1. Danışıq səslərindən bəhs edən dilçilik şöbəsi necə adlanır?




Yüklə 0.68 Mb.
səhifə1/4
tarix09.03.2016
ölçüsü0.68 Mb.
  1   2   3   4
1. Danışıq səslərindən bəhs edən dilçilik şöbəsi necə adlanır?

A) fonetika

B) leksika

C) morfologiya

D) sintaksis

E) söz yaradıcılığı



2. Hansı sözdə həm qalın, həm də incə saitlər işlənmişdir?

A) ədəbiyyat

B) Qarabağ

C) arı


D) bolluq

E) uşaqlar



3. Hansı sözlərdə ancaq qalın saitlər işlənmişdir?

-1-. qoşun 2. alın 3. salon 4. sürü 5. peşə 6. bülbül

A) 1,2,3

B) 1,3,4

C) 2,4,5

D) 3,6

E) 1,5,6



4. Ahəng qanununa tabe olan sözləri göstərin.

A) ağıllı

B) güldan

C) Mahir

D) Vüqar

E) Elman



5. Verilmiş sözlərdən neçəsinin yazılışı ilə tələffüzü fərqlənir?

Sima, qiymətli, böhran, xəstə, qonaq, balta

A) 3


B) 5

C) 2


D) 6

E) 4


6. Söz birləşməsinin hansında asılı sözün son samiti kar kimi tələffüz olunur?

A) fındıq ləpəsi

B) real əsər

C) alma ağacı

D) əncir yarpağı

E) dəmir qapı



7. Sözlərin düzgün yazılış qaydaları hansı terminlə ifadə olunur?

A) orfoqrafiya

B) əlifba

C) leksika

D) fonetika

E) orfoepiya



8. “Şəhərə bir həftə bundan öncə gəlmişdim” cümləsində neçə söz yazılışından fərqli tələffüz edilir?

A) 2


B) 3

C) 1


D) 4

E) 5


9. Yalnız fonetikaya aid terminlər hansı sıradadır?

A) vurğu, danışıq səsi

B) isim, sinonim

C) sintaksis, antonim

D) ahəng qanunu, sinonim

E) omonim, heca



10. Hansı cərgədəki sözlərin hamısında qalın saitlər işlənmişdir?

A) yaşamaq, uşaq, arıq, qapı

B) güldan, stol, bibi, alim

C) adam, kitab, odun

D) elçi, ana, uca

E) sinif, qalib, ütü, saqqal



11. Ahəng qanununa tabe olan sözlər cərgəsini göstərin.

A) ağıllı, çiçəklikdə, ipək

B) Mahir, bacı, Arif, ipək

C) ata, Səadət

D) Vüqar, Eldar, kitab

E) Aygün, Vidadi, səhra



12. Əvvəlində və sonunda cingiltili samit olan sözlərin cərgəsini göstərin.

A) dəftər, rayon, qohum

B) fikir, qəzet, qatar

C) yaylaq, rahat, qarpız

D) barmaq, həyət, külək

E) namus, kitab, raket



13. Hansı sözlərdə vurğunun yerini dəyişəndə sözlərin mənası dəyişər?

A) gəlin, qovurma, bildir

B) kafedra, traktor, əkin

C) qazma, almaq, sevgi

D) opera, alma, komediya

E) yoxsul, dimdik, qarpız



14. Yazılışı ilə tələffüzü fərqli olmayan sözlərin cərgəsini göstərin.

A) küçə, yeni, qazan

B) səadət, toqqa, dörd

C) tənbəl, təbiət, müəllim

D) otaq, zəif, güzgü

E) doqquz, bitki, ailə



15. “Uyğunsuzluqlar” sözünün tərkibinə görə təhlili hansı sxemə uyğundur?

A)  ^^ 

B)  ^^^

C)  ^^

D)  ^

E)  ^^^



16. Hansı bənddəki samitlərin kar qarışığı yoxdur?

A) m, n, r, l

B) m, c, z, y,

C) m, q, d, v

D) v, m, l, b

E) n, r, ç, t



17. Ahəng qanunu hansı sözdə pozulmuşdur?

A) insan,

B) döngə

C) qoşun

D) səfirlik

E) elçilər



18. Sonu qoşa samitli sözlər neçə hecalı olur?

A) bir


B) üç

C) iki


D) beş

E) çox hecalı olur



19. Vurğusu dəyişməklə mənası dəyişən sözlər hansılardır?

-1.-Tənha 2. Alma 3. Qapı 4. Qazma 5. Gəlin 6. Ağac

A) 2,4,5

B) 5,6

C) 2,4,6



D) 1,4,5

E) 1,3,5



20. Ahəng qanununa tabe olmayan sözlərin hamısı hansı cərgədədir?

A) qəhrəman, Iradə, kitabxana

B) şəhərlilər, kitab, baba

C) meşədə, Sabir, sakit

D) səhər, axşam, imtahan

E) Dəmir, Tofiq, çörək



21. Hansı cərgədəki saitlərin hamısı qalın saitlərdir?

A) a, ı, o, u

B) a, e, ə, u

C) ö, q, e, i

D) ı, i, ü, o

E) o, u, i, ü



22. “Gömgöy, qapqara” sözlərində vurğu hansı hecanın üzərinə düşür?

A) 1-ci


B) 2-ci

C) 3-cü


D) 4-cü

E) heç birinin



23. Hansı sözün yazılışı ilə tələffüzü eynidir?

A) cədvəl

B) dörd

C) taxta

D) papaq

E) otaq


24. “Sənətkarlarımız” sözünün tərkibinə görə təhlili hansı sxemə uyğun gəlir?

A)  ^ 

B)  ^^ 

C)  ^^^

D)  ^^ 

E)  ^



25. Qalın saitlərdən ibarət sözlər hansı bənddədir?

A) yaşamaq, uşaq, qapı

B) adam, kitab, odun

C) elçi, kitab, oxumaq

D) sinif, saqqal, bibi

E) alma, qələm, imtahan



26. Ahəng qanunu pozulan sözü göstərin.

A) insan

B) döngə

C) üzüm


D) xala

E) ordu


27. Ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözləri hansı bənddədir?

A) ilıq, ildırım, ilan, işıq

B) əlaqə, namus, əhali

C) gizli, Xatirə, işarə

D) çərşənbə, ilham, qoşma

E) sakit, kənd, Arif



28. Aşağıdakı ikihecalı sözlərdən birinə saitlə başlayan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür:

A) taxıl

B) nəsil

C) eyib


D) ətir

E) şəkil



29. Sözlərin düzgün yazılış qaydaları hansı terminlə ifadə olunur?

A) orfoqrafiya

B) fonetika

C) leksika

D) orfoepiya

E) fonem



30. Hansı cərgədəki sayların yazılışı ilə tələffüzü fərqlənir?

A) dörd, altmış, doqquz

B) on, iki, qırx

C) altı, yüz, səkkiz

D) altı, yüz, milyon

E) milyard, səkkiz, iyirmi bir



31. Hansı sözdə vurğu birinci hecaya düşür?

A) opera

B) uzun

C) səhər

D) fayton

E) işarə



32. Sonu qoşa samitlə bitən sözlər neçə hecalı olur?

A) bir


B) üç

C) iki


D) beş

E) dörd


33. Hansı mürəkkəb adların şəkilçisi səhvdir?

A) BDU-nin

B) ATU-nun

C) ATS-də

D) BMT-nin

E) ABŞ-ın



34. Danışıq səslərindən bəhs edən dilçilik sahəsinə nə deyilir?

A) fonetika

B) leksika

C) sintaksis

D) morfologiya

E) söz yaradıcılığı



35. Alınma şəkilçisi qəbul edən sözü göstərin.

A) nəğməkar

B) üzümçü

C) çəmənlik

D) qapıçı

E) dənizçi



36. “Halallaşdılar” sözü tərkibinə görə hansı sxemə uyğundur?

A)  ^

B)  ^^

C)  ^

D)  

E) P ^^



37. Hansı cərgədə sözlərin hər ikisində də ahəng qanunu pozulmuşdur?

A) kitab, Azərbaycan

B) ovçu, ilxı

C) gümüş, Kamil

D) kitabxana, məktəb

E) albalı, Arif



38. Hansı cərgədəki sözlərdə qalın saitlərin hamısı iştirak edir?

A) Arı, qoyun

B) qatıq, gül

C) ana, qohum

D) quzu, qoç

E) qapı, otaq



39. Hansı cərgədəki saitlərdən yalnız biri incədir?

A) a, i, u

B) o, ö, ü

C) ı, ə, i

D) e, ə, i

E) ü, a, e



40. Vurğusu son hecaya düşən cərgəni göstərin.

A) nəzirə, deputat, rübab

B) qrafika, nəzirə

C) kamera, deputat,

D) rübab, kamera

E) deputat, qrafika, rübab



41. Vurğudan asılı olaraq mənası dəyişə bilən sözü göstərin.

A) gəlin

B) xurma

C) məhkəmə

D) barama

E) alim


42. Hansı söz kökünün sonundakı “d” samiti [t] kimi tələffüz olunur?

A) kənddə

B) kəndin

C) kəndə

D) kəndi

E) kəndiniz



43. Sözlərin birində səs və hərflərin sayı bərabərdir:

A) Xəyyam

B) xasiyyət

C) nailiyyət

D) nəqliyyat

E) müəyyən



44. Vurğusu ikinci hecanın üzərinə düşən sözü göstərin.

A) gələrkən

B) gətirdi

C) alanda

D) oxuyacaq

E) dünən



45. Sözlərdən neçəsində vurğu birinci hecaya düşür?

Fabrik, kamil, sait, sanki, sahib, heca, hesab, macəra, qupquru, müdafiə

A) 3


B) 2

C) 4


D) 5

E) 6


46. Ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözləri hansı cərgədədir?

A) ilıq, ildırım, inam

B) əqidə, namus, bəşər

C) xatirə, alim, işarə

D) işıq, kənd, arı

E) sakin, ilxı, məktəb



47. Sözlərdən birində vurğu sonuncu hecaya düşür.

A) zavod

B) əgər

C) əsasən

D) sanki

E) bildir



48. Sözlərin düzgün yazılış qaydaları hansı terminlə ifadə olunur?

A) orfoqrafiya

B) orfoepiya

C) fonetika

D) leksika

E) əlifba



49. Hansı söz səhv yazılmışdır?

A) asvalt

B) tutqun

C) qarayanız

D) yamyaşıl

E) kaset



50. “Usta” sözünün fonetik təhlilindəki səhvi göstərin.

A) sözdəki [s] və [t] kar samitlərdir

B) sözdə 4 səs, 4 hərf vardır

C) [u] qalın, qapalı, dodaqlanan, [a] qalın, açıq, dodaqlanmayan saitdir

D) ikihecalıdır, vurğu ikinci hecaya düşür

E) Ahəng qanununa tabe olur



51. Yazılışı və deyilişi bir-birindən fərqlənən sayları göstərin.

A) dörd, səkkiz, altmış,

B) beş, əlli, doqquz

C) altı, yüz, milyon

D) on, üç, doxsan

E) altı, bir, on bir



52. Verilmiş sözlərdən hansının yazılışı ilə tələffüzü fərqlənmir?

A) kürk


B) torpaq

C) çiçək

D) ipək

E) yarpaq



53. Deyilişi yazılışından fərqli olan alınma söz hansıdır?

A) məəttəl

B) imla

C) təlimat

D) inşa

E) sadə


54. “Nənə” sözünü hallandırdıqda hansı halda yazılışı ilə deyilişi fərqlənir?

A) yönlük halda

B) yerlik halda

C) yiyəlik halda

D) təsirlik halda

E) çıxışlıq halda



55. Sözlərin neçəsində ilk sait uzun tələffüz edilir?

Arif, Adil, Aygün, tələ, tətil, ertə, təmir, şöbə

A) 5 sözdə

B) 3 sözdə

C) 2 sözdə

D) 6 sözdə

E) 4 sözdə



56. Vurğusu birinci hecaya düşən sözü göstərin.

A) Asiya

B) sırğa

C) marka

D) Bərdə

E) tüfəng



57. Yazılışı ilə deyilişi fərqlənməyən sözü göstərin.

A) ətir


B) külək

C) dəstə

D) müəyyən

E) Nailə



58. Mürəkkəb isimlərdən neçəsinin yazılışı səhvdir?

Sarıköynək, qızıl-gül, gecə-gündüz, gilə-nar, Aygün Qara-toyuq

A) üçünün

B) birinin

C) ikisinin

D) beşinin

E) dördünün



59. Sözə bitişik yazılan ədatları göstərin.

-1- bəs 2. da 3. ki 4. -sana 5. məgər 6. -mı4 7. kaş

A) 4,6


B) 1,3

C) 2,5


D) 5,6

E) 4,7


60. Hansı isim səhv yazılmışdır?

A) özbəkstan

B) Qırğızıstan

C) Tatarıstan

D) Tacikistan

E) Gürcüstan



61. Sözlərdən hansının yazılışı səhvdir?

A) gileygüzar

B) külqabı

C) suiti

D) dağkeçisi

E) Günay



62. Yazılışında səhvə yol verilmiş sıra sayları hansı cərgədədir?

A) XII-ci, 9-uncu

B) birinci, üçüncü

C) 2-ci, XX əsr

D) 2013-cü, XXI əsr

E) doqquzuncu, altıncı



63. Yazılışına görə bütün sözlərin səhv olduğu cərgəni göstərin.

A) tabaşir, cəsus, iməclik

B) bulud, hətda, hüsnxət

C) seçki, yetərsay, poyema

D) qəhrəman, igid, coşqun

E) etibar, həyəcan, ədəbiyyat



64. Bir cür yazılan şəkilçilər cərgəsini göstərin.

A) -daş, -kar, -keş, -dar

B) -ır, çı, -ın, -lı

C) -lar, -ıq, -dan, -çı

D) -lar, -ın, -sız, -kı

E) -ca, -çı, -akı, -lıq



65. Azaltma dərəcəsində olan hansı sifətin yazılışında səhvə yol verilib?

A) acıqqırmızı

B) gödərək

C) göyümtül

D) yaxşıraq

E) sarımtıl



66. Dilin lüğət tərkibi hansı sözləri əhatə edir?

A) dildə işlənən sözlərin hamısını

B) bir qrup sözləri

C) sadə sözləri

D) əsas nitq hissələrinə aid sözləri

E) düzəltmə və mürəkkəb sözləri



67. Biz gündəlik nitqimizdə, əsasən, hansı sözlərdən istifadə edirik?

A) ümumişlək sözlərdən

B) terminlərdən

C) dialekt sözlərdən

D) alınma sözlərdən

E) neologizmlərdən



68. Omonim sözlərin cərgəsi hansıdır?

A) yay, çay, at, yaş

B) ipək, yaz, sahil, top

C) söz, tut, divan, baş

D) tar, qaz, körpü, divar

E) arzu, yağış, dolu, bağ



69. Aşağıdakılardan hansı çoxmənalı söz deyildir?

A) dəniz

B) ayaq

C) göz


D) baş

E) ağız


70. “Ağ” sözü hansı cərgədə məcazi mənadadır?

A) ağ gün

B) ağ paltar

C) ağ dəvə

D) ağ çörək

E) ağ kağız



71. “Ahıl” sözünün sinonimi hansı bənddədir?

A) yaşlı

B) gənc

C) ağıllı

D) mərd

E) saqqallı



72. Lüğəti öyrənən dilçilik sahəsi hansıdır?

A) leksikoqrafiya

B) morfologiya

C) sintaksis

D) fonetika

E) etimologiya



73. Hansı söz quruluşca mürəkkəb söz deyildir?

A) çiyələk

B) kəklikotu

C) qızılquş

D) istiot

E) günəbaxan



74. Iki cür yazılan şəkilçilərin tərkibində hansı saitlər işlənir?

A) a, ə saitləri

B) incə saitlər

C) yalnız qalın saitlər

D) bütün saitlər

E) e, o saitləri



75.  ^^ sxeminə uyğun mücərrəd mənalı düzəltmə ismi göstərin.

A) vəfasızlıqda

B) süpürgəçi

C) biçindən

D) könüllülərin

E) gözəldir



76. Azərbaycan dilinin lüğət tərkibinə hansı sözlər daxildir?

A) dildəki sözlərin hamısı

B) sadə sözlər

C) düzəltmə və mürəkkəb sözlər

D) morfologiyada işlənən sözlər

E) söz birləşməsi



77. Mürəkkəb isimlərdən neçəsinin yazılışı səhvdir?

-1- Fotoaparat 2. Sarıköynək 3. Qızıl-gül 4. Gecə-gündüz 5. Gilə-nar 6. Qara-toyuq 7. Günəbaxan

A) 3,5,6

B) 1,3,6

C) 4,5,7

D) 2,4,5

E) 1,2,6



78. Sinonim sözlər şerin hansı sətrindədir?

-1- Sevinc də görmüşəm mən,

-2-Sitəm də, dərd də, qəm də

-3- Sabirin göz yaşıyla

-4- özümə gülmüşəm də

(B.Vahabzadə)

A) 2


B) 3

C) 4


D) 1

E) 1, 3


79. Dialekt sözlər nəyə deyilir?

A) ayrı-ayrı bölgələrdə, məhəllələrdə danışılan sözlərə

B) bir-birinə yaxın mənalı sözlərə

C) ixtisas və peşəyə aid sözlərə

D) ümumişlək sözlərə

E) bir-birinə əksmənalı sözlərə



80. Sinonim sözlər cərgəsini göstərin.

A) hündür, uca, yüksək

B) ləpə, çay, dəniz

C) səhər, axşam

D) göz, qaş, sifət

E) dağ, dərə, təpə



81. Aşağıdakılardan biri frazeoloæi birləşmə deyil.

A) xəstə yatmaq

B) gözə gəlmək

C) üz döndərmək

D) fikir çəkmək

E) başa düşmək



82. Omonimlər olan cərgəni göstərin.

A) ay, üz, düz, yaş

B) payız, yaz, yay, qış

C) kitab, oxu, dolu

D) top, çiçək, qaz, göz

E) ətək, bar, bazar, sinif



83. “Ağır” və “iti” sözləri hansı cərgədə həqiqi mənada işlənmişdir?

A) ağır daş, iti balta

B) ağır xasiyyət, iti baxış

C) ağır söz, iti göz

D) ağır gün, iti söz

E) ağır cəza, iti yaddaş



84. Terminlərdən ibarət cərgəni göstərin.

A) fonetika, mübtəda, tənlik

B) göz, vurğu, qol

C) çay, bənd, çörək

D) xəbər, baş, divan

E) vurma, bölmə, bina



85. “Xələt” və “dinmək” sözlərinin sinonimləri hansı cərgədədir?

A) hədiyyə, danışmaq

B) çığırmaq, paltar

C) pay, susmaq

D) çuxa, qışqırmaq

E) sovqat, susmaq



86. Aşağıdakı sözlərdən biri “gül” ismi ilə eyniköklü sayıla bilməz?

A) gülüş

B) gülçü

C) güllü

D) güllük

E) gülüstan



87. Hansı cərgədəki sözlərə ön çəkilçi artırmaq olmaz?

A) su, torpaq, hava

B) savad, razı, xəbər

C) mərd, xoş, normal

D) layiq, bələd, həya

E) rahat, xələf, dinc



88. Sinonim sifətlərin cərgəsini göstərin.

A) qəmli, kədərli, qüssəli

B) maraqlı, təzə

C) turş, alça, turşməzə

D) sevimli, hörmətli, bitkin

E) ağıllı, kamallı, gövdəli



89. Aşağıdakı sayların hansının sinonimi alınma sözdür?

A) səksən

B) iyirmi beş

C) otuz iki

D) yetmiş

E) qırx


90. Hansı mürəkkəb ad səhv yazılmışdır?

A) 28 may

B) 20 Yanvar

C) Milli Məclis

D) Yeni Əhmədli

E) 8 Mart



91. “Özəlləşdirmə, biznes, menecer, sahibkar, yetərsay, menecment” sözləri hansı söz qrupuna daxildir?

A) neologizmlər, yəni yeni sözlər

B) köhnəlmiş sözlər

C) ümumişlək sözlər

D) dialekt sözlər

E) terminlər və köhnəlmiş sözlər



92. Bu saylardan biri omonim söz kimi götürülə bilər

A) min


B) doxsan

C) yüz


D) otuz

E) iyirmi



93. Yalnız sinonimlərdən ibarət olan cərgəni göstərin.

A) dünya, aləm, cahan

B) ata, baba, dədə

C) günəş, ay, bulud

D) adam, insan, xalq

E) səliqəli, ağıllı, ləzzətli



94. çoxmənalı sözlər hansı bənddədir?

A) çəkmək, göz, ayaq

B) ərik, yazmaq, baş

C) gəzmək, qol, divar

D) əmlak, ərzaq, bağ

E) ətək, daş, görmək



95. Frazeoloji birləşmə hansı bənddədir?

A) ürəyini qırmaq

B) durna qatarı

C) ağacı kəsmək

D) fikrini bildirmək

E) şəkil çəkmək



96. Bu sözlərdən biri müəyyən bir işlə əlaqədar olaraq səfərə göndərilmə mənasındadır?

A) ezamiyyət

B) məzuniyyət

C) istefa

D) təqaüd

E) istirahət



97. Antonim sözlərin cərgəsini göstərin.

A) ağ-qara, axşam-səhər, irəli-geri

B) sevinc-kədər, çox-xeyli

C) tünd-açıq, az-çox, adam-insan

D) xeyir-şər, oğul-uşaq, tez-gec

E) el-oba, yurd-yuva, dərə-təpə



98. Hansı cərgədəki sözlər alınmadır, başqa dillərdən gəlmədir?

A) məktəb, milyon, müəllim

B) altı, on iki, yüz

C) yuxarı, ildırım, ilan

D) Arif, bibi, dayı

E) çiçək, oba, yazıçı



99. Neologizmlərdən hansı öz dilimizin imkanları hesabına yaranmışdır?

A) yetərsay

B) sayt

C) kvorum

D) internet

E) biznes



100. Bir cür yazılan şəkilçilər hansı bənddədir?

A) -daş, -sov, -vi

B) -ıl, -sız, -sov

C) -ın, -çı, daş

D) -lar, -dan, -da

E) -maq, -ımız, -malı



101. Hansı nitq hissəsində -ma -mə inkarlıq şəkilçi özünü göstərir?

A) feldə

B) isimdə

C) əvəzlikdə

D) zərfdə

E) sifətdə



102. Dilin lüğət tərkibinə hansı sözlər daxildir?

A) dildə işlədilən bütün sözlər

B) düzəltmə və mürəkkəb sözlər

C) sadə sözlər

D) bir qrup sözlər

E) əsas nitq hissələrinə aid olan sözlər



103. Sözlərdən biri feldən düzəlməmişdir

A) düzlük

B) düzülüş

C) düzülmək

D) düzüm

E) düzülməlidir



104. Sözlərdən neçəsi eyniköklüdür?

yazı, yazıçı, yazıçılıq, yazır, yazdı, yazlıq

A) 3


B) 2

C) 4


D) 5

E) 6


105. Omonimlər cərgəsini göstərin.

A) yaş, tut, ay, üz

B) baş, qoz, qol, yaz

C) əsir, gəlin, alma, əkin

D) yol, dolu, ayaq, ağız

E) qazma, gəlin, yol, ay



106. Aşağıdakı sözlərdən biri digərləri ilə sinonim deyildir

A) sərt


B) zərif

C) incə


D) nəfis

E) lətafətli



107. Əsl Azərbaycan sözlərindən ibarət cərgəni göstərin.

A) çiçək, ilıq

B) razı, güllə

C) Arif, arzu

D) Vaqif, Rza

E) ilan, məktəb



108. Hansı sözlər termin kimi işlənə bilər?

A) mübtəda, fonetika

B) manat, əhali

C) torpaq, təyin

D) tərəvəz, turşu

E) xəbər, üzümçülük



109. Lüğəti öyrənən dilçilik sahəsi hansı bənddədir?

A) leksikoqrafiya

B) qrammatika

C) fonetika

D) etimologiya

E) sintaksis



110. Mürəkkəb sözlər hansı bənddədir?

A) əlüstü, yerkökü

B) dəftərxana, dilşünas

C) suiti, yelləncək

D) Aygün, dovşan

E) dovşan, zürafə



111. Asılı, yəni birinci tərəfi mürəkkəb söz olan mürəkkəb adı göstərin.

A) Dağüstü park

B) Qara dəniz

C) Şəhidlər xiyabanı

D) ürəyiaçıq

E) Məhəmmədəli



112. Frazeoloæi birləşməni göstərin.

A) qara yaxmaq

B) çayın sahili

C) başını tərpətmək

D) arxayın olmaq

E) fikrini bildirmək



113. Dünya dillərinin bir çoxunda işlənən sözlər necə adlanır?

A) beynəlmiləl sözlər

B) arxaizmlər

C) tarixizmlər

D) neologizmlər

E) dialekt sözlər



114. Təkmənalı sözü göstərin.

A) ürək


B) ayaq

C) ağız


D) qol

E) at


115. Hansı omonimlər müxtəlif nitq hissələrinə aiddir?

I. qoy II. bar III. dolu IV. kök V. əqrəb

A) I, III, IV

B) I, IV

C) I, II, III

D) III, IV

E) I, IV, V



116. “Böyük otaq” və “böyük vəzifə” birləşmələrindəki “böyük” sözü leksik səciyyəsinə görə nədir?

A) çoxmənalı söz

B) omonim

C) antonim

D) sinonim

E) təkmənalı söz



117. Sözlərin üçünün də omonim olduğu cərgəni göstərin.

A) yaz, gül, dolu

B) bal, xaş, baş

C) al, don, əsr

D) göl, bağ, ayaq

E) qurd, az, dəniz


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə