdirən

poema və onun müəllifi:

A) “Qızıl şahinlər”, S.Vurğun

B) ”Ana və poçtalyon”, S.Rüstəm

C) “Leninqrad göylərində”, M.Rahim

D) “Gətir, oğlum, gətir”, O.Sarıvəlli

E) “Min dörd yüz on altı”, B.Vahabzadə
42. “Saçlı”, “Ağbulaq dağlarında”, “Qafqaz qartalı”,

Şamo” əsərlərinin müəllifi:



A) S.Hüseyn B) M.S.Ordubadi C) S.Rəhimov

D) Ə.Vəliyev E) M.İbrahimov
43. “Mənim atam süfrəli bir kişiydi,

El əlindən tutmaq onun işiydi,

Gözəllərin axıra qalmışıydı...”-

Bu misralarla atasını xatırlayan şair:

A) M.Şəhriyar

B) S.Vurğun

C) S.Rüstəm

D) M.Rahim

E) R.Rza
44. “Türkün dili tək sevgili, istəkli dil olmaz,

Ayrı dilə qatsan bu dil əsil olmaz” - sözlərinin müəllifi:

A) M.Hadi B) M.Şəhriyar

C) S.Rüstəm D) B.Vahabzadə

E) B.Azəroğlu
45.Süleyman Rüstəm və Məmməd Rahimə mənzum məktub yazmış cənublu şair:

A) S.Tahir B)Səhənd

C) B.Azəroğlu D)M. Şəhriyar

E)Ə.Tudə
46.Aşağıdakılardan biri janrına görə lirik poemadır:

A) “İskəndərnamə”

B) “Leyli və Məcnun”

C) “Muğan”

D) “Heydərbabaya salam”

E) “Qızılgül olmayaydı...”
47. Beşlik formasında (aaabb), heca vəznində yazılmış poema:

A) “Xosrov və Şirin”

B) “Dəhnamə”

C) “Aygün”

D) “Heydərbabaya salam”

E) “Qızılgül olmayaydı...”


48.H. Cavidin müharibə mövzusunda yazdığı “İblis” faciəsində aşağıdakılardan birinə rast gəlinmir:

A) müharibə səhnələrinə

B) məhəbbət motivlərinə

C) müxtəlif millətlərin nümayəndələrinə

D) mifoloji surətlərə

E) müharibələrin səbəblərinin aydılaşdırılmasına
49. C. Cabbarlının ədəbi qəhrəmanlarından biri Moskvada

bitirib. Bu ədəbi qəhrəman və onun

yazdığı əsər hansıdır?

  1. Sevil-“Azərbaycan qadınlığının inkişafı”

  2. Oktay- “Qaçaqlar”

  3. Oktay-“ Yaşamaq istiyiriksə”

  4. Aslan- “ Mənsur və Sitarə”

  5. Balaş- “ Sevil”


VIII. Ən yeni dövr Azərbaycan ədəbiyyatı

II mərhələ XX əsrin ortalarından bu günə qədər Azərbaycan ədəbiyyatı

1. “...Belə məğrur dayanmaqda haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam!”,

- misralarının müəllifi:

A) S. Vurğun

B) M. Müşfiq

C) R. Rza

D) B.Vahabzadə

E) N.Xəzri
2. R.Rzanın ilk mətbu əsəri:

A) “Bu gün” B) “Bolşevik yazı”

C) “Bəxtiyar” D) “Rüşvətxorlar mərsiyəsi”

E) “Vətən”
3. R.Rzanın ilk şeir kitabları:

A) “Bu gün”, “Çinar”

B) “Vətən”, “Bəxtiyar”

C) “Ölməz qəhrəmanlar”, “İntiqam, intiqam”

D) “Çapey”, “Qanadlar”

E) “Qəzəb və məhəbbət”, “Si-Ay”
4. R.Rzanın nəsrlə yazılmış oçerk, hekayə və povestdən ibarət əsəri:

A) “Vəfa”

B) “Qəzəb və məhəbbət”

C) “Qızılgül olmayaydı”

D) “Min dörd yüz on səkkiz”

E) “Madrid”
5.İkinci Dünya müharibəsi dövründə çap olunmuş

Vəfa”, “Bəxtiyar”, “İntiqam!..İntiqam!..”, “Qəzəb və məhəbbət” kitablarının müəllifi:



A)S. Rüstəm B) R.Rza

C) S.Vurğun D) O.Sarıvəlli

E) M.Rahim
6. R.Rzanın əsərlərindən biri müharibə mövzusunda deyil:

A) “Bəxtiyar” B) “Bu gün” C) “Vətən”

D) “İntiqam!.. İntiqam!..” E) “Qəzəb və məhəbbət”
7. “Biz onunla tanış olduq

bir yaz səhəri

Gənc işçi”də”



Bu misralarda söhbət kimdən gedir?

A) O.Sarıvəlli ilə S.Vurğundan

B) R.Rza ilə S. Vurğundan

C) S.Rüstəmlə M.Rahimdən

D) M.Müşfiqlə R.Rzadan

E) S.Rəhmanla M.Müşfiqdən


8. R.Rza “Qızılgül olmayaydı” poemasında

müasirləri kimin yaddaşına, poeziyaya

məhəbbətinə heyran qalırdı:

A) S.Vurğunun B) S.Rəhmanın C) R.Rzanın

D) S.Rüstəmin E) M.Müşfiqin
9. “...Hər şeydən artıq

Şeirin əsiri idi.

Yuxuda şeir yazardi

(Özü deyərdi bunu –

şeirə qul olduğunu!)

Bu misralarla obrazı yaradılan sənətkar:

A)M.Müşfiq B)R.Rza

C) S.Rüstəm D)S.Vurğun E)B.Vahabzadə
10. Biri R.Rzanın beynəlxalq mövzuda yazdığı

əsərlər sırasında verilə bilməz:

A) “Mən torpağam” B) “Madrid”

C) “Həbəşistan” D) “Almaniya”

E) “Cəlladları durdur”
11. R.Rzanın “Qızılgül olmayaydı” poeması necə başlayır?

A) Dilbər xanımın gecə gəlişilə

B) M.Müşfiqin represiya olunması ilə

C) R.Rza ilə M.Müşfiqin “Gənc işçi” qəzetində görüşü ilə

D) M.Müşfiqin anadan olmasının təsviri ilə

E) M.Müşfiqin evində axtarışların aparılması ilə
12.Ədəbiyyatımızda lirik- psixoloji

dramaturgiyanın banisi:

A) M.F. Axundov

B) İ. Əfəndiyev

C) C.Cabbarlı

D) S.Rəhman

E) H.Cavid
13. İ.Əfəndiyevin xalqımızın birliyi probleminə həsr etdiyi ilk dram əsəri:

A) “Şeyx Xiyabanı”

B) “Atayevlər ailəsi”

C) “Xurşidbanu Natəvan”

D) “Sən həmişə mənimləsən”

E) “Mahnı dağlarda qaldı”
14. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində Natəvan əri Knyaz Xasay xandan ayrılarkən ona nə bağışlayır?

A) övladlarının şəkli olan medalyonu

B) iki böyük kənd

C) Xankəndində olan mülkünü

D) Ağdamdakı torpaq sahələrini

E) Qarabağ xanlığının gəlirinin yarısını


15. İ.Əfəndiyevin avtobioqrafik məzmunlu əsərləri:

A) “Geriyə baxma, qoca”, “Üçatılan”

B) “Söyüdlü arx”, “Mənim günahım”

C) “Körpüsalanlar”, “Şeyx Xiyabani”

D) “Xurşudbanu Natəvan”, “Bahar suları”

E) “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən”
16. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində Mil düzündən Şuşaya su çəkdirən Natəvana qarşı çıxan:

A) Knyaz Xasay xan

B) Əmisi oğlu Hidayət xan

C) Şair Zabir bəy

D) Müəllimi Mirzə Ruhulla

E) İran Şahzadəsi
17. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində hadisələrin baş verdiyi məkan:

A)Gəncə

B)Bakı

C)İrəvan

D)Borçalı

E)Qarabağ
18. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindəki mənfi obrazlar:

A) Knyaz Xasay, Qafqaz canişini, Mirzə Ruhulla, İran şahzadəsi

B) Zahir Vəfa bəy, Hidayət xan, İran şahzadəsi və onun vəziri Məliküddövlə

C) Natəvan, Mirzə Ruhulla, Xasay xan, Hidayət xan

D) Zahir Vəfa bəy, Hidayət, Natəvan, Mirzə Ruhulla

E) Seyid Hüseyn, Natəvan, Zahir Vəfa bəy, Hidayət
19. İ.Şıxlının avtobioqrafik məzmunlu əsəri:

A)”Cəbhə gündəlikləri”

B) “Məni itirməyin”,

C) “Daima axtarışda”

D)”Ayrılan yollar”

E) “ Namərd gülləsi”
20. İ.Şıxlının “Dəli Kür” romanında başqalarından tələb etdiyi qeyrət və

namusun mütləq timsalı ola bilməyən obraz:

A) Şamxal B) Allahyar

C) Molla Sadıq D) Cahandar ağa

E) Zərnigar
21. İ.Şıxlı “Dəli Kür” romanını yazarkən təsirləndiyi əsər:

A)M.Şoloxovun “Sakit Don”

B) L.Tolstoyun “Hərb və sülh”

C) S.Rəhimovun “Şamo”

D)E.Heminqueyinin “Əlvida, silah”

E) C.Londonun “Həyat eşqi”
22. İ.Şıxlının “Dəli Kür” romanında Şamxalın

o dövr üçün ən böyük qəbahəti:

A) evdən qaçaraq oxumağa getməsi

B) feodal ailəsinin əsas prinsiplərinə qarşı çıxması

C) atası Cahandar bəyin tərəfini saxlaması

D) məktəbi yarımçıq buraxıb evə gəlməsi

E) anası Zərnigara qarşı çıxması
23. İ. Şıxlının “Dəli Kür” romanında Şamxal harada atasının varisi olmalı idi?

A)Qarabağda

B) Borçalıda

C) İrəvanda

D) Gəncədə

E) Göytəpədə
24. İ.Şıxlının “Dəli Kür” romanında yeni ilə köhnənin üz-üzə durduğu obrazlar:

A) Şamxal və Mələk

B) Mələk və Zərnigar

C) Mələk və Allahyar

D) Cahandar ağa və A. Çernyayevski

E) Allahyar və Molla Sadıq
25. Stalin terrorunun sona çatdığını,

lakin cəmiyyətdə ikili vəziyyətin

hökm sürdüyünü əks etdirən əsər:

A) “Dəli Kür”

B) “Cəbhə gündəlikləri”

C) “Ayrılan yollar”

D) “Namərd gülləsi”

E) “Məni itirməyin”
26. B.Vahabzadənin poemaları:

A) “Ana dili”, “Cavab”, “Mənim anam”

B)” İstiqlal”, “Atılmışlar”, “Şəhidlər”

C) “Vicdan”, “Yağışdan sonra”, “Fəryad”

D) “Ağ saçlar”, “Ana və şəkil”, “Ana”

E) “ Mənim anam”, “ İlk cığır”, “ Bəsdir”
27. “Şəhid məzarları...Düşmən qənimi

Vətənin köksündə vüqarla durub.

Mənim varlığımı bir təsdiq kimi,

Yurdun sinəsinə möhürlər vurub”

- B.Vahabzadənin hansı əsərindəndir?

A) “Şəhid məzarları”

B) “Şəhidlər”

C) “Təyyariçilər”

D) “Vətən var”

E) “Bəsdir”
28.B.Vahabzadənin mənzum dramları:

1. “Vicdan”. 2. “Şəhidlər”. 3. “Yağışdan sonra”.

4. “İstiqlal”. 5. “Fəryad”. 6. “Yollara iz düşür”.

7. “Atılmışlar”. 8. “İkinci səs”

A) 2,3,4,6,8 B) 1,2,4,6,7

C) 1,2,3,5,6 D) 1,3,5,6,8 E) 3,4,5,6,7.
29. B.Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesi hansı

dastanın motivləri əsasında yazılmışdır?

A) “Koroğlu” B) “Qaçaq Nəbi”

C) “Dədə Qorqud” D) “Aşıq Qərib”

E) “Şah İsmayıl”
30.B.Vahabzadə “Gülüstan” poemasını necə bitirir?

A) “Heydərbabaya salam”poemasından gətirdiyi şeirlə

B) SSRİ-yə qarşı silahlı üsyana çağırışla

C) İranla dostluğun möhkəmləndirilməsi işinin təbliği ilə

D) Tomris və Babəkin qəhrəmanlığının tərənnümü ilə

E) Azərbaycan xalqını birliyə səsləyən misralarla
31. “Ey kağız parçası əvvəl heç ikən,

Yazılıb qollanıb yoxdan var oldun.

Böyük bir millətin başını kəsən,

Qolunu bağlayan hökmdar oldun.”

Bu misralar B.Vahabzadənin hansı poemasındandır:

A) “Muğam”

B) “Şəhidlər”

C) “Gülüstan”

D) “Şəbi-hicran”

E) “Ağlar-güləyən”
32. “Arazın bu tayı vətən, o tayı vətən.

Vətəni görməyə amanım yox mənim”

Nümunə B.Vahabzadənin hansı əsərindəndir?

A) “Gülüstan” B) “Ağ saçlar”

C) “Vətəndən-vətənə” D) “Dörd yüz on altı”

E) “Şəhidlər”
33. “Yolda” və “Dilqəm” poemalarının müəllifi:

A) M.Araz

B) C.Novruz

C) H.Arif

D) S.Rüstəmxanlı

E) B.Vahabzadə
34. N.Həsənzadəyə aid edilən əsərlərdən biri onun deyil:

A) “Nəriman” B) “Zümrüd quşu”

C) “Kimin sualı var?” D) “Atabəylər”

E) “Atayevlər ailəsi”
35. “Nəsimi” poemasının müəllifi:

A) Hüseyn Arif

B) Nəbi Xəzri

C) Məmməd Aslan

D) Qabil

E) Nəriman Həsənzadə

36. “Gəncə qapısı”, “Sağ ol, ana dilim”,

Qan yaddaşı”, “Ömür kitabı” şeir kitablarının müəllifi:



A) Qabil B) N.Xəzri C) S.Rüstəmxanlı

D) X.R.Ulutürk E) M.Araz
37. İsa Hüseynov hansı əsəri ilə Azərbaycan nəsrinə yeni ovqat gətirdi?

A) “Məhşər” B) “İdeal” C) “Yanar ürək”

D) “Ədəbiyyat” E) “Tütək səsi”
IX. Ədəbiyyat nəzəriyyəsi

1. Mətlə və məqtə beytləri hansı şeir şəklinə aiddir?

A) qoşma B) gəraylı

C) qəzəl D) bayatı E) müxəmməs
2.Yazılı ədəbiyyatın epik növünə daxildir:

A) əfsanə, təmsil, hekayə, oçerk

B) təmsil, hekayə, povest, roman

C) nağıl, novella, xatirə, roman

D) dastan, hekayə, novella, oçerk

E) lətifə, təmsil, oçerk, xatirə
3.Yazılı ədəbiyyatda işlənən lirik növün janrları:

A) bayatı, qəzəl, tuyuq, rübai

B) nəğmə, tuyuq, rübai, qitə

C) qəzəl, qəsidə, tuyuq, mürəbbe

D) qəsidə, mahnı, qəzəl, mürəbbe

E) ağı, qəzəl, rübai, tuyuq
4. Məzmununa görə qoşmanın növləri:

A) gözəlləmə, ustadnamə, qıfılbənd, vücudnamə

B) gəraylı, təcnis, dodaqdəyməz, divani

C) müxəmməs, vücudnamə, müstəzad, ustadnamə

D) bayatı, ustadnamə, qıfılbənd, vücudnamə

E) divani, gəraylı, qıfılbənd, gözəlləmə
5. Bəndin misradaxili bölgüsü:

Əzizim, bağda dara,



Zülfünü bağda dara,

Vəfalı bir dost üçün

Rumu gəz, Bağdad ara.”

A)5+2

B)4+3

C)3+4

D) 2+5

E) 4+4
6. Məzmununa görə qəsidənin növləri:

1.qəzəl 2.rübai 3.minacat 4.nət

5.qitə 6.mədhiyyə 7.fəxriyyə

A) 3,4,6,7

B) 1,2,3,5

C) 3,4,5,7

D) 1,3,5,6

E) 2,4,5,6
7. İndi dağlar qalın qara tamarzı,

Dağ çayının dodaqları çatlayıb.

Arandakı lalə açan düzlərə,

Qaynar günəş manqal kimi köz yayıb.
Şeirdə hansı bədii təsvir vasitələri var?



  1. təşbeh, metafora

  2. epitet, metonimiya, rəmz

  3. sinexdoxa, epitet, kinayə

  4. təşbeh, metonimiya, epitet

  5. təkrir, metafora, təşbeh


8. Aşağıdakılardan biri bütün ədəbi növlərə aid deyil:

A) süjet xətti

B) məzmun

C) forma

D) ideya

E) janr




Tərtib etdi: Sevil Qaziyeva 2012



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə