1. Əsas istehsal fondlarının iqtisadi mahiyyəti və onların təsnifatı




Yüklə 315.23 Kb.
səhifə1/3
tarix20.04.2016
ölçüsü315.23 Kb.
  1   2   3
1. Əsas istehsal fondlarının iqtisadi mahiyyəti və onların təsnifatı

Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən icti­mai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasi­tə­lərinin müxtə­lif kəmiyyət nisbətlərində və kom­bi­nasiyalarda bir­­­ləş­­dirilərək insanların tələ­batları­nı ödə­mək üçün maddi ne­mət­lərin ya­ra­dıl­ması pro­se­sidir. Əmək vasitələri və əmək pred­met­ləri, mə­lum olduğu kimi, icti­mai istehsalın mad­­di ünsür­lə­ridirlər. Əmək prosesindəki və məhsulun yaradılmasındakı ro­lu­na görə əmək va­sitələri isteh­sa­lın mü­hüm ami­lidir. Məhz əmək va­sitələri isteh­salın texniki və ictimai əmək məh­sul­darlığının səviyyəsini müəy­­yən edir. Əmək vasitələri de­dik­­də, binalar, qurğular, nəq­liyyat vasitə­ləri, iş maşınları və ava­­dan­lıqları, güc maşınları, ötü­rü­cü me­xa­nizm­lər, öl­çü və tən­zimləmə cihaz­ları və s. nəzərdə tutu­lur. Bun­ların içə­risində ən ak­tivi istehsal avadanlıqlarıdır ki, bun­lara xammal və mate­rial­ları bilavasitə emal edən və onlarda müəy­yən fiziki, kimyə­vi də­yi­şik­lik apa­ra bilən, onu yeni isteh­lak dəyərinə çevirə bi­lən bütün dəzgah­lar, maşınlar, aqreqatlar və me­xanizmlər daxildirlər.

Əsas fondlar isteh­sal prosesində uzun müddət və bütövlükdə iş­tirak edən, öz na­tu­ral formasını saxlayan və dəyərini is­teh­­sal edi­­lən məhsulun üzərinə – köhnəl­mə­ dərəcəsin­­­­­dən asılı olaraq – hissə-his­­sə ke­çi­rən əmək va­sitə­lərinin maddi-texniki deyil, dəyərlə ifa­də olunmuş formasıdır.

Azərbaycan Respublikasında mövcud olan qaydaya görə, də­yəri 550 min manatdan (şərti maliyyə vahidinin 100 mislin­dən) yu­xarı və ömür müd­­dəti 1 ildən çox olan istehsal-texniki tə­yi­natlı əmək vasitə­lə­ri­nin dəyəri əsas fond­lara, dəyəri 550 min ma­natdan və ömür müd­dəti isə 1 ildən az olanlar isə dövriyyə fond­larına aid edilir. Be­lə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sa­də­ləş­diril­mə­si ilə əla­qə­dardır. Çünki dəyəri 550 min manatdan az olan və ömür müddəti 1 ildən çox olan is­teh­sal va­si­tələrinin əsas fondlar kimi uço­tunun aparılması əmək tu­tum­lu­dur və uçot işini xeyli dərəcədə mürək­kəb­ləş­di­rir.

Əsas istehsal fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəy­yən funksiyaları yerinə yetirən əmək vasi­tə­lə­ri da­xil edilir. Mövcud uçot qay­dasına müvafiq olaraq əsas fond­ların də­yərinə istehsal müəssisələrinin, təchizat və satış təş­ki­lat­larının anbarlarında olan maşın və avdanlıqlar, quraş­dır­maq üçün veril­miş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikin­ti­nin balansında olan avadanlıqların dəyəri daxil edilmir.

Müəssisənin əsas fondları,əsas istehsal fond­la­rı və qeyri-isteh­sal əsas fondlarına bölünür. İs­tehsal əsas fond­larına bilavasitə istehsal pro­se­sində işti­rak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edi­lir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xid­mətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşər­gələri və s.) binaları, qurğula­rı və s. aid edilir. Əsas istehsal fond­la­rından fərqli olaraq, bunlar istehsal pro­­sesində iştirak et­mə­­dik­lə­rin­dən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçir­mir­­lər, da­ha doğrusu, keçirə bilməzlər. Onlar öz dəyərlərini istis­mar edil­dik­cə itirirlər. Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-isteh­sal əsas fondlarının təkrar istehsalı yal­nız yeni in­ves­ti­siya qo­yu­­lu­şu vasitəsilə həyata keçirilir.

Əsas istehsal fondlarının tərkib hissələrindən biri də qeyri-mad­di aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduq­la­rından dəyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların (qeyri-maddi əsas fondların) fiziki əsasları (ölçüləri) yoxdur. Qeyri-maddi ak­tiv­lər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər.

Qeyri-maddi aktivlərə patentlər, əmtəə (mal) nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan (torpaq və təbii resurslar, ixtiraçılıq və müəlliflik və s.) istifadə, "nou-hau", rəs­mi­ləş­dirilmiş məsləhət və s. aid edilir.

Müəssisənin sərəncamındakı əsas fondlar – iqtisadi məzmu­nu­na gö­rə həmcins ol­sa­lar da – əşya formasında müxtəlif ünsür­lər­dən ibarət olurlar. Buna görə də əsas fond­­­ların uçota alınmasını hə­­yata keçirmək, onların təkrar is­tehsalının həcmcə artırıl­masını əsaslandırmaq və habelə onlardan istifadə olunması işinə nəzarəti güc­ləndir­mək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda bir­ləş­dirir, yəni təsnifləşdirirlər. Əsas fondların təsnifatı onların is­teh­­sal­dakı işinin xarakterinə (təyinatına) görə əsas fondların dif­fe­ren­sasi­yasını nəzərdə tutur, onların müasir texniki səviyyəsini əks et­di­rir.

Əsas istehsal fondları onların istehsaldakı funksiya­la­rı­nın xa­rakteri, texniki səviyyələri və ayrı-ayrı ünsürlərin isteh­sal­dakı tə­yinatı və xidmət müddətləri kimi əlamətlərə görə təs­nifləş­dirilir.



Qüvvədə olan təsnifata görə müəssisənin əsas fondları öz tə­yi­nat­ları, istehsaldakı funksiyaları və maddi məzmunlarına görə aşağıdakı kimi qrup­laş­dırılır.

«Binalar». Bu qrupa istehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait ya­ra­­dan, müxtəlif maşın mexanizmləri xarici mühitin təsir­­rindən qoru­yan, işçilər üçün istehsal meydançası ve­rən ha­belə yaşayış sosial-mədəni xidmət təyinatlı me­­marlıq-tikinti ob­yekt­ləri aiddir. İstehsal binalarına isə istehsal habelə köməkçi xidmətedici sexlərin binaları daxildir. Həmin qru­pa sadalananlardan başqa, labora­toriyalar, qazanxanalar, kom­p­ressor stansiyaları yerləşdirilən binalar həmçinin müəs­sisə ida­­sinin, anbarların binaları habelə yanğından mühafizə bina­ları da aid edilir.

«Qurğular». Bu qru­pa əmək predmetlərinin (xammal, ma­te­rial, yarımfabrikatlar s.) emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin istehsal pro­se­sində müəy­yən funksiyaları icra etmək üçün şə­rait yaradan mühən­dis-tikinti obyektləri aiddir. Əsas fond­ların bu qrupuna suqal­dırma su nasosu stansiyaları, su anbarları, dam­­balar, bəndlər, təsər­rüfatdaxili dəmir yolları, müxtəlif yüklə­-boşaltma qurğu­ları, estakadalar, su quyuları, asma yollar, kör­­lər s. daxildir.

«Ötürücü qurğular». Bu qrupa elektrik, istilik mexaniki ener­ci­nin, habelə maye qaz halında olan maddələrin ötürül­­sinə kömək edən qurğular aiddir. Ötü­rücü qurğulara elektrik, qaz istilik şəbəkələri, rabitə xətləri, bu­xar, neft, hava, turşu, qırıntı, sexlərarası su kəmərləri kanallar aiddir.

«Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bö­lü­nür:

1. «Güc maşınları avadanlıqları» yarımqrupuna istilik elek­trik enercisi yara­dan maşın-generatorlar, buxar maşınları turbin­ləri, daxili yanma mühərrikləri, is­tilik elektrik ener­cisini mexaniki enerciyə çevirən maşın-mühərriklər, elektrik ­hər­rik­ləri, transfor­ma­torlar, paylayıcı qurğular s. aiddir. Belə əsas fond­lar ener­ci­nin alınması, çevrilməsi bölüş­dürülməsi üçün ­zərdə tutulmuşdur. Bu qəbildən olan güc maşınları avadan­lıq­larının texniki mükəm­məl­liyi müəssisələrin enerci ilə təchizatının səviyyəsini müəyyən edir.

2. «İş maşınları avadanlıqları» yarımqrupuna bila­vasitə əmək predmetlərini (xammal, material yarım­fab­rikat­ları) mexaniki, termik kimyəvi emal edən maşınlar, ava­dan­lıqlar aparatlar aiddir. Bunlar əmək predmetinə təsir etməklə onları hazır məh­sula çevirməklə texnoloci proses­lərdə bila­vasitə iştirak edirlər. Maşın avadanlıqların bu yarımqrupu əsas sexlərin həm bütövlükdə müəssisə­nin istehsal gücünü müəyyən edir.

3. «Nəzarət-ölçü nizamlama cihazları laboratoriya ava­danlıqları» yarım­qru­puna avtomatik idarəetmə mexanizmləri, vax­­­, təzyiqi, temperaturu, sürəti s. ölçən nizam­la­yan ci­hazlar, avtomatik idarəetmə pult­ları, dispetçer nəzarət vasitə­ləri, müəs­­­sisə elmi-tədqiqat laboratoriyalarının cihaz aparat­ları s. aiddir. Bunlar is­tehsal proseslərini əl ilə avtoma­tik olaraq, tex­noloci proseslərin recim parametr­­ri­nin ölçül­­si onlara nəza­rət et­mək, laboratoriya-sınaq tədqiqatları aparmaq üçün­dür.

4. «Hesablama texnikası» yarımqrupuna elektron hesablama ma­şınları, idarəçi analoci maşınlar (kompüterlər, printerlər, ska­­nerlər, telefon aparatları s.), rəqəmli hesablayıcı maşınlar qurğular, informasiyanın yığılması ötürülməsi üçün avadan­lıqlar s. aiddir.

5. «Avtomat maşın avadanlıqlar» yarımqrupuna proq­ramla idarə olunan dəzgahlar, avto­matik xətlər, kimyəvi-termiki emal üçün qızdırıcı soba s. kimi maşın avadanlıqlar aiddir. Bun­lar is­tehsal prosesinin bütün əməliyyatları­nın müəyyən texnoloci ar­dıcıllıqla, verilmiş ritmlə, in­sanın bi­­lavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır. Fəhlə yalnız ava­dan­­ğı sazlayır, texnoloci prosesin gedişinə ­zarət edir, ilk yükləmə son boşaltma əmə­liy­yat­la­rını yerinə yetirir.

6. «Sair maşın avadanlıqlar» yarımqrupuna avtomat telefon stan­siyalarının avadanlığı, yan­ğınsöndürən maşınlar, soyudu­cu­lar, televizorlar s. aiddir. Bu yarımqrupa yuxarıda göstə­ril­miş yarımqruplara daxil olmayan müəyyən texniki funksiyaları ye­ri­ yetirən maşın mexanizmlər daxildir.

«Nəqliyyat vasitələri». Bu qrupa elektrik, istilik buxarla ­ləyən dartıcılar, vaqonlar, avtomobillər, elektrik arabaları, magis­tral neft-qaz kəmərləri s. aiddir.
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə