1. Ləngimə və Tormozlanma Prosesləri




Yüklə 13.46 Kb.
tarix25.04.2016
ölçüsü13.46 Kb.

1.Ləngimə və Tormozlanma Prosesləri

İnsanın xarici mühit şəraitinə uyğunlaşması onun sinir sisteminin fəaliyyəti ilə bağlıdır.Sinir sisteminin tənzimedici fəaliyyətində iki istiqamət ayırd edilir.Orqanizmin daxili orqanlarinin və toxumalarının normal fəaliyyəti tənzim olunur,digər tərəfdən isə xarici mühitlə orqanizmin daxili mühiti arasında sabit mütənasiblik saxlanılır.İ.Pavlov bu istiqamətlərdən birincisini ibtidai,ikincisini ali sinir fəaliyyəti adlandırmışdır. O,göstərmişdir ki, orqanizmdə orqanların normal fizioloji fəaliyyətin və orqanizmlər arasında qarşılıqlı funksional əlaqənin yaradılmasını ibtidai sinir fəaliyyəti həyata kecirir.İbtidai sinir fəaliyyətini baş beyinin qabıqaltı şöbələri və onurğa beyin icra edir.Bu əsasən şərtsiz vegetativ reflektor reaksiyalar xarakteri daşıyır.Ürəyin fəaliyyətini digər müəyyən iş görərkən ürəklə digər orqanların qarşılıqlı əlaqəli fəaliyyətini buna misal göstərə bilərik. İ.Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə bölünür.Beyin fəaliyyətinin ikinci səciyyəvi oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan heyvanlara müvazinətıi tip deyilir.Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkisaf etmişsə,buna müvazinətsiz sinir tipi deyilir.

Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oyanma və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur.Şəraitin dəyişməsi ilə əlaqədar olaraq,çox vaxt tezliklə oyanmanın və ləngiməyə və əksinə ləngimənin oyanmaya keçməsi baş verir.Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır.Tədqiqatlar göstərirki,sinir sisteminin bu tipi iki cür ola bilər :

1.Mütəhərrik ( cəld ) tiplər – bunlarda bir hadisədən digərinə tez kecirilir.

2.Durğun tiplər – bunlarda oyanma və ləngimə bir birinə çox gec və çətinliklə keçir.

Xarici amillərin təsiri sayəsində sinir sisteminin tipini dəyişdirmək və onları bir tipdən digərinə çevirmək mümkündür.Məsələn; məktəb şəraitində müəllim sinir sisteminin tipində zəiflik hiss olunan şagirdlərə icrası xeyli cəsarət tələb edən tapşırıqlar verməklə onların sinir sistemini gücləndirə bilər.

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki,onların sinir sistemi tiplərinə uyğun gəlir.İnsanda aşağıdakı sinir tipləri ayırd edilir :

1.Sanqivink tip ( diribaş tip).Bu,ən yaxşı tip hesab olunur.Sanqviniklər üç səciyyəvi xüsusiyyətlə başqalarından fərqlənir.Bunlar güclü oyanma və güclü ləngimə qabiliyyəti,müvazinəti və mütəhərrik sinir sistemi tipi olan adamlardır.

2.Melanxolik tip (zəif tip).Bu tipin əsas xüsusiyyəti qabığı hüceyrələrinin işgörmə qabiliyyətinin zəif olmasından ibarətdir.Bunlarda hüdudxarici ləngimə çox tez əmələ gəlir.Oyanma və lənigmə prosesləri cox gec və olduqca zəif cərəyan edir.Beyin qabığı fəaliyyətində ləngimə üstün olur.

3.Xolerik tip ( hövsələsiz tip) – bu tipə aid olan insanlar güclü sinir sisteminə malikdirlər.Bu insanlarda oyanma və ləngimə hadisələri öz ağır dinamizmi ilə seçilir.Bu proseslər bir-birinə çətinliklə keçir.Möhkəm iradəli,ehtirasini boğa bilən insanlar bu qrupa aid edilir.

4.Fleqmatik tip- (sakit,durğun tip).Bu tipə aid olan insanların əsas xüsusiyyəti az mütəhərrik olmalarıdır.Belə insanların güclü və müvazinətli sinir sistemində çox vaxt oyanma və ləngimə prosesləri ağır cərəyan edir və çətinliklə biri digəri ilə əvəz olunur.

İ.P. Pavlov insan və heyvan orqanizminin xarici mühitlə əlaqəsinin qanuna uyğunluqlarını araşdırıb ali sinir fəaliyyətinin tərkib hissələri kimi siqnal sistemi haqqında təlim yaratmışdır.İ.P. Pavlov heyvanlarda (əsasən itlərdə) sinir tiplərinin hiss üzvlərinə göstərdiyi bilavasitə təsir, müəyyən obyektiv və subyektiv duyğular,təəssüratlar və təsəvvürlər yaradn konkret fəaliyyəti əhatə edir. İnsan və heyvanlar üşün ümumi olan şərtsiz və şərti qıcıqların qarşılıqlı analiz və sintezi müvafiq davranış vaxtlarının əasını təşkil edir. Deməli xarici və daxili mühitin beyində əks olunması,inikası,ilk növbədə birinci siqnal sisteminin siqnalları sayəsində təmin olunur və bunun neyrofizioloji mexanizm və qanunauyğunluqları həm insan, həm də heyvan üçün demək olar ki,eynidir.Lakin, insanda birinci siqnal sistemi heyvanlarda olduğundan daha mürəkkəb,daha dolğun funksional mütəhərriklik və zənginlik kəsb etmişdir.Heyvanlardan fərqli olaraq,insanda birinci siqnalsistemi ilə yanaşı, müstəsna dərəcədə zənginlik və üstünlük kəsb etmiş ikinci siqnal sistemi də mövcuddur.

Bu sistem siqnalların söz ifadəsi (nitq), eşidilən və oxunan sözlərdən (söz siqnallarından və ya ikincili siqnallardan)ibarətdir.Sözlər,nitq səsləri, yazılı məlumatlar və s. bu kimi təsirlər beyində məna kəsb edir və bir-birindən fərqləndirilir.Sözün mənası insan tərəfindən anlaşıldığı halda onun davranışını idarə edir,ətrafdakılara bələdləşir,ünsiyyət saxlayır.Söz öz mənasını itirdikdə,anlaşılmadıqda, o yalnız birinci siqnal sistemi kimi təsir göstərir,yaxud da insanda heç bir reaksiya doğurmur.İkinci siqnal sistemi insanın davranışında,onun mürəkkəb psixi fəaliyyət formalarının(təfəkkür,analiz-sintez və s.) təşəkkülündə müstəsna rol oynayir.İkinci siqnal sistemi birinci siqnal sistemi üzərində qurulur və keyfiyyətcə daha yüksək,daha əhatəli inikası formasıdır.

Məlumdur ki,insanların tipologiyası ikinci siqnal sisteminin(nitqin),şüurun və yaradıcılığın olmasına görə ali heyvanlardan fərqlənir.İ.P.Pavlov bu xüsusiyyətlərə diqqət yetirərək insanları əsasən iki tipə bölməyi təklif etmişdir:bədii və mütəfəkkir.Bədii tiplərin davranışında parlaq obrazın yaranmasının əsasında duran birinci siqnal sistemi üstünlük təşkil edir.Belə adamlar yaradıcılıq,idrak qabiliyyətinə malik olmaqla yanaşı parlaq bədiilik və gzəllik haqqında obrazlı düşünmək xüsusiyyətinə malik olurlar.Mütəfəkkir tiplərin davranışında əsasən ikinci siqnal sistemi üstünlük təşkil edir.Onların idrak və təfəkküründə mücərrəd təsəvvürlər aparıcı rol oynayır.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə