► Beynəlxalq hərraclar. ► Beynəlxalq hərraclarda bağlanılan müqavilələr




Yüklə 86.26 Kb.
tarix27.04.2016
ölçüsü86.26 Kb.

P L A N :


► GİRİŞ


► 1. Beynəlxalq hərraclar.

► 2. Beynəlxalq hərraclarda bağlanılan müqavilələr.

► 3. Beynəlxalq hərraclarda bağlanılan müqavilələrin xüsusiyyətləri.

► NƏTİCƏ


► ƏDƏBİYYAT SİYAHISI

GİRİŞ
XX əsrin sonunda beynəlxalq birja ticarəti bir çox istiqamətlərdə dəyişikliklər keçirdi və yeni keyfiyyətli nəticələr əldə etdi. Bu gün beynəlxalq birja ticarətinin dinamikasını və strukturunu şərtləndirən amillər aşağıdakılarla şərtləndirilir:

- elmi- texniki tərəqqinin inkişafı;

- konkret dünya mal bazarında tələb və təklifin nisbətinin dinamikası;

- əvəzedici mallar tətbiqinin daim artması və getdikcə yeni birja mallarının meydana gəlməsi;

- Avropa Birliyinin vahid kənd təsərrüfatı siyasətinə uyğun olaraq ərzaq və xammal bazarlarının tənziminin genişlənməsi, buna daha geniş mal dairəsinə aid edilməsi və s.

Beynəlxalq mal birjası daim fəaliyyətdə olan bazarın xüsusi növüdür. Burada keyfiyyətcə həmcins və qarşılıqlı əvəz edilən xammal və ərzaq mallarının iri partiyalarda alqı- satqı razılaşmaları tamamlanıb başa çatdırılır. Bir qayda olaraq birjanın özündə mal saxlanılmır. Mallar müəyyən standartalara və nümunələrə əsasən alınıb- satılır. Malların alqı- satqı sazişi birtipli birja kontraktları əsasında bağlanılır. Birjada müəyyən mal partiyası deyil, birja tərəfindən müəyyən olunmuş mal markası, çeşidi, tipi, miqdarı əks etdirilmiş birja kontraktları alınıb- satılır. Belə bir sənəd, yəni kontrakt anbar şəhadətnaməsi ( vəsiqəsi) varrant kimi qəbul edilmişdir. 1998- ci ildə beynəlxalq mal birjaları əməliyyatları üzrə illik mal dövriyyəsi dörd trilyon dollara qədər təşkil etmişdir. Bu növ ticarətin predmeti 70 adda maldan ibarətdir ki, bu da ümumilikdə beynəlxalq ticarət dövriyyəsinin təqribən 30% - nə bərabərdir.

Beynəlxalq birjalarda alqı - satqi zamanı tətbiq olunan vasitələrdən biridə hərraclardır. Xüsusiylədə XX əsrin sonlarına doğru beynəlxalq hərraclar sürətlə formalaşmağa başlamışdır. Hərrac satıcı ilə alıcı arasında ticarət sövdələşməsindən əvvəl malın qiyməti barədə alver formasında danışıqlar aparılmasından ibarət ənənəvi ticarət formasıdır. Hərraclar London, Nyu York, Tokio kimi iri şəhərlərdəki birjalarda daha çox tətbiq olunmağa başlamışdır. Ancaq bunlarla kifayətlənməyərək bir çox ticarət mərkəzlərinə çevrilmiş böyük meqapolislərdə sürətlə yayılmaqdadır.

Bu referat işində beynəlxalq hərrac və onlarda bağlanılan müqavilələrin xüsusiyyətləri üzərində durulub. Referat giriş üç bölmə və nəticədən ibarətdir. Birinci bölmədə beynəlxalq hərraclar ikinci bölmədə beynəlxalq hərraclarda bağlanılan müqavilələr üçüncü bölmədə də Beynəlxalq hərraclarda bağlanılan müqavilələrin xüsusiyyətləri haqqında bəhs olunmuşdur. Nəticədə isə beynəlxaq hərracların bu günki vəziyyəti dəyərləndirilmiş, müasir texnalogiyaların tətbiqi nəticəsində hərraclarda müşahidə olunan müsbət dəyişikliklər üzərində dəyərləndirilmişdir.




1.Beynəlxalq hərraclar.
Hərrac qabaqcadan razılaşdırılmış şərtlər əsasında Malsatana məхsus malların (хidmətlərin) Təşkilatçı tərəfindən yaradılmış «Internet-Hərrac Alqı-Satqı Sistemi» vasitəsilə açıq satışıdır.

Hərrac qiyməti hərracda təklif olunan mal (хidmət) üçün səbatsız qiymətdir ki, qiymətin hər bir artımı zamanı yüksəlmə istiqamətində dəyişir və hərrac başa çatdığı anda qeydə alınır.

Hərrac (müzaidə) satıcı ilə alıcı arasında ticarət sövdələşməsindən əvvəl malın qiyməti barədə alver formasında danışıqlar aparılmasından ibarət ənənəvi ticarət formasıdır. Nəticədə satıcılar və alıcılar öz aralarında tərəflərin hər biri üçün sərfəli hesab edilən şərtlər daxilində ticarət əqdləri bağlayırlar, yaxud sövdə baş tutmur. Açıq hərraclardan və məhsulun birjada satışa qoyulmasından əsasən dövlət müəssisələri və ictimai müəssisələr istifadə edir. Mahiyyət etibarilə hərrac hər hansı məhsul növünün istehsalında və verilməsində müsabiqə prinsiplərini reallaşdırır. Hərracda rəqabət mexanizmindən istifadə etməklə məhsulun və xidmətlərin qiymətini tənzimləmək, eləcə də keyfiyyətə zəmanət və tərəflərin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirmələri barədə daha sərt tələblər irəli sürmək olar.

Hərracda maliyyə tənzimləməsinin müxtəlif metodları tətbiq edilə bilər: qiymət təklif edilən hərraclar, güzəştli hərraclar (bu halda qiymət hərrac barədə elanda göstərilir), oferentlər isə öz güzəştlərini təklif edirlər. Hərracda işlərin kreditləşdirilməsi şərtləri, məhsulun haqqının ödənilməsinin müxtəlif formaları tətbiq edilə bilər: nağd, nağdsız, manat şəklində, qismən valyuta ilə, əmtəə mübadiləsi (barter) əməliyyatları əsasında. Keçirilmə formasına görə açıq, qapalı, aşkar, qeyri-aşkar hərrac növləri fərqləndirilir. Hərrac oferta mexanizmi və akseptdən istifadə edilən əqd növlərindən biridir. Hərracın dörd mərhələsi fərqləndirilir: a) sifarişçi iddiaçılara onlarla əqd bağlamaq niyyətində olmasını bildirir – ilkin sənədləri təqdim etmək və öz qiymətini bildirmək təklif olunur (bəzən bunu tender sənədləri, hərraca dəvət və başqa şəkildə adlandırırlar); b) iddiaçılar tender təkliflərini (oferta və ya tender) bildirirlər; c) hərracın qalibləri müəyyən edilir (lakin bu, sifarişçi ilə oferent arasında əqd bağlanmasına gətirib çıxarmır); ç) danışıqlar aparılır, kontrakt və ya müqavilə bağlanır. Potensial iddiaçı tərəfindən hərracda iştirak etməyin məqsədə müvafiq olması barədə qərar qəbul edilməsinə təsir göstərən əsas amillər bunlardır: məhsul və xidmətlər sifarişinin həcminin nisbəti; sifarişlərin icra müddətləri; tender təkliflərinin hazırlanmasının dəyəri; ehtimal edilən rəqabətin dərəcəsi; proqnozlaşdırılan mənfəət; məhsulun başqa sifarişçilərə verilməsi perspektivi; məhsulun inkişaf etdirilməsi, onun modifikasiyalarının yaradılması perspektivi; sifarişin dəyəri; elmi əhəmiyyəti; elmi təməl yaradılmasının mümkünlüyü; yeni avadanlıq və ya texnologiyanın alınmasının mümkünlüyü; oxşar məhsullar üçün gələcəkdə sifarişlər alınması perspektivi.

Hərrac ticarətində əsas predmetlər aşağıdakılardan ibarətdir: xəz- dəri malları, yuyulub təmizlənmiş yun, qıl, çay, tütün, tərəvəz, meyvə, balıq, tropik mənşəli taxta – şalban, mal – qara ( əsasən at) , xəz, yuyulmuş yun və s. mallar hərrac mal satışının ən mühüm formasıdır. Məsələn, ABŞ- da, Kanadada beynəlxalq hərracda satdıqları malların 70% - i xəz- dəri mallarının payına düşür. Bu Belçikada 90 %, İsveçrədə və Norveçdə isə 95% təşkil edir. Beynəlxalq hərraclar vasitəsilə dünya bazarında satılan çayın 70%, yunun 90- 95% - i Avstraliyanın və yeni Zenlandiyanın payına düşür.

Müasir şəraitdə hər bir hərrac malının öz mərkəzi yaradılmışdır. Su samuru ( norka) xəzi üzrə hərrac ticarətinin mərkəzi Nyu- York, Monreal, London, Kopenhagen, Olso, Stokholm, sankt- Peterburq şəhərləridir. Buraxa dərisi ( Qaragil) üzrə əsas hərrac mərkəzi London və Sankt- Peterburq sayılır. Hərracların keçirilməsi 4 mərhələdən ibarətdir:

I mərhələ - hərraca hazırlıqdır. Məsələn, xəz- dəri hərracına hazırlıq üç- dörd ay öncədən başlanır. Öz malını hərracda realizə etmək arzusunda olan sahibkar onu hərrac şirkətinin anbarına çatdırır. Şirkətin mütəxəssisləri malı yoxlayır, sortlaşdırır və eynicinsli keyfiyyət nişanələrinə görə qruplaşdırır. Sonra onlar dəstələrə ayrılır. Təcrübədə bu “ Lot” adlanır. Lota keyfiyyətcə eynicinsli olan mallar seçilir. Belə ki, gön – dəri nə qədər çox dəyərli olarsa, lotda onun sayı az olur. Məsələn, dələnin lotu bir qayda olaraq 3000 dəridən ibarətdir, su samurunun 150- 350 dollar, xam buxara dərisi 300- 700 dollar və s. Hər bir lota sıra sayı verilir və həmin hərracın kataloqunda qeydə alınır. Həmin sıra sayı ilə də hərracda satış keçirilir. Alıcılara əyan olsun deyə hər bir hərrac malın ayrıca sərgisi təşkil olunur. Malın nümayəndələri süsusi salonda , malın özü( lotlar) isə hərracın anbarında yerləşdirilir. Hərracın keçirilməsi və vaxtı barədə alıcıları xəbərdar etmək və hazırlıq mərhələsinə aid edilir. Buraya malın miqdarı və çeşidi barədə məlumat verilir. Keçirilməyə 1,5 – 2 ay qalmış mətbuatda reklam elanları verilir.

II mərhələ - hərracda iştirak edəcək alıcıların mallara baxılması prosesinin təşkilindən ibarətdir. Mallara baxış adətən hərracın ( torqun) açılmasına 1 həftə yaxud 10 gün qalmış başlanılır. Mallara öncədən baxış , yoxlanma çox vacibdir. Belə ki, hərracın şərtlərinə görə mal satın alındıqdan sonra alıcı həmin malda hər hansı bir qüsur tapsa belə onun heç bir iddiası qəbul edilmir.

III mərhələ - hərrac torqudur( satışdır). Hərrac torqu amfiteatr şəkilində olan xüsusi hərrac salonunda keçirilir. Alıcılardan bir qədər hündür yerləşdirilmiş masa arxasında hərracın rəyasət heyəti və onun alıcıların davranışına , əhvalına göz qoyan köməkçiləri əyləşir. Masa arxasında lövhədə alıcıların gözləri önündə təklif olunan lotların( malların) sıra sayı işıqlandırılır. Hərrac bu qayda ilə keçirilir: hərracçı növbəti malı elan edir və bununla birlikdə tabloda onun sıra sayı işıqlandırılır və onun ilkin qiyməti bildirilir. Əgər alıcılardan heç biri razılığını bildirmirsə, o, yəni hərracın qiyməti o vaxtadək ardıcıl aşağı salır ki, alıcılardan biri “ alıram” razılığını bildirsin. Əgər bir neçə alıcı birdən “ alıram” işarəsini bildirsə, hərracçı malın qiymətini qaldırır və yenidən torq başlayır. Alıcılar qrup halında razılıq verdikcə hərracçı axıra bir alıcı qalanadək qiyməti qaldırır. Elə ki, axıra bir alıcı qalıb öz razılığını bildirdikdə hərracçının üç dəfə “ kim çox verər” elanı bəyan edir. Sonra səs çıxmazasa torq təmiz tamamlanır. Qiymətin qaldırılması dərəcəsi isə standartdır.

Hərrac malları ticarətində malların və ticarətin xarakterindən asılı olaraq hərrac ticarətinin müəyyən xüsusiyyətləri vardır. Hərrac firmaları şərti olaraq 3 ixtisaslaşmış qrupa ayırmaq olar:


  1. ixtisaslaşdırılmış firmalar;

  2. broker – komission firmalar;

  3. koperativləyə, yaxud fermerlər ittifaqına məxsus hərrac firmaları.

Bunların hamısında ümumi və fərdi xarakterik cəhətlər vardır.

İxtisaslaşmış firmalar hərracın təşkili və hərraclarda həm öz hesabına , həm də komission əsasında hərrac mallarının satışı ilə məşğul olurlar. Ixtisaslaşmış hərrac firmaları hərraca hazırlıqdan tutmuş onun keçirilməsinədək bütün funksiyanı həyata keçirir. Əksər hallarda bunlar hərraca mal verənə ( satıcılara) verəcəkləri mallar üzrə borc( kredit) də verirlər. Məsələn, xəz- dəri firmaları ticarət inhisarçısı kimi bir qayda olaraq öz hesabına satın aldığı xəzi və xəzlik materialı hərraclarda realizə edirlər. Onlar eyni zamanda komison əsaslarda firma – istehsalçıya, fermerlər assosiasiyasına, fermerlər koperativinə məxsus xəz malları satırlar. Hazırda dünya bazarında ixtisaslaşmış “Qudzon bey” firmasının Nyu- Yorkda, Monrealda, Londonda firmaları olan beynəlxalq şirkətə çevrilmişdir. Xəz – dəri malları hərracı üzrə ən iri ixtisaslaşmış firmalardan ( şirkətlərdən ) biri də “ Nyu – York okşin K – nik” firmasıdır. Bu firma su samuru xəzi üzrə satış hərracı təşkil etmişdir.

Broker – komission firmalar - xəz- dəri, yun, çay, tütün və bu kimi hərrac malları ticarətində geniş inkişaf tapmışlar. Adətən belə firmalar təşkil etdikləri hərraclarda öz müştərilərinin tapşırığı ilə onların mallarını komission əsaslarda satırlar. Broker firmaları eyni vaxtda həm satıcının , həm də alıcının nümayəndəsi kimi iştirak edə bilərlər. Belə halda o, yəni firma hər ikisindən – satıcıdan və alıcıdan muzd ala bilər. Bu halda satıcı alıcını və əksinə tanımya bilər. Bunlara Londonda hərrac ticarəti təşkil edən broker şirkəti “ İstvud end Xoltlid” , Avstriyada və Yeni Zenlandiyada yun hərracının 90 %- dən çoxu broker- komission firmalarıdır.

IV mərhələ - hərrac razılaşmalarının rəsmiləşdirilməsi və malın alıcıya təhvil verilməsidir. Hərracın inzibatçısı ya hərracın gedişatı prosesində , ya da sabahı gün satın alınmış malın kontraktını yeni mal sahibinə təqdim edir. Kontrakt alıcı tərəfindən də imzalanır. Kontraktda hesabın kimin adına yazılmalı, hara və hansı nəqliyyat növü ilə göndərilməsi qeyd edilir. Alıcı kontrakta imza atdıqdan sonra bir nüxsəni özündə saxlamaqla digərini hərracın kontoruna qaytarır. Hərracda satılan malın dəyəri hissə - hissə ödənilə bilər. Onun 30 – 40 %- ni kontrakt imzalandığı vaxtda ödənilir, qalan hissəsi isə malı təhvil aldıqda ödəyir.

Kooperativlərə, yaxud fermer ittifaqlarına məxsus hərrac firmaları əsasən Skandinaviya ölkələrində geniş yayılmışdır. Həmin bölgənin hər birində - Danimarkada, Norveçdə, İsveçdə xəz – dəri hərracı ticarətində inhisar vəziyyətini tutan bir firma vardır. Danimarka firması “ Denis for seylz” xəzlik heyvan yetişdirənlər assosiasiyasının ticarət təşkilatıdır. Bu firma hərraclar keçirmək üçün Finlandiya firması “ Finis for seylz” ilə birləşmişdir. Birləşmiş firma həm Kopenhagendə , həm Danimarkada, həm də Finlandiyada su samuru ( norka) xəzinin satışını təşkil edir. Norveçdə xəz- dəri hərracı “ Oslo for okşn” firması təşkil edir. O təqribən 6,5 min fermerdən qəbul edilən xəzin satışı ilə məşğul olur.

Beynəlxalq torqlar müxtəlif ölkələrin mal göndərənlərinin və podaratçılarının öncədən müəyyən edilmiş təkliflərinə və onların yerinə yetirilməsi müddətlərinə əsasən malların satın alınması və sifarişlərin yerləşdirilməsi və ardıcıl verilməsi üsuludur. Bunun üçün onlar təklifi daha əlverişli olan torq təşkilatları ilə kontrakt bağlayırlar. Müasir şəraitdə torqlar xeyli yayılmışdır. Onlar maşın və avadanlıqların göndərilməsi, obyektlərin tikilməsi üzrə sazişlər bağlaması üçün kontragentlərin axtarılıb seçilməsində mühüm rol oynayırlar. Satılalma metodu kimi torqlar inkişaf etməkdə olan ölkələrdə daha çox istifadə olunur. Məsələn, maşın və avadanlıq üzrə keçirilən torqların 75- 85% - i inkişaf etməkdə olan ölkələrin payına düşür. Məsələn, Misir , Birma və s. bu kimi ölkələrdə maşın və avadanlıq üzrə bütün idxalat, hətta istehlak şeyləri idxalının böyük hissəsi , həmçinin podrat əməliyyatları torqlar vasitəsilə həyata keçirilir.

Latın Amerikasının bir çox ölkələrində , xüsusən Uruqvayda, Hindistanda, Şri – lankada, Pakistanda, İranda və s. ölkələrdə satınalmanın bu növü geniş yayılmışdır.

Keçirilməsi üsulundan asılı olaraq torqlar iki növə ayrılır:



  1. açıq ( hərrac) torq;

  2. qapalı ( məhdud yaxud qeyri – leqal) torq.

Açıq torqlarda - iştirak etməyi arzulayan bütün firma və təşkilatlar cəlb edilir. Bir qayda olaraq açıq torqda standart və universal avadanlıq, habelə həcmcə o qədər də iri olamayn podarat işləri üzrə sifarişlər yerləşdirilir.

Qapalı torqlarda – iştirak etmək üçün ancaq müəyyən firmalar dəvət olunur ki, burada bunlara da əvvəlcədən xüsusi dəvətnamələr göndərilir. Qapalı torqlarda nadir, mürəkkəb və xüsusi avadanlıqlara, müəssisə komplektlərinə verilən sifarişlər yerləşdirilir. Qapalı torqların xidmətindən müddətli sifarişlərin yerləşdirilməsi lazım gəldikdə istifadə edilir. Bu tipli torqda iştirak etmək üçün bu və ya digər istehsal sahəsində böyük təcrübəsi və texniki cəhətdən yaxşı silahlanmış , məşhur ağıllı – başlı, çox ciddi məhdud sayda firmalar cəlb olunur. Keçirilməsi nəzərdə tutulan torqun növündən asılı olaraq bildiriş verilir.açıq torqun keçirilməsinə aid bildirişdə mətbuatda dərc olunur və torqun keçirilməsi vaxtı, təşkilatın adı, torqların sıra sayı, malların miqdarı, işin həcmi, təkliflərin təqdim olunma qaydası və müddəti, podarat şərtlərinin, spesifikanın, cizgilərin və s. sənədlərin haradan alınması göstərilir. Elanlar torqun keçirilməsinə 1 – 1,5 ay qalmış dərc olunur. Qapalı torqlar keçirildikdə informasiyalar tamam müvafiq olur. Belə torqun keçirilməsi barədə məlumat yalnız ayrı – ayrı firmalara göndərilir. Torqun keçirilməsi qaydası və şərtləri xüsusi qanunlar, dekretlər, yaxud əmrlər vasitəsilə nizama salınır. Torqun keçirilməsi bir neçə mərhələyə ayrılır:



  1. torqun hazırlanması;

  2. torq iştirakçıları tərəfindən təkliflərin təqdimi;

  3. malgöndərmənin seçilməsi;

  4. kontraktın imzalanması.

Torqun hazırlanması torqun keçirilməsində birinci mərhələsi olub, onların texniki və alış – veriş şərtlərinin işlənib hazırlanmasında ( bu tender sənədi adlanır) və torqların potensial iştirakçılarının ( bu isə oferent adlanır) onunla, yəni tender sənədi ilə tanış edilməsindən ibarətdir.

Torq iştirakçılarına təkliflərin təqdimi torqun keçirilməsinin ikinci mərhələsidir. Torqlara daxil olan təkliflər yuxarıda qeyd edildiyi kimi “ tender “ adlanır. Beynəlxalq ticarətdə buna bəzən “ bid” də deyilir. Təklifin təqdimi qaydası və üsulu torqların təşkilatçıları tərəfindən tənzimlənir. Bir qayda olaraq tenderlər yazılı şəkildə torqlar açılarkən verilir. Çox hallarda təkliflər ( tenderlər) bağlı zərflərdə, əksər hallarda isə biri digərinin içində olmaqla iki zərfdə təqdim olunur. Daxili zərfdə torqların sıra sayı, malın yaxud işin adı və qəbul olunacağı tarix göstərilir.

Bütün ölkələrdə torqların təşkilatçısı sifətində əksərən dövlət təşkilatları və idarələri, nazirliklər, satınalma təşkilatları, bələdiyyə idarələri, müstəsna hallarda isə iri xüsusi firmalar çıxış edirlər. Torqlara daha çox malgöndərənlərin cəlb edilməsi eyni zamanda sifarişlər üçün maksimum rəqabətə imkan yaradır.

Bundan əlavə dövlət və bələdiyyə təşkilatları üçün torqlar həm də buna görə əlverişlidir ki, onlar torqlara maliyyə cəhətdən daha iri və nüfuzlu firmalar cəlb edə bilərlər. Çünki torqun nəticəsində bağlanmış kontraktların məbləği xeyli çox olduğundan maliyyə cəhətdən zəif və kreditə tabeli olmayan firmaların iştirakı çətinliklərlə üzləşir. Torqları keçirərkən dövlət təşkilatları çox hallarda əsasən də xüsusi və qurulca mürəkkəb olan avadanlığı satın alarkən firmalar torqun iştirakçıları arasında olan, bilavasitə onlar hər hansı bir inhisar birliyinin, məsələn, kartelin tərkibinə daxildirlərsə onların əlbirliyi ilə rastlaşırlar. Əksər hallarda isə ayrı –ayrı şirkətlər arasında konkret bir torqda fəallılıq göstərmək üçün müvəqqəti konsersiumlar təşkil etmək razılaşmalarına gəlirlər. Bəzi hallarda hətta bu kimi iki – üç konsersium birdən yaradılır



2.Beynəlxalq hərraclarda bağlanılan müqavilələr

Birjalarda əsasən iki növdə müqavilələr bağlanır:



  1. real mallar üzrə müqavilələr ( Forvard)

  2. müddətli ( Fyuçers)

Real mal üzrə müqavilələr onunla tamamlanır ki, faktiki olaraq mal satıcıdan alıcının sərəncamına keçir. Daha doğrusu hər hansı bir anbarda real malın təhvil- təslimi başa çatır. Real malın satıcısı həmin malı kontraktda müəyyən edilmiş müddətdə birja komiteti tərəfindən təsdiq olunmuş anbarların birinə göndərir. O varrantı öz bankında saxlayır və malgöndərmə vaxtı gəldikdə varrantı anbarda saxlanılan malın dəyərini və onun sığorta dəyərini ödəmək şərtilə alıcıya verir. Alıcı varrantıalanda əvəzində satıcıya malın dəyərini göstərən çek təqdim edir.

Müddətli ( Fyuçers) sazişi real mal sazişindən fərqli olaraq , tərəflərin real malı göndərmək və yaxud qəbul etmək ( kontraktda şərtləndirilmiş müddət ərzində) öhdəliyi deyil, mala olan alqı- satqı hüququnu ( saziş vərəqəsinin rəsmini) nəzərdə tutur. Fyuçers sazişi ancaq həmin birja tərəfindən müəyyən edilmiş bir malın ( mal qrupunun)standartına uyğun bağlanıla bilər.

Birjada saziş bağlanılarkən aşağıdakı məqsədlər əsas tutulur:

1. Real malın alqı- satqısı. Bu saziş malın satıcıdan son alıcıya keçməsilə tamamlanır. Yəni istehsalçılar istehlakçıya mal satır və digəri isə özündən əvvəlkindən satın alır.

2. Möhtəkirlik əməliyyatları. Bu əməliyyatlar birja kontraktlarının alqı- satqısından hasil olunan mənfəətin əldə edilməsilə bağlanır. Mənfəət isə kontrakt bağlandığı anda həmin kontraktda müəyyənləşdirilmiş qiymətlə onun realizə olunduğu andakı qiymət arasındakı fərq kimi göstərilir. Bu fərq tərəflərin hansının xeyrinədirsə, o da həmin fərqi mənimsəyir.

Möhtəkir birja oyunlarının ən sadə üsulu qiymətin qaldırılması, yaxud aşağı salınması oyunudur. Bu oyunun məğzi ondan ibarətdir ki, birja kontraktlarını alıb sonradan onları yüksək qiymətə satmaq, yaxud da sonradan qiymətin aşağı düşməsini hiss edərək, onları dərhal satmaq məqsədi düşünürlər.

Beynəlxalq təcrübədə beynəlxalq birjalarda qiymətin qaldırılması əməliyyatı ilə oynayan möhtəkirlər “ Öküzlər” ( bulls), qiymətlərin aşağı salınması ilə oynayan möhtəkirlər isə “ ayılar” ( bears) adlanırlar.

3. Sığorta əməliyyatları. Fyuçers sazişləri adətən real mala saziş bağlanarkən bazar qiymətlərinin dəyişməsi nəticəsində itkilər baş verəcəyi hallardan sığorta olunması üçün istifadə olunur. Sığorta əməliyyatının mahiyyəti ondan ibarətdir ki, birjada, yaxud ondan kənarda gələcəkdə real malı göndərməklə eyni zamanda müddətli birjada əks əməliyyatlar keçirilir, yəni uzun müddətdə və həmin miqdarda mala fyuçers kontraktı satın alınır. Sonradan göndərmək şərti ilə real mal alan firma eyni zamanda birjada fyuçers kontraktını satır. Sığorta əməliyyatlarının satış, satınalma , risk üzrə sığorta formaları vardır.

a) Satış üzrə sığorta. Bu real malın göndərilməsi anında qiymətlərin aşağı düşməsi riskindən sığorta olunması məqsədilə eyni miqdarda real malı satın alarkən müddətli birjada fyuçers kontraktının satışıdır.

b) Risk sığortası. Bir qayda olaraq uzun müddət üçün nəzərdə tutulur. Tutaq ki, neft şirkəti boru kəməri alır . Borunun göndərilməsi 6 ay müddətinə müəyyənləşdirilir. Kontrakt bağlanarkən hər bir borunun qiyməti 450 dollardır, 6 aydan sonra real boru göndərilərkən onun qiyməti 470 dollardır. Onda şirkət əvvəlcədən satın aldığı hər bir fyuçersi yeni məzənnəyə uyğun 470 dollara sataraq özünü sığorta etməklə riski aradan qaldırır, itkiyə yol vermir.

Təşkilatı prinsipinə görə birjaların iki tipi vardır: kütləvi – hüquqi və xüsusi – hüquqi xarakterli mal birjaları.

Kütləvi – hüquqi birjalar. Bu birjalar dövlətin nəzarəti altında olur və birjalar haqqında qanun əsasında təşkil olunur. Ayrıca bir məkanda ticarət reystirinə salınmış və müəyyən həcmdə mal dövriyyəsi olan sahibkar bu birjanın üzvü ola bilər. Bu növ birjalardan Avropanın Fransa, Belçika,. Hollandiya ölkələrində geniş istifadə edilir.

Xüsusi- hüquqi xarakteri olan birjalar. Bu tipli birjalara taxıl, pambıq, kauçuk, əlvan metal üzrə İngiltərə və Amerika birjaları aiddir. Belə birjaların məhdud sayda üzvləri olur. Birjanın nizamnaməsində göstərilir ki, onun əsas kapitalı müəyyən sayda paylara, yaxud birja sertifikatları deyilən sertifikatlara bölünür. Birjanın hər bir üzvü birja otağında saziş bağlamağa hüquq verən belə bir sertifikatın sahibi olmalıdır. Birja üzvü olmayan şəxslər ancaq birja üzvü olan brokerlər vasitəsilə saziş bağlaya bilərlər. Vaxtaşırı birja sesiyaları keçirilir. Bu sesiyalarda ancaq birja üzvlərindən və yaxud klerklərdən biri sədrlik edə bilər. Birja üzvləri həmin alqı- satqı sazişlərini həm öz hesabına , həm də muzd almaq şərtilə broker sifətində bağlayırlar.

3.Beynəlxalq hərraclarda bağlanılan müqavilələrin xüsusiyyətləri.

Beynəlxalq hərraclarda bağlanılan müqavilələrdən biri də açıq təklif müqaviləsidir. Bu müqavilədə təşkilatçı, öz proqram və aparat kompleksindən istifadə edərək öz avadanlığı ilə bu müqavilənin akseptini etmiş istənilən iştirakçı iştirak edə bildiyi hərracları həyata keçirir.

Aksepti etməklə iştirakçı malların alınması ərazisində həyata keçirilən dövlətin 16 yaşına çatmış vətəndaşı olduğunu təsdiqləyir.

Tərəflərin hüquq və öhdəlikləri aşağıdakılardır.

Təşkilatçı: Hərraca yalnız yeni, istehsalçı tərəfindən tam komplektləşdirilmiş, qüsur və defektləri olmayan malları zavod qablaşdırmasında doldurulmuş zəmanət talonları ilə birlikdə çıxarmalıdır. Hərrac keçirildiyi və müzaidələr başladığı zaman, http://sinta.az və wap.sinta.az ünvanında Təşkilatçının veb-saytında dərc etməklə bütün İştirakçıları Hərracın Şərtləri barəsində məlumatlandırmalıdır. Hərraclarda iştirak etmək üçün, statistik məlumatların baxılması, hərraclarda qiymətlərin artırılmasının (kliklərin) bütün mümkün rejimlərinin idarə edilməsi, şəxsi məlumatların redaktə edilməsi üçün İştirakçıya sistemin interfeysinə giriş imkanını verməlidir.

Müzaidələr başa çatdığı zaman Hərrac qiymətini qeydə alıb birmənalı şəkildə Hərrac Qalibini müəyyən etməlidir. Hərrac başa çatdıqdan sonra bütün İştirakçılara həmin hərrac üzrə bütün dərəcələr haqqında xronometrik məlumatların baxılması üçün imkan verməlidir. Həmin məlumatlara hərracın bütün İştirakçıların Nikneymləri, hər bir klikin vaxtı, hər bir klikin növü, hər bir klik zamanı hərrac qiymətinin artırılması addımı daxildir. Məlumatların verilməsi Təşkilatçının saytında dərc etmə vasitəsilə təmin olunur. Hərrac Qalibini malın (müzaidənin obyekti) alınması barəsində məlumatlandırmalı və İştirakçı Qalib edildiyi gündən etibarən 15 gün ərzində həmin malın Hərrac Qiyməti əsasında alınmasını təmin etməlidir. Hərracın şərtlərində kompensasiya nəzərdə tutulursa və müzaidələr zamanı İştirakçı kompensasiya dəyərinin məbləği Təşkilatçının saytında göstərilən malın bazar dəyərindən artıq və ya ona bərabər olan SNT-ləri xərcləyibsə, Qalib olub və ya olmadığı təqdirdə, xərclədiyi SNT-lərin 50%-ni İştirakçıya geri qaytarır (balansinda xərclənilən SNT-lərin 50%-i bərpa olunur İştirakçıya hərracların həyata keçirilməsi, müzaidələrin mövcud rabitə kanalları vasitəsilə aparılması (telefon, elektron poçt) vasitəsilə aparılması məsələləri üzrə məsləhətlər verməlidir. “QRM Management” şirkətinin əməkdaşlarını, onların qohumlarını və onlarla bağlı/əlaqəli şəxsləri hərracda iştirak etmək üçün buraxmamalıdır. İştirakçının tələbi ilə, öz proqram-aparat kompleksindən istifadəçi haqqında məlumatları, onun login və şifrəsini silməklə bu müqaviləni ləğv etməlidir.

Təşkilatçının hüquqlarına aşağıdakılar daxildir:

1. Hərracların Şərtlərini müstəqil şəkildə müəyyən etmək.

2. Hərracların keçirilməsi vaxtını müstəqil şəkildə müəyyən etmək.

3. Hərracların keçirilməsini təmin edən öz proqram-aparat kompleksinə istənilən zaman dəyişikliklər əlavə etmək.

4. SNT Paketlərini müstəqil əsasda müəyyən etmək – onların miqdarını, paketlərdə SNT-lərin miqdarını və onların nominalını. Paketlərin alınmasına dair bütün etibarlı təkliflər barəsində bütün məlumatlar Təşkilatçının veb-saytında http://sinta.az və wap.sinta.az ünvanında təqdim olunur.

5.Yuxarıdakı şərtlər pozulduğu təqdirdə, İştirakçını müvəqqəti və ya daimi əsasda diskvalifikasiya edib hərraclarda iştirak etməyə giriş imkanını bağlamaq. Bu zaman, Təşkilatçı, həmin İştirakçı qalib olmuş hərracların nəticələrini ləğv etmək və ya onlara yenidən baxmaq hüququnu özündə saxlayır.

6. Tədarükçüdə udulan malın olmadığı kimi təcili hallarda həmin növdə və dəyərdə Qalibi alternativ malla təmin etməlidir.

7. http://www.sinta.az ünvanında Təşkilatçının saytında bütün dəyişikliklərin dərc edilməsi yolu ilə İştirakçının qabaqcadan məlumatlandırılması vasitəsilə bu Müqavilənin və “İstifadə şərtlərinin” mətnlərinə dəyişikliklər etmək. Dəyişikliklər dərc edildikdən sonra 10 (on) gündən sonra qüvvəyə minirlər.

8. İştirakçının əlaqə məlumatlarından, o cümlədən mobil telefon nömrəsindən və əlaqə elektron poçtundan Təşkilatçı ilə İştirakçı arasında əlaqənin saxlanılması və ya məlumat xarakterli bildirişlərin, o cümlədən sayta giriş rekvizitlərinin göndərilməsi üçün istifadə etmək.

İştirakçının öhdəliklərinə aşağıdakılar daxildir:

1. Müzaidələrdə iştirak məqsədi ilə yalnız Təşkilatçının proqram-aparat kompleksi ilə təmin olunan mexanizmlərdən istifadə etmək: saytdan əl ilə klik, saytda avto-kliklər sistemi vasitəsilə avtomatik klik. Hərracda iştirak etmək üçün avtomatlaşdırılmış və robotlaşdırılmış sistemlərin istifadəsi qadağandır.

2. Qeydiyyat zamanı öz soyadını, adını, atasının adını, mobil telefonunun nömrəsini və elektron poçtunun ünvanını düzgün göstərmək. Təşkilatçı düzgün olmayan məlumatları aşkar etdiyi təqdirdə hərracda iştirak bloklaşdırıla bilər.

3. Hərraclarda iştirak üçün bir uçot yazısından çox istifadə etməmək.

4. Müzaidələrdə iştirak edərək Təşkilatçı “İstifadə şərtləri”-ndə əks etdiyi qaydalara riayət etmək

5. Müzaidələrin gedişinin pozulması məqsədi ilə digər İştirakçılarla sövdələşməyə dair cəhd atmamaq, digər İştirakçılara kliklərin ləğv edilmsi/təyinatı məqsədi ilə heç bir hərəkət təklif etməmək.

6. SNT paketlərini Təşkilatçı göstərdiyi onların nominal dəyərinə tam riayət etməklə ödəmək.

Iştirakçının hüquqlarına aşağıdakılar daxildir:

1. Təşkilatçı apardığı hərraclarda iştirak etmək.

2. Müzaidələrin istənilən anında eyni zamanda 5 (beş) hərracdan artıq olmamaqla kliklər etmək.

3. Bir hərrac çərçivəsində qeyri-məhdud sayda kliklər etmək.

4. Bir hərrac çərçivəsində 500 (beş yüz) dənədən çox olmayan avto-klikləri eyni zamanda təyin etmək.

5. Təşkilatçı Paketlərdə təklif etdiyi istənilən miqdarda SNT almaq.

6. Təşkilatçı təmin etdiyi texniki vasitələrdən istifadə etməklə digər İştirakçılarla ünsiyyətdə olmaq saxlamaq (forum, forumda şəxsi ismarıcların göndərilməsi). Ünsiyyət zaman ümumən qəbul edilmiş qaydalara əməl etmək, digər İştirakçıları təhqir etməmək və Təşkilatçının saytında dərc edilmiş forumda davranış Qaydalarına riayət etmək. Təşkilatçı, İştirakçının bütün digər imkanlarını qorumaqla, öz resurslarında bu cür ünsiyyət imkanını verməmək hüququnu özündə saxlayır.

7. Tamamlanmış hərraclar üzrə bütün qiymət təklifləri haqqında xronometrik məlumatlara baxmaq. Həmin məlumatlara bütün hərrac İştirakçılarının Nikneymləri, hər bir klikin vaxtı, hər bir klikin növü, hər bir klik zamanı hərrac qiymətinin artırılması addımı daxildir.

8. İstənilən zaman Təşkilatçıdan Nikneyminin, loginin, şifrənin və özü haqqında bütün məlumatların silinməsini tələb etməklə bu müqaviləni ləğv edib özünü İştirakçılar sırasından çıxarmaq. Çıxarılmaya dair müraciətdə birmənalı eyniləşdirmə üçün İştirakçının logini və şifrəsi əks edilməlidir.

9. Malın hərrac qiyməti ilə alınmasından imtina etmək.

10. Satıcıların/təchizatçıların dükanlarında malı hərrac qiyməti ilə müstəqil şəkildə almaq.

11. Hərracların keçirilməsi, müzaidələrin aparılması, malların çatdırılması məsələləri üzrə mövcud rabitə kanalları (telefon, elektron poçt) Təşkilatçıdan məsləhətlər almaq. 

Müqavilənin etibarlıq müddəti və onun ləğv edilməsi qaydası

1. Bu Müqavilənin aksept tarixi həmin müqavilənin bağlanması tarixini təşkil edir.

2. Bu müqavilə bağlandığı andan etibarən qüvvəyə minərək ləğv edilənədək qeyri-müəyyən müddət ərzində etibarlıdır.

3. Bu müqavilə İştirakçının təşəbbüsü ilə istənilən zaman Təşkilatçıya, logini və şifrəni qeyd etməklə elektron poçt vasitəsilə bildirişin göndərilməsi yolu ilə ləğv edilə bilər.

4. Bu müqavilə Təşkilatçının təşəbbüsü ilə yalnız İştirakçı Müqavilənin mühüm şərtlərini pozduğu və/və ya yuxarıda əks olunan öhdəliklərin yerinə yetirilməməsi təqdirdə ləğv edilə bilər.

5. Müqaviləyə xitam verildiyi zaman tərəflər ona xitam verildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində qarşılıqlı hesablaşmaları aparırlar. Qarşılıqlı hesablaşmalar bu qaydalar ilə tənzimlənir.


Tərəflərin məsuliyyəti

1. Təşkilatçı yalnız öz proqram-aparat kompleksinin fəaliyyətinə görə məsuliyyət daşıyır.

2. Proqram-aparat kompleksin işində təsdiqlənmiş sıradan çıxmalar yaranarsa, İştirakçı sıradan çıxma prosesində etdiyi bütün SNT-lərin qaytarılmasını Təşkilatçıdan tələb edə bilər. Proqram-aparat kompleksin normal fəaliyyəti zamanı edilmiş SNT-lərin İştirakçılara qaytarılmır.

3. Təşkilatçı İnternet şəbəkəsinin, ayrı-ayrı şəbəkə qovşaqlarının, ayrı-ayrı provayderlərin, digər İnternet istifadəçilərinin qlobal şəbəkənin quruluşu səbəbindən işinə görə məsuliyyət daşımır.

4. Təşkilatçı İştirakçının kompüterinin və proqram məhsullarının fəaliyyətinə görə məsuliyyət daşımır.

5. Təşkilatçı, malların istehsalçı/satıcı bəyan etdiyi və real xüsusiyyətlərinin uyğunsuzluğuna görə məsuliyyət daşımır. Hərracın Şərtlərində istehsalçılar/satıcılar təqdim etdiyi mallar haqqında məlumatlar dərc edilir.

6. İştirakçı öz uçot məlumatlarının (login, şifrə) qorunmasına görə cavabdehdir. İştirakçının uçot məlumatlarının istifadəsi ilə üçüncü şəxslər etdiyi bütün hərəkətlər İştirakçı tərəfindən edilmiş hesab olunurlar.

7. Tərəflər qarşısı alınmaz qüvvənin təsiri səbəbindən (yanğınlar, təbii fəlakətlər, hərbi aksiyalar və s.) öhdəliklərinin tam həcmdə və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.

Mübahisələrin həll edilməsi qaydası aşağıdakı kimidir.

Bu Müqavilə ilə əlaqədar mübahisələr yarandığı hallarda tərəflər münasibətlərini məhkəmədənkənar qaydada danışıqlar yolu ilə həll edilməsi üçün bütün zəruri səyləri göstərirlər.

Danışıqlar yolu ilə tərəflər arasında razılaşma əldə edilə bilmədiyi təqdirdə, bu Müqavilə ilə əlaqədar yaranan mübahisə ümumi yurisdiksiya məhkəmələrində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilir.

Nəticə
Beynəlxalq hərraclar və onlarda bağlanan müqavilələrin xüsusiyyətlərin dəyərləndirərkən ilk olaraq ağlımıza müasir texnalogiyanın qazandırdığı avantajlar gəlir. Beynəlxalq hərraclardakı müqavilələrin vaxt və əlavə nəqliyyat xərci itirmədən qısa vaxtda bağlana bilməsi həmçinin satıcı və alıcın sövdələşməsi baxımından məqsədə uyğun olması onu beynəlxalq birjalarda ən aktual alqı-satqı vasitəsi halına gətirmişdir.

Beynəlxalq birja dövriyyəsinin böyük bir hissəsi ( təqribən 1,5 trilyon dolları) fyucers mülqavilələrinin ( əməliyyatlarının) payına düşür. Fyucers sazişləri mal və ya fond birjasında kontraktda göstərilən qiymətlə saziş bağlanıldıqdan sonra pulu ödənilməklə səhmin , yaxud malın verilməsini nəzərdə tutan saziş növüdür. Fyucers bazarlarının sayı 150- yə çatmışdır ki, bunun da 70% - ni kənd təsərrüfatı məhsulları, 30%- ni isə sənaye xammalı və yarımfabrikatlar təşkil edir.

Fəaliyyət dairəsinə, yerinə yetirdiyi funksiyalarına və dünya bazarında roluna görə onlar beynəlxalq və milli birjalar kimi fərqləndirilir. Beynəlxalq birjalar konkret olaraq dünya mal bazarında, milli birjalar isə məmləkətdaxili bazarlarda xidmət göstərirlər.

Bu gün dünyanın əksər inkişaf etmiş ölkələrində beynəlxaql birjalar mövcuddur. Beynəlxalq birjalar eyni zamanda yerləşdiyi ölkələrin iqtisadiyyatına əlavə gəlir qatmaqdadır. Çox təəssüf ki Azərbaycan da bu gun nəyinki beynəlxaq birjabirjalar hətda milli birjalarda inkişaf etməyib. Bunun nəticəsi olaraq ölkəmizə portfel investisiyalarının axını çox zəifdi. Alqı satqı zamanı hələdə ənəvi tender vasitəsindən istifadə daha geniş yayılıb.

Mən təklif edərdimki yeni yaradılmaqda olan Bakı birjazında dünya birjalarına inteqrasiya sürətləndirilsin. Müasir texnalogiyaların tətbiqi intensivləşdirilsin.

ƏDƏBİYYAT SİYAHISI




  1. library.adau.edu.az

  2. www.google.az

  3. www.economy.gov.az





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə